Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-998/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli 2(103)-6279/2018 nömrəli qətnaməsindən Cavabdeh3 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxar aq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı-nin xeyrinə 11R000008278 saylı kredit razılaşması üzrə 5.807,33 manat məbləğində əsas, 2.177,75 manat məbləğində faiz, 11.827,11 manat məbləğində cərimə, cəmi 19.812,19 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin gedişi zamanı əsas borclu Cavabdeh2 21 may 2014-cü il tarixdə vəfat etməsi müəyyən edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.05.2017-ci il tarixli qərardadı ilə ona münasibətdə iddia tələbi baxılmamış saxlanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) 23.05.2017-ci il tarixli 2(005)-3008/2017 nömrəl i qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi İsmayıl Xəlilov, hakimlər Xəyalə Cəmilova və Abidin Hüseynov) 10 sentyabr 2018-ci il tarixli 2(103)-6279/2018 nömrəli qətnaməsi ilə İddiaçı-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 23.05.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 5.807,33 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı-nə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018-ci il tarixli 2(103)-6279/2018 nömrəl i qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdir ki, apellyasiya instansiyası məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tədbirlər görməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Belə ki, əsas borlu Cavabdeh2 21.05.2014-cü il tarixdə vəfat etdiyindən iddiaçı kredit borcunun zaminlərdən tutulmasını tələb etmək əvəzinə vəfat etmiş şəxsin vərəsələrini müəyyən etməklə onlara qarşı iddia qaldırmalı idi. Zaminlik müqaviləsinə əsasən o, bank qarşısında kredit alan öhdəlikləri yerinə yetirmədikdə onun öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında cavabdehlər Cavabdeh3 və Ca vabdeh1 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Mülki işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21.04.2014-cü il tarixli, 11L000005082 sayli kredit xətt müqaviləsinə əsasən İddiaçı Cavabdeh2 120 ay müddətinə 30.000 ABŞ məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsinə uyğun olaraq İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21.04.2014-cü il tarixli, 11R000008278 saylı kredit razılaşmasına əsasən Bank Cavabdeh2 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 6.000 manat məbləğində kredit verməyi, borcalan isə həmin məbləğdə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri, habelə ödənişlərin gecikdirilməsinə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğlərini ödəməyi barədə öhdəlik götürmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında elə həmin gün bağlanmış 21.04.2014-cü il tarixli, 11R000008278 saylı kredit razılaşması üzrə tərtib olunan ödəniş cədvəlinə əsasən Cavabdeh2 24 ay müddətinə hər ay 327,67 (sonuncu ay 327,51) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. 21.04.2014-cü il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh2 6.000 manat məbləğində krediti İddiaçı-dən qəbul etmişdir. İddiaçı-nin 11.11.2015-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 21.04.2014cü il tarixli, 11R000008278 saylı kredit razılaşması üzrə 05.11.2015-ci il tarixinə İddiaçı-yə 5.807,33 manat məbləğində əsas, 2.177,75 manat məbləğində faiz, 11.827,11 manat məbləğində cərimə, cəmi 19.812,19 manat məbləğində borcu var. İddiaçı ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 21 aprel 2014-cü il tarixli, 11S000007133 nömrəli və 11S000007134 nömrəli zaminlik müqavilələrinə əsasən zamin Cavabdeh3 bank qarşısında 21.04.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdürlər. Həmin müqaviləyə əsasən zamin Bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 27.05.2014-cü il tarixdə verilmiş AZ-İ serialı, 691681 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 21.05.2014-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27.05.2014-cü il tarixdə, 301 nömrə ilə qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı bankla Cavabdeh2 arasında 21.04.2014-cü il tarixli kredit xətti müqaviləsi, həmin gün 21.04.2014-cü il tarixli, 11R000008278 saylı kredit razılaşması və zaminlik müqavilələri bağlanmış, elə həmin gün Cavabdeh2 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 6.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 bir aylıq ödənişi etmiş və növbəti ödəniş günü çatmamış vəfat etmişdir. Zaminlər Cavabdeh2 120 ay müddətinə 30.000 ABŞ məbləğində kredit xətti açılmasına zamin dursalar da, həmin gün 6000 manat kredit verilmişdir. Kredit xətti müqaviləsindən sonra bağlanmış kredit razılaşması ilə zaminlərin vəziyyəti ağırlaşmamışdır. Əksinə həmin müqavilənin şərtləri zaminlərin məsuliyyət daşımağı öhdələrinə götürdüyü kredit xətti müqavil əsinin şərtlərindən yüngüldür(müddətə və məbləğə görə). Əsas borclu vəfat edəndən sonra onun vərəsələrinin mirası qəbul etmələrinə dair məlumat yoxdur. Bununla bağlı 1-ci instansiya məhkəməsi müvafiq araşdırma aparmış, sorğular göndərmiş və vərəsələrin mirasın qəbulu ilə bağlı müraciət etmələri aşkar edilməmişdir. İddiaçı bank mirasın qəbul edilmə müddətini gözləyərək (altı aydan artıq müddət keçdikdən sonra) məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 472.1. və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Plenumunun 04.06.2018-ci il tarixli qərarına və Mülki Məcəllənin 477-ci maddəsinə əsaslanaraq birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə ilə razılaşmayaraq qeyd e tmişdir ki, əsas borcun (borcun məbləği ilə bağlı mübahisə yoxdur) tutulması tələbi qanunidir və həmin məbləğ zaminlərdən tutulmalıdır. Əsas borca hesablanmış faiz və dəbbə pulunun yaranmasında zaminlərin təqsiri olmadığından, bankın diqqətsiz münasibəti, çox tez-tez baş verməyən hazırkı situasiyaya vaxtında reaksiya verilməməsinin nəticəsi olaraq yüksək məbləğ faiz və dəbbə pulu yarandığından həmin məbləğ cavabdehlərdən tutula bilməz. Yaranmış vəziyyətdə ziyanın bir hissəsini bankın öz üzərinə götürməsi vicdanlılığın tələb etdiyi tərzdə davranışa uyğun olmaqla ədalətli olacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsin ə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, əsas borclu öhdəliyini pozmadan qəflətən vəfat etmiş, vərəsələrin, miras əmlakın mövcudluğu, mirasın faktiki olaraq qəbulu barədə məlumat yoxdur. Bu səbəbdən, zaminlər həmin borcun ödənilməsi üçün bank qarşısında məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayı bsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 472.1. və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Plenumunun 04.06.2018-ci il tarixli qərarının 2ci bəndinə müəyyən edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Ə gər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə qətnaməsini ləğv edərək iddia tələbinin qismən təmin edilməsi barədə nəticəyə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018-ci il tarixli 2(103)-6279/2018 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin E.R.Vəliyeva hakimi
Məhkəmə qərarları › İş №2(102)-998/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-998/2019
25.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver