Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-998/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Nəbiyev Əhməd Şaban oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hаkim Cahid İmanov) 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk id dia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı borcun qaytarılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk iddiası qismən təmin edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı borcun qaytarılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnaməyə əsasən Cavabdeh 2500 (iki min beş yüz) manat borc, 500 (beş yüz) manat əldən çıxmış fayda, 500 (beş yüz) manat mənəvi zərər, cəmi 3500 (üç min beş yüz) manat və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi alınaraq İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət e dilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 oktyabr 2019-cu il tarixli, 2(107)-2644/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən), İ.F.Quliyev (məruzəçi) və M.A.Əsədli) İddiaçı və Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Şəki Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3700 (üç min yeddi yüz) manat borcun, 1200 manat əldən çıxmış faydanın, 1000 manat mənəvi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 29 mart 2019-cu il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İdd iaçı iddiasının tamamilə rədd edilməsi, iddiaçının ona vurduğu mənəvi ziyana və ictimaiyyət içində dəfələrlə şərəf və ləyaqətinin alçaltdığına görə, əsasız olaraq polis şöbəsində və məhkəmədə süründürdüyünə görə 30000 (otuz min) manat, 2500 manat borca qarşı əlavə ödədiyi 7900 (yeddi min doqquz yüz) manat, əldən çıxmış faydaya görə 1500 manat, hüquqi yardım və dövlət rüsumu üçün ödədiyi 401 manatın, cəmi 39801 (otuz doqquz min səkkiz yüz bir) manatın İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Cavabdeh məhkəməyə qarşılıqlı iddia tələbinin azaldılmasına və dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, qarşılıqlı iddiasının xahiş etdi hissəsində yazılmış “hüquqi yardım və dövlət rüsumu üçün ödədiyi 401 manatın, cəmi 39801 manat” sözlərini qarşılıq lı iddia ərizəsi tərtib edilərkən səhv göstərildiyini bildirmiş və qarşılıqlı iddia ərizəsinin həmin hissəsinin “dövlət rüsumu üçün ödədiyi 30 manatın, cəmi 39430 manat” kimi başa düşülməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Nəbiyev Əhməd Şaban oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki: “İddiaçı əldən çıxmış fayda ilə bağlı və mənəvi zərərə görə sarsıntı keçirməsi, əzab çəkməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Qaldı ki, əsəbləşmə, müxtəlif orqanlara şikayət etməsi, gəl getə düşməsi isə mənəvi zərər üçün əsas deyildir.” Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən maddi və prosessual hüquq no rmalarının pozulması, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2644/2019 saylı mülki iş üzrə 08 oktyabr 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gə lməyən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən iş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin 17.05.2019-cu il tarixli, ŞKF:409/19 nömrəli cavab məktubu əsasında müəyyən edilmişdir ki, 2018-ci ilin yanvar ayından bu günədək “xxxx” ASC-nin b aza məlumatlarında Cavabdeh tərəfindən İddiaçı adına hər hansı məbləğdə pul vəsaitinin göndərilməsi barədə heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusu nəticəsində iş materiallarına əlavə edilmiş “xxxx” KB ASC- nin 03.05.2019-cu il tarixli, HD/2610 nömrəli cavab məktubundan görünür ki, “xxxx” KB ASC vasitəsi ilə 2018-ci ilin yanvar ayından etibarən Cavabdeh tərəfindən İddiaçı adına pul məbləği köçürülməmişdir. İşdə olan Şəki Regional Poçt Filialı tərəfindən Cavabdeh verilmiş 03 dekabr 2018-ci il tarixli, ŞRPF 05/767 nömrəli cavab məktubu ilə müəyyən edilmişdir ki, onun tərəfindən İddiaçı adına 13.10.2018-ci il tarixində ******* saylı maniqramla Bakı PŞ118-dən göndərilmiş 150 manat məbləğində pul baratını və 19.10.2018-ci il tarixində ******* saylı maniqramla Bakı PŞ14-dən göndəril miş 350 manat məbləğində pul baratını Şəki RPF-nin Baş Zəyzid poçt şöbəsi tərəfindən İddiaçı ödənilmişdir. İşdə olan Şəki Regional Poçt Filialı tərəfindən məhkəməyə təqdim edilmiş 22 aprel 2019-cu il tarixli, ŞRPF 287 nömrəli cavab məktubu ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Bakı AZ1014-dən 13.10.2018-ci il tarixində **********3 saylı maniqramla göndərilmiş 150 manat və 19.10.2018-ci il tarixində 535915 saylı maniqramla göndərilmiş 350 manat məbləğində pul baratını filialın Baş Zəyzid kənd poçt şöbəsi tərəfindən şəxsən İddiaçı ödənilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin 23.05.2019-cu il tarixli, ŞKF:435/2019 nömrəli cavab məktubundan görünür ki, 05.10.2018-ci il Cavabdeh tərəfindən ********* nömrəli köçürmə kodu ilə “Zolotoya Korona” pul köçürmə sistemindən isti fadə edilməklə “xxxx” ASC-nin Neftçilər Filialı vasitəsi ilə İddiaçı adına 500 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 09 fevral 2019cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Cavabdeh X oğlu araşdırma zamanı İddiaçı 2500 manat məbləğində borc aldığını etraf etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 18.04.2019-cu tarixli 2(075)-967/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı XXXX oğlunun Cavabdeh qarşı iddiası təmin olunmuş və 1557 manat pulun Cavabdeh alınaraq XXX oğluna verilməsi qət edilmişdir. Apellyasiya kollegiyası iddia tələbinin əldən çıxmış fayda və mənəvi zərər hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı cavabdehin qeyd edilən qanunazidd hərəkətləri nəticəsində əsəbləşmiş, mənəvi sa rsıntı keçirmiş, müxtəlif orqanlara şikayət etmək məcburiyyətində qalmış, get-gələ düşmüş, bir sözlə mənəvi əzab çəkmiş, həmçinin cavabdehə vermiş olduğu 2500 manat pul iddiaçıya vaxtında qaytarılmış olsa idi o, həmin pulla alver edər və müəyyən pul əldə edərək mənfəət qazanardı. Lakin cavabdeh X borcunu iddiaçıya vaxtında qaytarmamış öz növbəsində də iddiaçı müəyyən fayda götürməkdən məhrum olmuşdur. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddia qismən təmin edilməli Cavabdeh 2500 manat borc, 500 manat əldən çıxmış fayda, 500 manat mənəvi zərər və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi alınaraq İddiaçı verilməli, ilkin iddia qalan hissədə, həmçinin qarşılıqlı iddia təmin edilməməlidir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən apellyasiya kollegiyası hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iddiaçı və cavabdeh apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmişlər. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsasları ilə bağlı aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı m ənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınm alıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İddiaçı əldən çıxmış fayda ilə bağlı və mənəvi zərərə görə sarsıntı keçirməsi, əzab çəkməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, əsəbləşmə, müxtəlif orqanlara şikayət etməsi, gəl getə düşməsi isə mənəvi zərər üçün əsas deyildir.” Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araş dırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hal larına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 oktyabr 2019-cu il tarixli, 2(107)-2644/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-998/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-998/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver