Məhkəmə qərarları › İş №2(102)-998/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-998/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-998/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı QSC Cavabdeh: Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, İddia tələbi: kredit müqaviləsi üzrə borc Açar sözlər: təkrar ekspertizanın təyin edilməsi, borc məbləğinin hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəf indən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx xxxx 2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması əsasında sonuncuya 15 ay müddətinə aylıq 2,1667 faiz dərəcəsi ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə Cavabdeh1 Bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 arasında zaminlik müqavilələri bağlanmışdır. Birinci instansiya məhkəməsində icraat xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı QSC Cavabdeh1, Cava bdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə yaranmış 3.773,99 ABŞ dolları əsas borcu, 2.859,42 ABŞ dolları faiz borcu və 2.375,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9.009,01 ABŞ dolları borcun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.M.Hacıyev) iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə yaranmış 3773,99 ABŞ dolları əsas borc, 2859,42 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6733,41 ABŞ dolları borcun (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) cavabdehlərdən müştərək qaydada tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən faizlər olduqca şişirdilmiş məbləğdə göstərilmişdir. Həmçinin həmin məbləğin üzərinə cərimə borcu da əlavə edilməklə borclunun ödəməli olduğu məbləğ d aha da artırılmış, onun tərəfindən həyata keçirilmiş ödənişlər nəzərə alınmamışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən və bank tərəfindən iddia tələbi irəli sürülərkən borcluya faizlərin hansı qaydada hesablandığı, həmin faiz məbləğinin hansı əsasla həmin miqdarda göstərildiyi də qeyd edilməmiş, bununla da onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Həmçinin, qətnamədə ödənilməli olan cərimə borcunun da miqdarı həddən artıq şişirdilmiş məbləğdə göstərilmişdir. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli rəyi müəyyən olunmuşdur ki, Cavabdeh1 Əlirza qızının xx.xx.2018-ci il tarixə banka olan əsas və faiz borcu cəmi 4183.84 ABŞ dolları, o cümlədən əsas borc üzrə 3974.78 ABŞ dolları, faiz borcu üzrə 209.06 ABŞ d olları təşkil edir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4689/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova, M.N.Tağızadə, Ü.A.Mayılov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə mübahisələndirilən – kredit müqailəsi üzrə 2859,42 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilmiş və qətnamə ilə tutulmalı olan faiz borcunun məbləği 209.06 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) müəyyən edilmiş, qətnamə “100 ABŞ dolları cərimənin tutulması” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği ekspert rəyinə əsasən 209.06 ABŞ dolları məbləğində müəyyən edilməli və birinci instansiya m əhkəməsinin qətnaməsi 2859.42 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilərək, həmin faiz məbləğinin miqdarı 209,06 ABŞ dolları müəyyən edilməlidir. Apellyasiya məhkəməsi cərimə məbləği ilə bağlı dəlilə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırki işdə iddiaçı tərəfindən 2375,60 ABŞ dolları cərimənin tələb olunduğu halda, həmin məbləğin birinci instansiya məhkəməsi tərəfindən azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən edilməsi isə, ağlabatan olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi “100 ABŞ dolları məbləğində cərimənin t utulması” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi kifayət qədər aydın və tam olmadığından təkrar ekspertiza təyin edilməli olduğu halda, apellyasiya məhkəməsi həmin rəyi əsas götürməklə borc məbləğini müəyyən etmiş, beləliklə qanuni və əsaslı olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə kolle giyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsi nə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti h ər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübah isəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə verilmiş məhkəmə mühasibatlıq ekspertizasını rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəfl ərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə cavabdeh işdə olan rəylərlə bağlı bu cür hallara istinad etməmiş, şikayətini ümumi ifadələrlə əsaslandırmış, işə baxarkən belə pozuntular aşkar edilməmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən rəyə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar