Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-998/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızının və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2(107)1250/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müə yyən etdi: İşin halları:
1. Cavabdeh 02 iyun 2012-ci il tarixli Qəbzlə ailə üzvlərinin mülkiyyətində olan JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini X4 2600,0 manata və 09 iyul 2015-ci il tarixli Qəbzlə 0024 M saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 1,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X4 1100,0 manata satdığını göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciə t edərək, 7114,6 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini 02 iyun 2012-ci il tarixdə 2600,0 manat ödəməklə və 0024 M saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini 09 iyul 2015-ci il tarixdə 1100,0 manat ödəməklə X5 şifahi müqavilə əsasında satınalma yolu ilə əldə etmişdir. Cavabdeh müqaviləni torpağın pulunu almasına dair qəbzlə təsdiq etmiş və gələcəkdə alqı-satqı əməliyyatını notarial qaydada həyata keçirtməyi öhdəsinə götürmüşdür. Torpaq sahəsi həmin vaxtdan etibarən X1 olmaqla təyinatına uyğun şəkildə istifadə edilmiş və əlavə xərclər hesabına məhsuldarlığı artırılmışdır. Ötən müddət ərzində torpaq sahəsinin qiymətində əhəmiyyətli artım olduğu üçün Cavabdeh torpaq sahəsinə dair X5 ilə bağladığı şifahi müqavilənin notarial qaydada təsdiq olunmasından imtina etmiş və torpaq sahəsini geri almışdır. Ona görə də, Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 M saylı planda yeri göstərilmiş 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və 0024 saylı planda yeri göstərilmiş 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin satınalma yolu ilə əldə edil məsinə görə ödənilən cəmi 3700,0 manat məbləğində maddi vəsaitin indeksasiya nəzərə alınaraq, 7114,6 manat dəyərində ekvivalenti və 94,0 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçı X3 xeyrinə ödənilməlidir.
4. Birinci instansiya məhkəməsində Cavabdeh ərizə verərək, iddia müddətinin tətbiq edilməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qəbələ Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2(025)-345/2024 nömrəli qətnaməsi ilə (hakim Ü.Qənbərov) iddia qismən təmin olunmuş, Cavabdeh 7114,60 manat pul və 92,0 manat dövlət rüsumunun alınıb İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 50,0 manat ekspertiza xərcinin tutulub Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ ray onu Kürd kəndi ərazisində yerləşən JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 M saylı planda yeri göstərilmiş 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və 0024 saylı planda yeri göstərilmiş 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair X5 ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2012-ci il tarixli və 09 iyul 2015-ci il tarixli razılaşma (şifahi müqavilə) notariat qaydasında təsdiqlənmədiyindən etibarsızdır və əmlak əldə edilməsi üçün əsas olmadığından həmin müqavilə üzrə alınanlar geri qaytarılmalıdır. Manatın rəsmi devalvasiya nəticəsinə nominal dəyərini itirməsi və ötən müddətdə bazar qiymətlərində müşahidə edilən əhəmiyyətli artım nəticəsində real dəyərinin mütənasib qaydada azalması ilə əlaqədar X2 alınan pulun eyni ilə qaytarılması mümkün olmadığından əvəzində həmin məbləğin (2600+1100=3700,0) hazırkı bazar qiymətlərinə uyğun ekvivalenti (5046,6+2068,0=7114,60) Cavabdeh tutulub iddiaçı X3 xeyrinə ödənilməlidir.
7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 14.2.4, 215.5, 337.1, 337.3, 337.4, 337.5, 394-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə pul verdiyi tarixdən 2600 manata aid hissədə 12 il, 1100 manata aid hissədə isə 9 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı məhkəməyə müraciət etməmişdir. Bununla da o, tələb irəli sürmək üçün qanunla müəyyən edilən iddia müddətini ötürmüşdür. Hətta iddiaçının verdiyi pul vəsaitindən istifadə etməklə cavabdehin əsassız varlanmağı güman edilsə belə, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən iddia rədd olunmalıdır.
10. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2(107)-1250/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.Tahirovdan və V.Məlikovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2(025)-345/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
11. Birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşan apellyasiya məhk əməsi əlavə olaraq göstərmişdir ki, mübahisəli torpaq sahələri cavabdehə qaytarılmış olduğundan cavabdeh torpaq sahələrinin dəyəri olaraq ona verilmiş məbləğ həcmində əsassız varlanmışdır.
12. Apellyasiya kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti tətbiq edilmir. Bu səbəbdən də cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizənin təmin edilməməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində Mülki Məcəllənin 14.2.1, 14.2.4, 215.5, 394, 337.3, 337.5, 372.1, 372.2, 384.0.4, 1091, 1092-ci, Mülki Prosessual Məcəllənin 9.1, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
14. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2(107)-1250/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 373.3, 375.2, 740.2, 1095-ci və Mülki Prosessual Məcəllənin 9.3, 217.1, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur.
16. Belə ki, hazırkı iş daha əvvəl də məhkəmənin icraatında olmuş və iddia tələbi Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmişdir. Lakin, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş və ərizə baxılmamış saxlanmışdır. Ondan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində özü etiraf edir ki, 2600 manatı 2012-ci ildə (10 ildən artıq), 1100 manatı isə 2015-ci ildə vermişdir. Həmin müddətdən 2600 manata aid hissədə 12 il, 1100 manata aid hissədə isə 9 ildən artıq müddət keçməsinə baxmayaraq, iddiaçı məhkəməyə müraciət etməmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddia müddətinin və yaxud kəsici müddətin tətbiqi ilə bağlı 01 aprel 2024-cü il tarixli ərizə göndərilmiş və elektron kabinetdə qeydə alınmışdır. Apellyasiya şikayəti verərkən cavabdehlər iddia müddətinin tətbiq edilməsi barədə təqd im edəcəkləri ərizənin apellyasiya instansiyasında nəzərə alınmasını xahiş etmişdir.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. Kassasiya şikayətinə yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara ist inad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 384.0.4-cü mad dəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum oldu ğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 23. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005 -ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı maddi hüquq normaları, habelə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
25. Belə ki, məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılaşmanın olması, həmin razılaşma çərçivəsində iddiaçının cavabdehə pul ödəməsi, lakin razılaşmanın qanunla müəyyən olunan qaydada notarial bağlanmaması işin mübahisə olunmayan hallarıdır.
26. İddiaçı torpaq sahəsinin cavabdehin sahibliyinə qaytarıldığı üçün, ödədiyi pul vəsaitinin tutulmasını xahiş etmiş və məhkəmələr əsassız varlanmaya dair maddi hüquq normalarına istinad edərək, iddianı təmin etmişlər.
27. Lakin, iş materiallarından müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsində ərizə verərək, iddia müddətini tətbiq edilməklə, iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə bu ərizəyə ümumiyyətlə münasibət bildirməmişdir.
28. Apellyasiya şikayətinin dəlilləri iddia müddətinin tətbiq olunmaması ilə bağlı ol muş və apellyasiya instansiyası məhkəməsi bu dəlillərə Mülki Məcəllənin 384.0.4-cü maddəsini tətbiq etməklə, şikayəti təmin etməmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaya iddia müddətinin tətbiq olunmaqdan imtinaya dair mövqeyi maddi hüquq normalarına zidd olmuşdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi özü hazırkı iddianın qanuni əsası kimi əsassız varlanmaya dair müddəalarına istinad etmişdir. Qanunvericiliyin bilavasitə tələbinə əsasən (Mülki Məcəllənin 1095-ci maddəsi) əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.
31. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki M əcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında izah etmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbi t edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
32. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əvəzedilən əşyalar mülki döv riyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
33. Beləliklə, göründüyü kimi, hazırkı tələbin hüquqi əsasını əsassız varlanma (əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması) təşkil etdiyindən, iddianın mülkiyyətçinin və ya digə r sahibin onun hüququnun pozuntularının aradan qaldırılması haqqında tələbi kimi qiymətləndirməklə, ona iddia müddətinin tətbiq edilməli olmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız olmuşdur.
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və sa xlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarları).
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
36. Beləliklə, cavabdeh tərəfindən tələbə iddia müddətinin tətbiqinə dair ərizə verildiyi halda, məhkəmə həmin müddətin ötüb-ötməməsini araşdırmalı və təqdim olunan sübutlara əsasən buna münasibətdə qərarını əsaslandırmalıdır.
37. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.
38. Hazırkı halda da, cavabdehin istinad etdiyi iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi əhəmiyyətlidir.
39. Belə ki, cavabdeh ərizəsində iddia müddətinin axımının tələb olunan vəsaitin ona verildiyi tarixdən hesablanmalı olmasını göstərmişdir.
40. Lakin, işin hallarından müəyyən olunur ki, cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi tərəflərin sadə yazılı razılaşması əsasında iddiaçının istifadəsində olmuş və sonradan cavabdehə qaytarılmışdır.
41. Məhkəmə kollegiyasının qənaətinə gör ə, iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi üçün torpaq sahəsinin iddiaçının istifadəsindən alınaraq cavabdehə qaytarılması tarixinin müəyyən edilməsi əhəmiyyət kəsb edir. Bu səbəbdən ki, məhz həmin tarixdən iddiaçının hüquqları pozulmuş və cavabdehə verdiyi vəsaiti tələb etmək hüququ yaranmışdır.
42. Lakin, apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə heç bir araşdırma aparmamış, iddia üzrə qanuni və əsaslı qətnamənin qəbulu üçün zəruri olan bu halı müəyyən etməmişdir.
43. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qey d olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, o cümlədən iddiaçının hüquqlarının pozulduğu və pozuntunun bildiyi (bilməli olduğu) tarixi müəyyən etməli, həmin tarixə münasibətdə iddia verildiyi tarixədək tətbiq edilməli olan maddi hüquq normasına uyğun iddia müddətinin keçib-keçməməsinə hüquqi qiymət verməklə apellyasiya şikayətinin dəlillərinə, eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-c i maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2(107)-1250/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.