Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10016/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X3 ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-283/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, X2 və "xxxx" MMC-dən müştərək qaydada İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 05R000010283 saylı kredit razılaşması üzrə 97.902,69 ABŞ dolları əsas, 42.421,3 ABŞ dolları faiz, 115.258,67 ABŞ dolları cərimə, cəmi 255.582,66 ABŞ dolları borcun, 05R000010928 saylı kredit razılaşması üzrə 12.485,18 ABŞ dolları əsas, 3.671,28 ABŞ dolları faiz, 13.350,9 ABŞ dolları cərimə, cəmi 285.270 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı1 QSC-nin nümayəndəsi X4 iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “VAZ 2121” minik markalı, **-HR- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-283/2020 saylı, 08 sentyabr 2020- ci il tarixli qərardadı ilə hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Cavabdeh1 mülkiyyətində olan “VAZ 2121” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh1 və digər şəxslərə qadağan edilmişdir. Bundan sonra Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 283/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-yə verilmiş kredit borcunun təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi, ev 5, 23 saylı mənzilə və X1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 78V, 160 saylı mənzillər ipoteka ilə yüklü edilmişdir. Belə olan halda, məhkəmənin əlavə olaraq Cavabdeh1 məxsus “VAZ 2121”minik markalı lO-HR-285 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul etməsi tamamilə qanunsuzdur. Belə ki, qanunvericilkdə iddianın təmini tədbirinin avtomobilin üzərinə həbs qoyulması nəzərdə tutulmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-88/2021 saylı, 16.08.2021-il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Kollegiya, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamal, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-283/2020 saylı, 08.09.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 157.2-ci maddəsinin tələbinə görə isə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 158.1.1-ci və 158.1.2-ci maddələrinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Belə ki, özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhkəmənin qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Sadalanan normaların məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin, gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Odur ki, Kollegiya 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-283/2020 saylı, 08.09.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10016/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10016/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver