Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10046/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və əşya tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-155/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul və əşya tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə Cavabdeh adına "xxxx" ASC-yə qoyulmuş 15.000 manat pul vəsaitinin 50 faizinin, yəni 7.500 manat pul məbləğinin, ünvan 1 ünvanda tikilən ev üçün çəkdiyi 20.000 manat xərcin yarısının, verdiyi 4.500 manat borc məbləğinin, ümumilikdə 22.000 manat pul məbləğinin ona ödənilməsi, şəxsi əşyalarının (mətbəx mebeli-1000 manat, SHİVAKİ firmasına məxsus Plazma televizor (108 diaqonal) - 600 manat, yataq mebeli - 1000 manat, Samsung, HOTPOİNT, İNDESİT firmalarına məxsus 3 ədəd paltaryuyan (onlardan biri müştəriyə məxsusdur) - 1900 manat, 2 ədəd soyuducu (onlardan balaca olan müştəriyə məxsusdur) - 600 manat, (SHNAYDER firmasına məxsus böyük ölçüdə qara rəngli - 400 manat, İNDESİT firmasına məxsus kiçik ölçüdə qara rəngli - 200 manat), 1 ədəd sarı rəngli generator - 400 manat, 3 ədəd İran sobası - 200 manat, 1 ədəd duxovka - 100 manat, mikrodalğalı soba - 250 manat, 1 ədəd şirəçəkən - 150 manat, 1 ədəd ətçəkən maşın - 150 manat, 1 maşın kərpic - 500 manat, 1 ədəd LG markalı ağ rəngli kondisioner - 700 manat) ona qaytarılması, əşyalar aşkar edilmədikdə, onların ümumi dəyəri olan 7.550 (yeddi min beş yüz əlli) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı birgə nikah dövründə əldə edilmiş “Mercedes-Benz C180” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 12.000 manat pulun, "xxxx"da onun adına olan 16.000 manat pulun, Abşeron rayonu, X14 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində inşa edilmiş evə çəkilmiş 25.000 manat məbləğində pulun, birgə nikah dövründə topladıqları 10.000 ABŞ dolları məbləğində vəsaitin, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 7.000 ABŞ dollarına aldıqları qarajın dəyərinin aralarında bölgüsü və onun payının 2/3 hissədə, cavabdehin payının 1/3 hissədə müəyyən edilməsi, ona məxsus olan qızıl-zinət əşyalarının: 750 əyarlı 11 qr çəkidə olan 1.200 manat dəyərində üzük-sırğa komplektinin, 26 qram çəkidə dəyəri 2.200 manat olan qızıl bilərzik və boyunbağının, yataq mebeli dəstinin (şifoner, taxt, trümo, 2 ədəd tumba) – 3.500 manat, göy çay servisi - 150 manat, kofe üçün servis ağ-qızılı güllü - 50 manat, yemək üçün servis-göy madonna şəkilli -300 manat, qonaq və yataq otağı pərdələri - 250 manat, yataq dəstləri 3 ədəd - 100 manat, qaşıq nabor dəstləri (çemodanda) - 200 manat, 5 ədəd yay köynəkləri - 100 manat, əl-üz dəsmalları və məhrəbalar - 80 manat, 6 ədəd qış köynəkləri - 150 manat, 2 yubka və 3 ədəd şalvar - 130 manat və 40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 30 mart 2007-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydə alınmış, birgə nikahlarından 23.12.2007-ci il təvəllüdlü X11 və 19.03.2012-ci il təvəllüdlü X7 adında iki uşaqları dünyaya gəlmişdir. Xasiyyətləri uyğun gəlmədiyindən tərəflərin birgə yaşamaları baş tutmamış, bu səbəbdən İddiaçı nikahın pozulması tələbi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1359/2020 saylı, 18.08.2020-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 30 mart 2007-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış və 230 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 23 dekabr 2007-ci il təvəllüdlü X5 və 19 mart 2012-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları, qarşılıqlı iddianın qismən təmin edilməsi, 05.06.2020-ci il tarixdən başlayaraq 23 dekabr 2007-ci il təvəllüdlü X5 və 19 mart 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tərəflər birgə nikah dövründə olduqları zaman cavabdehin adına "xxxx" ASC-də 15.000 manat məbləğində pul vəsaiti qoymuşlar, həmin pul məbləği birgə əmlak hesab olunur və yarı bölünməlidir. Bundan əlavə, ünvan 2 ünvanında, cavabdehin valideyninə məxsus torpaq sahəsində ev tikilən zaman iddiaçı evin tikintisi üçün 20.000 manat xərc qoymuşdur. İddiaçının iddia ərizəsində və dəqiqləşdirmə ərizəsində qeyd etdiyi şəxsi əşyalar həmin evdədir. Eyni zamanda, iddiaçı birgə nikahda olduqları zaman cavabdehə qohumlarına yardım etmək məqsədi ilə 4.500 manat məbləğində borc pul vermişdir. Onu da qeyd edir ki, birgə nikah dövründə əldə olunmuş və ərlə arvadın ümumi mülkiyyəti sayılan həmin əmlakların bölünməsi barədə iddiaçı ilə cavabdeh arasında hər hansı razılıq əldə olunmamışdır. Bundan əlavə, iddia ərizəsində qeyd olunan şəxsi əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını, həmin əşyalar aşkar edilmədikdə onların ümumi dəyəri olan 7550 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş edir. Qarşılıqlı iddia ilə bağlı isə bildirir ki, “Mercedes-Benz C180” markalı 10- ZM-896 dövlət qeydiyyat nişanlı avtomobil 1994-cü il buraxılışlıdır, İddiaçı həmin avtomobili 6.000 manata almış və X14 ərazisində yerləşən evin tikintisi zamanı əlavə pul lazım olduğu üçün 5.000 manata satmışdır, yəni avtomobilin satışından 12.000 manat pulun əldə edilməsi yalandır. İddiaçı "xxxx" ASC-də öz adına olan 16.000 manat məbləğində pulu müqavilə müddətinin bitməsindən əvvəl, yəni 13 aprel 2020-ci il tarixdə götürmüş və X14 ərazisində yerləşən evin tikintisinə xərcləmişdir. Həmin evin tikintisinə 25.000 manat deyil, 20.000 manat xərc çəkilmişdir. Qarşı tərəfin qeyd etdiyi birgə nikah dövründə toplanan 10.000 ABŞ dolları məbləğində vəsait barədə məlumat tamamilə yalandır, iddiaçı bildirir ki, bütün pulları bankda olmuşdur. Həmçinin, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki qaraj iddiaçının mülkiyyətində olmamaqla iddiaçı tərəfindən sadəcə istifadə edilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən 17 saylı binanın 19 saylı mənzili iddiaçının valideynlərinə məxsusdur, Cavabdeh İddiaçı ilə ailə həyatı qurduqdan sonra 2007-ci ildə 3-4 ay müddətində sözügedən mənzildə yaşamış, sonra həmin mənzildən çıxaraq ünvan 1 ünvanında tikilən evə köçmüşdür, həmin vaxtdan Qaradağda yaşamır, buna görə də cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdiyi əşyalar iddiaçının valideynlərinə məxsus mənzildə deyildir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, həqiqətən o, İddiaçı ilə 2007-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1359/2020 saylı, 18.08.2020-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 30 mart 2007-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış və 230 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 23 dekabr 2007-ci il təvəllüdlü X5 və 19 mart 2012-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 05.06.2020-ci il tarixdən başlayaraq 23 dekabr 2007-ci il təvəllüdlü X5 və 19 mart 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Onunla qarşı tərəf arasında münasibətlər 2019-cu ilin dekabr ayından pozulmuş, həmin vaxtdan birgə yaşamamışlar. İlk iddia üzrə iddiaçı birgə nikah dövründə "xxxx" QSC-nə onun adına qoyulmuş 15.000 manat pulu bankdan çıxararaq verməyi dəfələrlə tələb etmiş, ona hədə-qorxu gəlmiş, o da uşaqların və özünün rahatlığı üçün 2020-ci ilin iyun ayında bankdan həmin pulu çıxararaq ona vermişdir. İlk iddia ərizəsində qeyd olunan evə münasibətdə bildirir ki, ünvan 1 ünvanında tikilən ev onun atasına məxsusdur, həmin evdə bütün təmir işləri onun atası tərəfindən aparılmış, onlar ev üçün hər hansı vəsait sərf etməmişlər. İddiaçının guya ona verdiyi 4.500 manat borc məsələsi tamamilə yalandır. Bundan əlavə, qarşı tərəflə birgə nikahda olduqları vaxt qarşı tərəfin adına "xxxx" QSC-nə 04.06.2019-cu ildə 24 may 2021ci ildə qaytarmaq şərti ilə 2 il müddətinə 16.000 manat məbləğində depozitə pul qoyulmuşdur, həmin pul İddiaçı ilə onun birgə nikah dövründə əldə etdikləri əmlak hesab olunur. İddiaçı ilə birgə nikah dövründə 12.10.2017-ci il tarixdə “Mercedes-Benz C180” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar və Baş X22 İdarəsinin 08.06.2020-ci il tarixli məktubundan həmin avtomobilin 02.05.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında dostu X2 adına rəsmiləşdirildiyi məlum olmuşdur. Onun bu alışverişdən xəbəri olmamışdır. İddiaçı hazırda da həmin avtomobili etibarnamə əsasında idarə edir. Hesab edir ki, avtomaşının satışından əldə edilmiş pul vəsaiti aralarında bölünməlidir. Birgə nikah dövründə Abşeron rayonu, X14 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində İddiaçı adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 18.10.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində birgə vəsait hesabına 3 otaqlı həyət evi tikmişlər və bu məqsədlə 25.000 manat məbləğində vəsait sərf etmişlər. Bundan başqa, birgə nikah dövründə topladıqları 10.000 ABŞ dolları məbləğində pul vəsaiti də İddiaçı olmuşdur ki, həmin vəsait də ümumi əmlak sayılır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən 17 saylı binanın 19 saylı mənzilinə istifadə hüququ 2007-ci ildə yaranmışdır. O, həmin mənzilə köçdükdən sonra əşyalarını da oraya aparmışdır. Sözügedən mənzildə bir müddət yaşadıqdan sonra qaynanası ilə aralarında mübahisə olmuş, həmin mənzildən qovulmuş, qısa bir müddət sonra yenidən həmin mənzilə qayıtmış, 2013-cü ilədək orada yaşamışdır. Onun İddiaçı tələb etdiyi qızıl zinət əşyaları, cehiz əmlakları və şəxsi geyim əşyaları orada qalmış, hələ də ona qaytarılmamışdır. Bir müddət əvvəl həmin evə köçmüşdür, lakin əşyalar evdə yoxdur. Bundan başqa birgə nikah dövründə Qaradağ rayonu, Lökbatan qəsəbəsində 2009-cu ildə 7000 ABŞ dolları dəyərində avtomaşın qarajı almışlar. Qeyd edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi 500 manat dəyərində 1 maşın kərpici gəlib götürməsinə heç bir etirazı yoxdur. Əlavə olaraq bildirir ki, ünvan 1 ünvanında (hazırda Neftçi küçəsi 18 ünvanında) yerləşən fərdi yaşayış evi atası tərəfindən tikilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən, atasının xüsusi mülkiyyətindədir. Əhməd həmin evin tikintisinə heç bir xərc qoymamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi əşyalardan mətbəx mebeli, televizor, yataq mebeli özünündür. İddiaçı 3 ədəd paltaryuyan maşın qeyd etsə də, evdə cəmi 1 ədəd işləməyən İNDESİT markalı paltaryuyan maşın ona aiddir. Soyuducunun sayı 1 ədəddir, soyuducu, 1 ədəd İran sobası, duxovka, mikrodalğalı soba, ətçəkən maşın özünündür. Qeyd etdiyi əşyalar öz cehiz əşyalarıdır. Şirəçəkən maşın isə iddiaçınındır, 1 ədəd kondisioneri isə həqiqətən birlikdə almışlar. Qeyd olunanlara əsasən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-155/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə İlk iddia qismən təmin edilərək birgə nikah dövründə Cavabdeh adına banka qoyulmuş 15.000 manat pulun yarısını təşkil edən 7500 manat pul, bir ədəd LG markalı kondisionerə görə onun dəyərinin yarısını təşkil edən 350 manat pul, habelə bir ədəd İNDESİT markalı paltaryuyanın, bir ədəd 150 manat dəyərində şirəçəkənin, 500 manat dəyərində bir maşın kərpicin özü və ya dəyəri, həmçinin ilk iddia ərizəsi üzrə 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddia qismən təmin edilərək tərəflərin birgə nikah dövründə əldə etdiyi “Mercedes-Benz C180 minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə həmin avtomobilin özgəninkiləşdirildiyi dövdə dəyərinin yarısını təşkil edən 3.500 manat pulun, habelə İddiaçı adına banka qoyulmuş 16.000 manat pulun yarısını təşkil edən 8.000 manat pulun, X14 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində inşa edilmiş evə çəkilən xərcin yarısını təşkil edən 10.233 manat pulun, həmçinin qarşılıqlı iddia ərizəsi üzrə 15 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh verilməsi və İddiaçı 100 (yüz) manat, Cavabdeh 100 (yüz) manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia tələbi üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu olan apellyasiya şikayətində mübahisələndirilən qətnamənin qanunsuz və əsassız hesab edildiyi göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı X13 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X8 apellyasiya şikayətinə etiraz etdi və izahat verərək bildirdi ki, ilk iddiaçı Qurban Əhmədovun öz vəsaiti hesabına tikdiyini iddia etdiyi ünvan 1 ünvanında (hazırda Neftçi küçəsi 18 ünvanında) yerləşən fərdi yaşayış evi onun ata-baba evinin həyətində yerləşir və özü tərəfindən inşa edilmişdir. Həmin ev onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Buna görə də, apellyasiya şikayətini əsassız hesab edir. İş üzrə mütəxəssis qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi X16 məhkəmə iclasında bildirdi ki, Mersedes Benz C180” minik markalı, 1994-cü il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar dəyəri 6.000 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi xahiş olunduğundan, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, ilkin iddia tələbi üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi avtomobilin dəyərinin ½ hissəsinin bölünməsi hissəsində dəyişdirilməlidir. İş materiallarında olan: - "xxxx" QSC-nin "Sumqayıt” filialı tərəfindən verilmiş 04.06.2019-cu il tarixli ərizədən və köçürmə orderi-əmanətə yatırımdan görünür ki, İddiaçı 16000 (on altı min) AZN məbləğinə dair 04.06.2019-cu il tarixdən 24.05.2021-ci il tarixədək illik 12 faiz dərəcəsi ilə müddətli əmanət hesabı açdırmışdır. -"xxxx" QSC-nin "Sumqayıt” filialı tərəfindən verilmiş 06.05.2019- cu il tarixli ərizədən və köçürmə orderi-əmanətə yatırımdan görünür ki, Cavabdeh 15000 (on beş min) AZN məbləğinə dair 06.05.2019-cu il tarixdən 06.11.2020-ci il tarixədək illik 12 faiz dərəcəsi ilə müddətli əmanət hesabı açdırmışdır. - BDYPİ-nin çıxarışından görünür ki, “MERCEDES BENZ C180 minik” markalı, 10 ZM-896 dövlət qeydiyyat nişanlı avtomobil 02.05.2020-ci il tarixdə İddiaçı adından qeydiyyatdan çıxarılmış və dövlət qeydiyyat nişanı dəyişdirilmədən X2 adına dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 4 ünvanlanmış 08.06.2020-ci il tarixli məktubun surətindən görünür ki, Baş X22 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı adına 12.10.2017-ci il tarixdə “MERCEDES BENZ C180 minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, 02.05.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı dəyişdirilmədən ünvan 6 ünvanında qeydiyyatda olan X2 adına rəsmiləşdirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 7 ünvanlanmış 18.05.2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, X14 ərazisində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X1 adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 18.10.2014-cü il tarixdə **********50 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (Bakı şəhəri 35 saylı notariat kontorunda təsdiq edilmiş 27.09.2014-cü il tarixli 3M/01-126 reyestr nömrəli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsinə əsasən). Həmin icarə torpaq sahəsinə 28.04.2020-ci il tarixdə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən İddiaçı adına arayış verilmişdir. Həmin icarə torpaq sahəsinin özgəninkiləşdirilib özgəninkiləşdirilməməsi barədə idarədə məlumat yoxdur. Azərbaycan Respublikası ərazisində İddiaçı adına digər qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1359/2020 saylı, 18.08.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 30 mart 2007-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış və 230 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra 23 dekabr 2007-ci il təvəllüdlü X5 və 19 mart 2012-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları, 05.06.2020-ci il tarixdən hesablanmaqla, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğindəalimentin tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, X14 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir, bu barədə 684 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində **********50 nömrəsi ilə 18.10.2014-cü il tarixində qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Abşeron rayonu, X14 ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin hüquq sahibi İddiaçıdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2021-ci il tarixli, 9/4752 nömrəli ekspert rəyindən görünür ki, “Mersedes Benz C180” minik markalı, 1994-cü il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2020-ci ilin may ayına orta bazar dəyəri təxminən 7.000 manat müəyyən olunur. - Sumqayıt şəhər Təhsil Şöbəsi Sumqayıt şəhər 27 nömrəli tam orta məktəb tərəfindən verilmiş 16.02.2021-ci il tarixli, 17 saylı arayışdan görünür ki, X11 həqiqətən 3cü sinifdən Sumqayıt şəhər 27 saylı tam orta məktəbdə təhsil alır və hal-hazırda məktəbin 7d sinfində oxuyur. - Sumqayıt şəhər Təhsil Şöbəsi Sumqayıt şəhər 27 nömrəli tam orta məktəb tərəfindən verilmiş 16.02.2021-ci il tarixli, 18 saylı arayışdan görünür ki, X7 həqiqətən 1-ci sinifdən Sumqayıt şəhər 27 saylı tam orta məktəbdə təhsil alır və hal-hazırda məktəbin 3 ”Ç” sinfində oxuyur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli Texniki Pasportun surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Neftçi küçəsi 18-də yerləşən fərdi yaşayış evinin sahibi X6r. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Neftçi küçəsi 18 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 xüsusi mülkiyyətindədir və bu barədə 41 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində 10.02.2021-ci il tarixdə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 12.02.2021-ci il tarixli Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/19598 saylı arayışdan görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Neftçi küçəsi 18 saylı evin 09.02.2021-ci il tarixinə bazar dəyəri 33.000 (otuz üç min) manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli, 10/1183 nömrəli ekspert rəyindən görünür ki, Abşeron rayonu, X14 ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikilməsinə sərf olunan vəsaitin məbləği bazar qiymətlərinə uyğun olaraq təqribən 20466,0 manat məbləğində müəyyən olunmuşdur. - "xxxx" MMC-nin 15 dekabr 2021-ci il tarixli, UNİ/D 72-1281/21 nömrəli rəyindən görünür ki, “Mersedes Benz C180” minik markalı, 1994-cü il buraxılışlı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 15 dekabr 2021-ci il tarixə real bazar dəyəri 5000 manat təşkil edir. Beləliklə, birinci instansiya məhkəməsində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah 30 mart 2007-ci ildə bağlanmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1359/2020 saylı, 18.08.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə banka İddiaçı adına 16.000 manat, Cavabdeh adına 15.000 manat əmanətin qoyulması, habelə “Mercedes-Benz C180 minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin əldə edilməsi, münasibətlər pozulduqdan sonra həmin əmanətlərin hesab sahibləri tərəfindən bankdan çıxarılması, avtomobilin özgəninkiləşdirilməsi və X14 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində evin inşa edilməsi tərəflər arasında mübahisəsizdir. Bundan əlavə, ilk iddia üzrə 700 manat dəyərində LG markalı kondisionerin birgə əldə edildiyi, 1 ədəd 150 manat dəyərində şirəçəkənin, 1 ədəd İNDESİT markalı paltaryuyanın, 500 manat dəyərində bir maşın kərpicin iddiaçıya məxsus olduğu cavabdehin etirafı ilə təsdiq olunur. Buna baxmayaraq, ilk iddia üzrə 4.500 manat borcun verilməsi, habelə digər şəxsi əşyaların iddiaçıya məxsusluğu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsində mövcud evin tikintisinə ilk iddiaçı tərəfindən 20.000 manat vəsait xərclənməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, həmin ev başqa şəxsin mülkiyyətində olması səbəbindən onun tikintisinə çəkilmiş xərcin bölünməsi tələbinin Cavabdeh qarşı irəli sürülməsi əsassız olmuşdur. Qeyd olunanlara əsasən, ilk iddia birgə nikah dövründə Cavabdeh Qulu qızının adına banka qoyulmuş 15.000 manat pulun yarısını təşkil edən 7.500 manat pulun, bir ədəd LG markalı kondisionerə görə onun dəyərinin yarısını təşkil edən 350 manat pulun, habelə 1 ədəd İNDESİT markalı paltaryuyanın, 1 ədəd 150 manat dəyərində şirəçəkənin, 500 manat dəyərində 1 maşın kərpicin özünün və ya dəyərinin cavabdehdən tutulması hissəsində əsaslı, qalan hissədə əsassız hesab olunmalıdır. Digər tərəfdən, qarşılıqlı iddia ekspert rəyləri nəzərə alınmaqla, İddiaçı adına banka qoyulmuş 16.000 manat pulun yarısını təşkil edən 8.000 manat pulun, X14 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində inşa edilmiş evə çəkilən xərcin yarısını təşkil edən 10.233 manat pulun İddiaçı tutulması hissəsində əsaslı hesab olunmalıdır. Tərəflərin birgə nikah dövründə əldə etdiyi “Mercedes-Benz C180 minik” markalı, **- ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə həmin avtomobilin özgəninkiləşdirildiyi dövrdə dəyərinin yarısını təşkil edən 3.500 manat pulun ilk iddiaçıdan tutularaq qarşılıqlı iddiaçıya ödənilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı cəlb edilmiş mütəxəssis tərəfindən verilmiş rəydə həmin avtomobilin orta bazar dəyərinin 6000 manat təşkil etməsi nəzərə alınmaqla, həmin məbləğin ½ hissəsinin ilk İddiaçı tutularaq qarşılıqlı idiiaçı Cavabdeh verilməsi işin həqiqi hallarına daha uyğundur. Avtomobilin qiyməti ilə bağlı məhkəmə ekspertizasının rəyini deyil, mütəxəssis tərəfindən verilmiş rəyi əsas götürməklə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində avtomobilin orta bazar qiymətinin müəyyən edilməsinin nəzəri hesablama yolu ilə müəyyən edilməsi göstərilsə də, bu hesablamanın hansı meyarlar əsasında həyata keçirilməsi rəydə ümumiyyətlə əsaslandırılmamış, oxşar avtomobillərlə bağlı hazırkı bazar qiymətlərinin müqayisəli təhlili aparılmamışdır. Bundan fərqli olaraq, mütəxəssis tərəfindən tərtib edilmiş rəydən görünür ki, avtomobilin qiymətinin müəyyən edilməsi müasir qiymətləndirmə üsulları tətbiq edilməklə aparılmış, bu zaman avtomobilə ətraflı baxış keçirilmiş, oxşar avtomobillərlə bağlı bazarda egdgi-egldşa gıfıjtvf formalaşmış qiymətlərlə əlaqəli təhlil aparılmışdır. Ona görə də, kollegiya hazırkı mübahisənin həlli zamanı mütəxəssis rəyini daha mötəbər sübut hesab etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin avtomobiolin dəyərinin 7.000 manat müəyyən edilərək onun ½ hissədə bölünməsi hissəsi istisna olmaqla digər iddia tələbinin hissələrində düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı iddia tələbinin avtomobilin dəyərinin ½ hissədə bölünməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə dəyişdirilməsi üçün əsas təşkil edir. Belə ki, avtomobilin dəyəri 6000 manat olduğu müəyyən edildiyindən onun dəyərinin ½ hissəsi, yəni 3000 manatı qarşılıqlı iddia üzrə iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ilk İddiaçı apellyasiya şikayətinin dəlilləri kimi bankdan götürdüyü vəsait hesabına X10 fərdi ev inşa etməsi, habelə ünvan 1 ünvanında (hazırda Neftçi küçəsi 18 ünvanında) yerləşən fərdi yaşayış evinin onun vəsaiti ilə tikilməsinə istinad etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. «C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-155/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi avtomobilin dəyərinin ½ hissəsinin bölünməsinə dair hissədə dəyişdirilərək avtomobilin dəyərinin 6000 manat olması nəzərə alınmaqla onun ½ hisəsi olan 3.000 manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-155/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-155/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi avtomobilin dəyərinin ½ hissəsinin bölünməsinə dair hissədə dəyişdirilərək avtomobilin dəyərinin 6.000 manat olması nəzərə alınmaqla onun ½ hissəsi olan 3.000 manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-155/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10046/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10046/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver