Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10048/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh2 Seyfalı oğlunun nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Seyfalı oğluna qarşı “kredit borcu” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2092/2020 saylı müli iş üzrə 12 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh2 Seyfalı oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Seyfalı oğlundan 14953,33 ABŞ dolları əsas, 10196,79 ABŞ dolları məbləğində faiz borcu, 19,87 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 25169,99 ABŞ dolları borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla, 14953,33 ABŞ dolları əsas, 4453,86 ABŞ dolları faiz borcu, 19,87 ABŞ dolları cərimə olmaqla, cəmi 19427,06 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 12 avqust 2021-ci il tarixli qərardadı ilə qətnamədən Cavabdeh2 Seyfalı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 130.1, 130.3, 360 363.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsinin surəti Cavabdeh2 Seyfalı oğluna rəsmi qaydada (poçt vasitəsi ilə) 08 oktyabr 2020-ci il tarixdə təqdim olunduğu halda, o bu qətnamədən yalnız avqust 2021-ci il tarixdə (məhkəməyə 05.08.2021-ci il tarixdə daxil olmuşdur) apellyasiya şikayəti vermiş, lakin bu zaman apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə məhkəməyə ərizə təqdim etməmişlər. Cavabdeh apellyasiya şikayəti verərək, Məhkəmənin 12 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsi və Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mahiyyəti üzrə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsini verdiyi apellyasiya şikayətində də qeyd etdiyi kimi müvafiq ərizə ilə məhkəməyə müraciət etdikdən sonra 22 iyul 2021-ci il tarixdə əldə etmişdir. Beləliklə də şikayət vermə müddəti tərəfindən buraxılmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2092/2011 nömrəli 10.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Seyfalı oğlunun nümayəndəsi vəkil X4 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin surətini əldə edə bilmədiklərini, bu səbəblə birinci isnatnisya məhkəməsinə mürciət etdiklərini, qətnamənin surətini almadıqlarından onlardan əlavə rüsum tələb etmədiklərini, cavabdehin Bakıda yaşadığını, qətnamənin surətinin rayona göndərildiyini, orada kim tərəfindən qəbul edildiyini bilmədiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı ASC və Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-133, 146, 395, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayyətçinin diqqətinə çatdırılmalıdır ki, ərizəçinin dəlilləri ümumi səciyyə daşıyır və (08.10.2020-ci il tarixli poçt sənədi ilə qətnamənin alınmasına rəğmən) sübuta yetirilmir, habelə şəxsin hüquqları barədə məlumatlı olmalı-olması, habelə ötürülən müddətin ağlabatan meyyarlarına əks-mütənasib kifayət qədər uzun olması, dispozitiv imkandan sui-istifadəyə şərait yaradan amil kimi qiymətləndirilərək və müraciət olmadan üzrlü hesab edilməsinə əsas verə bilməz. Qeyd edilməlidir ki, şəxsin qətnaməni təkrar alması onun prosessual müddətin ötürülməməsinə dəlalət etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 360-cı maddələrinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti (məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində) verə bilər. Məcəllənin 233.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəlmiş və müddətin bərpasına dair müraciət mövcud olmamışdır. Ona görə, müddətin ötürülməsinin üzrlü səbəblərinin (umumiyyətlə müddətlə bağlı) müzakirələrin aparılması prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh2 Seyfalı oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2092/2020 saylı mülki iş üzrə 12 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-10048/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10048/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver