Məhkəmə qərarları › İş №2(103)-1006/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1006/2022

19.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1006/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial inkişaf İdarəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında X19, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin (əvvəlki adı:Tikilən X3) və Azərbaycan Dövlət Musiqili Komediya Teatrı cəlb olunmaqla )qarş iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1006/2022 (Açar sözlər: “ziyanın tutulması”) Bakı şəhəri 19 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi X2, Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətin nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X15 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-324/2016 saylı iş üzrə 18 yanvar 2016-cı il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (bundan sonra - Dövlət Neft Şirkəti) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra - "xxxx" MMC) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 445.500,0 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcmini artıraraq, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsini cavabdehlər sırasına əlavə etməklə, vurulmuş ziyana görə 445.500,0 manat və əldən çıxmış faydaya görə 288.000,0 manat, cəmi 733.500,0 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-324/2016 saylı, 18 yanvar 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - Ali Məhkəmənin Mülki Kollegiyası) 29 sentyabr 2016-cı il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmiri edilmiş, Dovlat Neft Şirkətindən və "xxxx" MMC-dən müştərək qaydada vurulmuş ziyana görə 445.500,0 manat pulun tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 14 mart 2018-ci il tarixli qəraməsilə Dövlət Neft Şirkətinin və "xxxx" MMC-nin kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilmiş, "xxxx" MMC- dən 125700 manatın alınaraq İddiaçı verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. İddiaçı və cavabdeh "xxxx" MMC Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Ali Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi vurulmuş zərərin məbləği hissəsində ləğv edilmiş, iş həmin hissə üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. "xxxx" MMC-nin zərərin vurulmasına görə mülki hüquq məsuliyyətinin olmamasına dair kassasiya şikayəti isə təmin edilməmişdir. "xxxx" MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra - Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının həmin hissədə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, 129-cu maddəsinin İİİ hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 416, 417 və 418-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsi üzrə mülki iş apellyasiya baxışından çıxarılaraq materiallar baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2021 -ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin zərərin vurulmasına görə mülki hüquq məsuliyyətinin olmasına dair hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı tələbini onunla əsaslandırıb ki, cavabdehlər tərəfindən aparılan təmir və yenidənqurma işləri nəticəsində onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 2-də yerləşən ümumi sahəsi 148,5 kv.m olan qeyriyaşayış sahəsi istifadəyə yararsız hala salınmışdır. Belə ki, sahənin döşəməsinin bir metr yuxarı qaldırılması, zirzəminin 50 kv.m olan sahəsində yüksək gərginlikli generatorun yerləşdirilməsi nəticəsində o, həmin obyekti altı il müddətində istifadə edə bilmir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli qətnaməsı ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd edib ki, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, bərpa edilməsinin mümkünlüyü müəyyən edilmədən, eyni zamanda bunun nəticəsində həmin sahəyə 445500 manat pulun tələb edilməsi ilə bağlı sübut yoxdur. Həmçinin "xxxx" MMC bu işdə cavabdeh ola bilməz. Çünki "xxxx" MMC digər iki cavabdehin sifarişi ilə işlər görüb. ‘Azimport” MMC-nin əməlində mülki hüquq pozuntusu sayıla biləcək 3 ünsürdən ibarət əlamət yoxdur. "xxxx" MMC sifarişdən kənara çıxmayıb. Əraziyə müdaxilə X14 xeyrinə olub, sifarişi SOCAR verib, məsuliyyəti onlar daşıyır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymışdır. Ali Məhkəmənin Mülki Kollegiyası 29 sentyabr 2016-cı il tarixli qərarla İddiaçı kassasiya şikayətini qismən təmin edib, işi yeni apellyasiya baxışına qaytarmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının mövqeyi belə olub ki, apellyasiya məhkəməsi ziddiyyətli nəticəyə gəlib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 29 avqust 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmiş, Dövlət Neft Şirkətindən və ‘Azimport" MMC-dən müştərək qaydada vurulmuş zərərə görə 445000 manat pulun İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya instansiyası hesab edib ki, iddiaçının əmlakına zərər vurulmasında məsuliyyəti SOCAR və "xxxx" MMC daşıyır. Zərər məbləği ekspert xərclərinə əsasən müəyyən edilir, əldən çıxmış fayda ilə bağlı iddia isə sübut olmaması əsası ilə rədd edilir. Dövlət Neft Şirkəti və "xxxx" MMC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri Ali Məhkəmənin Mülki Kollegiyasının 14 mart 2018-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olması və həmin qeyri- yaşayış sahəsinin yerləşdiyi binada təmir və yenidənqurma işləri aparılarkən iddiaçıya maddi zərər vurulmasının işin mübahisəsiz halı olması ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, həmin sahənin nə dərəcədə yararsız hala düşməsi və bununla əlaqədar iddiaçıya dəymiş zərərin məbləği ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə səthi yoxlanılmış sübutlara əsaslandığından qəbul etməmişdir. Həmçinin Ali Məhkəmənin Mülki Kollegiyasının mövqeyinə görə apellyasiya məhkəməsinin qətnaməsi elə vəziyyət yaratmışdır ki, həm iddiaçıya qeyri-yaşayış sahəsinin real bazar dəyərinin ödənilməsi qət edilmiş, həm də iddiaçının həmin sahəyə mülkiyyət hüququ saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən 125700 manatın alınaraq İddiaçı verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Qətnamədə maraqlı şəxslərə iddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyatının ləğvini tələb etmək hüququ izah edilmişdir. İşə üçüncü dəfə baxan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmlakına zərər vurulmasında Dövlət Neft Şirkətinin və Şirkətinin Sosial İnkişaf idarəsinin təqsiri yoxdur.Təqsirkar "xxxx" MM-dir. Zərərin məbləği isə ekspert rəyinə əsasən müəyyən edilmişdir. İddiaçı və cavabdeh "xxxx" MMC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxan Ali Məhkəmənin Mülki Kollegiyası 18 noyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətini qismən təmin etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi vurulmuş zərərin məbləği hissədə ləğv edilmiş, iş həmin hissə üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. "xxxx" MMC-nin zərərinvurulmasına görə mülki hüquq məsuliyyətinin olmamasına dair kassasiya şikayəti isə təmin edilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur: Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İV hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, azad sahibkarlıq fəaliyyətinə və mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir, qanunvericiliklə müəyyən edilmiş əsaslarla məhdudlaşır. Konstitusiya Məhkəməsinin Plenumu şikayətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin podrat müqaviləsi, həmin müqavilədən irəli gələn öhdəliklərin icrası və mülki hüquq pozuntularına görə məsuliyyətin əsaslarını müəyyən edən bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (Mülki Məcəllənin 752.1 və 762.1-ci maddələri). Bu müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə "xxxx" MMC arasında 7 avqust 2008-ci il tarixli “Əsaslı təmir üçün podrat müqaviləsi” bağlanmışdır. Tərəflər ünvan 1 ünvanda yerləşən binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri üzrə müqavilədə nəzərdə tutulan təminatları, onun istismara verilməsi və müqavilədə göstərilmiş vaxtda tam layihə gücünə çatdırılması öhdəliklərini yerinə yetirməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən, sifarişçi podratçını müqavilə üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərin layihə-smeta sənədləri ilə təmin etməyi, lazım olan hallarda əsaslı təmir olunacaq sahəni tikinti-quraşdırma işlərinə maneçilik törədən bütün əşyalardan təmizlənmiş halda təhvil verməyi, işin nəticəsini qəbul etməyi, görülmüş işin müqabilində müəyyən edilmiş haqq ödəməyi və s. üzərinə götürür. Podratçı öz növbəsində tikinti norma və qaydalarına riayət etməklə layihə-smeta sənədlərinə tam uyğun olaraq müqavilə üzrə tikinti işlərini öz gücünə, müqavilədə nəzərdə tutulan müddətdə yerinə yetirməli, təmiri başa çatdırılmış obyekti istismara təhvil verməlidir və s. Birinci instansiya məhkəməsi qətnaməsində E.X20 Şirkətinə, "xxxx" MMC-yə, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı vurulmuş zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsinin əsası kimi Dövlət Neft Şirkətinin və "xxxx" MMC-nin mülki hüquq məsuliyyətinin olmamasını göstərmişdir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsində gəldiyi qənaətə görə, yenidənqurma işlərinin "xxxx" MMC tərəfindən aparılması nəticəsində İddiaçı məxsus qeyri-yaşayış sahəsinin bir hissəsi zəbt olunsa da, bunun məhz "xxxx" MMC-nin qanuna zidd hərəkətləri nəticəsində baş verməsinin müəyyən edilməməsi sonuncunun vurulmuş ziyana görə mülki hüquqi məsuliyyətini istisna edir. Məhkəmə hesab etmişdir ki, yalnız iddiaçıya vurulmuş ziyanın naturada bərpasının qeyri- mümkünlüyü müəyyən edildikdən və ya vurulmuş zərərin real məbləği ilə bağlı sübutlar əldə edildikdən sonra zəbt olunmuş qeyri-yaşayış sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi və bununla bağlı dəymiş ziyanın əvəzinin ödənilməsi barədə yeni tələb irəli sürülə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2016-cı il tarixli qətnaməsində göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsinin qeyri-mümkünlüyü müəyyən edilmədiyindən, eyni zamanda həmin sahənin əvvəlki vəziyyətə gətirilməsi üçün müəyyən məbləğdə pulun tələb olunmasına dair hər hansı bir mötəbər sübut təqdim olunmadığından, ziyanın ödənilməsi ilə bağlı tələb əsaslı hesab edilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, İddiaçı ona məxsus qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma işlərinin "xxxx" MMC tərəfindən aparıldığını, sonuncunun müqavilədə göstərilən işlərdən kənara çıxdığını və bu səbəbdən vurulmuş ziyana görə cavabdehliyin "xxxx" MMC-nin daşımalı olduğunu bildirsə də, həmin zərərin məhz MMC-nin hüquqa zidd hərəkətləri nəticəsində vurulmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası ilk dəfə işə baxaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən 29 sentyabr 2016-cı il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi mülki prosessual hüquq normalarının tələblərinə uyğun olaraq müvafiq ekspertiza təyin etməklə iddiaçıya vurulmuş real ziyanı müəyyən etmək üçün prosessual imkandan tam istifadə etməmişdir. Lakin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi 29 avqust 2017-ci il tarixli qətnaməsində Ali Məhkəmənin Mülki Kollegiyasının 29 sentyabr 2016-cı il tarixli qərarında müəyyən olunmuş göstərişlərdən kənara çıxaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya vurulmuş ziyana görə müştərək mülki hüquqi məsuliyyəti Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi və "xxxx" MMC daşıyırlar. Dövlət Neft Şirkəti və "xxxx" MMC-nin kassasiya şikayətləri üzrə mülki işə təkrar baxmış Ali Məhkəmənin Mülki Kollegiyasının 14 mart 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməməsinə, cavabdehlərin zərərin vurulmasına görə məsuliyyət daşımaması barədə irəli sürülmüş dəlillərinin nəzərə alınmamasına, özünün 29 sentyabr 2016-cı il tarixli qərarında müəyyən edilmiş göstərişlərindən kənara çıxılmasına münasibət bildirmədən apellyasiya instansiyası məhkəməsinin 29 avqust 2017-ci il tarixli qətnaməsini, yalnız müvafiq ekspertiza təyin etmədən, öz mülahizəsi əsasında qeyri- yaşayış sahəsinin istifadə üçün tam yararsız vəziyyətə düşməsi barədə gəlinən nəticə ilə razılaşmaması səbəbindən ləğv etmiş, işi yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir. Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı). İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, İddiaçı iddiası qismən təmin edilərək "xxxx" MMC-dən vurulmuş ziyana görə 125.700 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ‘Azimport” MMC-nin mülki məsuliyyət daşımasını yalnız onunla əsaslandırmışdır ki, sifariş hər hansı şəxs tərəfindən verilməsindən asılı olmayaraq podratçı tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan əmlaka zərər vurulmaqla icra edilmiş, nəticədə həmin əmlak tamamilə yararsız vəziyyətə düşmüşdür. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hazırkı konstitusiya işində zərərin əvəzinin ödənilməsi tələbi, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1006/22 saylı, 05 mart 2022-ci il tarixli Qərardadı ilə hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2021-ci il tarixli Qərarındakı, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 sentyabr 2021-ci il tarixli Qərarındakı qeyd etdiyi hallara əsaslanaraq iş üzrə əlavə məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Belə ki, iş materiallarına əsasən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidentinə ünvanlandığı xx.xx.2007-ci il tarixli 7-169/17g nömrəli məktubunda Bakı şəhərində yerləşən bir sıra binaların, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 2 saylı 9 mərtəbəli yaşayış binasının fasadının yenidən qurulması və işıqlandırılmasına dair təmir işlərinin aparılması xahiş edilmişdir. Bu məktubun icrası ilə əlaqədar Sosial İnkişaf İdarəsi və "xxxx" MMC arasında “Bakı şəhəri,T.Əliyarbəyov küçəsi, 2 saylı binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə” 07 avqust 2008-ci il və noyabr 2009-cu il tarixlərdə Əsaslı təmir üçün podrat Müqavilələri bağlanmışdır. Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi layihənin ekspertizasının keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X8 Dövlət Ekspertiza Baş İdarəsinə xx.xx.2012-ci il tarixli Qİ 12/LSE-12/3353 saylı məkubla müracət etmişdir. Məktubun icrası ilə əlaqədar olaraq “Bakı şəhərində X14 fasadlarının yenidən qurulması” layihəsi həmin təşkilat tərəfindən ekspertizadan keçirilərək xx.xx.2013-cü il tarixli 15370/14512/13695 saylı rəy verilmişdir. xx.xx.2013-cü il tarixli 15370/14512/13695 saylı rəyin 2-ci bəndində görüləcək işlər əks olunur ki, burada da ancaq fasad işlərin yerinə yetirilməsi göstərilir. Həmçinin, işin materiallarında olan Azərbaycan Dövlət X14 binasının daxilində yenidən qurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 ilə “AZ İmport “MMC arasında bağlanmış 02 dekabr 2010-cu il tarixli Az/ADMKT/BM-017 nömrəli müqavilədən görünür ki, sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X4 Azərbaycan Dövlət X14 binasında əsaslı təmir və yenidən qurulması işlərinin və bu işlərin layihə smeta sənədlərinin hazırlanması obyekti üzrə təmir işlərinin aparılmasını icraçı “AZ İmport “MMC-yə verir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə müəyyən etdiyi kimi Azərbaycan Dövlət X14 binasının yenidənqurulması iki mərhələdə həyata keçirilmişdir. Birinci dəfə Bakı şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidentinə ünvanlandığı xx.xx.2007-ci il tarixli məktubun icrası ilə əlaqədar sifarişçi Sosial İnkişaf İdarəsi və icraçı "xxxx" MMC arasında “Bakı şəhəri,T.Əliyarbəyov küçəsi, 2 saylı binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə” 07 avqust 2008-ci il və noyabr 2009-cu il tarixlərdə Əsaslı təmir üçün podrat Müqavilələri əsasında Teatr binasının fasadı yenidən qurularaq gülbax daşları ilə üzlənmiş və işıqlandırılmışdır. İkinci dəfə isə Azərbaycan Dövlət X14 binasının yenidənqurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 ilə “AZ İmport “MMC arasında bağlanmış 02 dekabr 2010cu il tarixli i müqavilənin icrası ilə əlaqədar bina daxilində yenidən qurma işləri aparılmış, o cümlədən yeni qazanxana, nasosxana sahələrinin inşası, həmin sahələrdə isitmə-soyutma sisteminə aid olan avadanlıqların quraşdırılması, həmçinin teatr binasına aid olan müxtəlif ölçülü boruların çəkilməsi həyata keçirilmişdir. Eyni zamanda işdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 18409 №-li rəyinə əsasən ünvan 3 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində İddiaçı məxsus qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 104,75 kv.m (148,5-17,55-26,2) olduğu, bunun da hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyətə verilmiş 148,5 kv.m sahədən 43,75 kv.m (148,5-104,75) az olduğu müəyyən edilir. Həmin zirzəminin sahəsinin azalmasına səbəb, binada aparılan təmir işləri zamanı texniki pasportda 6 və 7 literi ilə qeyd olunmuş otaqların bir hissəsinin (17,55 kv.m) X16 binasına qatılmaqla, qazanxana otağı kimi istifadə edildiyi və həmin işlərin aparılması nəticəsində 6 və 2 saylı otaqlar arasındakı keçidin bağlanması ilə 2 saylı otağın qapalı vəziyyətə salınması olmuşdur. Zirzəmidə yerləşən 6 və 7 saylı otaqların, eləcə də onların üstündə yerləşən otaqların bir-birinə qatıldığı və həmin sahədə teatr binasının isitmə-soyutma sisteminə aid olan avadanlıqların və müxtəlif diametrli boruların quraşdırıldığı müəyyən edilmişdir. Bu işlərin nəticəsində iddiaçıya aid olan qeyri yaşayış sahəsinin 6 və 7 saylı tikililərinin bir hissəsinə, eləcə də 2 saylı tikilinin daxilinə zirzəmidə yerləşən digər otaqlardan keçməsinin mümkün olmadığı müəyyən edilmişdir. Eyni zamanda qeyriyaşayış sahəsinin iddiaçının istifadəsində qalmış otaqlara pilləkən qəfəsindən olan keçidlər daraldığından, eləcə də digər otaqların daxilindən teatr binasına aid olan müxtəlif ölçülü borular keçdiyindən, həmin hissələrə pilləkən qəfəsəsindən sərbəst daxil olmasının və bu sahələrdən maneəsiz istifadə edilməsi də mümkün deyildir. Məhkəmə Kollegiyası hesab etmişdir ki, ünvan 3 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində İddiaçı məxsus qeyri-yaşayış sahəsinin işdə olan və yuxarıda qeyd edilən məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 18409 №-li rəyində göstərilən vəziyyətə gətirilməsinə səbəb olmuş işlər görülərkən Azərbaycan Respublikası Dövlət Neft Sosial İnkişaf İdarəsi və "xxxx" MMC arasında “Bakı şəhəri,T.Əliyarbəyov küçəsi, 2 saylı binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə” 07 avqust 2008-ci il və noyabr 2009-cu il tarixlərdə Əsaslı təmir üçün bağlanmış podrat Müqavilələrinin və Azərbaycan Dövlət X14 binasının daxilində yenidən qurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 ilə “AZ İmport “MMC arasında bağlanmış 02 dekabr 2010-cu il tarixli Az/ADMKT/BM-017 nömrəli müqavilənin şərtlərinə əməl edilməsi, podratçı "xxxx" MMCnin həmin müqaviləllərin şərtlərindən kənara çıxması hallarının mövcud olması, mövcud olubsa hansı işlər görülərkən müqavilə şərtlərindən kənara çıxılması, bu kənara çıxılmaların hansı zərurətdən irəli gəlməsi barədə əsaslandırılmış Rəy verilməsi üçün iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2022-ci il tarixli, 10/4455 saylı Ekspert Rəyi daxil olmuşdur.Rəylə müəyyən olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində İddiaçı məxsus qeyriyaşayış sahəsinin işdə olan və yuxarıda qeyd edilən məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 18409 №-li rəyində göstərilən vəziyyətə gətirilməsinə səbəb olmuş işlər görülərkən Azərbaycan Dövlət Musiqili Komediya Teatırın binasının daxilində yenidən qurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 ilə “AZ İmport “MMC arasında bağlanmış 02 dekabr 2010-cu il tarixli Az/ADMKT/BM-017 nömrəli müqaviləyə əlavə olunmuş Dövlətbaşekspertizadan razılaşdırılmış layihə sənədlərinə və həmin müqaviləyə əlavə olunmuş smetada göstərilən şərtlərə əməl edilmədiyi müəyyən olunur. Eyni zamanda 9 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində İddiaçı məxsus qeyri-yaşayış sahəsinin işdə olan və yuxarıda qeyd edilən məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 18409 №-li rəyində göstərilən vəziyyətə gətirilməsinə səbəb olmuş işlərin görülməsi Azərbaycan Respublikası Dövlət Neft Sosial İnkişaf İdarəsi və "xxxx" MMC arasında “Bakı şəhəri,T.Əliyarbəyov küçəsi, 2 saylı binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə” 07 avqust 2008-ci il və noyabr 2009-cu il tarixlərdə Əsaslı təmir üçün bağlanmış podrat Müqavilələrində nəzərdə tutulmamışdır. Yeni apellyasiya baxışı zamanı şikayətin dəlilləri əvvəlki apellyasiya şikayətinin dəlillərindən ibarət olmaqla onunla əsaslandırılmışdır ki, qətnamənin təsviri hissəsində göstərilir ki, məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs Azərbaycan X16 nümayəndəsi X17 izahatında göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən Azərbaycan X16 əsaslı təmiri ilə əlaqədar bütün danışıq və məsləhətlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə aparılmışdır. Azərbaycan X16 istixanası əvvəllər Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 2 saylı binanın birinci mərtəbəsində yerləşirdi, lakin təmir gedişi zamanı istixana zirzəmiyə köçürülərək istixananın 2 saylı binanın birinci mərtəbəsində yerləşən əvvəlki sahəsi mağazaya çevrilmişdir. İddiaçının xüsusi mülkiyyəti olan Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binanın zirzəmisində yerləşən, ümumi sahəsi 148.5 kv.m olan qeyri-yaşayış sahəsinin 50 kv.m sahəsi cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin qanuna zidd və təqsirli əməlləri nəticəsində zəbt edilərək, oraya iddiaçının iradəsinə zidd istixana avadanlıqları quraşdırılmış, nəticədə onun xüsusi mülkiyyətində olan, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi tamamilə istifadəyə yararsız hala düşmüşdür. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də bu hal öz təsdini tapmışdır. Aparılan yenidənqurma işləri nəticəsində mübahisə predmeti olan əmlaka vurulmuş ziyanın bərpasına başqa yolla, yəni vurulmuş ziyanın naturada bərpa edilməsinin qeyrimümkünlüyü iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə sübut olunur. Eyni zamanda məhkəmə baxışı zamanı tikinti-texniki ekspertizasının keçirilməsi ilə bərabər mübahisə predmeti olan zirzəminin dəyərinin və həmin sahəyə icarə haqqının müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizasının keçirilməsini məhkəmədən tələb etsə də, işə baxmış birinci instansiya məhkəməsi yalnız tikinti-texniki ekspertizasının keçirilməsi ilə kifayətlənmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi hazırki iş üzrə cavabdeh kimi cəlb olunmalıdır. Əmlakda hansısa təmir və abadlıq işləri aparılıbsa, bununla bağlı Nazirlik onlara qarşı iddia qaldırmalı idi. Təmsil etdiyi Şirkətə Azərbaycan Dövlət Musiqili Teatrı və Dövlət Neft Şirkəti sifariş vermişdi. Məhkəmə yanlış olaraq Nazirliyi 3-cü şəxs qismində cəlb edib, əslində cavabdeh olmalı idi. Onlar sifarişçilərin sifariş etdiyi həddə hərəkətlər etmişlər, sifariş olmadan özbaşına nəsə edə bilməzdilər.Əgər sifarişçi icranı qəbul edibsə deməli cavabdeh "xxxx" MMC heç bir zərər vurmamışdır. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi X6 bildirmişdir ki, onlara qarşı tələb təsdiqini tapmır, onlara münasibətdə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X18 apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 18409 №-li rəyinə əsasən ünvan 3 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində İddiaçı məxsus qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 104,75 kv.m (148,5-17,55-26,2) olduğu, bunun da hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyətə verilmiş 148,5 kv.m sahədən 43,75 kv.m (148,5-104,75) az olduğu müəyyən edilir. Həmin zirzəminin sahəsinin azalmasına səbəb, binada aparılan təmir işləri zamanı texniki pasportda 6 və 7 literi ilə qeyd olunmuş otaqların bir hissəsinin (17,55 kv.m) X16 binasına qatılmaqla, qazanxana otağı kimi istifadə edildiyi və həmin işlərin aparılması nəticəsində 6 və 2 saylı otaqlar arasındakı keçidin bağlanması ilə 2 saylı otağın qapalı vəziyyətə salınması olmuşdur. Zirzəmidə yerləşən 6 və 7 saylı otaqların, eləcə də onların üstündə yerləşən otaqların bir-birinə qatıldığı və həmin sahədə teatr binasının isitmə-soyutma sisteminə aid olan avadanlıqların və müxtəlif diametrli boruların quraşdırıldığı müəyyən edilmişdir. Bu işlərin nəticəsində iddiaçıya aid olan qeyri yaşayış sahəsinin 6 və 7 saylı tikililərinin bir hissəsinə, eləcə də 2 saylı tikilinin daxilinə zirzəmidə yerləşən digər otaqlardan keçməsinin mümkün olmadığı müəyyən edilmişdir. Eyni zamanda qeyriyaşayış sahəsinin iddiaçının istifadəsində qalmış otaqlara pilləkən qəfəsindən olan keçidlər daraldığından, eləcə də digər otaqların daxilindən teatr binasına aid olan müxtəlif ölçülü borular keçdiyindən, həmin hissələrə pilləkən qəfəsəsindən sərbəst daxil olmasının və bu sahələrdən maneəsiz istifadə edilməsi də mümkün deyildir. Əlavə məhkəmə tikinti texniki ekspertizasının 16 avqust 2018-ci il tarixli 15015 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 148,5 kv.m olan qeyri-yaşayış sahəsinin 6 və 7 saylı tikililərinin bir hissəsinin, eləcə də 2 saylı tikilinin daxilində monalit beton konstruksiyalı rigerlərin və sütunların inşa olunduğunu, pilləkən qəfəsəsinin və daxili giriş-çıxış qapılarının daraldılmasını, 148.5 kv.m. olan qeyri-yaşayış sahəsinin 43.75 kv.m. hissəsinin arakəsmə divarla bağlanaraq X7xana otağı kimi istifadə olunduğuna görə həmin qeyri-yaşayış sahəsinin istifadə üçün yararsız vəziyyətə salındığı müəyyən edildi. Qərardadın ikinci və üçüncü sualları üzrə: Yararsız vəziyyətə düşmüş qeyri-yaşayış sahəsinin daxili konstruktiv elementlərinin üzərində aparılmış tikinti-quraşdırma işlərinin sökülərək əvvəlki vəziyyətə qaytarılması və söküntü işləri aparılan zaman tikilinin dayanıqlığına təsir edib-etməməsinin müəyyən edilməsi konstruktor ixtisasına malik mütəxəssis tərəfindən konstruktiv layihəsmeta sənədləri hazırlandıqdan sonra həyata keçirilə bilər. Qeyd olunan sənədlər hazırlandıqdan sonra tikilinin əvvəlki vəziyyətə qaytarılması üçün nə qədər vəsait tələb olunduğu müəyyən edilə bilər. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 21 yanvar 2019-cu il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən yaşayış binasının 1956-cı ildə inşa olunduğunu, zirzəmi hissəsində rekonstruksiya işlərinin (mövcud örtüyün sökülərək mərtəbə hündürlüyünün coxaldılması) aparıldığını, aparılmış işlərə dair layihə sənədlərininin ( işçi layihə, geoloji və konstruktiv hesabatlar) təqdim edilməməsini nəzərə alsaq zirzəmidə aparılmış rekonstruksiya işlərinin sökülərək zirzəminin əvvəlki vəziyyətə qaytarılması məqsədəuyğun hesab edilmir. Binanın zirzəmi hissəsində aparılmış rekonstruksiya işlərinin və zirzəminin əvvəlki vəziyyətinə qaytarılması zamanı yaşayış binasanın ümumi dayanıqlığına mənfi təsir edib-etməməsini müəyyən etmək üçün binada layihə əsasında müvafiq instrumental müayinə işləri aparılmalıdır. Əlavə məhkəmə tikinti texniki ekspertizasının 09 aprel 2019-cu il tarixli 31831 saylı ekspert rəyində qeyd edilmişdir ki, “Azərdövlətsənayelayihə" Dövlət Layihə institutunun 2 nömrəli Memar İnşaat şöbəsinin, konstruksiya sektorunun mühəndisi tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən; binanın zirzəmi hissəsində aparılmış rekonstruksiya işlərinin və zirzəminin sökülərək əvvəlki vəziyyətinə qaytarılması zamanı binanın ümumi dayanıqlığına mənfi təsir edib-etməməsini müəyyən edilməsi binada layihə əsasında müvafiq instrumental müayinə işləri aparıİdıqdan sonra müəyyən edilə bilər. ünvan 4 ünvanda yerləşən yaşayış binasının 1956-cı ildə inşa olunduğunu, zirzəmi hissəsində rekonstruksiya işlərinin (mövcud örtüyün sökülərək mərtəbə hündürlüyünün çoxaldılması) aparıldığını, aparılmış işlərə dair layihə sənədlərininin (işçi layihə, geoloji və konstruktiv hesabatlar) təqdim edilməməsini nəzərə alaraq, zirzəmidə aparılmış rekonstruksiya işlərinin sökülərək zirzəminin əvvəlki vəziyyətə qaytarılması məqsədə uyğun hesab edilmir. Müətəxəssis tərəfindən verilmiş rəyin birinci və ikinci hissəsi arasında ziddiyət olduğundan mübahisəli məsələnin həlli mümkün olmadı və son nəticədə məhkəmə tərəfindən qiymətləndirilə bilər. - "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 148,5 kv.m qeyri-yaşayış sahəsinin 28 fevral 2017-ci il tarixinə bazar dəyəri 465.500 manat təşkil edir. Həmin qeyri-yaşayış sahəsinin 2009-cu il tarixinə bazar dəyəri 582.000 manat, xx.xx.2016-cı il tarixə bazar dəyəri 456.000 manat təşkil edir. “İVC-X5” MMC-nin xx.xx.2016-cı il tarixli rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 148,5 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyəri 520.000 manat, likvid dəyəri 468.000 manat təşkil edir. "xxxx" MMC-nin 07 iyul 2017-ci il tarixli rəyindən görünür ki, 2009-cu il tarixinə İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 148,5 kv.m qeyri-yaşayış sahəsinin dəyəri 585.000 manat, ayrıca olaraq 48 kv.m üzrə 205.000 manat; 23 may 2016-cı il tarixinə 148 kv.m üzrə 450.000 manat, ayrıca olaraq 48 kv.m üzrə 155.000 manat; 07 iyul 2017-ci il tarixinə 148 kv.m üzrə 460.000 manat, ayrıca olaraq 48 kv.m üzrə 160.000 manat müəyyən edilir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2296/22 saylı, 15 oktyabr 2020-ci il tarixli Qərardadı ilə təyin edilmiş Qiymətləndirmə üzrə "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli ƏEM/A16-782/21 saylı Rəyi daxil olmuşdur. Rəylə müəyyən olunmuşdur ki, Əmlakın hazırki bazar dəyərini tapmaq üçün analoqlar üzrə düzəlişlər aparılmış, düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla (beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq) obyektin orta bazar qiyməti müəyyən edilmişdir. 764,30 + 1340,09 + 901,78 = 3006,17 manat təşkil edir. Uyğun satışların müqayisəli yanaşması ilə alınmış nəticəni tədqiqat obyektinin ümumi sahəsinə hasil etməklə orta bazar dəyərini müəyyən etmiş oluruq: 3006,17 manat/lm2 x 104.75 m2 (ümumi sahə) = 314 896,3 manat, yuvarlaq şəkildə 315000,0 (üç yüz on beş min) manat təşkil edir. Beləliklə, İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 2 ünvanında yerləşən 104,75 kv.m qeyri-yaşayış sahəsinin (doqquz mərtəbəli binanın zirzəmisi) 04 avqust 2021-ci il tarixinə bazar dəyəri: 315 000,0 (üç yüz on beş min) manat təşkil edir. Sual 2 üzrə: İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 2 ünvanmda yerləşən qeyri-yaşayış sahəsinin 04 avqust 2021-ci il tarixinə: 1 kv.metrin orta bazar dəyəri - 3000,0 (üç min) manat təşkil edir. Sual 3 üzrə: İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 2 ünvanında yerləşən ümumi sahəsi 148,5 kv.m sahəsinin 2009-cu il tarixinə bazar dəyərini müəyyən etmək üçün həmin tarixdən hazırki dövrədək qiymətləndirilən zona və seqment üzrə daşınmaz əmlak bazarının qiymət dinamikası araşdırılaraq, təhlil olunmuşdqr. Müəyyən edilmişdir ki, həmin dövrdən hazırki tarixədək manatın devalvasiyası, vergi rüsumlarının tətbiqi və digər faktorlar qeyri-yaşayış sahələrinin bazar dəyərinə təsir göstərmiş, orta qiymətdə 20% azalma qeydə alınmışdır. Əmlakın 2009-cu il tarixinə bazar dəyəri aşağıdakı kimi hesablanmışdır: 315 000,0 x 100: (100-20) = 252 000,0 (iki yüz əlli iki min) manat təşkil edir. Beləliklə, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 2 ünvanda yerləşən 148,5 kv.metr olan qeyri-yaşayış sahəsinin (texniki parametrlərinə uyğun, yəni yerləşdiyi ərazi, yarı-zirzəmi olması, hündürlüyünün 2,3 kv.m olması, tam təmirsiz olması və s. nəzərə alınmaqla) 2009-cu il tarixinə bazar dəyəri: 252 000,0 (iki yüz əlli iki min) manat təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1006/22 saylı, 05 mart 2022-ci il tarixli Qərardadı ilə hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2021-ci il tarixli Qərarındakı, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 sentyabr 2021-ci il tarixli Qərarındakı qeyd etdiyi hallara əsaslanaraq iş üzrə əlavə məhkəmə-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4455 saylı Ekspert Rəyi daxil olmuşdur.Rəylə müəyyən olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində İddiaçı məxsus qeyri-yaşayış sahəsinin işdə olan və yuxarıda qeyd edilən məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 18409 №-li rəyində göstərilən vəziyyətə gətirilməsinə səbəb olmuş işlər görülərkən Azərbaycan Dövlət Musiqili Komediya Teatırın binasının daxilində yenidən qurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 ilə “AZ İmport “MMC arasında bağlanmış 02 dekabr 2010-cu il tarixli Az/ADMKT/BM-017 nömrəli müqaviləyə əlavə olunmuş Dövlətbaşekspertizadan razılaşdırılmış layihə sənədlərinə və həmin müqaviləyə əlavə olunmuş smetada göstərilən şərtlərə əməl edilmədiyi müəyyən olunur. Eyni zamanda 9 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində İddiaçı məxsus qeyriyaşayış sahəsinin işdə olan və yuxarıda qeyd edilən məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 18409 №-li rəyində göstərilən vəziyyətə gətirilməsinə səbəb olmuş işlərin görülməsi Azərbaycan Respublikası Dövlət Neft Sosial İnkişaf İdarəsi və "xxxx" MMC arasında “Bakı şəhəri,T.Əliyarbəyov küçəsi, 2 saylı binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə” 07 avqust 2008-ci il və noyabr 2009-cu il tarixlərdə Əsaslı təmir üçün bağlanmış podrat Müqavilələrində nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, hazırki iddia tələbinin zərərlə bağlı faktiki əsası(faktiki hallar) cavabdeh “AZ İmport “MMC-yə münasibətdə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından ona münasibətdə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və apellyasiya baxışı zamanı yeni sübutlar tədqiq edilərkən müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidentinə ünvanlandığı xx.xx.2007-ci il tarixli 7-169/17g nömrəli məktubunda Bakı şəhərində yerləşən bir sıra binaların, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 2 saylı 9 mərtəbəli yaşayış binasının fasadının yenidən qurulması və işıqlandırılmasına dair təmir işlərinin aparılması xahiş edilmişdir. Bu məktubun icrası ilə əlaqədar Sosial İnkişaf İdarəsi və "xxxx" MMC arasında “Bakı şəhəri,T.Əliyarbəyov küçəsi, 2 saylı binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə” 07 avqust 2008-ci il və noyabr 2009-cu il tarixlərdə Əsaslı təmir üçün podrat Müqavilələri bağlanmışdır. Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi layihənin ekspertizasının keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X9 Dövlət Ekspertiza Baş İdarəsinə xx.xx.2012-ci il tarixli Qİ 12/LSE-12/3353 saylı məkubla müracət etmişdir. Məktubun icrsı ilə əlaqədar olaraq “Bakı şəhərində X14 fasadlarının yenidən qurulması” layihəsi həmin təşkilat tərəfindən ekspertizadan keçirilərək xx.xx.2013-cü il tarixli 15370/14512/13695 saylı rəy verilmişdir. xx.xx.2013-cü il tarixli 15370/14512/13695 saylı rəyin 2-ci bəndində görüləcək işlər əks olunur ki, burada da ancaq fasad işlərin yerinə yetirilməsi göstərilir. Azərbaycan Dövlət X14 binasının daxilində yenidən qurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 ilə “AZ İmport “MMC arasında bağlanmış 02 dekabr 2010-cu il tarixli Az/ADMKT/BM-017 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilədən görünür ki, sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X4 Azərbaycan Dövlət X14 binasında əsaslı təmir və yenidən qurulması işlərinin və bu işlərin layihə smeta sənədlərinin hazırlanması obyekti üzrə təmir işlərinin aparılmasını icraçı “AZ İmport “MMC-yə verir. Beləliklə, Azərbaycan Dövlət X14 binasının yenidənqurulması iki mərhələdə həyata keçirilmişdir. Birinci dəfə Bakı şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidentinə ünvanlandığı xx.xx.2007-ci il tarixli məktubun icrası ilə əlaqədar sifarişçi Sosial İnkişaf İdarəsi və icraçı "xxxx" MMC arasında “Bakı şəhəri,T.Əliyarbəyov küçəsi, 2 saylı binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə” 07 avqust 2008-ci il və noyabr 2009-cu il tarixlərdə Əsaslı təmir üçün podrat Müqavilələri əsasında Teatr binasının fasadı yenidən qurularaq gülbax daşları ilş üzlənmiş və işıqlandırılmışdır. İkinci dəfə isə Azərbaycan Dövlət X14 binasının yenidənqurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 ilə “AZ İmport “MMC arasında bağlanmış 02 dekabr 2010-cu il tarixli i müqavilənin icrası ilə əlaqədar bina daxilində yenidən qurma işləri aparılmış, o cümlədən yeni qazanxana, nasosxana sahələrinin inşası, həmin sahələrdə isitmə-soyutma sisteminə aid olan avadanlıqların quraşdırılması, həmçinin teatr binasına aid olan müxtəlif ölçülü boruların çəkilməsi həyata keçirilmişdir. Göründüyü kimi, işdə olan və apellyasiya instansiyası məhkəməsində tədqiq olunan sübutlardan açıq-aşkar görünür ki, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişi əsasında mübahisəli binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə podrat müqavilələri bağlanaraq Teatr binasının fasadı yenidən qurularaq gülbax daşları ilş üzlənmiş və işıqlandırılmış, Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X1 sifarişi əsasında isə bina daxilində yenidən qurma işləri aparılmış, o cümlədən yeni qazanxana, nasosxana sahələrinin inşası, həmin sahələrdə isitmə-soyutma sisteminə aid olan avadanlıqların quraşdırılması, həmçinin teatr binasına aid olan müxtəlif ölçülü boruların çəkilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası MPM-nə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, bina daxilində yenidən qurma işləri aparılmasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişi əsasında həyata keçirilməsi və buna görə də məsuliyyətin sonuncunun üzərinə düşməsi barədə birinci instansiya məhkəməsinin qənaəti açıq aşkar əsassız olmuşdur. Buna görə də, iddiaçı tərəfindən cavabdeh kimi göstərilsə də Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ümumiyyətlə hazırki iddia üzrə mülki hüquqi məsuliyyətə cəlb edilə bilməz. Çünki, onun tərəfindən hazırki iddianın predmeti baxımından hər hansı bir mülki hüquq pozuntusuna yol verilməmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən Dövlət Neft Şirkəti də cavabdeh qismində göstərilməsinə baxmayaraq Şirkətin bu işlərdə hər hansı bir formada iştirakı təsdiq olunmur. Buna görə də, Dövlət Neft Şirkəti də hazırki iddiaya cavab verməli olan şəxs olmadığından, eləcə də Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ayrıca müstəqil hüquqi şəxs olduğundan ona münasibətdə də iddia təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh "xxxx" MMC hazırkı iddiaya cavab verməli olan şəxs olduğundan mülki hüquqi məsuliyyətə cəlb olunması üçün əsaslar mövcuddur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1006/22 saylı, 05 mart 2022-ci il tarixli Qərardadı ilə hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2021-ci il tarixli Qərarındakı, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 sentyabr 2021-ci il tarixli Qərarındakı qeyd etdiyi hallara əsaslanaraq iş üzrə əlavə məhkəmə-texniki ekspertizası təyin edilmişdir.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4455 saylı Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində İddiaçı məxsus qeyri-yaşayış sahəsinin işdə olan və yuxarıda qeyd edilən məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 18409 №-li rəyində göstərilən vəziyyətə gətirilməsinə səbəb olmuş işlər görülərkən Azərbaycan Dövlət Musiqili Komediya Teatırın binasının daxilində yenidən qurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 ilə “AZ İmport “MMC arasında bağlanmış 02 dekabr 2010-cu il tarixli Az/ADMKT/BM-017 nömrəli müqaviləyə əlavə olunmuş Dövlətbaşekspertizadan razılaşdırılmış layihə sənədlərinə və həmin müqaviləyə əlavə olunmuş smetada göstərilən şərtlərə əməl edilmədiyi müəyyən olunur. Eyni zamanda 9 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində İddiaçı məxsus qeyri-yaşayış sahəsinin işdə olan və yuxarıda qeyd edilən məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 18409 №-li rəyində göstərilən vəziyyətə gətirilməsinə səbəb olmuş işlərin görülməsi Azərbaycan Respublikası Dövlət Neft Sosial İnkişaf İdarəsi və "xxxx" MMC arasında “Bakı şəhəri,T.Əliyarbəyov küçəsi, 2 saylı binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə” 07 avqust 2008-ci il və noyabr 2009-cu il tarixlərdə Əsaslı təmir üçün bağlanmış podrat Müqavilələrində nəzərdə tutulmamışdır. "xxxx" MMC Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratı elə icra etməli idi ki, bunun nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Lakin göründüyü kimi, "xxxx" MMC işləri görərkən Azərbaycan Dövlət Musiqili Komediya Teatırın binasının daxilində yenidən qurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 ilə “AZ İmport “MMC arasında bağlanmış 02 dekabr 2010-cu il tarixli Az/ADMKT/BM-017 nömrəli müqaviləyə əlavə olunmuş Dövlətbaşekspertizadan razılaşdırılmış layihə sənədlərinə və həmin müqaviləyə əlavə olunmuş smetada göstərilən şərtlərə əməl edilməmiş, beləliklə, iddiaçının xüsusi mülkiyyətində olan əmlaka zərər vurmaqla icra etmiş, nəticədə həmin əmlak tamamilə yararsız vəziyyətə düşmüşdür. Bu isə Mülki Məcəllənin 754.1-ci maddəsi ilə tənzimlənən təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxma da hesab olunmur. Konstitusiya Məhkəməsinin Plenumu hazırkı iş üzrə Qərarında şikayətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin podrat müqaviləsi, həmin müqavilədən irəli gələn öhdəliklərin icrası və mülki hüquq pozuntularına görə məsuliyyətin əsaslarını müəyyən edən bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hazırkı iş üzrə Qərarında qeyd etmişdir ki, Podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (Mülki Məcəllənin 752.1 və 762.1-ci maddələri). Bu müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Bununla yanaşı, apellyasiya baxışı zamanı iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 148,5 kv.m olan qeyri-yaşayış sahəsinin 6 və 7 saylı tikililərinin bir hissəsinin, eləcə də 2 saylı tikilinin daxilində monalit beton konstruksiyalı rigerlərin və sütunların inşa olunduğu, pilləkən qəfəsəsinin və daxili giriş-çıxış qapılarının daraldılması, 148.5 kv.m. olan qeyri-yaşayış sahəsinin 43.75 kv.m. hissəsinin arakəsmə divarla bağlanaraq X10xana otağı kimi istifadə olunması və qeyri-yaşayış sahəsinin digər hissəsi istifadə üçün tam yararsız vəziyyətə düşməsi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən əvvəlki apellyasiya baxışı zamanı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə yerində müayinə keçirilərkən 104,75 kv.m hissənin tam yararsız vəziyyətə düşdüyü açıq-aşkar müəyyən edilmişdir.Bununla əlaqədar, məhkəmə tikinti-texniki ekspertizasının rəyləri və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mühəndis rəyi ilə də zirzəmidə aparılmış rekonstruksiya işlərinin sökülərək zirzəminin əvvəlki vəziyyətə qaytarılması məqsədə uyğun hesab edilmədiyi də təsdiqlənmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan 148.5 kv.m. olan qeyri-yaşayış sahəsinin 43.75 kv.m. hissəsinin arakəsmə divarla bağlanaraq faktiki olaraq X10xana otağı kimi istifadə olunduğuna görə cavabdeh "xxxx" MMC yalnız 104,75 kv.m hissəsinin tam istifadəyə yararsız vəziyyətə salındığına görə mülki hüquqi məsuliyyətə cəlb olunmalıdır. Çünki, qeyri-yaşayış sahəsinin 43.75 kv.m. hissəsi iddiaçıya münasibətdə tam yararsız vəziyyətə düşərək əvvəlki vəziyyətə qaytarılması mümkün olmasa da, faktiki olaraq təyinatı dəyişərək başqa şəxs, yəni X10xana otağı kimi istifadə olunur. Ona görə də, həmin hissənin də təyinatı podratçı kimi "xxxx" MMC tərəfindən dəyişdirilsə də, sonuncu bu hissə üzrə mülki hüquqi məsuliyyətə cəlb edilməməlidir. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, iş üzrə müxtəlif qiymətləndirmə keçirilmiş- ("xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 148,5 kv.m qeyri-yaşayış sahəsinin 28 fevral 2017-ci il tarixinə bazar dəyəri 465.500 manat təşkil edir. Həmin qeyri-yaşayış sahəsinin 2009-cu il tarixinə bazar dəyəri 582.000 manat, xx.xx.2016-cı il tarixə bazar dəyəri 456.000 manat təşkil edir; “İVC-X5” MMC-nin xx.xx.2016-cı il tarixli rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 148,5 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyəri 520.000 manat, likvid dəyəri 468.000 manat təşkil edir;"xxxx" MMC-nin 07 iyul 2017-ci il tarixli rəyindən görünür ki, 2009-cu il tarixinə İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 148,5 kv.m qeyri-yaşayış sahəsinin dəyəri 585.000 manat, ayrıca olaraq 48 kv.m üzrə 205.000 manat; 23 may 2016-cı il tarixinə 148 kv.m üzrə 450.000 manat, ayrıca olaraq 48 kv.m üzrə 155.000 manat; 07 iyul 2017-ci il tarixinə 148 kv.m üzrə 460.000 manat, ayrıca olaraq 48 kv.m üzrə 160.000 manat müəyyən edilir.) lakin həmin qiymətləndirmə rəyləri mübahisəli qeyri-yaşayış sahəsinin 2016-2017-ci illərə olan bazar dəyərini, həm də fərqli olaraq müəyyən etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2296/22 saylı, 15 oktyabr 2020-ci il tarixli Qərardadı ilə təyin edilmiş Qiymətləndirmə üzrə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli ƏEM/A16-782/21 saylı Rəyi daxil olmuşdur.Məhkəmə Kollegiyası həmin Rəylə razılaşır və mötəbər sayır.Belə ki, Rəylə əmlakın dəyəri illər üzrə-yəni Əmlakın 2009-cu il tarixinə bazar dəyəri və avqust 2021-ci il tarixinə bazar dəyəri müəyyən olunmaqla yanaşı, İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 2 ünvanında yerləşən 104,75 kv.m qeyri-yaşayış sahəsinin də dəyəri ayrıca qiymətləndirilmiş, Qiymətləndirilmə aparılarkən qiymətləndirilən zona və seqment üzrə daşınmaz əmlak bazarının qiymət dinamikası araşdırılaraq, təhlil olunmuşdqr. Rəylə müəyyən olunmuşdur ki, Əmlakın hazırki bazar dəyərini tapmaq üçün analoqlar üzrə düzəlişlər aparılmış, düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla (beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq) obyektin orta bazar qiyməti müəyyən edilmişdir. 764,30 + 1340,09 + 901,78 = 3006,17 manat təşkil edir. Uyğun satışların müqayisəli yanaşması ilə alınmış nəticəni tədqiqat obyektinin ümumi sahəsinə hasil etməklə orta bazar dəyərini müəyyən etmiş oluruq: 3006,17 manat/lm2 x 104.75 m2 (ümumi sahə) = 314 896,3 manat, yuvarlaq şəkildə 315000,0 (üç yüz on beş min) manat təşkil edir. Beləliklə, İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 2 ünvanında yerləşən 104,75 kv.m qeyri-yaşayış sahəsinin (doqquz mərtəbəli binanın zirzəmisi) 04 avqust 2021-ci il tarixinə bazar dəyəri: 315 000,0 (üç yüz on beş min) manat təşkil edir. Sual 2 üzrə: İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 2 ünvanmda yerləşən qeyri-yaşayış sahəsinin 04 avqust 2021-ci il tarixinə: 1 kv.metrin orta bazar dəyəri - 3000,0 (üç min) manat təşkil edir. Sual 3 üzrə: İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 2 ünvanında yerləşən ümumi sahəsi 148,5 kv.m sahəsinin 2009-cu il tarixinə bazar dəyərini müəyyən etmək üçün həmin tarixdən hazırki dövrədək qiymətləndirilən zona və seqment üzrə daşınmaz əmlak bazarının qiymət dinamikası araşdırılaraq, təhlil olunmuşdqr. Müəyyən edilmişdir ki, həmin dövrdən hazırki tarixədək manatın devalvasiyası, vergi rüsumlarının tətbiqi və digər faktorlar qeyri-yaşayış sahələrinin bazar dəyərinə təsir göstərmiş, orta qiymətdə 20% azalma qeydə alınmışdır. Əmlakın 2009-cu il tarixinə bazar dəyəri aşağıdakı kimi hesablanmışdır: 315 000,0 x 100: (100-20) = 252 000,0 (iki yüz əlli iki min) manat təşkil edir. Beləliklə, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 2 ünvanda yerləşən 148,5 kv.metr olan qeyri-yaşayış sahəsinin (texniki parametrlərinə uyğun, yəni yerləşdiyi ərazi, yarı-zirzəmi olması, hündürlüyünün 2,3 kv.m olması, tam təmirsiz olması və s. nəzərə alınmaqla) 2009-cu il tarixinə bazar dəyəri: 252 000,0 (iki yüz əlli iki min) manat təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən hesab edir ki, iddia tələbində dəymiş zərərin tam ödənilməsi tələb olunduğundan, zərərin məbləğinin müəyyən olunması mühüm əhəmiyyət kəsb edirdi. Buna görə də, "xxxx" MMC-dən İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 2 ünvanında yerləşən 104,75 kv.m qeyri-yaşayış sahəsinin (doqquz mərtəbəli binanın zirzəmisi) avqust 2021-ci il tarixinə bazar dəyəri 315 000,0 (üç yüz on beş min) manat alınaraq İddiaçı verilməlidir. Qeyd olunduğu kimi qeyri-yaşayış sahəsinin istifadə üçün tam yararsız vəziyyətə düşməsi öz təsdiqini tapmışdır. Belə olan vəziyyətdə, iddiaçıya qeyri-yaşayış sahəsinin (104,75 kv.m hissəsinin) həm real bazar dəyəri ödənilə, həm də iddiaçının həmin sahəyə olan mülkiyyət hüququ qala bilməz. Çünki, bu cür vəziyyət iddiaçının əsassız varlanmasına səbəb ola bilər. Lakin hazırki iş üzrə hər hansı bir maraqlı şəxs tərəfindən iddiaçının qeyri-yaşayış sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, xüsusi mülkiyyət hüququnun qeydiyyatının ləğvi tələb edilməmişdir. Bununla əlaqədar, maraqlı şəxslərə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Əliyarbəyov Tərlan küçəsində yerləşən 2 nömrəli 9 mərtəbəli binanın zirzəmisində 148,5 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, xüsusi mülkiyyət hüququnun qeydiyyatının ləğvini tələb etmək hüququ qətnamədə izah edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əldən çıxmış gəlirə görə 288.000,0 manatın tələbi hissəsini əsassız hesab edir və həmin hissədə iddianın hansısa formada təmin olunmasını mümkünsüz sayır. Çünki, iddiaçı iddia tələbinin əsası kimi həmin hissəsi üzrə istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də bu halları məhkəmə tədqiqi zamanı sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia qismən təmin edilməli, cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətdən 315 000,0 (üç yüz on beş min) manat alınaraq İddiaçı verilməli, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Əliyarbəyov Tərlan küçəsində yerləşən 2 nömrəli 9 mərtəbəli binanın zirzəmisində 148,5 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, xüsusi mülkiyyət hüququnun qeydiyyatının ləğvini tələb etmək hüququ maraqlı şəxslərə izah edilməli, iddia qalan hissəsi təmin edilməməli, iddiaçıdan və "xxxx" məhdud məsuliyyətli cəmiyyətdən ekspertiza və qiymətləndirmə tədqiqatının dəyəri tutulmaıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-324/2016 saylı iş üzrə 18 yanvar 2016-cı il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətdən 315 000,0 (üç yüz on beş min) manat alınaraq İddiaçı verilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Əliyarbəyov Tərlan küçəsində yerləşən 2 nömrəli 9 mərtəbəli binanın zirzəmisində 148,5 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, xüsusi mülkiyyət hüququnun qeydiyyatının ləğvini tələb etmək hüququ maraqlı şəxslərə izah edilsin. İddianın qalan hissəsi təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri - 300 (üç yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin AZ. MEM, VÖEN ********** AZ41NABZ0 **********000003944 X11, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142319; Büdcə səviyyəsinin kodu: 3 hesabına, "xxxx" məhdud məsuliyyətli cəmiyyətdən 150 (yüz əlli) manat "xxxx" məhdud məsuliyyətli cəmiyyətin, 700 (yeddi yüz) manat "xxxx" məhdud məsuliyyətli cəmiyyətin hesabına köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar