Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10064/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, İddiaçı12, İddiaçı8, İddiaçı5, İddiaçı2, İddiaçı10, İddiaçı3, İddiaçı7 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə Kənd Təsərrüfatı Məhsulları istehsalı məqsədilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi kimi, cavabdehlərdən 3990 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı1, 4799 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı2, 7694 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı3, 4733 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı4, 5542 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı5, 5936 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı6, 2989 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı7, 2802 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı8, 2762 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı9, 6807 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı10, 4065 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı11, 4730 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı12 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3990 manat zərər İddiaçı1, 4799 manat zərər İddiaçı2, 7694 manat zərər İddiaçı3, 4733 manat zərər İddiaçı4, 5542 manat zərər İddiaçı5, 5936 manat zərər İddiaçı6, 2989 manat zərər İddiaçı7, 2802 manat zərər İddiaçı8, 2762 manat zərər İddiaçı9, 6807 manat zərər İddiaçı10, 4065 manat zərər İddiaçı11, 4730 manat zərərin İddiaçı12 xeyrinə tutulması, iddia tələblərinin “hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulması” hissəsində təmin edilməməsi, iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı təmin edilməməsi qət edilmişdir (sədrlik edən: İlahə Abbasova). Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, 07.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2021-ci il tarixli, 2(103)- 867/2021 saylı qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməməsi, hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, 07.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3209/2021 saylı, 03 avqust 2021-ci il tarixli ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(103)-867/2021 saylı qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 13 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, mülki iş üzrə Ali Məhkəmənin 2(102)-3209/2021 saylı, 03.08.2021-ci tarixli qərarında yol verilmiş yanlışlığın düzəldilməsi üçün həmin mülki işin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi xahiş edilir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli məktubu nəzərə alınmaqla hazırki mülki iş baxışdan çıxarılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışdan çıxarılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-10064/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10064/2021
27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver