Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1009/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(002)-113/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(002)- 113/2021 saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia rədd olunmuş, ödənilmiş 30 manat dövlət rüsumu və 200 manat qiymətləndirmə haqqı iddiaçıya aid edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və apellyasiya icraatına qəbul edilmişdir. Hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi məktubla müraciət edərək, qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə iddiaçı tərəfindən ərizə verildiyini, bu səbəbdən də mülki işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxışdan çıxarılaraq iddiaçı tərəfindən verilmiş ərizəyə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Göstərilənlərə əsasən və MPM-in 228-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş baxışdan çıxarılaraq iddiaçı tərəfindən verilmiş qətnamədə buraxılmış yanlışlığın düzəldilməsi barədə ərizəyə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1009/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1009/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver