Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1009/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC “Xalq” Bankın Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4451/2022 saylı iş üzrə 01 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan ASC “Xalq” Bankının Sahil filialı ilə cavabdeh Balabəyova Cəmilə Camal qızı arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Borc alana ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən 38 kv.m yaşayış sahəsindən, 22 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 60 kv.m təşkil edən 3 otaqlı, 3 saylı mənzilin alınması məqsədi ilə 96 (doxsan altı) ay müddətinə, illik 14 % (on dörd faiz) ödənilmək şərti ilə 42 000 (qırx iki min) manat məbləğində kredit verilmişdir.
2. İş materiallarında olan Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 fevral 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC-nin direktoru ilə “Xalq Bank” ASC-nin etibarnamə üzrə nümayəndəsi arasında Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsində yerləşən 56 saylı evin 3 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmış, mənzilin əldə olunan qiyməti 51000 manat müəyyənləşdirilmişdir.
3. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018ci il tarixli 2(011)-1035/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il tarixli **********90013 saylı kredit müqaviləsi üzrə 33453.83 manat əsas borc, 10143.74 manat faiz borcu və gecikdirməyə görə 200 manat cərimə, cəmi 43797.57 manat, dövlət rüsumu, sənədlərin notarial təsdiqi üçün ödənilmiş 20 manat dövlət rüsumunun ASC “Xalq” Bankın xeyrinə tutulması, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzilinin ilkin satış qiymətinin 80 000 manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ASC “Xalq” Bankına ödənilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli 2(103)-1769/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(011)-1035/2018 saylı qətnaməsindən hər iki tərəf tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(011)-1035/2018 №-li qətnaməsi qismən dəyişdirilmiş, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 6071.66 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 1738.72 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı ASC “Xalq” Bankına ödənilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir..
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC “Xalq” Bank Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2013-cü il tarixli **********90013 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında 18044.63 manat məbləğində xx.xx.2021-ci il tarixinədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5 005.38 manat təşkil edən penya, cəmi 23 050.01 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 159.15 manat məbləğində çəkilmiş xərclərin və 0.40 manat məbləğində xidmət haqqının əvəzinin Cavabdeh ASC “Xalq” Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o (kreditor) ASC “Xalq” Bank (bundan sonra “Bank” adlandırılacaq) ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********90013 №-li Kredit müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlandırılacaq) əsasən, bank tərəfindən Borc alana ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən 38 kv.m yaşayış sahəsindən, 22 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 60 kv.m təşkil edən 3 otaqlı, 3 saylı mənzilin alınması məqsədi ilə 96 (doxsan altı) ay müddətinə, illik 14 % (on dörd faiz) ödənilmək şərti ilə 42 000 (qırx iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2013-cü il tarixli **********90013/1 №-li Alqı-satqı və İpoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən 38 kv.m yaşayış sahəsindən, 22 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 60 kv.m təşkil edən 3 otaqlı, 3 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə ASC “Xalq” Bankı Kredit müqaviləsi üzrə bankın tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 03 may 2018-ci il tarixli 2(011)-1035/2018 №-li qətnaməsi (bundan sonra “Qətnamə adlandırılacaq) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il tarixli **********90013 saylı kredit müqaviləsi üzrə 33453.83 manat əsas borc, 10143.74 manat faiz borcu və gecikdirməyə görə 200 manat cərimə, cəmi 43797.57 manat, dövlət rüsumu, sənədlərin notarial təsdiqi üçün ödənilmiş 20 manat dövlət rüsumunun ASC “Xalq” Bankın xeyrinə tutulması, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzilinin ilkin satış qiymətinin 80 000 manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ASC “Xalq” Bankına ödənilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ASC “Xalq” Bankı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli 2(103)-1769/2019 №-li qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(011)-1035/2018 №-li qətnaməsi qismən dəyişdirilmiş, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 6071.66 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 1738.72 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı ASC “Xalq” Bankına ödənilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2019- cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda həmin ipoteka predmeti satılmadığından onların alınması iddiaçı ASC “Xalq” Bankına təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. İpoteka predmetlərinin alqı-satqısı Hərrac təşkilatçısı və iddiaçı ASC “Xalq” Bankı tərəfindən imzalanmış Hərracın yekunları barədə 12/04 №-li protokol və iddiaçı ASC “Xalq” Bankı ilə Hərrac təşkilatçısı arasında 15 fevral 2021-ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 51000 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakların ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə İddiaçı qarşısında kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam ödənildiyi xx.xx.2021-ci il tarixinədək hesablanmış və ödənilməmiş 18 044.63 manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2021-ci il tarixə bu məbləğ 5 005.38 manat təşkil etmişdir. İpoteka predmeti hesabına bankın tələbi ödənilmədiyinə görə “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən bankın tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklər könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə bank tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır.
7. Cavabdeh Haqverdiyev Elçin Adil oğlunun nümayəndəsi və vəkili Cabbarlı Polad Arif oğlu iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh 20 iyul 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı tərəfindən münasibətlərin gərgin və həyat şəraitinin dözülməz olması göstərilsə də, cavabdeh bunu tamamilə inkar edir və münasibətlərin və həyat şəraitinin normal olduğunu iddia edir. Hətta, cavabdeh iddiaçının hamilə olduğunu bildikdən sonra həm məhkəməyəqədər, həm məhkəmə zamanı nikahın pozulmaması üçün səylər göstərmişdir. İddiaçı cavabdehlə birgə yaşadıqları mənzildən 24 sentyabr 2022-ci il tarixdə normal şəkildə atasının evinə getmişdir ki, bir müddət orada yaşayacaq. Cavabdeh buna etiraz etməmişdir. İddiaçı atası evinə gedərkən, öz şəxsi əşyalarını və qızıl-zinət əşyalarını da götürmüşdür. Qızıl-zinət əşyalarının tam götürülməsini də cavabdeh mediasiya təklifini aldıqdan və əşyalara baxış keçirdikdən sonra müəyyən etmişdir. Hətta, iddiaçı cavabdehin anasının cavabdehə saxlanc məqsədləri üçün verilmiş 3 qızıl qolbağı da götürmüşdür ki, cavabdeh həmin qolbaqların qaytarılmasını tələb etsə də, iddiaçı həmin qolbaqları cavabdehə qaytarmamışdır. Həmçinin, boyunbağının dəyəri iddiaçının göstərdiyi kimi 6500 manat deyil və xeyli aşağıdır ki, iddiaçı iddia ərizəsində şişirdilmiş dəyər göstərmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4451/2022 saylı iş üzrə 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın rədd edilməsi, iş üzrə ödənilmiş 159.15 (bir yüz əlli doqquz manat on beş qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki 21-ci maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1, 4.2, 7.2, 47.2, 47.4 və 47.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı ASC “Xalq” Bank apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Belə olan halda hesab edirik ki, məhkəmətərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin normaya görə, “müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədəsayılır.” Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərinöz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsianına qədər qüvvəsini saxlayır və göründüyü kimi bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öztəsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki:“Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamışərtlərimüqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsininhəmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Cavabdeh Haqverdiyev Elçin Adil oğlu və onun nümayəndəsi və vəkili Cabbarlı Polad Arif oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
ç) Digər prosessual hərəkətlər
15. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1099/2023 saylı 01 fevral 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat iddaçı “Xalq Bank” ASC-nin cavabdeh Məmmədov Mahir Daməd oğluna qarşı borc tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı qüvvəyə minənədək dayandırılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1099/2023 saylı 01 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçı “Xalq Bank” ASC-nin cavabdeh Məmmədov Mahir Daməd oğluna qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-4451/2022 saylı 01 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı ASC “Xalq” Bank tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işin icraatının təzələnməsi və məhkəmə iclasının 10 may 2023-cü il tarixə saat 12:10-a təyin edilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun
17. Maddə 4.1 əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
18. Maddə 4.2. Bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır.
19. Maddə 7.2 ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür:
20. Maddə 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir);
21. Maddə 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə;
22. Maddə 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə;.
23. Maddə 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə.
24. Maddə 47.4 bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.
25. Maddə 47.5 ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki halda qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4451/2022 saylı iş üzrə 01 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Mülki işdə olan sübutlardan müəyyən edilir ki, ASC “Xalq” Bankının Sahil filialı ilə cavabdeh Balabəyova Cəmilə Camal qızı arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Borc alana satış qiyməti 60000 manat olan ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən 38 kv.m yaşayış sahəsindən, 22 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 60 kv.m təşkil edən 3 otaqlı, 3 saylı mənzilin alınması məqsədi ilə 96 (doxsan altı) ay müddətinə, illik 14 % (on dörd faiz) ödənilmək şərti ilə 42 000 (qırx iki min) manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq xx.xx.2013-cü il tarixli **********90013/1 №-li Alqı-satqı və İpoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən 38 kv.m yaşayış sahəsindən, 22 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 60 kv.m təşkil edən 3 otaqlı, 3 saylı mənzil ipoteka ilə yüklü edilmişdir.
37. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(011)- 1035/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il tarixli **********90013 saylı kredit müqaviləsi üzrə 33453.83 manat əsas borc, 10143.74 manat faiz borcu və gecikdirməyə görə 200 manat cərimə, cəmi 43797.57 manat, dövlət rüsumu, sənədlərin notarial təsdiqi üçün ödənilmiş 20 manat dövlət rüsumunun ASC “Xalq” Bankın xeyrinə tutulması, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzilinin ilkin satış qiymətinin 80 000 manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ASC “Xalq” Bankına ödənilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
38. Həmin qətnamədən hər iki tərəf şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli 2(103)-1769/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(011)-1035/2018 №-li qətnaməsi qismən dəyişdirilmiş, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 6071.66 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 1738.72 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı ASC “Xalq” Bankına ödənilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti isə təmin edilməmişdir. Həmin qətnamənin icra edilməsi ilə bağlı icra sənədi verilmişdir. İcra orqanının sifarişi əsasından hərrac keçirilmiş və "xxxx" MMC-nin direktoru ilə “Xalq Bank” ASC-nin etibarnamə üzrə nümayəndəsi arasında hərracın yekunları üzrə əmlakın, yəni Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsində yerləşən 56 saylı evin 3 saylı mənzilinin alqısatqısı barədə 15 fevral 2021-ci il tarixli müqavilə bağlanmış, mənzil 51000 manata iddiaçı olan banka satılmışdır.
39. Hazırda iddiaçı Cavabdeh xx.xx.2013-cü il tarixli **********90013 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında 18044.63 manat məbləğində xx.xx.2021-ci il tarixinədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5 005.38 manat təşkil edən penya, cəmi 23 050.01 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 159.15 manat məbləğində çəkilmiş xərclərin və 0.40 manat məbləğində xidmət haqqının əvəzinin Cavabdeh ASC “Xalq” Bankın xeyrinə tutulmasını tələb etsə də, iddianı əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, xx.xx.2013-cü il tarixli **********90013 №-li Kredit müqaviləsi üzrə cavabdehin borcu məhkəmələr tərəfindən müəyyən edilmiş, cavabdehdən tutulmuş borcun ödənilməsini təmin etmək üçün ipoteka predmetinə tutma yönəldilmiş, ipoteka predmeti dəyərindən kifayət qədər aşağı məbləğə açıq hərracda satılmış, xx.xx.2013-cü il tarixli **********90013 №-li Kredit müqaviləsi üzrə mövcud olan bütün borclar (o cümlədən faizlər və dəbbə) ödənilmiş, qalıq məbləğ də cavabdehə qaytarılmışdır.
40. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsində maddi zərərin (əldən çıxmış fayda) vurulması ilə bağlı olan Mülki Məcəllənin 21-ci maddəsinə və öhdəliklərin icra edilməməsinə görə borclunun məsuliyyətini müəyyən edən 385, 445-ci maddələrinə əsaslansa da, cavabdeh tərəfindən ona hər hansı maddi zərərin vurulmasını, eyni zamanda hər hansı hüquqlarının pozulmasını sübut edə bilmədiyindən, iddia tələbi əsaslı olmadığından və iş materialları ilə öz təsdiqini tapmadığından təmin edilməməlidir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı ASC “Xalq” Bankı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4451/2022 saylı iş üzrə 01 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.