Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1011/2020 21.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), X17 və X6 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə,İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4175/2019 saylı işi üzrə xx xxx 2019cu il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 18000 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096, 1097; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, mərhum atası X8 uzun illər dostluq etdiyi hazırki iş üzrə Cavabdeh 2015-ci ilin iyul ayında 18000 ABŞ dolları məbləğində borc pul vermişdir. Aralarında inam və etibar olduğundan, atası cavabdehə heç bir yazılı qəbz tərtib etmədən pul vermişdir. xx xxxx 2016-cı il tarixdə atası Azatxan Yaqubov yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişmişdir. Atasının ölümündən sui-istifadə edən cavabdeh borc aldığı pulun qaytarılmasında problemlər yaratmağa başlamışdır. O, birinci qrup əlil olduğu üçün, cavabdehlə anası Ellada Ağasıyeva mütəmadi olaraq əlaqə saxlamışdır. 2016-cı ilin noyabr ayının 5-də cavabdeh anasına 1000 manat verərək, pulun qalan hissəsini də hissə-hissə qaytaracağını demişdir. Bir müddət keçdikdən sonra, başa düşdülər ki, cavabdeh onları aldadır. Onun birinci qrup əlil olmasından, anasının tək qadın olmasından və atasının ölümündən istifadə edən cavabdeh onlara olan borcunu qaytarmaq fikri olmadığından əmin olduqdan sonra, Nərimanov Rayon Polis İdarəsinə və Nərimanov Rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdirlər. Hər iki qurumdan onlara bildirdilər ki, qeyd olunan fakt mülki xarakter daşıdığından, onlar məhkəməyə müraciət etməlidirlər. Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək, çox da yaxın münasibətləri olmadan tanıdığını, 6 il bundan əvvəl ona pul lazım olduğundan, Azatxandan 4000 manat məbləğində pulu faizə götürmüşdür. Bu pulun müqabilində faizlə birlikdə ümumilikdə 28000 manat məbləğində pulu qaytarmışdır. Bir neçə müddətdən sonra, ona təkrar 2000 manat məbləğində pul lazım olub və bu pulun müqabilində 7 ay ərzində faizlə birlikdə 5000 manat məbləğində pulu qardaşı Ələkbərin və işçisinin yanında Azatxana qaytarmışdır. Bir müddətdən sonra, Azatxan vəfat etmişdir. Bundan bir neçə ay sonra, mərhumun həyat yoldaşı onun şirkətinə gələrək, onun mərhuma 10000 manat borcunun olduğunu bildirərək, ondan pul tələb etmiş, əks təqdirdə şikayət edəcəyini demişdir. O, da mərhuma borcunun olmadığını bildirmişdir. Hazırda ona qarşı pul tələbinə dair iddianı əsassız və heç bir mötəbər sübutlarla əsaslanmadığı üçün böhtan kimi qəbul edir, hesab edir ki, iddia təmin edilməməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Qətnamədə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarı; MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Xətai rayon məhkəməsinin 2(011)-4175 /2019 saylı xx xxx 2019-ci il tarixli qətnaməsi ləğv edilməklə, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-nin 385.1.1, 385.1.2 ,385.1.3, 385.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, mərhum atası X8 uzun illər dostluq etdiyi Cavabdeh 2015-ci ilin İyul ayında Nərimanov rayon metrosu ərazisində 18000 ABŞ dolları borc pul vermişdir. Aralarında inam və etibar olduğundan atası ona heç bir yazılı qəbz tərtib etmədən pul vermişdir. xx.xx.2016-cı ildə atası Yaqubov Azatxan yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdi. Atasının ölümündən sui istifadə edən Cavabdeh ilə borc aldığı pulun qaytarılması ilə bağlı problemlər yaşamağa başlamışlar. Belə ki, atasının 3 mərasimindən sonra Cavabdeh ilə telefon əlaqəsi saxlamışlar. Söhbət əsnasında o bildirmişdir ki, narahat olmayın pulu özüm çatdıracağam. Onlar ona inanmışlar. X1 atasının 40 mərasimindən sonra 2016-cı ilin Sentyabr ayında borclu Hüseynovun təsisçisi olduğu xxxx MMC-nin yerləşdiyi Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanına gedərək cavabdehdən borclu olduğu 18000 ABŞ dollarını istədikdə o anasına Narahat olmayın sizin pulunuz məndə batmaz, sadəcə işlərim yaxşı getmir, payçılar ödənişi gecikdirirlər, vəziyyət düzələn kimi borcu qaytaracağam demişdir. O, birinci qrup əlil olduğu üçün cavabdehlə X14 mütəmadi olaraq əlaqə saxlayıb. 2016-cı ilin Noyabr ayının 5-də cavabdeh Hüseynov anasına 1000 manat verərək pulun qalan hissəsinidə hissə-hissə verəcəyini demişdir. Mütəmadi olaraq cavabdehin iş yerinə get-gəldən sonra xx.xx.2017-ci il tarixdə cavabdeh Xıradalan şəhəri, M.Hüseynzadə küçəsi 1 saylı binanın 230 saylı mənzilin sahibi xalası qızı X2 adına 10000 manatlıq kassa mədaxil orderi yazaraq xala qızının razılığı ilə anasına vermişdir. Orderi anasına verməkdə məqsədi xala qızına məxsus evin satışa çılxarılmaqla, satışdan əldə olunan məbləğdən 10000 manat pulun anasına veriləcəyi olub. Xalası qızı həmin mənzil üçün 27000 manat pul ödəmiş və yuxarıda qeyd etdiyi kimi mənzilin satışa qoyulmasını xxxx MMC-nin təsisçisi cavabdeh Hüseynovdan xahiş etmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin mənzilə görə yazılmış 10000 manatlıq order cavabdehin onlara olan borcla əlaqədar yazılmışdır (məhkəməyə təqdim edəcəyi CD diskdə şirkətin işçisi, resepşında işləyən xanım bildirir ki, 27500 manat ödənildikdən sonra mənzil satışa qoyulmuş, daha sonra isə 10000 manatlıq çek yazıb anasına verdiyini xatırlayır və təsdiqləyir). CD disklə bağlı araşdırma Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis bölməsində aparılmış və diskdə olan səs yazısının təsdiqi Polis bölməsinin qəbul etdiyi qərarda öz əksini tapmışdır. Məqsəddə ev satıldıqdan sonra onlara 10000 manat pulun verilməsi idi. Lakin bu baş tutmadı. Onuda qeyd etmək istəyir ki, cavabdeh orderi anasına verərkən bildirmişdir ki, mənzil satılanda borcun bir hissəsi həmin orderə əsasən, digər qalan hissəsini isə yeni inşa edilən binanın özülü atılanda ilkin ödənişlərdən verəcəyini bildirmişdir. xx.xx.2018-ci il tarixdə telefon danışığı zamanı 230-cu mənzilin satıldığını bildirsədə (səs yazısı var), onlara bu günə qədər borcu qaytarmamış və mənzildə satılmamışdır. Bir müddət keçdikdən sonra onlar başa düşmüşlər ki, o onları aldadır. Onun 1-ci qrup əlil olduğunu, atasının ölümündən istifadə edən cavabdeh, anasının tək qadın olmasından sui-istifadə edərək onlara olan borcunu qaytarmaq fikri olmadığından əmin olduqdan sonra Nərimanov rayon Polis Şöbəsinə və Nərimanov rayon prokurorluğuna ərizə ilə müraciət etmişlər. Hər iki qurumdan onlara bildirilmişdir ki, qeyd olunan fakt mülki xarakter daşıdığından onlar məhkəməyə müraciət etməlidirlər. Odur ki, o, məcbur olaraq Xətai rayon məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Xətai rayon məhkəməsində iddiasını müdafiə etməyinə baxmayaraq 1-ci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh məhkəməyə dəvət olunsada məhkəməyə gəlməmişdir. Buna baxmayaraq hakim cavabdeh tərəfindən məhkəməyə göndərilən etirazı əsas götürərək iddianı təmin etməmişdir. Baxmayaraq 1-ci instansiya məhkəməsində cavabdehlə onun arasında yaranan pul mübahisəsi ilə bağlı danışıq səs yazıların diski sübut kimi təqdim etsədə, araşdırmamış habelə məhkəməyə dəvət etdiyi iş üçün əhəmiyyət kəsb edən şahidi dindirməkdən imtina etmiş və məhkəməyə təqdim etdiyi cavabdeh tərəfindən tərtib olunan ödəniş çeklə əlaqədar heç bir araşdırma aparmamaqla, maddi hüquq normalarını pozmaqla iddiasını rədd etmişdir. Qeyd: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10628/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4175/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni (qiyabi) qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh 18000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh ərizə təqdim edərək Bakı Apeliyyasiya Məhkəməsinin 2(103)- 10628/2019 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, mülki işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10628/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 10628/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının atasının əvvəllər də ona borc verdiyini və cavabdehin vaxtında qaytardığı üçün inam yaranıb və yenidən borc verdiyini, iddiaçının atasının sağlığında 3 dəfə cavabdehə borc verdiyini, yoldaşının cavabdehə 8000 ABŞ dolları məbləğində pul verdiyinin şəxsən özü şahidi olduğunu, həmin pulu özü sayıb, kağıza büküb Azatxana verdiyini, sonra isə Azatxan ilə cavabdehin görüşdüyünü və kağızı Fəxrəddinə verdiyini gördüyünü, 5000 ABŞ dolları məbləğində pulun verilməsini isə oğlunun təsadüfən atasının yanına gedərkən gördüyünü, 18000 ABŞ dollar borcun iddiaçının atası tərəfindən Cavabdeh vəfatından əvvəl verildiyini, iddiaçının atası ilə cavabdehin yaxın dost olduqlarını, buna görə ona etibar edib borc müqaviləsi olmadan borc verildiyini, yoldaşının vəfatından sonra 2016-cı ilin noyabr ayında Cavabdeh yanına borcu almaq üçün getdiyini, cavabdehin ona noyabr ayında 1000 manat verərək, borcun qalan hissəsini hissəhissə verəcəyini bildirmiş, borcla əlaqədar olaraq bacısı qızının adına onun evinin satılması üçün 10000 manatlıq order yazmış, ev satıldıqda ona olan borcunu və bacısı qızının evinin satılması müqabilində aldığı pulu verəcəyini bildirmiş, ancaq borcun qaytarılmadığını, evin isə satılmadığını, bu yolla onları aldatdığını, prokurorluğa müraciət etdiyini, lakin cinayət işinin başlanmasından rədd qərarının verildiyini, işin prokurorluqda araşdırılmasının istədiyini, 2014-cü il tarixdə onun öz adına ev alındığını, sonradan isə həmin müqavilənin ləğv edildiyini, vəsiyyətnamə üzrə mirasın Aygünə qaldığını, xx.xx.2018-ci il tarixdə cavabdeh bacısıqızıgili çağıraraq MTK-nın adını dəyişdirdiklərini və buna görə iddiaçıya verilmiş ödəniş çekinin avtomatik olaraq ləğv olunduğunu, bacısıqızına ərizə yazdırdığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli iclaslarında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının nümayəndəsinin söylədiklərində bir az həqiqət olduğunu, iddiaçının atasının sağlığında ondan 5000 ABŞ dolları məbləğində borc aldığını, 11 ay pulu gecikdirdiyini, əvəzində 18000 ABŞ dolları məbləğində borcunu geri qaytardığını, Azatxana borclu olması barədə qəbzi olduğunu, pulu qaytardıqdan sonra Azatxandan həmin qəbzi geri aldığını, sonradan 2000 ABŞ dolları borc istədiyini, faizlə 5000 ABŞ dolları borcu geri qaytardığını, bundan bir müddət sonra isə Rauf adlı şəxslə və Azatxanla kafedə görüşdüklərini, Azadxanın Raufa 2000 ABŞ dolları borc verdiyini, sonra vəfat etdiyini, Raufun isə borcunu qaytara bilmədiyini, iddiaçının istədiyi pulun həmin borc məbləği olduğunu, onun Azatxanla olan borc münasibətləri üzrə öhdəliklərini çoxdan bitirdiyini, onun işlədiyi MTK-dan iddiaçının nümayəndəsinin adına iki ev aldığını, dost olduqları üçün hər m2 5 manat düşdüyünü, sonra Azatxanın mənzilin birinii baldızının adına keçirtdiyini, bacısıgilin Elladagilə 10000 manat borclu olduğunu, həmin çekin yazıb Elladaya verməsində məqsədinin həmin borcu məcbur ona ödəmələri üçün verdiyini, rəhmətlik Azatxana verdiyi qəbzdə Azatxanın imzasının olmadığını, yalnız öz xəttinin olduğunu, onun iddiaçıya heç bir borcu qalmadığını, bütün borclarını qaytardığını, 2000 manat məbləğində pulu isə mərhumun uşaqlarının xətrinə verdiyini bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli iclasında iştirak edən Cavabdeh vəkili X9 iddiaçı ilə danışıqlar apardıqlarını, iddiaçıya 2000 manat məbləğində pul təklif etdiklərini, lakin iddiaçının məbləğlə razı olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Ağayeva 2000 manat məbləğində pul vəsaiti ilə razı olmadığını, 18000 ABŞ dolları pul məbləğindən 3000 ABŞ dolları məbləğindən imtina etdiyini, cavabdeh tərəfindən 15000 ABŞ dolları pul məbləğinin ödənilsə mübahisənin barışıq yolu ilə həll edilməsinə razı olduğunu bildirmişdir. İş üzrə müəyyən edilir ki, iddiaçının atası X8 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və xx.xx.2017-ci il tarixdə iddiaçıya vərəsəlik şəhadətnaməsi verilmişdir (iş səh. 5, 6, 17), İddiaçı tələbinin mülki xarakterli olmasının məlum olması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə İddiaçı ərizəsi əsasında toplanmış material daxil olmuşdur, 18000 ABŞ dolları məbləğində pulun Cavabdeh mərhum X8 tərəfindən verilməsi məlum olmuşdur. X13 vəfat etməsini nəzərə alaraq onun pulları Cavabdeh hansı nəqsədlə verilməsini, Cavabdeh tərəfindən Azatxan Yaqubova hər hansı məbləğin ödənilibödənilməməsini dəqiqləşdirmək mümkün olmadığı müəyyən edilmişdir; Nərimanov Rayon Prokuroru Vüqar Əliyev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktuba əsasən, “xxxx” MMC-nin təsisçisi Cavabdeh mərhum atası Azatxan Yaqubludan 18.000 ABŞ dolları borc alması barədə xx xxxx 2018-ci il tarixdə Nərimanov rayon prokurorluğuna ünvanladığı müraciətə baxılmış və müəyyən edilmişdir ki, aralarında yaranmış mübahisə mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədardır. Odur ki, aralarında yaranmış mübahisə mülki mühakimə icraatı qaydasında həll edilməli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir (səh. 8, 11). Cinayət işinin rədd edilməsi barədə qərarı tədqiq etməklə müəyyən edilir ki, şikayət verən tərəflərin izahatları alınsa da, qarşı tərəfdən izahat alınmamış, onun barəsində istintaq-əməliyyatmüəyyənetmə tədbirləri həyata keçirilməmiş və tərəflər bu qərardan şikayət verməmişlər. Əməlin mövcudluğu, pulun verilməsi və hazırki mülki iş üzrə sair preyudisiya əhəmiyyəti daşıyan hallar sübuta yetirilməsə də, iddiaçıya münasibətdə əhəmiyyət kəsb edən preyudisiya vəziyyəti pulun cavabdeh tərəfindən qaytarılmasının sübuta yetirilməməsi və cinayət işinin başlanmasının (cinayət tərkibinin mövcud olmaması ilə deyil) mübahisənin mülki səciyyəsi ilə rədd edilməsi, demək ki, bunun inkar (istisna) edilməməsidir. Cavabdeh tərəfindən etirazında göstərdiyi pulların qaytarılması barədə irəli sürülən dəlilləri müəyyən edən sübutlar təqdim etmədiyindən, kollegiya iddia tərəfinin bildirdiyi və cinayət işinin rədd edilməsi qərarında əks edilmiş məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Lakin cavabdehin iştirakı ilə kollegiya iclasında araşdırma zamanı izahatların təhlili tərəflər arasında qarışıq münasibətlərin mövcudluğunu (mənzil və s.), bu münasibətlərdə digər şəxslərin (mərhumun baldızı və s.) iştirak etməsini və sadəcə borc münasibətlərinin olmasını tam sübuta yetirən təkzibedilməz sübutların mövcud olmadığını əks etdirsə də, cavabdehin etiraz ərizəsində bildirdiyi 4000 və 2000 manat məbləğində iddiaçının atasından aldığı özü tərəfindən etiraf edilsə də onun qaytarılmasını müəyyən edən sübutlar məhkəmə araşdırılmasına təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 26; MM-nin 14, 21, 385-388, 430, 433, 439, 739-745, 1091-1095, 1159, 1306, 1307; MPM-in 14.2, 76.1, 77, 80 - 82, 106.2, 217.4, 372, 385-390-ci maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, sübuta yetirilən hallar iş üzrə qiymətləndirilmədiyindən qətnamə ləğv edilməli, birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdehdən vərəsə olan iddiaçının xeyrinə (etiraf edilən) 6000 manat məbləğində pul vəsaiti tutulmalı, qalan hissədə iddia tələbi təkzibedilməz sübutlarla sübuta yetirilmədiyindən rədd edilməlidır. İddia qismən təmin edildiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci cavabdehdən tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci isə iddiaçının özünə aid olmalıdır. Beləliklə də, Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərinə əsaslanaraq, MPM-nin 392, 393 və 405-406-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4175/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixliqətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, cəmi 6030 (altı min otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1011/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1011/2020
21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver