Məhkəmə qərarları › İş №2(103)-1014/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1014/2021

24.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1014/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-588/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 5734 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 5764 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-588/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi qeyri-qanuni və əsassız qətnamə qəbul etmişdir, bu səbəbdən iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübuların tədqiqi: İddiaçı BakıRegional Qazın Satışı Departamenti ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» xx.xx.2017-ci il tarixdə 03/8528 saylı müqavilə bağlanmışdır. Mülki iş materiallarında olan abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********00000 sayla qeydiyyata alınmışdır. xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətlərindən görünür ki, istehlakçı Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Aktların tərtibində istehlakçı Cavabdeh aktları imzalamaqdan “imtina etmişdir” qeyd olunur. İtirilmiş təbii qazın dəyərinin hesablanması haqqında aktların surətlərindən görünür ki, xx.xx.2017-ci il tarixli ******* saylı əsas akt üzrə 808 kub metr, xx.xx.2017-ci il tarixli ******* saylı əsas akt üzrə 9720 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 6073 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 1620 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 3240 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 1620 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 666, xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, xx.xx.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, xx.xx.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, xx.xx.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kun metr, xx.xx.2019- cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, xx.xx.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 324 kub metr, xx.xx.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 324 kub metr ziyan hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 10/444 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanına baxış zamanı sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. Paylayıcı qaz xəttinin üzərində sonluğu qaynaqla bağlanmış vəziyyətdə diametri 1 sm olan borucuq vardır ki, həmin borucuq vasitəsilə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonentin həmin borucuq vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edib-etməməsi, etdiyi halda hansı müddət ərzində etməsi məsələləri məhkəmə tərəfindən araşdırılmalarla həll edilə bilər. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən aktlardan surətlərin məlum olur ki, cavabdeh həmin aktları imzalamamışdır. Bundan başqa, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli 10/444 saylı ekspert rəyindən, sadəcə ehtimallara əsaslanaraq, qaz xəttinə kənar qoşulmanın texniki cəhətdən mümkün olduğunu göstərilmiş, lakin abonentin qazdan qeyri-qanuni istifadə etməsi sübuta yetirilməmişdir. Eləcə də, iddiaçı cavabdehin təbii qazdan qanunsuz istifadə etdiyinə dair məhkəməyə əlavə heç bir sübut təqdim etməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən qazdan qeyri-qanuni istifadəyə görə yaranmış borcu tələb etsə də, bununla bağlı biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu səbəbdən, Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması işin araşdırılması zamanı öz təsdiqini tapmadığınından, iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-588/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar