Məhkəmə qərarları › İş №2(103)-10141/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10141/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10141/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb olunmaqla cavabdehlər Cavabdeh1, X6, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə və Bakı şəhəri 7 saylı Notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-47/2021 saylı, 11.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb olunmaqla cavabdehlər Cavabdeh1, X6, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə və Bakı şəhəri 7 saylı Notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu (Əzizbəyov rayonu) Dübəndi bağ sahəsi 16-cı cənub küçəsi, 322 saylı bağ sahəsi “Avtomobilçi" bağçılq bostançılıq cəmiyyəti tərəfindən Cavabdeh1 ayrılmışdır. 30.11.2004-cü il tarixli 36 saylı “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin protokolundan çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu (Əzizbəyov rayonu) Dübəndi bağ sahəsi 16-cı cənub küçəsi, 322 saylı bağ sahəsi İddiaçı daimi istifadəsinə verilmişdir. Bunun əsasında Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu (Əzizbəyov rayonu) Dübəndi bağ sahəsi 16-cı cənub küçəsi, 322/ 2398 saylı bağ sahəsinin İddiaçı istifadəsinə verilməsi haqqında 35519 saylı 29.07.2005-ci il tarixli müqavilə imzalanmışdır. Bundan sonra iddiaçı həmin bağ sahəsi üzərində bütün səlahiyyətləri etibarnamə əsasında 07.04.2007-ci ildə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X3 vermişdir. Etibarnamənin müddəti yeni etibarnamə ilə 19.11.2010-cu ildən 19.11.2080-ci ilədək uzadılmışdır. X7 2007-ci ildən həmin bağ sahəsində ev tikmiş, abadlıq işləri görmüş, bütün kommunal xətləri çəkdirmişdir. Hazırda da, bağ sahəsi onun istifadəsindədir. Bağa dair çıxarışın alınması ilə bağlı 2019-cu ildə Bakı İnzibati Məhkəməsinə müraciət etdikdən sonra məhkəmədə araşdırma aparılarkən bağın digər şəxsə yəni, Cavabdeh1 tərəfindən Cavabdeh2 satıldığı və sonuncuya çıxarış verildiyi bildirilmişdir. Bundan sonra bağın qanuni istifadəçisi kimi məhkəməyə müraciət etmək qərarına gəldi. Göstərilənləri nəzərə alaraq, cavabdeh X4 adına 07.06.2008-ci il tarixli qeydiyyatın, 12.09.2008-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilənin etibarsız isab edilməsi, Cavabdeh2 adına rəsmiləşdirilən 29.10.2008-ci il tarixli çıxarışın ləğvi barədə qətnamənin çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-47/2021 saylı, 11.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur (sədrlik edən: Tapdıq Mahmudov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-47/2021 saylı, 11.08.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman Cavabdeh2, X8 və İddiaçı Habil oğlunun nümayəndəsi və vəkili Vəkil mülki işə aşağıdakı məzmunda barışıq sazişi əsasında xitam verilməsini xahiş etdilər: «Yazıb Sizə bildirirk ki, aramızda olan mübahisə həll olunmuşdur. İddiaçı iddiadan imtina edir. Rzayeva X5 Səhliyalı Tağı oğluna mübahisəli torpağın əvəzinə 15000 (on beş min) manat verməyi öhdəsinə götürür. Pul 29.11.2021-ci il tarixdə Cavabdeh2 X8 tərəfindən veriləcəkdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, G.Rzayeva və İddiaçı Habil oğlunun nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin təsdiq olunmasının nəticələrinin onlara aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(008)-3600/2020 nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın Mülki Prosessual Məcəllənin digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən iddiaçının iddiadan imtina edilməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin halları məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh2, X8 və İddiaçı Habil oğlunun nümayəndəsi və vəkili Vəkil arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: «X2 29.11.2021-ci il tarixdə 15000 (on beş min) manat pulu Cavabdeh2 mübahisəli torpağın əvəzinə verməyi öhdəsinə götməsi müqabilində iddiaçı iddiadan imtina edir.» Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-47/2021 saylı, 11.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar