Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10143/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının hüquq varisi X1 vəkili və nümayəndəsi Vəkil və Cavabdeh1 iştirakı ilə, iddiaçı X3 (hüquq varisi X2) cavabdehlər Cavabdeh1, Bakı şəhəri 38 saylı Notariat Ofisi və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsini 14.02.2019-cu il il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1321 saylı bağı sahəsinə dair bağlanmış 07.12.2013-cü il tarixli, 4Ə/02-477 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilənin əsasında verilmiş reyestr çıxarışı ləğv edilsin. Xəzər Rayon Məhkəməsini 14.02.2019-cu il il tarixli qətnaməsi ilə qət olunub ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0,12 ha sahəsi olan 1321 saylı bağı sahəsinə dair satıcı X4 ilə Cavabdeh1 arasında bağlanmış 07.12.2013-cü il tarixli, 4Ə/02-477 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun və hmin bağ sahəsinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilsin. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş edib. Apellyasiya icraatı zamanı iddiaçı tərəf ərizə verərək iddiadan imtina etmişdir. İddiadan imtina qanuna zidd olmadığından, başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52 və 191-ci maddələrinin göstərişinə uyğun olaraq imtina qəbul olunmalıdır. Mülki-Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfinən qəbul olunmuşsa məhkəmə iş üzrə icraata xitam verir. Cavabdeh1 adına mülkiyyət hüququ əsasında qeyd alınmış, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1321 saylı bağı sahəsinə münasibətdə iddianı təmin etmə tədbirinin görülməsi (bağ sahəsinin üzərinə həbs qoyulması, bağ sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi və s.) iş materiallarından müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinin göstərişini rəhbər tutaraq, qərara aldı: Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsini 14.02.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X3 (hüquq varisi X2) cavabdehlər Cavabdeh1, Bakı şəhəri 38 saylı Notariat Ofisi və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10143/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10143/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver