Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1016/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2686/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1220***- *******02L kredit limiti razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 23703.17 manat məbləğində əsas kredit borcunun, 2294.79 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 186.69 manat məbləğində cəriməni, cəmi 26184.65 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 168,56 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ciil tarixli 1220***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən cavabdeh xx.xx.2023 Cavabdeh2 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 1FİZAM108860402 saylı zaminlik müqaviləsi bağlanmış və o, kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 48 ay müddətinə illik 18% dərəcəsi ilə (aylıq ödəniş 822.72 manat olmaqla hər ayın 24-dək ödənilmək şərti ilə) 28.000 (iyirmi səkkiz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zamini Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 23703.17 manat məbləğində əsas kredit borcu, 2294.79 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 186.69 manat məbləğində cərimə borcu olmaqla, cəmi 26184.65 manat məbləğində borcu qalmaqdadır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2686/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1220***- *******02L saylı kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 23642.75 manat əsas, 2294.79 manat faiz, 186.69 cərimə borcu olmaqla, ümumilikdə cəmi 26124,23 manat müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 442, 445.2.1, 448.1, 470.1, 472.2, 739, 743-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7, 103.1, 1007, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qəbul edilərkən Azərbaycan Respublikasının Konstitusiyası pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən tam və obyektiv araşdırma aparıldan iddiaçının mövqeyinə uyğun qətnamə qəbul edilmişdir. Həmin qətnamənin icrası nəticəsində cavabdeh əsassız olaraq öz əmlakından məhrum olacaq. Bu isə İnsan hüquqlarının əsas hüquqlarından olan mülkiyyət hüququnun pozulmasına səbəb olacaq. Bildiririk ki, cavabdehin iştirakı məhkəmədə təmin edilməmişdir. Cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də iddiaçının mövqeyinə uyğun qətnamə qəbul edilmişdir. Hətta cavabdeh qətnaməni almamışdır. Qətnaməni özü məhkəməyə gedərək almışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh2 vəkili Vəkil1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
11. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
13. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
15. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
16. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
17. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, iddia tələbi təmin edilməyən hissədə iddiaçı tərəfindən habelə iddia tələbi təmin edilən hissədə Cavabdeh2 tərəfindən müahisələndirilmədiyindən, qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində Cavabdeh1 münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2686/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, iş materiallarında olan 1220***-*******02L saylı xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsindən görünür ki, Cavabdeh2 120 ay müddətinə, xx.xx.2031-ci il tarixədək 50000.00 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit üzrə faktiki illik faiz dərəcəsi min 15%-max 40%-dir. Ödəmə vaxtı çatmış lakin borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 34 (otuz dörd) faizdən artıq olmamaqla hesablanacaqdır.
29. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 1FİZAM108860402 nömrəli “zaminlik müqaviləsi” bağlanmışdır.
30. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli SMS bildirişindən görünür ki, Cavabdeh1 (əlaqə nömrəsi: +**********99) 48 ay müddətinə, illik 18 faiz dərəcəsi, 0 AZN komissiya ilə 28000 AZN kredit təklifi edilmişdir. Aylıq ödəniş 822.72 AZN olmaqla hər ayın 24-dək ödənilməlidir. Kreditə razılıq verilməsi üçün 1, kreditdən imtina üçün 2 yazıb 9144 qısa nömrəsinə və ya +**********44 mobil nömrəsinə göndərilməsi bildirilmişdir. xx.xx.2021-ci il tarixli digər SMS bildirişindən görünür ki, Cavabdeh2 kreditin verilməsi barədə təklifi qəbul etmişdir.
31. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 əsas kredit limiti müqaviləsinə əsasən 23703.17 manat məbləğində əsas borcu, 2294.79 manat məbləğində faiz borcu, kredit müqaviləsi üzrə əsas borc üzrə hesablanmış 40.73 manat cərimə borcu, kredit müqaviləsi üzrə faiz borcu üzrə hesablanmış 145.96 manat məbləğində cərimə borcu, cəmi 26184.65 manat borcu yaranmışdır.
32. 09.02.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur.
33. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 2686/2023 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəməyə təqdim edilmiş 9/5431 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli 1220***-*******02L saylı kredit müqaviləsi üzrə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-ə olan borcu xx.xx.2023-cü il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borc üzrə 23642.75 manat, faiz borcu üzrə 2482.49 manat, xx.xx.2023-cü il tarixə (iddia ərizəsinin verildiyi tarixə) 23642.75 manat, faiz borcu 2671.63 manat təşkil edir.
34. Kollegiya qeyd edir ki, iş materialları ilə tərəflər arasında müqavilə münasibətlərinin yaranması, müqavilədən irəli gələn öhdəliklərin cavabdehlər tərəfindən tam həcmdə yerinə yetirilməməsi məlum olur. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası əsasında təqdim olunan ekspert rəyinə əsasən ödənilməli olan borc məbləği müəyyən edilmişdir.
35. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 23703.17 manat məbləğində əsas kredit borcunun, 2294.79 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 186.69 manat məbləğində cəriməni, cəmi 26184.65 manat məbləğində borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, iş üzrə verilmiş ekspertiza rəyindən bəlli olur ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun məbləği 23642.75 manat təşkil edir. Birinci instansiya məhkəməsi ekspert rəyini nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 23642.75 manat əsas borc tutulmalıdır.
36. Kollegiya apellyatorun şikayətinə münasibətdə bildirir ki, mübahisənin əsasını təşkil edən borc münasibətləri iş üzrə hər iki cavabdehə münasibətdə ayrıayrılıqda bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, Cavabdeh1 ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixli, 1FİZAM108860402 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin hüquqi təbiətinə uyğun olaraq, Cavabdeh1 başqa şəxsin (Cavabdeh2) kreditoru (İddiaçı ASC) qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan zaminlik müqaviləsindən də göründüyü kimi burada ayrı qayda nəzərdə tutulmamış, müqavilənin 2.1-ci maddəsində zamin olan şəxsin öhdəliyi mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyən edilmişdir.
37. Kollegiya apellyasiya şikayətinin dəlili qismində qeyd olunan cavabdehin məhkəmə iclaslarında iştirakı təmin edilmədən qətnamə qəbul edilməsinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh qanunvericiliyin tələblərinə uyğun qaydada məhkəmə iclaslarına dəvət olunmuş, ona məlumat verilmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilmiş iş üzrə tərəfin məhkəmə iclasında iştirak etməməsi mübahisəyə məhkəmə tərəfindən baxılmaması üçün əsas deyildir.
38. Kollegiya apellyasiya şikayətinin digər dəlili olan cavabdehin mülkiyyət hüququnun əsassız olaraq pozulmasına münasibətdə bildirir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Hazırkı halda cavabdehin məsuliyyətinin yaranması əsası onun iradə ifadəsi nəticəsində bağlanmış və etibarlılığı mübahisə doğurmayan zaminlik müqaviləsi olmuşdur. Belə ki, tərəflər arasında zaminlik müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
40. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilməlidir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2686/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.