Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10181/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı 16 avqust 2021-ci il tarixli qərardadından cavabdeh Hüseynov Müseyib Əvəzağa oğlunun nümayəndəsi və vəkili Quluzadə Cavid Kamran oğlu tərəfindən verilmiş apellyasiya şikayətin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İKB ASC cavabdehlər Mərdanov Rasim Ramiz oğlu, Ağayev Nicat Balabəy oğlu, Ağayev Balabəy Böyükağa oğlu və Hüseynov Müseyib Əvəzağa oğluna qarşı “müqavilənin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Mərdanov Rasim Ramiz oğlu 20 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 19.000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Ağayev Nicat Balabəy oğlu, Ağayev Balabəy Böyükağa oğlu və Hüseynov Müseyib Əvəzağa oğlu ilə 20 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Mərdanov Rasim Ramiz oğlu, Ağayev Nicat Balabəy oğlu, Ağayev Balabəy Böyükağa oğlu və Hüseynov Müseyib Əvəzağa oğlundan müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 20 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12.504.47 ABŞ dolları əsas borc, 3745,35 ABŞ dolları faiz borcu və 296,39 ABŞ dolları cərimə olmaqla, cəmi 19.546,21 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, İddiaçı İKB ASC ilə Mərdanov Rasim Ramiz oğlu arasında bağlanmış 20 avqust 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti ilə Mərdanov Rasim Ramiz oğlu arasında bağlanmış 20 avqust 2014cü il tarixli 27-M-1-0-26-14 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 20 avqust 2014-cü il tarixli 27-M-1-0-26-14 nömrəli kredit müqaviləsi üzrə 12.504,47 ABŞ dolları əsas borc, 6745,35 ABŞ dolları faiz borcu və 296,39 ABŞ dolları cərimə olmaqla, cəmi 19.546,21 ABŞ dolları borc qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi Mərdanov Rasim Ramiz oğlu, Ağayev Nicat Balabəy oğlu, Ağayev Balabəy Böyükağa oğlu və Hüseynov Müseyib Əvəzağa oğlundan müştərək qaydada İddiaçı İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Ağayev Nicat Balabəy oğlu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli 2(103)- 10056/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı 26 aprel 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti təşkil edən hissədə, yəni cavabdeh Ağayev Nicat Balabəy oğluna aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh Hüseynov Müseyib Əvəzağa oğlunun nümayəndəsi və vəkili Quluzadə Cavid Kamran oğlu apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı 24 iyul 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Daha sonra qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə cavabdeh Hüseynov Müseyib Əvəzağa oğlunun nümayəndəsi və vəkili Quluzadə Cavid Kamran oğlu tərəfindən ərizə verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı 16 avqust 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin olunmaması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Hüseynov Müseyib Əvəzağa oğlunun nümayəndəsi və vəkili Quluzadə Cavid Kamran oğlu şikayət vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı 16 avqust 2021-ci il tarixli qərardadından verilmiş şikayət cavabdeh Hüseynov Müseyib Əvəzağa oğlunun nümayəndəsi və vəkili Quluzadə Cavid Kamran oğlu tərəfindən imzalansa da, iş materiallarına ona belə səlahiyyətin verildiyini ehtiva edən etibarnamənin və orderin əsli əlavə edilməmişdir. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından şikayəti geri qaytarmalı olduğu halda, şikayət təmin etməyərək baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı 16 avqust 2021-ci il tarixli qərardadından cavabdeh Hüseynov Müseyib Əvəzağa oğlunun nümayəndəsi və vəkili Quluzadə Cavid Kamran oğlu tərəfindən verilmiş şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış kimi qəbul olunmaqla şikayətə baxılması qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-974/2019 saylı 16 avqust 2021-ci il tarixli qərardadından cavabdeh Hüseynov Müseyib Əvəzağa oğlunun nümayəndəsi və vəkili Quluzadə Cavid Kamran oğlu tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10181/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10181/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver