Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10206/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Shibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pozulmuş mülkiyyət hüquqlarının bərpası, maddi və mənəvi ziyan tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 5866/2021saylı, 16.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı pozulmuş mülkiyyət hüquqlarının bərpası, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5866/2021 saylı, 16.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pozulmuş mülkiyyət hüquqlarının bərpası, maddi və mənəvi ziyan tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən: Fərid Əyyubov). Qərardaddan narazı qalan iddiaçı məhkəməyə şikayətlə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5866/2021 saylı, 16.09.2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5866/2021 saylı, 22.09.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5866/2021 saylı, 16.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması vaxtı və yeri haqqında cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək , belə qənaətə gəlir ki, mülki iş aidiyyatı üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia əriəsinin məzmunundan görünür ki, iddiaçı ona məxsus ünvan 1 ünvanda yerləşən, 14 saylı mənzilə dair mülkiyyət hüquqlarının pozulduğunu bildirmiş və həmin hüquqların bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda kollegiya qeyd edir ki, iddia ərizəsinə mənzilin yerləşdiyi əraziyə müvafiq olaraq Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39-1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5866/2021saylı, 16.09.2021-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan, şikayətin dəlilləri onun ləğvi üçün əsas deyildir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 5866/2021saylı, 16.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Yasamal Rayon Məhkəməsinin e-2(004)- 5866/2021saylı, 16.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10206/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10206/2021
29.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver