Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10208/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Mənsi Ağayevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(009)-18552021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə birgə təsərrüfat yaratmaqla birgə işləmiş və aralarında münasibət yaxşı olmuşdur. Cavabdeh 20.12.2018-ci il tarixdə ondan 20000 manat məbləğində borc pul götürmüş və bu barədə həmin tarixdə notariat qaydasında aralarında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədə cavabdeh Əliyeva X1 Ramin Vəli oğlundan 20000 manat borc pul almasını və aldığı kredit 31.12.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh götürdüyü pulu öhdəsinə götürdüyü müddətdə qaytarmamışdır. O, dəfələrə pulunu istəsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaq istəməmiş və hətta həmin müqavilənin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Bakı Şəhəri Sabuncu Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 20000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(009)- 18552021 saylı qətnaməsi ilə idida təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 20000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 20030 (iyirmi min otuz) manat məbləğində pulun tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən “Borcverən” (İddiaçı) 20000 manat məbləğində pulu “Borc alana” (Cavabdeh) notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc verir. Lakin İddiaçı izahatında da qeyd olunduğu kimi, həmin pul məbləği cavabdehin bacısı X2 tərəfindən İddiaçı verilmiş, kredit müqaviləsi bağlandıqdan sonra ona geri qaytarılmışdır. Yəni 20000 (iyirmi min) manat məbləğində pulu cavabdeh almamışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili M.Ağayev apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının təmsilçisinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək həmin işin icraatına xitam verilməlidir. Belə ki, işin materiallarından görünür ki, hazırkı iddia tələbinin əsasını təşkil edən, tərəflər arasında bağlanmış 20.12.2018-ci il tarixli kredit müqaviləsi üzrə 23.02.2021-ci il tarixdə Bakı şəhəri 52 saylı Notariat ofisinin xüsusi notariusu E.S.Zeynalov tərəfindən icra qeydi verilərək icraya yönəldilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1-ci maddə). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1-ci maddə), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1-ci maddə). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Baxılan iş üzrə icra sənədi sayılan notariusun icra qeydi mövcuddur. İddia tələbi isə həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Bu baxımdan mövcud vəziyyətdə iddiaçının hazırkı tələblə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi yolverilməzdir. İş materiallarında icra qeydinin qüvvədən düşməsi barədə hər hansı məlumat yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən prosessual hüquq normalarının pozulması qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1-ci maddə). MPM-in 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir (391-ci maddə). Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, mülki işin icraatına xitam verilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən iddiaçıya izah edir ki, mübahisə üzrə notariusun icra qeydinin icrası ilə bağlı müvafiq icra qurumuna müraciət edə, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı halda isə məhkəməyə şikayət verə bilər. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(009)-1855/2021 saylı iş qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10208/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10208/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver