Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10240/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Allahverdiyev Asif Yusif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3920/2021 saylı 30 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16200 manatın ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayan Rəsulova Səfurə Məlik qızının qohumudur. Qohumu həmin müddət qızı Əhmədova Zümrüd Qurban qızının evində yaşayırdır. Həmin qohumumgilə gedən zaman qohumu Səfurənin rəfiqəsi Cavabdeh çox zaman orada görürdür. Aralarında olan söhbətdən məlum olurdur ki, Cavabdeh oğlu Quliyev Elçin Elxan oğlunun külli miqdarda borcu vardır. Həmin müddət Quliyev Elçin Elxan oğluna cinayət işi qaldırılmışdı. Cinayət işi qaldırıldıqdan sonra onu zaminə buraxmışdılar ki, borclarını qaytarsın. Quliyev Elçin Elxan oğlunun anası Cavabdeh bildirmişdir ki, oğlu maşın alveri ilə məşğuldur, yaxın zamanlarda onun maşınları Gömrük Komitəsindən keçəcəkdir və Elçinə təcili pul lazımdır. Həmin müddət maşın atmaq fikrində idir və bildirmişdir ki, maşınlar Gömrükdən keçəndən sonra birini alarcaq. Cavabdeh Quliyev Elçin Elxan oğlu ilə tanış etmişdir. Oğlu ona hansı maşınları gətirdiyini bildirmiş və həmin maşınlardan birinin “Vito Mercedes” olduğunu bildirmişdir. Avtomobilin qiymətinin 16200 manat olduğunu qeyd etmişdir. Həmin gün 02.04.2021-ci il tarixidə Cavabdeh bildirmişdir ki, hal-hazırda oğlunu zaminə buraxıblar ki, borclarını qaytarsın və ondan xahiş etmişdir ki, 16200 manatı əvvəlcədən Cavabdeh borc kimi versin, maşınlar isə bir həftəyə çataçaq və borcun əvəzinə oğlu ona maşın verər. Qohumları Rəsulova Səfurə Məlik qızının və Əhmədova Zümrüd Qurban qızının yanında Ramana qəsəbəsi Bülbülə küçəsi 1 ünvanında 16200 manatı Cavabdeh vermişdir. Bundan sonra oğlu borclarını qaytara bilmədiyinə görə barəsində həbs qəti imkan tədbiri seçilmişdir. Hal-hazırda oğlu cəzaçəkmə müəssisəsindədir. Qadın isə borcunu qaytarmamaq üçün müxtəlif bəhanələr gətir və bu günə qədər borcu qaytarmamışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3920/2021 saylı 30 avqust 2021ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmaqla göstərilmişdir ki, məhkəmə iclasında iddiaı iddianın əsaslığını sübut etmək üçün cavabdeh və onun oğlunun audio və videoqeydləri özündə ehtiva edən disk və flyaşkanı təqdim etməsinə baxmayaraq məhkəmə həmin sübutların rədd və yaxud təmin edilməsinə istinad etmədən həmin sübutları nə səbəbdən tədqiq etmədiyini əsaslandırmamışdır. Bu qəbildən olan iddialarda bir qayda olaraq yazılı sübutların mövcudluğu, tərəfin etirafı və yaxud texniki vasitələrlə borcun dolayısı və ya birbaşa etiraf faktının . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Allahverdiyev Asif Yusif oğlu isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3920/2021 saylı 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Əhmədova Zümrüd Qurban qızı bildirmişdir ki, iddiaçı yoldaşının əmisi oğludur, cavabdeh isə anasının rəfiqəsidir. Pul 02.04.2021-ci il tarixdə cavabdehə verilmiş, lakin cavabdeh pulu qaytarmamışdır. Birinci instansiya məhkəməsində iclasında şahid qismində ifadə verən Rəsulova Səfurə Məlik qızı bildirmişdir ki, cavabdeh tanışı olmuşdur. 02.04.2021-ci il tarixdə qızının evində iddiaçı cavabdehə 16200 manat pul vermiş, lakin cavabdeh pulu maşın adı ilə alsa da, nə maşını vermiş, nədə pulu qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunan müddəalara əsasən tərəflər arasında borc müqaviləsi olmasa da öhdəlik münasibətlərinin mövcudluğu ilə bağlı mübahisəli halı araşdırma baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi məbləği cavabdehə verməsi barədə inandırıcı sübut təqdim etməmiş, həmçinin cavabdeh tərəfindən həmin fakt etiraf olunmamışdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki işdə iddiaçı iddia ərizəsində cavabdehə müəyyən məbləğldə pul verməsini göstərsə də, yalnız şahid ifadələri ilə iddia tələbinin əsaslılığı sübuta yetirilməsi üçün kifayət etmir. İddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Belə ki, kollegiya apellyasiya şikayətinə əlavəyə əlavə edilmiş “CD” Disklərinə baxış keçirilmiş və həmin disklərdəki səs yazısı və videodan hazırıkı iddia tələbi üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Ona görə də, məhkmə kolegiyası hesab edir ki, tərəflər arasında hər hansı formada borc müqaviləsi olmadığından iddiaçının hazırkı iddiasının hüquqi əsası yoxdur. Çünki, iddiaçı iddiasını əsaslı və qanuni edən borcun verilməsini təsdiq edən həe hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3920/2021 saylı 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3920/2021 saylı 30 avqust 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10240/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10240/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver