Məhkəmə qərarları › İş №2(103)-10287/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10287/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10287/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqov ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-56/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2015-ci il tarixli 30NPM saylı kredit müqaviləsinə əsasən 9.882,21 ABŞ dolları əsas, 260,2 ABŞ dolları faiz, 318,09 ABŞ dolları cərimə borcunun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 xeyrinə tutulmasını, borc tələbinin qeyd olunan kreditin təminatı kimi BOKT-a ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən 28 saylı evin 12 saylı mənzilinə yönəldilməsini və qeyd olunan daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən olunmasını, açıq hərracdan satılmasını və satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-56/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə 04 mart 2015-ci il tarixli 30 NPM saylı kredit müqaviləsi üzrə 7.471,06 ABŞ dolları əsas, 207,98 ABŞ dolları faiz, 30 (otuz) ABŞ dolları cərimə borcu ümumilikdə 7.709,04 (yeddi min yeddi yüz doqquz ABŞ dolları dörd sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borcun tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən 28 saylı evin 12 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən 28 saylı evin 12 saylı mənzilinin açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin onun likvid dəyəri olan 76.500 (yetmiş altı min beş yüz) manat məbləği ilə müəyyən edilməsi, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən 28 saylı evin 12 saylı mənzilin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 04 mart 2015-ci il tarixli 30 NPM saylı kredit müqaviləsi üzrə 7.471,06 ABŞ dolları əsas, 207,98 ABŞ dolları faiz, 30 (otuz) ABŞ dolları cərimə borcu ümumilikdə 7.709,04 (yeddi min yeddi yüz doqquz ABŞ dolları dörd sent) ABŞ dolları məbləğində iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə olan borcun ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1(bir) ay ərzində boşaldılması, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq 22,50 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 tutularaq BOKT "xxxx" MMC-yə ödənilməsi, 30 mart 2021-ci il tarixli məhkəmə-muhasibatlıq ekspertizasının keçirilməsinə görə 145 manatın iddiaçı BOKT “Kredex"MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iş üzrə 21 oktyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə 300 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-56/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğu üçün qismən ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları araşıdnlmamış və Kredit Müqaviləsi üzrə qrafıq üzrə ödənişlərin əsas və faiz borcunun tutulması ilə bağlı araşdırma aparılmamışdır. Bu səbəbdən də tələb olunan faiz borcu şişirdilmişdir. Lakin məhkəmə qeyd olunanları nəzərə almadan cavabdehlərin maddi vəziyyətini süni şəkildə ağırlaşdıran qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-56/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və Cavabdeh2 gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq səhətində “COVİD” şübhəsi olduğunu və bu səbəbdən məhkəmə iclasınin təxirə salınmasını xahiş etsədə, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı BOKT İddiaçı nümayəndəsi X3 Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-56/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin qismən, yəni əsas və faiz borcu hissəsində ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Pərviz Vəliyevin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 30NPM saylı, 04 mart 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank Cavabdeh1 illik 25 % hesablanmaqla 24 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.(İş vər. 17 - 18) İş materiallarında оlan, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 30NPM saylı, 04 mart 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Cavabdeh1 20.000 ABŞ dolları məbləğində əsas bоrc və 5.617,60 ABŞ dolları faiz məbləğini, hər ay 1.067,43 ABŞ dolları оlmaqla banka 25.617,60.000 ABŞ dolları məbləğini 05 aprel 2015-ci il tarixdən 04 mart 2017-ci il tarixə kimi ödəməli idi.(İş vər. 15) İş materiallarında olan, 04 mart 2015-ci il tarixli 30NPM saylı kredit müqaviləsinə 27 aprel 2017-ci il tarixli əlavənin təsdiq edilmiş surətindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 30NPM saylı, 04 mart 2015-ci il tarixli kredit müqavilənin son ödəniş müddəti uzadılaraq 05 may 2018-ci il tarixinə təyin edilməsi və müqavilənin qalan bəndlərinin kredit üzrə bütün öhdəliklər yerinə yetirilməyənə qədər qüvvədə qalması barədə müqavilə imzalanmışdır.(İş vər. 16) İş materiallarında olan, BOKT "xxxx" MMC tərəfindən verilmiş 66/219 saylı, 05.09.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 30NPM saylı, 04 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka cavabdehin 05.05.2018-ci il tarixinə 10.407,95 ABŞ dolları məbləğində əsas borcu, 260,2 ABŞ dolları məbləğində faiz borcu və 318,09 ABŞ dolları məbləğində cərimə borcu vardır.(İş vər. 9) İş materiallarında olan, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 saylı, 04 mart 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, 28 saylı binada yerləşən 97,6 kv.m ümumi, 75,38 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzil kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı olaraq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “İpoteka predmeti”nin qiyməti 75.000 manat qiymətləndirilmişdir.(İş vər. 20) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin BOKT "xxxx" MMC-yə ünvanladığı 14.02.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, 28 saylı evin 12 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.(İş vər. 10) İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, 28 saylı binada yerləşən 97,6 kv.m ümumi, 75,38 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir və bu barədə 617 nömrəli reyestr kitabının 56687 nömrəli vərəqində 13.11.2008-ci il tarixdə qeydiyyat aparılmışdır.(İş vər. 13) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi 28, mənzil 12 Cavabdeh2 xüsusi mülkiyyətindədir və BOKT "xxxx" MMC-nin xeyrinə yüklü edilmiş və bu barədə 617 nömrəli reyestr kitabının 56687nömrəli vərəqində ********** nömrəsi ilə 07.03.2015-ci il tarixində qeydiyyat aparılmışdır.(İş vər. 12) İş materiallarında olan, müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakın qiymətləndirilməsi barədə 01/557 saylı, 21 aprel 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus olan, ünvan 3 ünvanında yerləşən 5 otaqlı mənzilin 21.10.2020-ci il tarixə olan bazar dəyəri 90.000 (doxsan min) manat, likvid dəyəri 76.500 (yetmiş altı min beş yüz) manat təşkil edir.(İş vər. 179 - 195) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kоllegiyası Cavabdeh1 apelyasiya şikayətinin əsas dəlili olan əsas və faiz borcunun artıq hesablanması barədə dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 30 mart 2021-ci il tarixli, 9/1241 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 04 mart 2015-ci il tarixli, 30NPM saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 kredit təşkilatına 27 aprel 2017-ci il tarixə əsas borc üzrə 14.669,41 USD, faiz borcu üzrə 70,48 USD, 05 may 2018-ci il tarixə əsas borc 8094,44 USD, faiz borcu üzrə 207,98 USD, 05 sentyabr 2019-cu il tarixə əsas borcu üzrə 7.471,06 USD, faiz borcu üzrə 1.834,71 USD müəyyən olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, iş materiallarında kredit təşkilatı tərəfindən 04 mart 2015-ci il tarixli 30NPM saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmadı.(İş vər. 223 - 224) Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərdən öhdəliklərin icrası qaydasında faiz məbləği, gecikdirmə müddətləri nəzərə alınmaqla yalnız 04.03.2015-ci il tarixli 30NPM saylı kredit müqaviləsinin və 04.03.2015-ci il tarixli 30NPM saylı kredit müqaviləsinə 27.04.2017-ci il tarixli əlavəyə əsasən, müqavilənin son ödəniş müddəti uzadılaraq 05.05.2018-ci il tarixinə təyin olunduğundan icra müddətinin bitdiyi tarixədək - 05.05.2018ci il tarixədək hesablanmış həddə, yəni müqavilənin və müqaviləyə əlavənin icra müddətinin bitdiyi tarixədək müəyyən edilmiş faizlərin hesablanması üçün əsas kimi götürülmüş 30 mart 2021-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən edilmiş 207,98 ABŞ dolları məbləği həddində tutulması əsaslıdır. Odur ki, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq Cavabdeh1 ekspert rəyində göstərilən məbləğdə, yəni 207,98 ABŞ dolları məbləğində faiz borcunu tutulmaqda düzgün nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar aşkar edilmədiyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməli, Cavabdeh1 iddiaçının xeyrinə 7.471,06 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidirş Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin əsas və faiz borcunun artıq hesablanması barədə dəlilini əsassız hesab edir. Bundan başqa Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Bеləliklə, məhkəmə kollеgiyası Cavabdeh1 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-56/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə Cavabdeh1 apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-56/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar