Məhkəmə qərarları › İş №2(103)-1029/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1029/2021

06.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1029/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2(001)- 7470/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2320,20 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2350,20 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 03.02.2018-ci il tarixli, T/17447 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00060 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********68 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2 yarımbəndinin (həmin Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki: 21.11.2017-ci il tarixli ******* saylı akt əsasında 243,20 manat, 17.01.2018-ci il tarixli ******* saylı akt əsasında 124 manat, 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 99,40 manat, 19.03.2018-ci il tarixli ******* saylı akt əsasında 255,20 manat, 29.05.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 29.06.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 25.07.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 31.08.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 28.09.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 2169 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2169,00 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə, cavabdehin əvvəldən 151,20 manat borcu olmuş və karta keçirilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2320,20 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə ******* saylı, 21 noyabr 2017-ci il tarixli akt əsasında hesablanmış 243,20 manat və ödənilmiş dövlət rüsumuna görə 3,10 manat, cəmi 246,30 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qaz sayğacı vasitəsilə deyil, qaz xəttinə özbaşına qoşularaq təbii-qazdan qanunsuz istifadə etmişdir. Cavabdeh bu faktı məhkəmə iclasında etiraf etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(103)-1814/20 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(102)- 3670/20 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(103)-1814/20 nömrəli qətnaməsi ləğv edilmiş, işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(103)-1814/20 nömrəli qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsi qərarını aşağıdakılarla əsaslandırmışdır: İstehlakçının qaz xəttinə qanunsuz qoşulmasına görə hesablanmış zərərin əvəzinin ödənilməsi tələbinə baxılarkən, belə qoşulmanın təsdiq edilməsinə dair iddiaçının təqdim etdiyi sübutlar qanunvericiliyə uyğun qaydada araşdırılmalıdır. Belə ki, Paylayıcının kənar qoşulmaya dair tərtib etdiyi aktaların həqiqəti əks etdirməsi baxımından mötəbərliliyi aydınlaşdırılmalı, onların qanunvericiliyə uyğun qaydada tərtib edilməsi baxımından mümkünlüyünə qiymət verilməli, sənədləşdirilən hadisəni fiksə etməsi baxımından aidedilənliyi yoxlanılmalıdır. Bununla yanaşı, işdəki digər dəlillər (foto, video, izahat, qanunsuz qoşulma iddia olunan dövrdə abonentin ümumiyyətlə qaz sərfiyyatına görə pul ödəyib-ödəməməsi, həmin məbləğin əvvəlki ilin eyni dövrünün göstəricililərindən əhəmiyyətli dərəcədə fərqlənib-fərqlənməməsinə dair məlumatlar, zəruri olduqda ekspertiza rəyi və s.) birlikdə qiymətləndirilməklə (MPM, maddə 88), kənar qoşulma halının təsdiq edilməsi üçün sübutların kifayət edib-etməməsi qənaətinə gəlinməklə mübahisə həll edilməlidir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qətnamə bu qaydalara əməl edilmədən çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Təkrar apellyasiya məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Belə ki, o, mübahisəli ünvanda tək yaşadığını, özünün xəstə və əlil olduğunu, həmin ünvanda onunla qonşuluqda yaşayan bacı və qradaşları ilə ailədaxili problemləri olduğunu və onların təzyiqi nəticəsində demək olar ki, evdə qalmadığını və günlərini küçələrdə və ya ayrı-ayrı ünvanlarda keçirdiyini bildirmişdir. O, maddi imkansızlığı ucbatından evlərinin qabağından keçən qaz xəttinə əlavə xətt vasitəsilə qanunsuz qoşulmuşdur. Lakin sonradan İddiaçı QSC-nin əməkdaşları həmin xətti müəyyən edən kimi, gəlib ləğv etmişlər. Bundan sonra o, qaz xəttinə heç vaxt qoşulmamışdır. Bu səbəbdən də, onun barəsində 21 noyabr 2017-ci il tarixdə tərtib edilmiş aktın düzgünlüyünü etiraf etmişdir. Digər aktların isə əsassız tərtib edildiyini və həqiqəti əks etdirmədiyini bildirmişdir. Cavabdeh əlavə olaraq göstərdi ki, onun qaz xətti kəsildikdən sonra ümumiyyətlə, qazın verilişi dayandırılmışdır və o, evdə olduğu vaxtlarda əziyyət çəkmiş, odun və taxta parçaları taparaq birtəhər keçinmişdir. Sonradan onun sayğacı dəyişdirilmiş və bundan sonra o, bir neçə dəfə ödənişlər etmişdir. Lakin onun ödədiyi pulun yarıdan çoxu borca slindiyindən, ödənişləri dayandırmışdır və taxta parçaları yandırmaqla keçinir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər və əlavə olaraq göstərmişlər ki, cavabdeh 2014-cü ilin fevral ayından 2019-cu ilin noyabr ayınadək qazdan istifadəyə görə ödənişlər etməmişdir. Abonentin qaz xəttinə qanunsuz qoşulması ilə bağlı 2017-ci ilin dekabrından 2018-ci ilin avqust ayına qədər olan müddətdə aktlar tərtib edilmişdir. Sonradan cavabdehin qazdan istifadəyə görə etdiyi ödənişlərin yarıdan çox hissəsi köhnə borclarına silinmiş, 2020-ci ilin fevral ayında isə həmin ünvana yeni mexanika tipli sayğac quraşdırılmışdır. Bu sayğac quraşdırıldıqdan sonra abonent müəyyən ödənişlər edərək qazdan istifadə etmiş, sonradan ödənişlər etməmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları E.Xəlilov, R.Əliyev və K.Məmmədov tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 21 noyabr 2017-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 dekabr 2017-ci il tarixli BRQSDnin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4-ün yay ayları üçün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 159 gün; PQ4-ün qış ayları üçün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 21 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 21 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1216 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan sayğacdan əlavə qaz xəttinə qoşulma olduğunu təsdiq edən fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində yerləşən istehlakçı Cavabdeh yaşadığı fərdi yaşayış evində istifadə olunan qaz xəttinə cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən növbəti texniki baxış keçirilən zaman sayğacdan əlavə qaz xəttinə qoşulma olduğu müəyyən edilərək bununla bağlı fotoşəkillər çəkilərək 21 noyabr 2017-ci il tarixli akta əlavə edilmişdir. Mülki işin materiallarında olan abonent Cavabdeh məxsus №**********00060 saylı Abonent saldosundan görünür ki, 2017-ci il üçün qazdan istifadə etməklə yaranmış qazın sərfi 1216 m3, qalıq və akta görə hesablanmış borc 243,20 manat təşkil edir. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev, Q.Quliyev və E.Hidayətzadə tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 17 yanvar 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİnin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 26 yanvar 2018-ci il tarixli BRQSDnin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 12 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat, hesabat müddəti 78 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 620 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları E.Tağıyev, Q.Quliyev və E.Hidayətzadə tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 13 fevral 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən kənar xəttin ləğv olunması və itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 16 fevral 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 23 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 23 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 497 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları E.Tağıyev, Q.Quliyev və E.Hidayətzadə tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 27 mart 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 16 aprel 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 38 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 38 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 38 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1276 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları İ.İsmayılov, H.Qasımov və Q.Quliyev tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 29 may 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 may 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları İ.İsmayılov və H.Qasımov tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 29 iyun 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİnin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 iyun 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev və H.Qasımov tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 28 sentyabr 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 sentyabr 2018-ci il tarixli Xidmət sahələrinin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev və N.Həsənov tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 31 oktyabr 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 oktyabr 2018-ci il tarixli Xidmət sahələrinin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev və N.Həsənov tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 noyabr 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 noyabr 2018-ci il tarixli Xidmət sahələrinin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev və N.Həsənov tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 28 dekabr 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 dekabr 2018-ci il tarixli Xidmət sahələrinin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev, H.Qasımov və Q.Quliyev tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 31 yanvar 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 yanvar 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQnin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev, H.Qasımov və Q.Quliyev tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 28 fevral 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQnin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev, H.Qasımov və Q.Quliyev tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 29 mart 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 mart 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQnin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev, H.Qasımov və Q.Quliyev tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 aprel 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 aprel 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQnin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev, N.İbrahimov və Q.Quliyev tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 28 iyun 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 iyun 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 60 gün, QSSQnin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 648 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev, N.İbrahimov və Q.Quliyev tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 31 iyul 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1302AZ**********68 nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 iyul 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Xoca Həsən kəndində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün, QSSQnin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan abonent Cavabdeh məxsus №**********00060 saylı Abonent saldosundan görünür ki, 2017-ci il üçün qazdan istifadə etməklə yaranmış qazın sərfi 1216 m3 , qalıq və akta görə hesablanmış borc 243,20 manat, 2018-ci il üçün qazdan istifadə etməklə yaranmış qazın sərfi 8477 m3, qalıq və akta görə hesablanmış borc 1393 manat və 2019-cu il üçün qazdan istifadə etməklə yaranmış qazın sərfi 5328 m3, qalıq və akta görə hesablanmış borc 532,80 manat təşkil edir. İşə təkrar apellyasiya baxışı zamanı İddiaçı QSC-nin nümayəndəsi tərəfindən məhkəməyə mübahisəli ünvana quraşdırılmış, biri smart, digəri isə mexaniki tipli olan sayğacların göstəriciləri əsasında tərtib edilmiş iki ədəd abonent saldosu təqdim edilmişdir. Smart tipli sayğacın göstəriciləri əsasında tərtib edilmiş abonent saldosundan görünür ki cavabdeh tərəfindən 2019-cu ilin noyabr ayından 2020-ci ilin fevral ayına qədər olan 4 ay müddətində 65 manat qazdan istifadəyə görə ödəniş edilmiş, həmin məbləğin 30,55 manatı sayğaca yüklənmiş, 34,45 manat məbləğ isə köhnə borclara silinmişdir. Mexaniki tipli sayğacın əsasında tərtib edilmiş abonent saldosundan görünür ki, Cavabdeh sağacın quraşdırıldığı 2020-ci ilin fevral ayından 2021-ci ilin mart ayına qədər olan müddət ərzində ümumilikdə 2145,00 kub metr qazdan istifadə etmişdir. Həmin qazın məbləği isə 214,50 manat təşkil etmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İşin araşıdırılmış hallarından müəyyən olundu ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehin fərdi yaşayış evinə baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halının aşkar olunması əsası ilə aktlar tərtib olunmuş və müvafiq olaraq 21.11.2017-ci il tarixli ******* saylı akt əsasında 243,20 manat, 17.01.2018-ci il tarixli ******* saylı akt əsasında 124 manat, 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 99,40 manat, 19.03.2018-ci il tarixli ******* saylı akt əsasında 255,20 manat, 29.05.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 29.06.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 25.07.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 31.08.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 28.09.2018ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat borc hesablanmışdır. İddiaçının təqdim etdiyi foto və video görüntülərdən onların aktların tərtib olunduğu tarixlərə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, xüsusi sıra sayı verildiyindən növbəti aktların sıra sayları əvvəlki aktların sıra sayından artıq olmalı olsa da, 29.05.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı aktdan bir ay sonra 29.06.2018-ci il tarixdə tərtib edilmiş aktın sıra sayı 0167229, 31.10.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı aktdan bir ay sonra 30.11.2018-ci il tarixdə tərtib edilmiş aktın sıra sayı isə ******* olaraq qeyd edilmişdir ki, bu da aktların göstərilən tarixlərdə tərtib olunmadıqlarını təsdiq edir. Belə ki, tarix etibarı ilə daha sonra tərtib edilmiş aktın sıra sayı daha böyük rəqəmlə ifadə olunmalı idi. Eyni zamanda iddiaçının zərərin ümumi miqdarının 2320,20 manat olmasından sonra pul məbləğinin könüllü ödəməsini cavabdehə təklif etməsi, bunadək isə zərərin əvəzini tələb etməməsi zərər məbləğinin hesablanmasına əsas olmuş sənədlərin tərtib edilikləri tarixlərə uyğun olmadığını təsdiq edir. Bundan başqa, işin araşdırılan halları ilə cavabdehə aktların tərtib edilməyə başlandığı 2017-ci ilin dekabr ayından ən azı üç il əvvələ olan müddət ərzində qazdan istifadə etməsi müəyyən edilmir. Sonuncu aktın tərtib edildiyi 2018-ci ilin avqust ayından 2021-ci ilin mart ayınadək olan müddət ərzində (təxminən 30 ay) isə cavabdeh ümumilikdə 245,05 manat məbləğində qazdan istifadə etmişdir. “X1”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı ilk dəfə şəbəkəyə qanunsuz qoşulma halını 21.11.2017-ci il tarixdə aşkar etdiyini iddia etsə də, onun keçən 1 il 9 aydan artıq müddət ərzində qazın verilməsini dayandırmaması, dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq dərhal cavabdehdən tələb etməməsi şəbəkəyə qanunsuz qoşulma barədə cavabdehin iştirakı olmadan tərtib olunmuş aktlarda göstərilənlərin işin hallarına uyğun olmadığını təsdiq edir. Belə ki, ilk dəfə şəbəkəyə qanunsuz qoşulma halını 21.11.2017-ci il tarixdə aşkar etdiyini iddia edən iddiaçının, şəbəkəyə qanunsuz qoşulma olduğu halda 1 il 9 aydan artıq müddət ərzində hərəkətsizlik edərək qazın verilməsini dayandırmayıb şəbəkəyə qanunsuz qoşulma üçün şərait yaratması, dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq dərhal cavabdehdən tələb etməməsi, hər ayda bir dəfə akt tərtib etməklə kifayətlənərək qanunun imperativ normasını icra etməməsi ağlabatan deyil. Bundan başqa, kollegiya qeyd edir ki, cavabdehin qanunsuz qaz xəttinə qoşulması ilə bağlı aktların tərtib edilməyə başladığı müddətdən əvvəlki üç il ərzində qazdan ümumiyyətlə istifadə etməsi iş materialları ilə müəyyən edilmədiyi, həmçinin qaz sərfiyyatının qanuna uyğun şəkildə qeydiyyatının aparıldığı son 30 aya yaxın müddət ərzində isə onun ümumi sərfiyyatı cəmi 245,05 manat təşkil etdiyi halda, tərtib edilmiş aktlar əsasında 21 ay ərzində 2169 manat ziyan hesablanmasını məhkəmə ağlabatan və işin həqiqi hallarına uyğun hesab etmir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi əsasında ona hesablanmış 151,20 manat borcu iddia müddətinin ötürülməsi əsası ilə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, cavabdeh bir dəfə şəbəkəyə qanunsuz qoşulduğunu, 21.11.2017-ci il tarixli aktda qeyd edilənlərin işin hallarına uyğun olduğunu etiraf etdiyindən, onun bu qoşulma ilə bağlı dəymiş və miqadı 21.11.2017-ci il tarixli aktla müəyyən edilmiş zərərin əvəzini ödəmək vəzifəsi əmələ gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququ, cavabdehin isə təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi olsa da, cavabdehin abonenti olduğu ünvanda şəbəkəyə qanunsuz qoşulma halının yalnız bir dəfə olması, bu qoşulma ilə bağlı iddiaçıya yalnız 243,20 manat zərər dəyməsi təsdiq olunduğundan, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, birinci instansiya məhkəməsi düzgün qətnamə çıxarmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il il tarixli, 2(001)- 7470/2019 qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar