Məhkəmə qərarları › İş №2(103)-10290/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10290/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10290/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(006)-4512/2015 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(006)-4512/2015 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC ilə cavabdeh X1 arasında bağlanmış 13007-1101/212135 saylı, 07 noyabr 2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 13007- 1101/212135 saylı, 07 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 7007,32 ABŞ dolları əsas borc, 2626,44 ABŞ dolları faiz borcu, cəmi 9633,76 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(006)-4512/2015 saylı qərardadı ilə qətnamədən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(006)-4512/2015 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh2 şikayətdən imtina etməsi barədə ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər . Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 398.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardaddan verilmiş şikayətdən imtina olunduqda , apellyasiya icraatına xitam vermək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayətdən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından imtina qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.34, 398.0.4, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(006)- 4512/2015 saylı qərardadından verdiyi şikayətdən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardaddan, şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar