Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10292/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İstehsalat Birliyi QSC-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(010)-1939/2021 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İstehsalat Birliyi QSC Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 3960,29 manat məbləğində zərərin, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat xərcin, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4290,29 manatın "xxxx" İstehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İstehsalat Birliyi 11 iyun 2016-cı il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana "xxxx" İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "xxxx" İstehsalat Birliyinin əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiq edən fotolar çəkilmişdir. “Təbii X1nın pozulması haqqında” aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat,30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 109,8o manat,19.04.2018-ci il tarixli ******* saylı akt əsasında 263,40 manat, 14.03.2018-ci il tarixli ******* saylı akt əsasında 190,20 manat, 16.02.2018-ci il tarixli ******* saylı akt əsasında 946,20 manat, 23.10.2016-cı il tarixli ******* saylı akt əsasında 59,50 manat,olmaqla, cəmi 2816,50 manat məbləğində "xxxx" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. L akin 10/2018-ci il tarixində cavabdehin aktlar üzrə həmin tarixədək hesablanmış 1399,80 manat məbləğində borcu Smart sayğaca keçirilmişdir. Cavabdehin 10/2012 tarixində 70 manat, 12/2016 tarixində 59,50 manat, 02/2018 tarixində 225,60 manat məbləğində debitor borcu qalmış və hər ay müəyyən məbləğ olmaqla cəmi 415 manat ödəniş həyata keçirmiş, həmin məbləğin isə 146 manatı borca görə tutulmuş olduğundan hazırda Smart sayğacın göstəricisinə əsasən cavabdehin 2241,29 manat məbləğində borcu yaranmışdır (702,70 + 59,50 + 225,60 + 415 + 1399, 80 - 146 = 2241,60 manat). Nəticə etibarı ilə cavabdeh tərəfindən iddiaçı "xxxx" İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 3960,29 manat təşkil etməkdədir (1719 manat + 2241,29 manat = 3960,29 manat). Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində "xxxx" İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bununla əlaqədar, Cavabdeh tərəfindən iddiaçı "xxxx" İB-yə vurulmuş 3960,29 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4290,29 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "xxxx" İB- nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(010)- 1939/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 946,20 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" İstehsalat Birliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan "xxxx" İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni əsaslarla əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları, mötəbər sübut sayılan rəsmi sənədləri obyektiv araşdırmamış, cavabdehin müqaviləyə əsasən quraşdırılmış sayğacdan kənar qaz istifadəsinə dair etirafını qismən nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Ona görə də apellyasiya baxışının predmetini qətnamənin mübahisələndirilən hissəsi təşkil edir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir, habelə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. İş materiallarında olan Belə ki, iş materiallarında olan 11.06.2016-cı il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, "xxxx" İstehsalat Birliyi ilə Zığ qəsəbəsində yaşayan Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" İstehsalat Birliyinin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh evini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq "xxxx" İstehsalat Birliyi tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bü Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə edilmiş **********00010 saylı abonent Cavabdeh saldosundan və Birliyin işçiləri tərəfindən “ Təbii X1n pozulması haqqında” tərtib edilmiş aktlardan müəyyən edilir ki, "xxxx" İstehsalat Birliyi tərəfindən cavabdehə 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.02.2019cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat,30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 109,8o manat,19.04.2018-ci il tarixli ******* saylı akt əsasında 263,40 manat, 14.03.2018-ci il tarixli ******* saylı akt əsasında 190,20 manat, 16.02.2018-ci il tarixli ******* saylı akt əsasında 946,20 manat, 23.10.2016cı il tarixli ******* saylı akt əsasında 59,50 manat olmaqla, cəmi 2816,50 manat dəymiş zərər hesablamışdır. İş materiallarına əlavə edilmiş aktlardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi Xanlar küçəsi, 15 saylı evə quraşdırılmış qaz sayğacına cavabdeh tərəfindən müdaxilə edərək özbaşına olaraq qaz xəttinə qeyri-qanuni qoşulmuşdur. İş materiallarına əlavə edilmiş printer vasitəsilə çap edilmiş ağ-qara fotoşəkillərdən görünür ki, fotoşəkillərin aid olduğu ünvanda sayğac sökülmüş, sayğac qutusunun içərisində iki metal boru isə rezin boru vasitəsilə bir-birinə qoşulmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf cavabdehə itirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3960,29 manat məbləğində dəymiş ziyan hesablamış, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1719 manat məbləğində dəymiş ziyanın, 2241,29 manat əvvəldən olan borcun, ümumilikdə 3960,29 manatın məcburi qaydada tutulmasını xahiş etmiş, lakin 2241, 29 manat əvvəlki borcun mövcud olması və karta keçirilməsi saldo ilə və yaxud Gasrep ilə müəyyən olunmadığından, bu borcun olması təsdiq edlmir. İddiaçı tərəfindən təqdim olunmuş abonentin saldosundan və yaxud Gasrepdə qeyd olunan rəqəmlər debet borcuna aid olması və yaxud qeyri-qanuni istifadəsinə görə aktla müəyyən edilmiş borcuna aid olmasını müəyyən etmək mümkün olmadığından və iddiaçı tərəfindən sırf 2241,29 manat debet borcun nəyin əsasında yaranmasına dair sübutlar təqdim edilmədiyindən iddianın həmin şissəsində təmin edilməsi qeyri-mümkün hesab olunur. Bundan əlavə məhkəmə hesab etmişdir ki, məhkəməyə təqdim olunmuş 23.09.2016ci il tarixli, ******* akt Cavabdeh qazdan qeyri-qanuni istifadəsinə, o cümlədən kənar xəttin qoşulmasına görə deyil, qaz sayğacının çıxış plastmas borusunun kənar nəticəsində deşilməsinə tərtib olunmuş, lakin iddiaçı tərəfindən qaz sayğacının zədələnməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Həmçinin, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf 16.02.2018-ci tarixli qazın qeyriqanuni istifadəsinə görə aktın tərtib olunmasından sonrakı 2 il ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını, və yaxud ondan əvvəlki 3 il ərzində həqiqətən qanunsuz qoşulmanın mövcud olduğunu və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmamasını əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə 16.02.2018-ci il tarixli ******* saylı akt əsasında 946,20 manat dəymiş zərərin tutulması hissəsində iddia tələbi sübuta yetirildiyindən iddianı həmin hissədə təmin etmiş, digər aktlar üzrə zərərin yetirilməsi təsdiq olunmadığına görə, həmin aktlar üzrə hesablanmış zərər məbləğinin tutulması hissəsində iddianı rədd etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. İddiaçı "xxxx" İstehsalat Biriliyi təbii X1nın pozulması barədə aktlarda göstərilən pozuntunun həqiqətən Cavabdeh təqsiri üzündən baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, bütün aktlarda onların abonentin iştirakı ilə tərtib edilməsi və abonentin onları imza etməkdən imtina etdiyi qeyd edilsə də, bu hal məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır. Kollegiya hesab edir ki, məhkəməyə təqdim olunmuş aktlar onda əks olunmuş halların həqiqətən baş verib-vermədiyini tam və düzgün əks etdirmir, bu səbəbdən həmin aktlar cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma hallarının baş verməsini təsdiq edəcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, işin araşıdırılmış hallarından müəyyən olunmuşdur ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehin fərdi yaşayış evinə baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halının aşkar olunması əsası ilə aktlar tərtib olunmuş və müvafiq olaraq Təbii X1n pozulması haqqında” tərtib edilmiş aktlardan müəyyən edilir ki, "xxxx" İstehsalat Birliyi tərəfindən cavabdehə 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 29.11.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat,30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 109,8o manat,19.04.2018-ci il tarixli ******* saylı akt əsasında 263,40 manat, 14.03.2018-ci il tarixli ******* saylı akt əsasında 190,20 manat, 16.02.2018-ci il tarixli ******* saylı akt əsasında 946,20 manat, 23.10.2016-cı il tarixli ******* saylı akt əsasında 59,50 manat olmaqla, cəmi 2816,50 manat borc hesablanmışdır. İddiaçının təqdim etdiyi foto görüntülərdən onların aktların tərtib olunduğu tarixlərə aid olmasını, habelə həmin fotogörüntüdəki evin cavabdehə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Bu fotogörüntülərin cavabdehə məxsus ünvana aid olması ehtimal olunsa belə, kollegiya qeyd edir ki, orada əks olunmuş halın mövcudluğu cavabdehin qaz xəttinə qanunsuz qoşulmasının şəksiz sübutu kimi qəbul edilə bilməzdi. Belə ki, həmin fotogörüntüdə sayğac qutusunda quraşdırılmış sayğacın yerində olmadığı, sayğaca daxil olan və sayğacdan çıxan qaz xətlərinin rezin boru vasitəsilə birbirinə qoşulduğu əks olunmuşdur. Lakin həmin sayğacın kim tərəfindən və hansı məqsədlə sökülməsi aydın deyildir. “X1”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. X1n bu müddəalarına əsasən, qaz sayğacı yerində olmadıqda məsuliyyətin ilk növbədə qaz paylayıcısının üzərinə düşdüyü ehtimal edilməlidir. Bunun əksini sübut etmək isə abonentin deyil, qaz paylayıcısının borcudur. Həmçinin, qaz sayğacı istehlakçının təqsiri olmadan hər hansı səbəblə çıxarılmışdırsa, qazın verilməsi dayandırılmamalı və verilən qaz üzrə sərfiyyat əvvəlki dövrə görə orta sərfiyyat əsasında hesablanmalıdır. Göründüyü kimi, bu halda da sayğacın abonentin təqsiri üzündən zədələnməsini sübut etmək vəzifəsi qaz paylayıcısının üzərinə düşür. Hazırkı işin halları ilə abonentin sayğacın zədələnməsində, yaxud onun sökülməsində təqsirli olması halı sübuta yetirilməmişdir. Bundan başqa, xüsusi sıra sayı verildiyindən növbəti aktların sıra sayları əvvəlki aktların sıra sayından artıq olmalı olsa da, 29.03.2019-cu il tarixdə tərtib edilmiş ******* saylı aktdan bir ay sonra 30.04.2019-cu il tarixdə tərtib edilmiş aktın sıra sayının ******* olduğu müəyyən edilir ki, bu da aktların göstərilən tarixlərdə tərtib olunmadıqlarını təsdiq edir. Belə ki, tarix etibarı ilə daha sonra tərtib edilmiş aktın sıra sayı daha böyük rəqəmlə ifadə olunmalı idi. Göstərilənlərlə yanaşı, iddiaçı qaz xəttinə qanunsuz qoşulma aşkar edildikdən sonra həmin xəttin şəbəkədən ayrılmasına dair aktları sübut kimi təqdim etmişdir. Lakin həmin aktların heç biri nə onu tərtib etmiş qaz paylayıcısının əməkdaşları, nə də abonent tərəfindən imzalanmamışdır. Bu isə həmin aktların da mötəbər olmadığını və işin həqiqi hallarını əks etdirmədiyini təsdiq edir. Halbuki, “X1”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa, 10/2018-ci il tarixində cavabdehin aktlar üzrə həmin tarixədək hesablanmış 1399,80 manat məbləğində borcu olduğunu, həmin borc məbləğinin Smart sayğaca keçiridiyini bildirmiş, lakin həmin borcun necə yarandığını (sayğaca müdaxilə, qaz xəttinə qanunsuz qoşulma və s. əsasla), həmin aktlarda göstərilən pozuntuların abonentin təqsirli hərəkətləri ucbatından baş verdiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Cavabdehin 10/2012 tarixində 702,70 manat, 12/2016 tarixində 59,50 manat, 02/2018 tarixində 225,60 manat məbləğində debitor borcu qalması ilə bağlı iddiaçının dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iddiaçı abonentin həmin borcunun mövcud olub-olmadığını, mövcuddursa, hansı dövrlər üzrə və hansı sərfiyyat əsasında hesablandığını, bu barədə abonentə zəruri bildirişin verilib-verilmədiyini təsdiq edən sübutlar təqdim etməmişdir. Həmçinin, Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilk dəfə şəbəkəyə qanunsuz qoşulma halını 16.02.2018-ci il tarixdə aşkar etdiyini iddia etsə də, onun keçən 2 ilə yaxın müddət ərzində qazın verilməsini dayandırmaması, dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq dərhal cavabdehdən tələb etməməsi şəbəkəyə qanunsuz qoşulma barədə cavabdehin iştirakı olmadan tərtib olunmuş aktlarda göstərilənlərin işin hallarına uyğun olmadığını təsdiq edir. Belə ki, ilk dəfə şəbəkəyə qanunsuz qoşulma halını 16.02.2018-ci il tarixdə aşkar etdiyini iddia edən iddiaçının, şəbəkəyə qanunsuz qoşulma olduğu halda 2 il ərzində hərəkətsizlik edərək qazın verilməsini dayandırmayıb şəbəkəyə qanunsuz qoşulma üçün şərait yaratması, dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq dərhal cavabdehdən tələb etməməsi, mütəmadi olaraq akt tərtib etməklə kifayətlənərək qanunun imperativ normasını icra etməməsi ağlabatan deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququ, cavabdehin isə təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi olsa da, apellyasiya baxışının predmeti olan hissədə cavabdehin abonenti olduğu ünvanda şəbəkəyə qanunsuz qoşulma halı təsdiq olunmadığından, birinci instansiya məhkəməsi düzgün qətnamə çıxarmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğuna görə, bu qətnamədən kassasiya şikayəti nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(010)-1939/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10292/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10292/2021
18.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver