Məhkəmə qərarları › İş №2(103)-10300/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10300/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10300/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(006)-1754/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kreditin qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1754/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kreditin qaytarılması tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “iş üzrə icraatın təzələnməsinə dair” ərizə ilə məhkəməyə müraciət edilərək, işin baxılmamış saxlanmasına dair 2(006)-1754/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(006)-1754/2021 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “iş üzrə icraatın təzələnməsinə” dair ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1754/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması üçün 23 avqust 2021-ci il tarixə, saat 16:45-ə təyin edilməsi qərara alınmışdır. Cavabdeh şikayət verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(006)-1754/2021 saylı qərardadının ləğv edilməsinqi xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(006)-1754/2021 saylı qərardadı ilə Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(006)- 1754/2021 saylı qərardadından verilmiş şikayəti, həmin qərardaddan qanunvericilikdə şikayət verilməsi nəzərdə tutulmadığından baxılmadan geri qaytarılması qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(006)- 1754/2021 saylı qərardadından şikayət verərək, həmin məhkəmə qərardadının ləğv edilməsini xahiş etmiş, həmin məhkəmənin 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət ərizəsi iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(006)-1754/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduğu təqdirdə şikayət verə bilərlər. İş üzrə icraatın təzələnməsi barədə məhkəmə qərardadından şikayətin verilməsi qüvvədə olan mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(006)- 1754/2021 saylı qərardadı mülki işin sonrakı hərəkətinə mane olmayıb, əksinə sonrakı prosessual hərəkətləri yerinə yetirilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası şikayətdə qeyd olunan dəlilləri əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual pozuntulara yol verilməmiş, qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəriNəsimi rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(006)- 1754/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar