Məhkəmə qərarları › İş №2(103)-1032/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1032/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1032/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçı (qarşılıqlı iddi üzrə cavabdeh) İddiaçı1 nümayəndəsi Vəkil1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı1 (qarşılıqlı iddia üzrə cavabdeh) və İddiaçı2 cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “maddi və mənəvi zərər” üzrə ilk, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” üzrə qarşılıqlı tələblərə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1627/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı borc verilmiş pulun məcburi alınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 40 min ABŞ dolları məbləğində əsas borcun, maddi və mənəvi zərərə görə 10 min manat pulun və 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı1 qarşı müqavilənin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbləri barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onunla X4 arasında imzalanmış və xx xxxx 2015-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş 3M-787 reyestr nömrəli borc müqaviləsinin əhəmiyyətsiz əqd hesab hesab edilməsi, İddiaçı1 vurulmuş mənəvi zərərin əvəzi olaraq 50 min manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi zamanı Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli borc müqaviləsinin notarial qaydada təsdiq olunmuş surəti (iş.səh.8), AZ-İ seriyalı 945558 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti (səh.13), xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti (səh.27), Bakı şəhəri 5 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin surəti(səh.84), Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin surəti (səh.85), Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci tarixli borc müqaviləsinin surəti (səh.99) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1627/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İlk iddia qismən təmin edilərək, Cavabdeh 40 min ABŞ dolları məbləğində borc pul vəsaiti (icra gününün məzənnəsinə uyğun Azərbaycan manatı ilə hesablanmaqla) və 26 manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1627/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosesual Məcəllənin 88, 357.1, 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı1 və Cavabdeh arasında telefon danışığının yazısı təqdim edilmiş, məhkəmə isə həmin danışığa qətnamədə hər hansı hüquqi qiymət verməmiş, şahidlərin ifadələrinə qiymət verərkən subyektivliyə yol vermiş şahidlərin ifadələrini də əsassız olaraq mötəbər hesab etməmişdir.Qaradağ Rayon Məhkəməsinin qətnaməsini əsaslandırdığı hallardan biri də budur ki, guya mərhum X3 sərbəst yazı və imza nümunələrinin əldə edilməsi mümkün deyil. Məhkəmənin bu fərziyyəsi aşağıdakı əsaslaara görə həqiqəti əks etdirmir: Məhkəməyə təqdim edilən qəbz 2016-cı ilin payız aylarında mərhum X4 tərəfindən Cavabdeh verilmişdir. Qəbz şahidlərin yanında imzalanmadığına görə, şahidlərin bu barədə məlumatsız olmaları təbiidir. Mərhum X3 sərbəst imza nümunələrinin götürülməsinin mümkün olmaması barədə məhkəmənin gəldiyi nəticə obyektiv reallığı əks etdirmir. Məhkəmə obyektiv reallığı araşdırmaq istəsəydi, mərhum X3 sərbəst imza nümunələri əldə edilə bilərdi. X4 sağlığında müxtəlif orqanlarda, o cümlədə notariat ofislərində sənədlərə imza etmişdir. Buna görə də məhkəmənin bu əsaslandırması səhvdir. mərhum X3 əsas işi, peşəsi yüksək faizlərlə borc pul vermək olub və O, borcun faizini ödəyə bilməyən insanlara qarşı cinayət işlərinin açılması, onlara qarşı sair üsullarla təzyiq göstərilməsi ilə məşğul olmuş, mərhum X3 bəzən eyni şəxslərə verdiyi pul vəsaitlərini müxtəlif üsullarla təkrarən ödəttirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1032/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, 4/29 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, mülki işin 93-cü vərəqəsində yerləşən X3 adından olan qəbzdə “X4” yazıları qarşısındakı imza- X4 tərəfindən yox onun imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.Ekspertiza xərci 179 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Vəkil2 əlavə ekspertiza keçirilməsi barədə ərizə ilə müraciət edərək, apellyasiya şikayətini müdafiə etdiyini, iş materiallarında Rüstəmin səs yazısının mövcud olduğunu və həmin səs yazısında Cavabdeh ona borcunun olmadığını etiraf etdiyini, Cavabdeh ona nağd qaydada 40000 ABŞ dolları qaytardığını, şahid ifadələri ilə sübut olunduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddi üzrə cavabdeh) İddiaçı1 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, pulun qaytarılmadığını, qarşılıqlı iddianın əsassız olduğunu, şahidlərin yalan ifadə verdiyini, qəbzdə olan imzanın mərhum İddiaçı1 aid olmadığını bildirmiş və ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh ) İddiaçı2 iştirakı olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikasının MM-in 324, 385, 739; MPM-nin14.2, 76.1, 77.1, 80-82, 88, 103.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərci şəxsin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, Kollegiya bir daha apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma apararaq ekspertiza təyin etmiş və borcun qaytarılmasını sübut edə bilən yeganə mötəbər vasitənin başqa şəxs tərəfindən imza edildiyi müəyyən edilmişdir. Əlavə ekspertizanın keçirilməsinə və şahidlərin ifadələrinə qiymət verilməsinə isə hər hansı mötəbər sübutedici istinadlar mövcud olmamışdır. Ona görə apellyasiya icraatı zamanı keçirilən ekspertiza üzrə məhkəmə xərcləri əsassız apellyasiya şikayəti verən tərəfdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1627/2019 saylı işi üzrə xx xxxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilən ekspertiza üzrə məhkəmə xərci olan 179 (yüz yemiş doqquz) manat məbləğində pul cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar