Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1033/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi-vəkili X5 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(008)-6/2019 nömrəli qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 vəkilinümayəndəsi X8 tərəfindən verilmiş apellyasiyaşikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı X3 borclular Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclulardan müştərək qaydada 13.764 ABŞ dolları əsas borc, 3735 ABŞ dolları faiz borcu, cəmi 17.499 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı X1 xeyrinə tutulması haqqında məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və ərizə təmin edilərək bu barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli əmri çıxarılmışdır. Qeyd edilən məhkəmə əmrindən etiraz verilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qərardadı ilə məhkəmənin xx xxxx 2015-ci il tarixli əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, xx xxxxxx 2016-cı il tarixədək hesablanmış və ödənilməmiş 13.794 ABŞ dolları əsas borc, 10.150 ABŞ dolları faiz borcu və 4137 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 28.081 ABŞ dolları məbləğində borcun, həmçinin 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı X1 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxx 2016-cı ıl tarixədək hesablanmış 13.793,1 ABŞ dolları əsas, 11.839,07 ABŞ dolları faiz və 5276,42 ABŞ dolları cərimə olmaqla, cəmi 30.908,59 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun İddiaçı X1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(008)-6/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(008)-6/2019 nömrəli qətnaməsi iddia tələbi qismən təmin edilmiş, İddiaçı X1 xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada13.793,1 ABŞ dolları əsas borc, 4976,98 ABŞ dolları faiz borcu,50 ABŞ dolları cərimə borcu,qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 18.820,08 ABŞ dolları məbləğində borc və iddiaçı tərəfindənödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 245 manatcavabdehlər Cavabdeh1 və Cavabdeh2müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə EkspertizasıMərkəzinin hesabına keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə, həmçinin ekspert rəyinə əsasən məhkəmə tərəfindən aparılmış hesablamalar üzrə cavabdehin faiz və cərimə borcunun məbləğləri düzgün müəyyən edilməmişdir. Belə ki, işin materiallarından görünür ki, cavabdeh İddiaçı ASC-dən 19000 ABŞ dolları kredit almış və bu vaxtadək həmin kredit üzrə faiz borcundan cəmi 3247,10 ABŞ dolları məbləğində ödəniş aparmışdır. Qeyd olunanlara əsasən, cavabdehin faiz borcunun məbləği isə onun bankdan götürdüyü 19000 ABŞ dollarına münasibətdə müəyyən edilməlidir. Eyni zamanda məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirik ki, məhkəmə baxışı zamanı tərəfindən ətraflı maliyyə arayışı təqdim olunaraq kredit müqaviləsi ilə nəzərdə tutulmuş 24 ay müddətinə, yəni müddətin sonuna olan faiz borcu məhkəməyə təqdim edilmişdir. Lakin, buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ətraflı maliyyə arayışında müddətin sonuna göstərilən faiz borcunun məbləğini nəzərə almayaraq, öz təşəbbüsü ilə və ekspert rəyində göstərildiyi kimi 4976,98 ABŞ dolları məbləğində müəyyən olduğunu qeyd etmişdir. Belə ki, Cavabdeh1 bankdan xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə yuxarıda qeyd edilən və cavabdeh tərəfindən ödənilən faiz məbləğini, yəni 3247,10 ABŞ dollarını nəzərə alsa belə, cavabdehin faiz borcunun məbləği 4976,98 ABŞ dolları təşkil edə bilməz. Qeyd olunanlara əsasən, cavabdehin faiz borcunun məbləği onun bankdan götürdüyü 19000 ABŞ dollarına münasibətdə müəyyən edilməli idi. Lakin ekspert rəyi ilə cavabdehin faiz borcunun məbləğinin 4976,98 ABŞ dolları kimi müəyyən edilməsi isə anlaşılmazdır və ekspert tərəfindən düzgün tədqiqatın aparılmamasının nəticəsi olaraq səhvdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosessi birinci instansiya məhkəməsində 4 il davam etmişdir. Cavabdeh1 İddiaçı ASC-dən kredit almamış, o, heç bir yerdə işləməmiş, biznes fəaliyyəti ilə məşğul olmamışdır. Bankdan alınmış kreditlə bağlı ona heç bir bildiriş və xəbərdarlıq verilməmişdir. X10 adlı şəxsin kredit alması ilə bağlı onu şahid qismində dəvət edib bir neçə sənədə imza etdirmişlər. Mahir Həsənov “Laçın” Ticarət Mərkəzində biznes fəaliyyəti ilə məşğul olmuş, onun biznes əmlakları bank tərəfindən girov götürülmüş, evinin sənədləri də banka girov qoyulmuşdur. Mahir bildirmişdir ki, o bankdan biznesini genişləndirmək üçün pul götürür, ona heç bir aidiyyəti yoxdur, pulu özü qaytaracaqdır, bazarda dükanı olmasına və biznes fəaliyyəti ilə məşğul olmasına şahidlik edirlər.O, bazarda dönər paylayan işlədiyindən bəzi adamları tanımış, ona görə də Mahir Həsənova şahidlik etmişdir. Cavabdeh2 da onun kimi şahid olmuşdur. Bundan sonra o, bankda olmamış, nə də onu axtaran olmamışdır. O, bankdan heç vaxt kredit almamış, götürməmişdir. İşdə olan sübutlar açıq-aşkar bankın xeyrinə olaraq təhrif edilmiş, Cavabdeh1 4 il ərzində məhkəmə prossesində dəfələrlə iştirak edib iş üzrə izahat verdiyi halda, məhkəmə qətnaməsində Cavabdeh1 məhkəməyə gəlməməsi qeyd olunmuş, onun iş üzrə verdiyi izahatların heç biri təhlil edilməmiş, onlara hüquqi qiymət verilməmişdir.Bundan başqa, digər Cavabdeh2 məhkəmədə verdiyi izahatında Namik Məhərrəmovu tanımadığını, Mahir Həsənovun bankdan kredit götürdüyünü, özünün də buna şahidlik etdiyini göstərdiyi halda, məhkəmə onun izahatın təhrif edərək, saxtalaşdırararq, Cavabdeh2 iddianı qismən qəbul etdiyini, bank tərəfindən Cavabdeh1 19 000 ABŞ dolları məbləğində kredit veridiyini təsdiq etmiş, Namiqin bank qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə borcu yarandığını bildirdiyini qeyd etmişdir. Özünün də məsuliyyətini dərk edir, lakin, borcun məbləği artıq olduğundan ödəməyə maddi imkanı yoxdur. Faktiki olaraq Cavabdeh2 belə izahat verməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir Cavabdeh X6 nümayəndəsi-vəkili Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellya-siya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddiaçı və Cavabdeh1 münasibətdə yoxlanılması təşkil edir. Digər cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır Beləliklə məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəflərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, bank tərəfindən Cavabdeh1 xx.xx.2014-cü il tarixdə 24 ay, müddətinə illik 28% olmaqla, 19.000 ABŞ dolları məbləğində kredit pul vəsaiti verilmişdir. Eyni zamanda həmin müqavilə ilə Cavabdeh2 Cavabdeh1 öhdəliklərinə zamin durmuşdur. Bundan başqa iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxx 2017-ci il tarixli 12003 №-li ekspert rəyinə əsasən iş materiallarında olan çıxarış məlumatları, xx xxx 2014-cü il tarixli 22-M-1-0-798-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2016-cı il tarixinə banka ödənilməli olan əsas borc 13.910,81 ABŞ dolları dolları, faiz borcu 3797,65 ABŞ dolları olmaqla, cəmi borcu 17.708,46 ABŞ dolları, xx.xx.2016-cı il tarixə isə əsas borc 13.910,81 ABŞ dolları, faiz borcu 4976,98 ABŞ dolları olmaqla, cəmi borcu 18.887,79 ABŞ dolları məbləğində müəyyən edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxx 2018-ci il tarixli 14310 №li ekspert rəyinə əsasən iş materiallarında olan çıxarış məlumatları, xx xxx 2014-cü il tarixli 22-M-1-0-798-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2016-cı il tarixinə banka ödənilməli olan əsas borc 13.910,81 ABŞ dolları, faiz borcu 3797,65 ABŞ dolları olmaqla, cəmi borcu 17.708,46 ABŞ dolları, xx.xx.2016-cı il tarixə isə əsas borc 13.910,81 ABŞ dolları, faiz borcu 4976,98 ABŞ dolları olmaqla, cəmi borcu 18.887,79 ABŞ dolları məbləğində müəyyən edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxx 2019-cu il tarixli 22757№-li ekspert rəyinə əsasən iş materiallarında olan çıxarış məlumatları, xx xxx 2014-cü il tarixli 22-M-1-0-798-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2016-cı il tarixinə banka ödənilməli olan əsas borc 13.910,81 ABŞ dolları, faiz borcu 4976,98 ABŞ dolları olmaqla, cəmi borcu 18.887,79 ABŞ dolları müəyyən edilir. İlk əvvəl məhkəmə kollegiyası iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsinə əlavə etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışına əsasən borc pul vəsaitinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi isə əsas kredit borcunu maliyyə arayışına, faiz borcunu isə ekspert rəyinə uyğun olaraq müəyyən etmişdir. Belə ki, əsas borcun iddiaçının tələbi olmadığı halda ekspert rəyində göstərilən həddə tutulması hüquqmüəyyənlik prinsipinə ziddir. Faiz borcu isə maliyyə arayışında göstərilən həddən aşağı müəyyən edildiyindən qətnamə ekspert rəyini əsas götürmüşdür. Kollegiya qeyd edir ki, borcun düzgün hesablanmaması bardə tərəflər hər-hansı sübut təqdim etmədiklərindən, birinci instansiya məhkəməsi əsas və faiz borcunu müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. İddianın cərimə borcu hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müqavilə üzrə ağlabatan vəədalətli məbləğdə cərimə borcu müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Apellyatorlar apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, məhkəməyə həmin halları təstiq edən hərhansı sübut təqdim etməmişlər. Bundan başqa kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Lakin, Cavabdeh1 məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Buna baxmayaraq onun nümayəndəsi-vəkili X8 məhkəmə iclasında iştirak etmiş özünün prosessual hüquqlarından istifadə etmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində izahatların təhrif edildiyi göstərsə də, o bununla bağlı birinci instansiya məhkəməsinə protokollara qeydlər verilməsi ilə bağlı hər-hansı müraciət etməmişdir. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsini imzalasa da, borc məbləğinin onun tərəfindən götürülmədiyinə istinad etsə də, məhkəməyə həmin halları təstiq edən hər-hansı sübut təqdim etməmişdir. Belə ki, o, kredit müqaviləsini imzalayaraq, bank qarşısında üzərinə öhdəliklər götürmüşdür. Apellyatorun qeyd olunan əsassız dəlilləri isə onun bank qarşısında olan öhdəliklərinin icrasından azad etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, şikayətlərin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı ASC və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC və Cavabdeh1 vəkili-nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(008)-6/2019 nömrəli qətnaməsi İddiaçı ASC və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-1033/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1033/2020
14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver