Məhkəmə qərarları › İş №2(103)-10332/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10332/2021

19.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10332/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilə qanunsuz müdaxilələrə son qoyulması və s. tələbinə dair” iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(011)-5987/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında qanunsuz müdaxilələrə son qoyulması, təmir işlərinin aparılmasına maneə törətməməsi və cavabdeh təfərindən yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.08.2019-ci il tarixli, 2(011)-5987/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi 14.10.2019-cu il tarixdə icra olunması üçün Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, 22.10.2019-cu il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdeh 01.10.2020-ci il və 08.10.2020-ci il tarixlərdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin ona təqdim olunmasını xahiş etmişdir. Cavabdeh MMC tərəfindən 17.12.2020-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22.08.2019-ci il tarixli, 2(011)-5987/2019 saylı qətnaməsinin ləğv olunması, işə mahiyyəti üzrə baxılaraq yekun qərar (qətnamə) qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26.12.2020-ci il tarixli, 2(011)-5987/2019 saylı qərardadı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22.08.2019-ci il tarixli, 2(011)- 5987/2019 saylı qətnaməsindən Cavabdeh MMC-nin adından direktoru X1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər, apellyasiya şikayətinə imza səlahiyyətlərini təsdiq edən sənədlərin əlavə edilməməsi və apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinə görə geri qaytarılmışdır. Cavabdeh MMC 26.01.2021-ci il tarixdə təkrarən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22.08.2019-ci il tarixli, 2(011)- 5987/2019 saylı qətnaməsinin ləğv olunmasını, işə mahiyyəti üzrə baxılaraq yekun qərar (qətnamə) qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29.01.2020-ci il tarixli, 2(011)-5987/2019 saylı qərardadı ilə həmin qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh MMC 05.03.2021-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29.01.2020-ci il tarixli, 2(011)-5987/2019 saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(011)-5987/2019 saylı qərardadı ilə ərizəçinin şikayəti təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(103)-4039/2021 saylı qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü, 364-cü maddələrinə əsasən apellyasiya şikayətinin icraata qəbulu haqqında məsələyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli, 2(011)-5987/2019 saylı qərardadı ilə Cavabdeh MMC-nin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli, 2(011)-5987/2019 saylı qərardadından vermiş olduğu şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28.07.2021-ci il tarixli 2(103)-7624/2021 saylı qərardadı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli, 2(011)- 5987/2019 saylı qərardadı üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22.08.2019-ci il tarixli, 2(011)-5987/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması barədə Bakı Apellyasiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(103)-4039/2021 saylı qərardadında göstərilənlərə əməl edilməklə mümkünlük məsələsinə yenidən baxılması üçün iş materialları Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli, 2(011)-5987/2019 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə qətnaməsi tərəfə 13.09.2019-cu il tarixdə rəsmi qaydada təqdim edildiyindən, ondan apellyasiya şikayəti vermək üçün son tarix 13.10.2019-cu il olduğu halda, apellyasiya şikayəti həmin tarixdən sonrakı 17.12.2020-ci il və 26.01.2021-ci il tarixlərdə verilməklə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan məhkəmə qətnaməsinin cavabdeh tərəfindən qəbul edilməsi barədə xəbərnamədən görünür ki, qətnamə “Şahverdiyev” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. (İş mat səh 51) Cavabdehin şikayətə əlavə edilmiş 14.09.2021-ci il tarixli 60 nömrəli arayışında isə Cavabdeh MMC-nin “Şahverdiyev” soyadlı işçisinin olmadığı və hazırda da olmadığı qeyd edilmişdir. İş materiallarından həmçinin görünür ki, cavabdeh 01.10.2020-ci il və 08.10.2020-ci il tarixlərdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin ona təqdim olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə qətnaməsi cavabdehə rəsmi qaydada çatdırılmamış, cavabdeh qətnamənin surətinin ona təqdim edilməsi barədə ərizə verdikdən sonra apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir (cavabdehin müraciətindən sonra qətnamənin ona təqdim olunması barədə iş materiallarında məlumat yoxdur). Ona görə də cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşır və belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(011)-5987/2019 saylı qərardadı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 395-397, 398-ci maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: Cavabdehin şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(011)-5987/2019 saylı qərardadı ləğv edilsin. Cavabdeh apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar