Məhkəmə qərarları › İş №2(103)-10355/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10355/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10355/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(009)-73/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, nəticə etibarı ilə cavabdeh "xxxx" MMC-dən ASC-nin xeyrinə 221.517,45 manat əsas, müqavilə bitən tarixə ödənilməmiş 56.942,26 manat faiz borcu, müqavilə bitən tarixdən 27.05.2019-cu il tarixə qədər ödənilməmiş 11.457,41 manat faiz borcu və 112.568.63 manat dəbbə pulu olmaqla, cəmi 402.785,75 manat kredit borcu və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 209.1 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaları və onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh "xxxx" MMC-dən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC-nin «Sənaye» filialı ilə "xxxx" MMC arasında bağlanmış 12.01.2016-cı il tarixli, 449 saylı kredit müqaviləsinə əsasən MMC-yə 250.000 manat məbləğində kredit verilmiş, müqavilənin şərtlərinə görə kredit üzrə faizlər illik 14 faizlə hesablanmış, istifadə müddəti 12.01.2019-cu il tarixədək müəyyən edilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə ASC-nin «Sənaye» filialı Cavabdeh2 arasında 12.01.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 209.1 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 8-ci bəndində pul öhdəliyinin icra edilməsinin borcverən tərəfindən vaxtından əvvəl tələb edilməsi şərtləri və 10.2-ci bəndində dəbbə pulunun müəyyənləşdirilməsi şərtləri öz əksini tapmış, həmçinin 7-ci bənddə müqavilənin qüvvədə olma müddəti borcalanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdiyi vaxtadək müəyyən edilmişdir. Cavabdeh MMC kredit vəsaitinin 250.000 manat pul vəsaitindən istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq kreditə hesablanmış faiz borcunu müqavilənin 6 və 7-ci bəndi ilə müəyyən edilən qaydada ödəməmişdir. Belə ki, sonuncu ödəniş 13.03.2017-ci il tarixdə 1.166,67 manat olmaqla, sonradan cavabdeh tərəfindən ödəniş aparılmamışdır. Müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün MMC-dən hesablanmış kredit borcunun vaxtından əvvəl tələb edilməsi, tutmanın ipoteka predmeti olan qeyri yaşayış sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiyməti müəyyən edilərək açıq hərrac vasitəsilə satılması, boşaldılması, istifadə hüququna xitam verilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(009)-73/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 221517,45 manat əsas borc, 56942,26 manat faiz borcu, 22151 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 209,1 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 450000 manat məbləğində müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 3 saylı ev hərracdan satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin evdən çıxmadıqda məcburi qaydada çıxarılması və onun ünvan 3 saylı evdən istifadə hüququna xitam verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi, ekspertiza tədqiqatının dəyəri olan cəmi 290 manatın dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən 3 dəfə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, 2 dəfə kredit borcu 200000 manatdan aşağı məbləğdə, 3-cü dəfə isə 259076,92 manat məbləğində hesablanmışdır. Lakin məhkəmə əvvəl keçirilmiş 2 ekspertizanın hansı səbəbdən sübut kimi qəbul edilməməsinə dair hər hansı bir əsaslandırma aparmamışdır. Buna baxmayaraq MMC cavabdeh tərəf olaraq 06.05.2019-cu il tarixli 31238 saylı rəyi ilə razı olmadıqlarını və bundan əlavə iddiaçı tərəfindən iddia həcminin artırılması səbəbindən həmin məbləğin düzgün hesablanıb-hesablanmamasının yoxlanılmasının müəyyən edilməsi üçün ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli 2(103)- 11555/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(009)-73/2019 saylı qətnaməsi kredit borcunun məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli 2(102)- 848/2020 saylı qərarı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli 2(103)-11555/2019 saylı qətnaməsi borc məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2020-ci il tarixli 2(103)-5050/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 73/2019 saylı iş üzrə 10 iyun 2019-cu il tarixli qətnaməsi araşdırılan - borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.04.2021-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5050/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(009)-73/2019 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 209.1 kv.m olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış ev mənim ailəmlə birlikdə yaşadığım yeganə yaşayış yerimidir. Həmin fərdi yaşayış evindən başqa digər yerdə yaşamağa imkanım yoxdur. Hesab edirəm ki, qeyd olunan mənzillərin mənim yeganə yaşayış yerim olmasına məhkəmə münasibətini bildirməli idi. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən, (qarşı tərəfin vəsatəti əsasında 3 dəfə məhkəmə mühasibatlıq ekspertizası keçirlimişdir) tərəfimizdən məbləğin düzgün hesablanıb hesablanmamasını müəyyən etmək üçün ekspertizanın keçirilməsi barədə verilmiş vəsatəti və mənim yeganə yaşayış yerimin olduğunu, həmin fərdi yaşayış evindən başqa digər yerdə yaşamağa imkanımın olmadığını nəzərə almamış, izahatlarımı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirilməli olduğu halda bunu etməmiş və iddiaçının əsassız iddia tələbini təmin etmişdir. Hazırki apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya qeyd edir ki, Cavabdeh2 qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, əvvəlki apellyasiya baxışı zamanı qətnamənin qanuniliyi və əsaslılığı kredit borcunun tutulması hissəsində yoxlanımış və Ali Məhkəmənin müvafiq qərarları ilə qüvvədə saxlanılmışdır. Hazırki vəziyyətdə qətnamə tutmanın ipoteka predmetinə yönədilməsi hissəsində yoxlanılmalıdır. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, iddiaçının nümayəndəsinin dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi tutmanın ipoteka predmetinə yönədilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan İddiaçı ASC-nin «Sənaye» filialı ilə "xxxx" MMC arasında bağlanmış 12 yanvar 2016-cı il tarixli, 449 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalan "xxxx" MMCyə 250.000 manat məbləğində kredit verilmiş, müqavilənin şərtlərinə görə kredit üzrə faizlər illik 14 %-lə hesablanmış, istifadə müddəti 12 yanvar 2019-cu il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin «Sənaye» filialı, "xxxx" MMC və Cavabdeh2 arasında arasında bağlanmış 12 yanvar 2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, "xxxx" MMC-nin kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə X2 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 209,1 kv.m. olan fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş üzrə təyin olunmuş əmlakın qiymətləndirilməsinə dair ekspertiza üzrə ”Əmlak Ekspert Mərkəzi” MMC-nin ƏEM/A 118-446/18 saylı, 20.04.2018-ci il tarixli rəyindən görünür ki, ünvan 3 saylı evin 20 aprel 2018-ci il tarixinə bazar qiyməti 711.000 manat təşkil edir. İş üzrə təyin olunmuş əmlakın qiymətləndirilməsinə dair ekspertiza üzrə "xxxx" MMC-nin 189/M saylı, 02.07.2018-ci il tarixli rəyindən görünür ki, ünvan 3 saylı evin 02.07.2018-ci il tarixinə bazar dəyəri 450000 manat təşkil edir və birinci instansiya məhkəməsinin qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti həmin məbləğdə müəyyən olunmuşdur. Hazırki apellyasiya baxışı zamanı İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəmə kollegiyasına təqdim etdiyi ərizəsindən görünür ki, iddiaçı ipoteka predmetinin ilkin satış qiyməti ilə razıdır və həmin hissədə mübahisələndirməmişlər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekayaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(009)-73/2019 saylı qətnaməsi kredit borcunun tutulmasının ipoteka predmetinə yönədilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar