Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10357/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" İKB (İddiaçı) ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(001)-10934/2015 saylı qərardadından Cavabdeh2 şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2015-ci il tarixli 2(001)- 10934/2015 saylı məhkəmə əmri ilə Cavabdeh2 və Cavabdeh1 "xxxx" İKB ASC-nin xeyrinə əsas borc məbləği üzrə 11439 ABŞ dolları, faiz borcu üzrə 1957 ABŞ dolları, cəmi 13396 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh2 qeyd olunan məhkəmə əmrinə 26.04.2021-ci il tarixdə etiraz verərək, məhkəmənin 19 avqust 2015-ci il tarixli 2(001)-10934/2015 saylı əmrinin ləğv edilməsini və mülki iş üzrə ümumi iddia icaatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(001)- 10934/2015 saylı qərardadı ilə borclu Cavabdeh2 tərəfindən verilmiş etiraz geri qaytarılmışdır. Qərardaddan borclu Cavabdeh2 şikayət verərək, ləğv edilməsini, etirazın təmin edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, şikayətdə göstərmişdir ki, qərardad qanunsuz və əsassızdır. ASC-dən götürülmüş 12740 ABŞ dolları məbləğində kreditin 10000 ABŞ dolları tərəfindən vaxtında ödənilmiş, onun yalnız 3000 ABŞ dolları məbləğində əsas borcu qalmışdır. Məhkəmə əmrindən məlumatı olmamışdır. Şikayət məhkəmənin 05.07.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən kreditorun nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış borclular məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. İş materiallarından görünür ki, məhkəmə əmri borclu Cavabdeh2 qeydiyyatda olduğu, eyni zamanda tərəfindən verilmiş etirazda və şikayətdə göstərilmiş ünvanı üzrə göndərilmiş və poçt göndərişi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə borclunun məhkəmə əmri barədə yalnız 2021-ci il tarixdə məlumatının olmasına, 6 ilə yaxın vaxt ərzində borc üzrə ödənişlər edib-etməməsinə dair sübutları etiraza əlavə etmədiyindən, etiraz vaxtında verilmədiyi üçün geri qaytarılması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Mübahisələndirilən məhkəmə əmri 2015-ci il tarixdə qəbul edilmiş, məhkəmə əmri icraya yönəldilmiş, bu qədər müddət ərzində borclunun məlumatlı olmaması barədə qeyd etdikləri inandırıcı hesab edilmir. Borclu etirazda göstərmişdir ki, borc məbləğindən 10000 ABŞ dolları tərəfindən ödəmiş, yalnız 3000 ABŞ dolları məbləğində əsas borcu qalmışdır, bu da onu göstərir ki, borclu məhkəmə əmrindən məlumatlı olmuş, icra prosesində iştirak etmişdir, hazırda verdiyi etiraz isə prosessual hüquqdan sui-istifadə olmaqla işə yenidən baxılmasına, bununla da əlavə vaxt əldə etmək istəyinə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(001)- 10934/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10357/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10357/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver