Məhkəmə qərarları › İş №2(103)-10391/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10391/2021

10.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10391/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2379/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.05.2010cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02.08.2009-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 15.05.2010-cu il təvəllüdlü X6 anadan olmuşdur. Bundan sonra ailə daxili yaranmış münaqişələrdən cavabdehlə ayrı ünvanlarda yaşamağa başlanmışdır. Ayrı ünvanlarda yaşadıqları müddətdə cavabdeh maddi köməklik etmədiyindən o, aliment tələbinə dair ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müaciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3272/2010 saylı, 02.08.2010-cu il tarixli məhkəmə əmri ilə ərizə təmin edilərək, 15.05.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30.07.2010-cu il tarixdən başlayaraq hər ay borclu Cavabdeh qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq X5 verilməsi əmr edilmişdir. Cavabdehlə ailə münasibətləri bərpa etmək mümkün olmadığından rəsmi qaydada boşanmağa qərara gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2494/2011 saylı, 22.07.2011-ci il tarxili qətnaməsi ilə, iddia tələbi təmin edilərək, X9 ilə Cavabdeh arasında Bakı Nikah Evin tərəfindən qeydə alınmış 02.08.2009-cu il tarixli, 1908 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən nikahın pozulması, 15.05.2010-cu il təvəllüdlü X2 Vüsalə Ramiz qızının yanında saxlanılması qət edilmişdir. Hazırda aşağıda qeyd olunanlara əsasən, məhkəməyə alimentin artırılması ilə bağlı məcburiyyətində qalmışdır. Uşağın normal həyat yaşaması üçün qidalar, vitaminlər, uşaq əylənsələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşaq üçün təşkil etmək, təkbaşına onun üçün olduqca çətindir, hətta qeyrimümkündür. Cavabdeh Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkilidir və onun rəsmi əmək haqqının minimumum qeyd etməyinə baxmayaraq qeyri-rəsmi digər əlavə gəlirləri yüksəkdir və buna baxmayaraq cavabdeh məhkəmə əmrind qeyd olunmuş aliment məbləği ¼ hissəsi yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumla aliment ödəyir. Bu isə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumdan çox aşağı bir aliment məbləğidir. Bundan başqa, 2021-ci il üzrə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2379/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin hissəvi ləğv edilməsi, alimentin sabit pul məbləği olaraq 110 manat təyin olunması hissəsində iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ortalama əmək haqqэnэn 137,88 azn olmasэ; 2-ci nikahdan olan digər 3 uюaрэnэn maraq və mənafelərinin olmasэ; həmin 3 uюaрэn da saxlanэlmasэ xərclərinin; cavabdehin 11 il ərzində daim 110 azn aliment цdəməsini; iddiaзэnэn цzьnьn də iюləyib maaю almasэnэ (klinikada tibb bacэsэ iюləyir); valideyin olaraq təkcə cavabdehin deyil eyni zamanda digər valideyn olan iddiaзэnэn da birgə nikahdan olan uюaрэn saxlanэlmasэna borclu olmasэnэ; valideyn olaraq cavabdehin 2-ci nikahdan olan 3 uşağın saxlanılmasında təkcə özünün işləməsini eyni zamanda 2-ci nikaha daxil olduğu həyat yoldaşının uşaqlar kцrpə olduрuna gцrə hazэrda iюləyə bilməməsi nəzərə alэnmamэюdэr. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, ikinci nikahdan olan uşaqlarının olmasıbarədə doğum haqqında şəhadətnamələr təqdim edilsə də birinci instansiya məhkəməsi həmin sənədlərə münasibət bilməmişdir. Həmçinin həmin uşaqlar körpə olduğundan həyat yoldaşı da işləmir və evin bütün dolanacaq xərcləri onun üzərindədirvə hesab edir ki, alimentin miqdarı - ilk qətnamə ilə müəyyən edilmiş 110 manat məbləğində müəyyən edilməsi düzgün olardı. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdeh ilk qətnamə ilə müəyyən edilmiş alimenti vaxtı-vaxtında ödəmədiyindən ondan möhlət belə vermişdir. Nikahlarının pozulmasından uzun müddət keçməsinə baxmayaraq, cavabdeh uşaqlarının üzünü belə tanımır. Cavabdeh hal-hazırda vəkil kimi fəaliyyət göstərir və aydın məsələdir ki, vəkil çıxdığı hər işlə bağlı müqavilə bağlanır və belə olan halda da cavabdeh hazırki qətnamə ilə müəyyən edilmiş alimenti ödəyə bilər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin müəyyən edilmiş hallarına əsasən, iddiaçı ilə Cavabdeh 02.08.2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan bir uşaqları – 15.05.2010-cu il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3272/2010 saylı, 02.08.2010-cu il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, 15.05.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30.07.2010-cu il tarixdən başlayaraq hər ay borclu Cavabdeh qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq X5 verilməsi əmr edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2494/2011 saylı, 22.07.2011-ci il tarxili qətnaməsi ilə X9 ilə Cavabdeh arasında Bakı Nikah Evin tərəfindən qeydə alınmış 02.08.2009-cu il tarixli, 1908 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən nikahın pozulması, 15.05.2010-cu il təvəllüdlü X2 Vüsalə Ramiz qızının yanında saxlanılması qət edilmişdir. Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.10.2011-ci il tarixli şəhadətnamə ilə Cavabdeh ilə X7 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18.10.2011-ci il tarixdə 293№ ilə qeyd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 15.05.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin məhkəmə qətnaməsinə əsasən hər ay ödədiyi aliment uşağın saxlanılması üçün yetərli deyildir. Beləliklə hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Nəsimi Rayon Məhkəməsi 02 avqust 2010-cu il tarixli məhkəmə əmri ilə onun xeyrinə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və iddiaçının məhz həmin məbləğdə aliment tələb etməsini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün 175 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin uşağa görə 175 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşağın ananın yanında qalması və uşağın günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın – iddiaçının üzərindədir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasızdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2379/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar