Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1041/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3270/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri X10 İdarəsi tərəfindən tərtib edilmiş TP 626049 nömrəli inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi “BMW-520” markalı, 77XF-587 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (ara məsafəsi qaydalarının pozulması) nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 13:40 radələrində baş vermiş yol-nəqliyyat hadisəsində “BMW-520” markalı, 77XF-587 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 təqsirli, həmin yol-nəqliyyat hadisəsində isə “Nissan X-trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı zərərçəkən qismində tanınmışdır. X7 dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, “Nissan X-trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 3530 manat məbləğində ziyan dəymişdir. Nurgün Motors şirkətinə məxsus xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Nissan X-trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 6880 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2024-cü il tarixli, 8/1568 saylı rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 8/4380 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında “Nurgün Motors” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Nissan X-Trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 5280,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 4370,00 manat; təmir-bərpa işlərinin qiyməti - 910,00 manat. Avtoehtiyyat hissələrinə köhnəlmə faizi faizi tətbiq edilməklə təxminən 5021,00 manat müəyyən edilir. O, cümlədən dəyişilməli hissələrin qiyməti – 4111,0 manat; təmirbərpa işlərinin qiyməti – 910,00 manat. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Nissan X-Trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2365 manat zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43.65 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 13:40 radələrində Bakı şəhəri Statistika dairəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “BMW 520” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil, zərərçəkmiş X1 idarə etdiyi, İddiaçı mülkiyyətçisi olduğu “Nissan X-Trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilinmiş və haqqında xx.xx.2024-cü il tarixli inzibati tənbeh verməyə dair qərar tərtib edilmişdir. Həmin qərarla o İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (ara məsafəsi qaydalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilinmiş, barəsində 40 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan X-Trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Nissan” markasının ölkədəki rəsmi servisi “Nurgün Motors” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən, avtomobilə 6880 manat zərər dəymişdir (ƏDV xaric). “Nissan X-Trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil “Azərbaycan Respublikası Dövlət Sığorta Kommerisya Şirkəti” tərəfindən mülki məsuliyyətin icbari sığortası üzrə sığortalanmışdır. Sığorta şirkəti tərəfindən əməkdaşlıq etdiyi “X9” tərəfindən tərtib edilmiş akta əsasən real zərərdən qatqat aşağı olan, əsassız zərər miqdarı müəyyənləşdirilmiş və sığorta ödənişi olaraq 3530 manat təklif edilmişdir. Lakin sonrakı mərhələlərdə avtomobilə dəymiş real zərər nəzərə alınmaqla 4515 manat miqdarında sığorta ödənişi barədə razılığa gəlinmiş və qalan məbləği isə Cavabdeh tələb edilməsi bildirilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, avtomobil haqqında “Nurgün Motors”la xx.xx.2022-ci il tarixli, Nissan-QM-003 saylı qarantiya və servis xitmətləri barədə 5 illik müqavilə bağlanmışdır. Həmin müqavilənin 7.1ci bəndində əsasən, avtomobil hissələrinin “Nissan” servis mərkəzindən kənarda təmiri avtomobil sahibinin qarantiya hüquqlarına qarantiya müddəti bitənədək xitam verilməsinə əsasdır. Göründüyü kimi, “Nissan X-trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Nurgün Motors”un xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 6880 manat zərər dəymişdir. Avtomobilin rəsmi servisdən kənar servisdə təmir olunmasının xx.xx.2022-ci il tarixli, Nissan-QM-003 saylı qarantiya və servis xitmətləri barədə müqavilənin xitam verilməsinə səbəb olacağından, avtomobil məhz “Nurgün Motors”un rəsmi servisində təmir olunmalıdır. Yaranmış zərərin 4515 manatlıq hissəsi sığorta şirkəti tərəfindən qarşılanmışdır, qalan 2365 manat hissə isə Cavabdeh tutulmalıdır. Tərəfindən yuxarıda qeyd olunanlar dəfələrlə nəzərə çatdırılaraq Cavabdeh ilə telefon danışıqları aparılsa da, o, öz mülki məsuliyyətindən yayınaraq ödəniş etməyəcəyini bildirmiş və yekun olaraq zənglərə cavab verməməyə başlamışdır. Ona görə də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edib, izahatında göstərmişdir ki, iddiaçının avtomobilinə avtoqəza nəticəsində 6880 manat məbləğində ziyan dəymişdir. Həmin ziyanın 4515 manat məbləğində olan hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. Göstərdiklərini nəzərə alaraq iddiaçıya ödənilməmiş 2365 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən iş üzrə Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, təmir üçün ondan eksprt rəyinə görə tələb olunan 5000 manat çoxdur. Onun avtomobili daha çox ziyan görüb, avtomobilinin təmiri üçün onun cəmi 4800 manat məbləğində xərci çıxıb. Qarşı tərəfin avtomobilinə təxminən 1500 manat məbləğində ziyan dəyib. İddiaçının maşını əvvəllərdə vurulub, təzə maşın olmayıb. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3270/2024 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək Cavabdeh vurulmuş zərərin əvəzi olaraq (5021,00-4515=506) 506 (beş yüz altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə yol-nəqliyyat hadisələri və məhkəməəmtəəşünaslıq ekspertizalarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 30 (otuz) manat hissəsi İddiaçı, 70 (yetmiş) manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab:Az.MEM VÖEN **********; AZ34CTRE ********************, X2, KOD210005; VÖEN **********; Müxbir hesab Az41NABZ0 13601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, xx.xx.2024cü il tarixdə, saat 13:40 radələrində Bakı şəhəri Statistika dairəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “BMW 520” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil, zərərçəkmiş X1 idarə etdiyi, İddiaçı mülkiyyətçisi olduğu “Nissan X-Trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya ziyan dəymişdir. Həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan X-Trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Nissan” markasının ölkədəki rəsmi servisi “Nurgün Motors” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 6880 manat zərər dəymişdir. “Nissan X-Trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil “Azərbaycan Respublikası Dövlət Sığorta Kommerisya Şirkəti” tərəfindən mülki məsuliyyətin icbari sığortası üzrə sığortalandığından, sığorta şirkəti tərəfindən iddiaçıya 4515 manat məbləğində sığorta ödənişi etmiş və iddiaçıya dəymiş ziyandan 2365 manat ödənilməmiş qalmışdır. Lakin məhkəmə tərəfindən hazırki iş üzrə iddiaçıya dəymiş ziyanın obyektiv hesablanması ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyində avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5021,00 manat məbləğində ziyanın dəyməsi müəyyən edilmişdir. Məhkəmə iş üzrə verilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 8/4380 saylı rəyini və məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutları tədqiq edərək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə (ekspert rəyi ilə müəyyən edilmiş 5021,00 məbləğdən, sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş 4515 manat məbləğində pul vəsaiti çıxıldıqdan sonra) 506 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda qeyd olunanlardan görünüdüyü kimi cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, dəymiş maddi zərərin məbləği müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yəni iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq (5021,00-4515=506) 506 (beş yüz altı) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 46,65 manat məbləğində pulun 30 manat məbləğində olan hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza xərci (hər iki rəy üzrə 50+50=100) 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 30 (otuz) manat hissəsi iddiaçıdan, 70 (yetmiş) manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1108.3, 1115-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 101.7, 103.1, 119.1ci maddələrinə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3270/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(001)-3270/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin ondan 506 manatın tutlmasına dair hissəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Nissan X-Trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2365 manat zərərin Cavabdeh və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43.65 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il, e-2(001)-3270/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 506 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il, e-2(001)- 3270/2024 saylı qətnaməsi qismən, iddianın təmin edilməmiş hissədə qanunsuz və əsassız olduğundan, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən təmin edilməmiş hissədə ləğv edilməlidir. İşin mübahisəsiz halıdır ki, yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilinmiş və barəsində xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin qərarla o İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (ara məsafəsi qaydalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilinmiş, barəsində 40 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu və bunun nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurması iş materiallarına əlavə edilmiş sənədlər ilə sübuta yetirilmişdir. Lakin, məhkəmə vurulmuş ziyanın məbləği barədə iddiaçı tərəfindən təqdim edilmiş sübutları nəzərə almadan, qətnamə qəbul etmişdir. Həmin qətnamə ilə iddiaçının əmlakına dəymiş zərərin ödənilməmiş hissəsi (4515 AZN sığorta şirkəti tərəfindən ödənilmiş) tam olaraq cavabdehdən tutulmamışdır, bu səbəbdən iddiaçı vurulmuş zərərin qalan hissəsini də tələb etməkdə haqlıdır. Binəqədi Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(001)-3270/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-iqtisad ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin qərardad Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən icra edilmiş, 16 avqust 2024cü il tarixli, 8/4380 nömrəli və 02 iyul 2024-cü il tarixli, 8/1568 saylı ekspert rəyləri tərtib edilmişdir. Bildirilir ki, məhkəmə iş üzrə mövcud sübutları obyektiv və hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, ilkin olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2024-cü il tarixli, 8/1568 saylı rəyindən görünür ki, “yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 8/4380 saylı rəyindən görünür ki, “nəzəri hesablama yolu ilə, iş materiallarında “Nurgün Motors” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Nissan X-Trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5280,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti – 4370,00 manat, təmir-bərpa işlərinin qiyməti – 910,00 manat avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5021,00 manat müəyyən edilir.” Məlumdur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə zərər dəymişdir. Qətnamədən də göründüyü kimi, məhkəmə qeyd olunan rəylərə istinad etmiş və 506 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsini qət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 8/4380 saylı rəyinin məzmunundan görünür ki, ekspert tərəfindən hər hansı qiymətləndirilmə keçirilməmiş, sadəcə olaraq, iş üzrə mövcud olan “X9” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli və “Nurgün Motors” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktlarına köhnəlmə faizləri tətbiq etməklə kifayətlənmişdir. Belə olan halda, “Nissan X-Trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləğinin ədalətli şəkildə müəyyən edilməsi mümkün deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Nurgün Motors” müəssisəsinin xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən, “Nissan X-trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6880 manat zərər dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 8/4380 saylı rəyi ilə “Nurgün Motors” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyi arasında kəskin fərq vardır. Bunun səbəbi isə ekspertizanın məhkəmə tərəfindən qoyulmuş suallara uyğun aparılmamasıdır. Ekspert qarşısında avtomobilə dəymş zərərin dəqiq miqdarı barədə sual qoyulmuşdur. Buna baxmayaraq, ekspert hər hansı dəqiq miqdarın bildirilməsindən yayınmış, əksinə mübahisənin həllinə heç bir aydınlıq gətirməmişdir. Halbuki, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Buna görə də, nəqliyyat vasitəsinə vurulmuş ziyanın tam və aydın şəkildə müəyyənləşdirilməsi üçün əlavə ekspertizanın təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli vəsatət verilmiş, lakin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(001)-3270/2024 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Belə olan halda məhkəmənin həmin rəyə mötəbər sübut kimi istinad edib qətnamə çıxarması Mülki Prosessual Məcəllənin 88-ci, 101.6-cı və 101.7-ci maddələrinin tələblərinə zidd olmuşdur. Həmçinin, nəzərə alınmalı idi ki, avtomobil ilə bağlı “Nurgün Motors”la xx.xx.2022-ci il tarixli, Nissan-QM-003 saylı qarantiya və servis xidmətləri barədə 5 ilik müqavilə bağlanmışdır. Həmin müqavilənin 7.1-ci bəndində əsasən, avtomobil hissələrinin “Nissan” servis mərkəzindən kənarda təmiri avtomobil sahibinin qarantiya hüquqlarına qarantiya müddəti bitənədək xitam verilməsinə əsasdır. Göründüyü kimi, avtomobilin rəsmi servisdən kənar servisdə təmir olunması xx.xx.2022-ci il tarixli, Nissan-QM-003 saylı qarantiya və servis xidmətləri barədə müqavilənin xitam verilməsinə səbəb olacağından, avtomobilin məhz “Nurgün Motors” müəssisəsinin rəsmi servisində təmir olunması zəruri idi. Hazırki halda ekspertin hər hansı müstəqil tədqiqat aparmadığı və qərəzli mövqedən çıxış edərək rəy tərtib etməsi aşkardır. Halbuki, digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Belə rəyin “şübhədənkənar” rəy olmadığını sübut etməyə ehtiyac yoxdur. Hazırkı işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları apellyasiya şikayətinin 6-cı bölməsində sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə hazırkı iş üzrə nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği barədə düzgün nəticəyə gəlməmiş, iddiaçının hüquqlarını pozmaqla qətnamə qəbul etmişdir. Bu barədə apellyasiya şikayətinin 7-ci bölməsində ətraflı şərh verilmişdir. Ona görə də, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il, e- 2(001)-3270/2024 saylı qətnaməsi qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Nissan X-Trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2365 manat zərərin Cavabdeh və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43.65 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-3270/2024 saylı 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq (5021,00-4515=506) 506 (beş yüz altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 30 (otuz) manat hissəsinin İddiaçı, 70 (yetmiş) manat hissəsinin isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3270/2024 saylı 30 oktyabr 2024-cü il tarixli qətnaməsi 15 noyabr 2024-cü il tarixində elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, e-2(001)-3270/2024 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3270/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qeyd edilən qətnamə bəzi maddi və prosessual hüquq normaları pozularaq qəbul edildiyi üçün hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin cavadeh Cavabdeh 506 (beş yüz altı) manat tutulması hissəsində iddia tələbi də rədd edilməlidir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin tələblərinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat olaraq müəyyən edilir. İşdə olan materiallardan da göründüyü kimi iddiaçı iddia tələbində 6.880 (altı min səkkiz yüz səksən) manat olaraq tələb irəli sürmüşdü. Məbləğin belə yüksək olmasının səbəbi isə “Nurgün Motors” şirkəti ilə bağlanmış olan müqavilə və qarantiya şərtləri əsasında adı qeyd edilən şirkət tərəfindən hesablanması olmuşdur. Yəni iddiaçı tərəf də dolayı olaraq bu məbləğin yuxarı olduğunu və hesablamanın normal bazar qiymətindən artıq təşkil etdiyini etiraf etmişdir. Bu məbləğ avtomobilllərə texniki servis xidmətini həyata keçirən başqa bir qurum tərəfindən hesablansaydı, həmin məbləğin qeyd edilən məbləğdən aşağı olması qaçınılmaz idi. Bundan başqa istinad edilən qanunun maddəsindən də göründüyü kimi üçüncü şəxslərə dəymiş olan zərərə görə mülki məsuliyyətin həddi 5000 manat olaraq müəyyən edilmişdir. İşdə olan mteriallardan isə görünməkdədir ki, cavabdehin mülki məsuliyyətinin sığortaılandığı sığorta şikrətini əməkdaşlıq etdiyi avtoservis daha əvvəlcə iddiaçıya 3.530 manat təklif edir, bununla razılaşdılmadığı üçün daha sonradan ödəniləcək sığorta məbləği 4.515 manat olaraq müəyyən edilir. Bununla razılaşıldıqdan sonra 2.365 manatın cavabdehdən alınması üçün məhkəməyə müraciət edilir. Halbuki, məhkəmə qətnaməsinə nəzər yetirildiyində görülməkdədir ki, avtomobilin təmiri üçün tələb olunan vəsaitin tamamının sığorta şirkəti tərəfindən ödəniləcəyi təqdirdə cavabdehin hər hansı bir vəsaiti ödəməyinə zərurət qalmırdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddənin tələbindən də göründüyü kimi real zərər zərərçəkənin zərərə məruz qalmış əmlakını əvvəlki vəziyyətə gətirməsi üçün orta bazar qiymətləri əsasında çəkdiyi xərclərin, məsrəflərin toplamıdır. İşdə olan materiallardan da göründüyü kimi iddiaçıya aid avtomobil Nurgün Motors şirkətində qiymətləndirilməsi aparılmaqla zərər məbləği hesablanılmağa çalışılmışdır. Halbuki, qeyd edilən avtomobilin bu günkü bazar şəraitində analoji xidmətləri həyata keçirən istənilən avtoservis mərkəzində zərərin məbləğinin qiymətləndirilməsi aparılacağı təqdirdə iddia tələbinin qiyməti bügünkü məbləğdən xeyli aşağı miqdarda olacaqdı. Bu səbəbdən hesab edir ki, iddia tələbi məhkəmədə araşdırılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində real zərərə dair məsələlər məhkəmə tərəfindən bu aspektdən yanaşılmaqla araşdırılmalı idi. İşdə olan materiallardan və ekspertiza rəyindən də göründüyü kimi iddia tələbinin təmin edildiyi 5.021 manatlıq məbləğ nəzəri və təxmini hesablamalar əsasında aparılmış və bu məbləğ də iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş olan 6.880 manatlıq zərər məbləğini üzərindən hesablanma aparılmaqla müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə olan materiallardan da göründüyü kimi birinci instansiya məhkəməsi bütünlüklə təqdim olunan sübutlara qiymət vermək əvəzinə ekspertiza tərəfindən təqdim edilən rəy əsasında öz qətnaməsini qəbul etmişdir. Həmçinin araşdırma zamanı sığorta şirkəti tərəfindən 4.515 manat ödənişin aparılması, dəymiş olan zərərin əvəzi üçün qalan məbləğin cavabdehdən tutulmasının işdə olan sənədlərə düzgün hüquqi qiymətin verilməməsinə, sığorta şirkətinin də cavabdeh qismində cəlb edilərək ödənilməli olan vəsaitin tam məbləğdə sığorta şirkətindən tutulması barədə qətnamə qəbul edilməsi üçün əsas təşkil edirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsini tələblərinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsinin tələblərinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Hesab edilir ki, yuxarıda qeyd olunan prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin hazırki qanunsuz qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsas təşkil edir. İddiaçı tərəfindən verilən iddia tələbində qeyd edilən məbləğ üzərindən nəzəri hesablamalar aparılmaqla müəyyən edilən məbləği iddia tələbi kimi qəbul etməsi və yekunda bu məbləğin 4.515 manatının sığorta şirkəti tərəfindən ödənildiyini əsas göstərməklə, (5.000 manatlıq məbləğinin tamamının tutulmalı olmasına diqqət yetirmədən) 506 manatın Cavabdeh tutulması barədə qənaətə gəlməsi başa düşülən deyildir. Ona görə də, göstərilənlərə əsasən verilmiş apellyasiya şikayətinin təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3270/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin cavadeh Cavabdeh 506 (beş yüz altı) manat tutulması hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh öz apellyasiya şikayətini müdafiə edib, şikayətinin məzmununa uyğun izahat verib, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayıb, öz apellyasiya şikayətinin təmin, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, İddiaçı nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddiaçının apellyasiya şikayətinin təmin, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Maddə 888.3. Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. Maddə 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Maddə 897.4. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 925-1.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. Maddə 925-1.2. Müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. Maddə 925-1.3. Sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. Maddə 925-1.4. Müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. Maddə 925-1.5. Müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Maddə 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; 927.2.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; 927.2.3. sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; 927.2.4. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunu Maddə 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Maddə 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 16.3. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. Maddə 16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu Maddə 10.10. Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, iddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində, cavabdeh isə faktiki olaraq qətnaməni iddianının təmin edilən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi tam həcmdə təmin edilməməlidir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tədbiqində səhvə yol vermişdir. Mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı baş vermiş sığorta hadisəsindən sonra “Azərbaycan Respublikası Dövlət Sığorta Kommerisya Şirkəti”ndən sonuncu ilə qarşılıqlı razılıq əsasında müəyyən etdiyi 4515 manat məbləğində sığorta ödənişini aldıqdan sonra cavabdehə qarşı 2345 manat ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin və iddiaçının apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməsində hüquqi marağı Nurgün Motorsla 5 il müddətinə bağladığı xx.xx.2022-ci il tarixli, Nissan-QM-003 saylı qarantiya və servis xidmətləri barədə müqavilə üzrə hüquqlarından müqavilə müddətində istifadə edə bilməsi üçün mülkiyyətində olan nəqliyyat vasitəsini “Nurgün Motors” müəssisəsinin rəsmi servisində, həmin servisin təklif etdiyi qiymətə təmir etdirməkdən ibarətdir. Belə ki, avtomobilin “Nurgün Motors” müəssisəsinin rəsmi servisindən kənarda təmir olunması halı müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün əsasdır. Kollegiya qeyd edir ki, əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. İddia ərizəsindən müəyyən olunur ki, sığorta şirkəti tərəfindən iddiaçıya ilk dəfə təqdim olunan 3530 manat sığorta ödənişi ilə iddiaçı razılaşmamış, daha sonra qarşılıqlı razılıq əsasında şirkət tərəfindən təqdim olunan 4515 manat məbləğində sığorta ödənişini qəbul edərək sığorta hadisəsi nəticəsində dəyən real zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi ilə bağlı etirazının olmamasını nümayiş etdirmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmiş, iddiaçının sığorta şirkətindən əmlakına vurulan real ziyana görə sığorta ödənişini almasını nəzərə almamış, nəticədə iddiaçının xeyrinə real zərərdən artıq miqdarda vəsaitin tutulması ilə nəticələnən qətnamə qəbul etməklə hazırkı mübahisə ilə bağlı təbiq olunmalı olan maddi hüquq normalarının tələblərinə əməl etməmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə qətnamədə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, habelə maddi və prosessual hüquq normalarının tədbiqində səhvə yol vermişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilərək mübahisələndirilən qətnamə ləğv edilməklə iddia ərizəsi tam həcmdə rədd edilməli, birinci instansiya məhkəməsində çəkilən məhkəmə xərcləri iddiaçıya aid edilməli, apellyasiya şikayətlərinin verilməsi üçün hər bir tərəfin ödədiyi dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid edilməlidir. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3270/2024 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 2365 manat zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43.65 manat vəsaitin tutulmasına dair iddia ərizəsi təmin edilməsin. İş üzrə birinci instansiya məhkəməsində keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Apellyasiya şikayətlərinin verilməsi üçün hər bir tərəfin ödədiyi dövlət rüsumunun məbləği tərəflərin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1041/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1041/2025
05.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver