Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10430/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(002)- 2920/2021 saylı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu ziyana görə 1500 manat və 30 manat dövlət rüsumu, cəmi 1530 manat alınaraq ona verilməsi, cavabdehin üzərinə yaşadığı mənzilə suyun axıdılmasının qarşısının alınması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(002)- 2920/2021 saylı qərardadı ilə iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və 30 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmış, iddiaçıya izah edilmişdir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 28.09.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Naxçıvan MR Babək rayonunda rəsmi qeydiyyatda olsa da, ünvan 1 ünvan cavabdehin adınadır. Mübahisə də həmin mənzildən onun evinə suyun axıdılmasıdır. Hazırkı iş üzrə mübahisəyə səbəb Qaradağ rayon ərazisində yerləşən mənzilə dəymiş ziyana görə həmin mübahisə müstəsna aidiyyət hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh isə şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından göründüyü kimi cavabdehin qeydiyyat ünvanı NMR-nın ünvan 2 hazırki iddia üzrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36-ci və 39-cu (müstəsna aidiyyət) maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Ona görə də iddia ərizəsi ərazi aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Belə ki, cavabdeh NMR-nın Babək rayonu, Babək qəsəbəsi, H.Əliyev prospekti, ev 1, mənzil 41 ünvanında qeydiyyatdadır. Belə olan halda, iddiaçı cavabdehin rəsmi qeydə alındığı yerə görə iddia ərizəsi ilə aidiyyəti üzrə müraciət etməlidir. İddiaçının şikayətdə göstərdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, hazırki iddia tələbi üzrə MPM-in 35.1-ci maddəsinin tələblərinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir, çünki hazırki tələb üzrə müstəsna aidiyyət müəyyən olunmur. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qanunun tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra maraqlı şəxsə ümumi qaydada ikinci dəfə iddia ilə məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(002)- 2920/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10430/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10430/2021
25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver