Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10458/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Cavabdeh vəkili X8, 3-cü şəxs X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2269/2021 saylı, 17.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ghasemian Mahdı Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9500 manat pulun alınaraq iddiaçı Ghasemian Mahdiyə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Mahdi Ghasemian keçmiş iş yoldaşı, Cavabdeh özünə məxsus olan qeydiyyat nömrəsi WW 718 WW gürcü dövlət nömrəli LEXUS CT 200 markalı nəqliyyat vasitəsini etibarnamə əsasında Gürcüstan ərazisindən keçirdərək, qeydiyyatdan çıxararaq Azərbaycan sərhədini keçib qeydiyyata salmaq üçün verib. Nəqliyyat vasitəsi Azərbaycana gətirildikdən sonra cavabdehə satılacaqdı. Bu işlərin görülməsi üçün iddiaçı cavabdehə etibarnamə pul vermişdir. Cavabdeh 10 mart 2020-ci ildə yazılı qəbz yazaraq nəqliyyat vasitəsinə görə 9500 manat pulun 8500 manatını mart ayının sonuna qədər, qalan 1000 manatı isə iyul ayının 1-də ödəməyi öhdəsinə götürmüşdür. Lakin indiyə qədər cavabdeh həmin pulu iddiaçıya ödəməmişdir. Bununla bağlı iddiaçı Bakı şəhər Yasamal rayon Polis İdarəsinə şikayət etsə də, 03 sentyabr 2020-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh nəqliyyat vasitəsinə görə 9500 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürsə də, o, həmin pulu iddiaçıya ödəməkdən boyun qaçırır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2269/2021 saylı, 17.07.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehdən 9500 manat pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu hazırkı iddiaçı ilə onun arasında olan ilk məhkəmə mübahisəsi deyil. Belə ki, bir müddət öncə hazırkı iddiaçı WW718WW dövlət nömrə nişanlı Lexus CT 200 markalı nəqliyyat vasitəsinin ondan alınaraq ona qaytarılmasını tələb etmişdir.Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.Həmin məhkəmədə müəyyən faktlar sübuta yetirilmişdir. Belə ki, həmin məhkəmədə müəyyən edilmişdir ki, o, nəqliyyat vasitəsinin ölkəyə gətirilməsi və qeydiyyata salınması, habelə təmiri üçün xərcləri şəxsi vəsaiti hesabına ödəmişdir. Bu xərclərdə iddiaçı tərəfindən avtomobilin dəyərindən çıxılmalı idi. Lakin iddiaçı bu şərti pozmuş və ödənilən vəsaiti hesablamaqdan imtina etmişdir. Məhkəmə həmin vəsaiti qətnamədə sadalasa da sübut kimi təqdim etdiyi sənədlərə heç bir qiymət verməmişdir.Halbuki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində şahidin verdiyi ifadədən də görünür ki, bütün xərclər onun şəxsi vəsaiti hesabına ödənilmişdir. Əgər bu ifadəyə və sübutlara hazırkı mübahisəli qətnamədə düzgün qiymət verilsəydi onun ödəməli olduğu məbləğin 2500 manat olduğunu müəyyən edər və nəticədə ədalətli qətnamə çıxarardı. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, Cavabdeh etdiyi həmin ödəniş sənədlərinin əslləri Nərimanov rayon Məhkəməsinin icraatında olmuş 2(005)-2943/20 saylı mülki işin materiallarına əlavə olunmuşdur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X5 izahatında bildirmişdir ki, iddiaçının göstərişi və etibarnaməsi əsasında WW718WW dövlət nömrə nişanlı Lexus CT 200 markalı nəqliyyat vasitəsini Cavabdeh ilə birlikdə Gürcüstan Respublikasından gətirmişlər, bunun üçün xərcləri Naib çəkmişdir.Nəqliyyat vasitəsi formal olaraq onun adına qeydiyyata alınsa da, faktiki Naibin olmuşdur.Naibin hansı məbləğdə xərc çəkdiyini bilmir.Naib həmin nəqliyyat vasitəsini bir müddət sonra başqa şəxsə satmışdır.Hansı qiymətə satdığını da bilmir.Nəqliyyat vasitəsilə bağlı xərclər onun adından olsa da pulu Naib ödəmişdir. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2269/2021 saylı, 17.07.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, mülki işin materiallarında olan (i/v-11)qəbzdən görünür ki, Ghasemian Mahdi ona məxsus olan qeydiyyat nömrəsi WW 718 WX” Gürcü dövlət nömrəli LEXUS CT200 markalı avtomobili 02.0770 nömrəli etibarnamə ilə Cavabdeh etibar edir ki, Cavabdeh maşını Gürcüstan Respublikası ərazisindən keçirib, Gürcü qeydiyyatından çıxardıb, Azərbaycan Respublikasında ona satmağı həvalə edib.Cavabdeh razılaşdırılmış 9500 manat pul məbləğindən 8500 manat pulu mart ayının sonunadək, qalan 1000 manat pulu isə iyul ayında ödəməyi öhdəsinə götürmüşdür.Maşının bütün xərcləri, sonradan yaranan xərclər və Gürcüstan Respublikasına gedib-gəlmək xərcləri də daxil olmaqla qeyd edilən məbləğdən çıxılacaq. İş materiallarında olan Dövlət gömrük Komitəsi tərəfindən 12 mart 2020-ci il tarixində verilmiş bildirişdən görünür ki, **********18036 kodlu,7261İH dövlət nömrə nişanlı LEXUS CT 200 markalı nəqliyyat vasitəsi 15 ABŞ dolları (25.5 manat) vergi tutulmaqla Gürcüstən ərazisindən öləkəyə idxalçı Cəbrayılov Babək tərəfindən gətirilmişdir. İş materiallarında olan 12 mart 2020-ci il tarixli 87523 nömrəli satış çekindən görünür ki, "xxxx" MMC yanacaqdoldurma məntəqəsindən alınan 28.467 litr yanacaq doldurulmasına görə 42.7 manat ödəniş edilmişdir. İş materiallarında olan avtonəqliyyat terminalı tərəfindən verilmiş 00256605 nömrəli qəbzdən görünür ki, 15 mart 2020-ci il tarixdə Cəbrayılov Babək tərəfindən avtomobilin parkda saxlanılmasına görə 50 AZN ödəniş edilmişdir. İş materiallarında olan 16 mar 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cəbrayılov babək tərəfindən "xxxx" ASC-nin 3 saylı şöbəsinə 25.90 manat ödəniş etmişdir. İş materiallarında olan Avtonəqliyyat terminalı tərəfindən verilmiş ******* nömrəli qəbzdən görünür ki, 19 mart 2020-ci il tarixdə Cəbrayılov Babək tərəfindən avtomobilin parkda saxlanılmasına görə 40 AZN ödəniş edilmişdir. İş materiallarında olan “Optimal servis” tərəfindən 15 aprel 2020-ci il tarixdə verilmiş qəbzdən görünür ki, ** ZM *** dövlət qeydiyyat nişanlı LEXUS markalı minik maşınına servis xidmətlərinin göstərilməsi ilə əlaqədar 495 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 04 may 2020-ci il tarixdə verilmiş qəbzdən görünür ki, X1 ilə 99ZM745 dövlət nömrə nişanlı LEXUS CT 200 markalı avtomobilə servis xidmətinin göstərilməsi ilə əlaqədar 72.50 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 iyul 2020-ci il tarixli X4 məxsus LEXUS CT200H (HİBRİD) minik markalı ** ZM *** dövlət nömrə nişanlı avtomobilin ehtiyat hissələri və təmir işləri üçün cəmi 3685 manat xərc tələb olunur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 iyul 2020-ci il tarixli X4 məxsus LEXUS CT200H (HİBRİD) minik markalı ** ZM *** dövlət nömrə nişanlı avtomobilin ehtiyat hissələri və təmir işləri üçün cəmi 1060 manat pul məbləği ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 14 iyul 2020-ci il tarixdə verilmiş qəbzdən görünür ki,X1 ilə 99ZM745 dövlət nömrə nişanlı LEXUS CT 200 markalı avtomobilə servis xidmətinin göstərilməsi ilə əlaqədar 107 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 06 avqust 2020-ci il tarixdə verilmiş qəbzdən görünür ki,X1 ilə 99ZM745 dövlət nömrə nişanlı LEXUS CT 200 markalı avtomobilə servis xidmətinin göstərilməsi ilə əlaqədar 70.50 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 12 avqust 2020-ci il tarixdə verilmiş qəbzdən görünür ki,X1 ilə 99ZM745 dövlət nömrə nişanlı LEXUS CT 200 markalı avtomobilə servis xidmətinin göstərilməsi ilə əlaqədar 30 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 14 oktyabr 2020-ci il tarixdə verilmiş qəbzdən görünür ki, X1 ilə 99ZM745 dövlət nömrə nişanlı LEXUS CT 200 markalı avtomobilə servis xidmətinin göstərilməsi ilə əlaqədar 177 manat ödəniş edilmişdir. Mülki işin araşdırılmış hallarından görünür ki, iddiaçı ona məxsus avtomobili cavabdehin adına keçirmiş, cavabdeh həmin əmlaka görə hissə-hissə pul ödəməsi öhdəliyini öz üzərinə götürmüş, lakin öhdəliyi icra etməməklə iddiaçıya maddi ziyan vurmuşdur.Eyni zamanda Kollegiya onu da qeyd edir ki, mülki işin materiallarında olan (i/v-11)qəbzdən görünür ki, Ghasemian Mahdi ona məxsus olan qeydiyyat nömrəsi WW 718 WX” Gürcü dövlət nömrəli LEXUS CT200 markalı avtomobili 02.0770 nömrəli etibarnamə ilə Cavabdeh etibar edir ki, Cavabdeh maşını Gürcüstan Respublikası ərazisindən keçirib, Gürcüstan qeydiyyatından çıxardıb, Azərbaycan Respublikasında ona satmağı həvalə edib.Cavabdeh razılaşdırılmış 9500 manat pul məbləğindən 8500 manat pulu mart ayının sonunadək, qalan 1000 manat pulu isə iyul ayında ödəməyi öhdəsinə götürmüşdür.Maşının bütün xərcləri, sonradan yaranan xərclər və Gürcüstan Respublikasına gedib-gəlmək xərcləri də daxil olmaqla qeyd edilən məbləğdən çıxılacaq. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçı Ghasemian Mahdi ilə Cavabdeh arasındakı razılaşmaya-iş materiallarında 11-ci səhifədə olan yuxarıda qeyd edilmiş qəbzə istinad edərək pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, həmin qəbzdəki razılaşmaya uyğun olaraq Cavabdeh çəkdiyi xərcləri iddia olunan məbləğdən-9.500,0 manatdan çıxmamışdır. Halbuki, yuxarıda sadalanan iş mataeriallarından və tərəflərin izahatından müəyyən olunur ki, iddiaçı Ghasemian Mahdiyə məxsus olan qeydiyyat nömrəsi WW 718 WX” Gürcü dövlət nömrəli LEXUS CT200 markalı avtomobili 02.0770 nömrəli etibarnamə ilə Əhmədzadə X6 Respublikası ərazisindən keçirib, Gürcüstan qeydiyyatından çıxardıb, Azərbaycan Respublikasında Babək Cəbrayılovun adına qeydiyyata aldırmış, sonradan başqa şəxsə satmışdır.Buna kimi isə 3-cü şəxs Cəbrayılov Babəkin adından olmaqla (məhkəmə iclasında 3-cü şəxs Cəbrayılov Babək izahatında bildirmişdir) vergi, yanacaqdoldurma, avtomobilin dayanacaqda saxlanılmasına görə, servis xidmətlərinin göstərilməsi ilə əlaqədar və.s. ödənişlər olunmuşdur. Həmin ödənişlərin ümumi məbləği 5.881,6 manat təşkil etmişdir.Cavabdehin vəkili bildirmişdir ki, həmin ödəniş sənədlərinin əslləri Nərimanov rayon Məhkəməsinin icraatında olmuş 2(005)-2943/20 saylı mülki işin materiallarına əlavə olunmuşdur və bu mübahisələndirilməmişdir. Lakin Kollegiya nəzərə alır ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 iyul 2020-ci il tarixli X4 məxsus LEXUS CT200H (HİBRİD) minik markalı ** ZM *** dövlət nömrə nişanlı avtomobilin ehtiyat hissələri və təmir işləri üçün cəmi 1060 manat pul məbləğin ödənilməsinə dair AKT–ın surətindən görünür ki, digər Aktlarda olduğu kimi həmin Akta “ödənildi” ştampı vurulmamışdır. Odur ki, Kollegiya hesab edir ki, həmin Akt-da qeyd olunan1060 manat Cavabdeh çəkilmiş olduğu xərcə aid edilməməlidir, yəni 5.881,6 manat-1060 manat= 4821,6 manat. Belə olan halda Cavabdeh çəkdiyi 4821,6 manat xərc nəzərə alınmalıdır. Odur ki, mülki işin materiallarında olan (i/v-11)qəbzə əsasən razılaşdırılmış 9500 manatdan-Cavabdeh çəkdiyi 4821,6 manat xərc çıxılmalı və qalan 4.678,4 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2269/2021 saylı, 17.07.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin olunsun. Cavabdeh 4.678,4 (dörd min altı yüz yetmiş səkkiz manat dörd qəpik) manat pul alınaraq iddiaçı Ghasemian Mahdiyə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10458/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10458/2021
15.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver