Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1047/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi yyyyyyyyyyyy Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” 2(002)-1787/2020 saylı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 26 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1023.28 manat əsas, 108.14 manat faiz, 439.85 manat cərimə, cəmi 1571.27 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1023 (min iyirmi üç) manat 28 (iyirmi səkkiz) qəpik əsas, 108 (yüz səkkiz) manat 14 (on dörd) qəpik faiz, 50 (əlli) manat cərimə, cəmi 1181 (min yüz səksən bir) manat 42 (qırx iki) qəpik məbləğində borc pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, faiz və cərimə borcunun silinməsini və güzəştli şərtlərlə müqavilə bağlanması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu iddia üzrə ilkin hazırlıq iclasında o, iddiaya qarşı açıq-aydın etirazını bildirsə də, məhkəmə tərəfindən onun sonrakı məhkəmə iclaslarında iştirak etməyi üçün şərait yaradılmamış və buna görə də mən öz prosessual hüquqlarından istifadə edə bilməmişdir. Qeyd etmək istəyir ki, mülki işin sənədlərindən də görsənir ki, onunla iddiaçı arasında kredit müqaviləsi 26.09.2014-cü il tarixində bağlanmışdır. Bu isə həmin kredit müqaviləsinin “Azərbaycan Respublkkasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşdüyünü göstərir. Lakin əfsuslar olsun ki, iddiaçı tərəfindən həmin Fərmanın tələbləri onun barəsində tətbiq edilməmiş və onunla güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanmamışdır. Təbii ki, onun məhkəmə iclasında iştirakı təmin olunsaydı onda cavabdehə qarşı güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanması barədə qarşılıqlı iddia ərizəsi təqdim edəcəkdi. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən belə bir şərait yaradılmadığı üçün o, həmin qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda bildirmək istəyir ki, iddiaçı tərəf olan bank məhkəmədən kənar qaydada da bu fərmanın icrası ilə əlaqədar ona məlumat verməli və müvafiq güzəştlli şərtlərlə kredit müqaviləsinin bağlanmasını təklif etməli olduğu halda bunu etməmişdir. Məhkəmə də işin bu hallarına fikir veməmiş və yalnız iddiaçının iddia ərizəsində göstərdiyi halları öz qətnaməsində təsdiqləmişdir. Bundan əlavə qeyd etmək istəyir ki, o, banka olan borcunun məbləği ilə razılaşmadığı üçün məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və onun bank qarşısında olan öhdəliklərinin dəqiq həcmi müəyyən edilməli idi. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz eədərk təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamə iddianın təmin edilmiş hissəsində yoxlanılır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında bağlanılmış 26 sentyabr 2014-cü il tarixli, İK 1391/F-14 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 15 sentyabr 2020-ci il tarixə 1023.28 manat əsas, 108.14 manat faiz, 439.85 manat cərimə, cəmi 1571.27 manat hesablanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə cavabdehdən kredit borcunun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan faiz borcunun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04.05.2021-ci il tarixli rəyə əsasən, Cavabdeh 26.09.2014-cu il tarixli, İK 1391/F14 saylı kredit müqaviləsi üzrə 26.09.2016-cı il tarixə Banka olan əsas borcu 1030,61 manat, faiz borcu 40,94 manat; 16.07.2020-ci il tarixə Banka olan əsas borcu 1030,61 manat, faiz borcu 237,04 manat təşkil edir. Ekspert rəyi əsaslıdır və rəyi şübhə altına alan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh 26.09.2014-cu il tarixli, İK 1391/F14 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 40 (qırx) manat 94 (doxsan dörd) qəpik İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(002)- 1787/2020 saylı qətnaməsi cavabdehdən faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 26.09.2014-cu il tarixli, İK 1391/F14 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 40 (qırx) manat 94 (doxsan dörd) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 (iyirmi beş) manatı İddiaçı ASC-dən, 25 (iyirmi beş) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1047/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1047/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver