Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10477/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli (hakim S.Mustafayeva, iş №2(006)-2070/2021) qətnaməsi ilə İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC və ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "mənzilin ipoteka yüklülüyünə xitam verilməsi və s." tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət prosessual müddət buraxılmaqla verildiyindən geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsi məhkəmə tərəfindən ona təqdim olunmamışdır. Xəbərnamədəki imza isə ümumiyyətlə ona məxsus deyil. Qətnamənin məzmunu ilə yalnız avqust ayında tanış olmuş və dərhal apellyasiya şikayəti hazırlayıb aidiyyəti üzrə göndərmişdir. Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, işdə iştirak edən şəxslər üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 02 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İşin 100-cü vərəqində olan məhkəmə bildirişindən görünür ki, iddiaçı Nəsimi Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli qətnaməsinin surətini 24.06.2021-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə rəsmi qaydada qəbul etmiş, apellyasiya şikayətini isə avqust ayında prosessual müddətin bərpasına dair ərizə vermədən poçta təqdim etmişdir. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini prosessual müddətin buraxılması əsası ilə geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 02 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-10477/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10477/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver