Məhkəmə qərarları › İş №2(103)-10481/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10481/2021

24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10481/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndələri Mirzəliyev Alim Arif oğlunun və Quliyev Aytəkin Şahin oğlunun, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3300/2021 saylı iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tapşırığına əsasən digər Cavabdeh3 29 yanvar 2021-ci il tarixdə saat 11:00 radələrində İddiaçı MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" ticarət mərkəzinə gələrək ünvansız nalayiq söyüşlər söyərək cəmiyyətin fəaliyyətinə mane olmağa çalışmışdır. İlk öncə Cavabdeh3 şirkətin fəaliyyətinə maneəçilik törətməməsi, həmçinin ictimai asayişi pozmamağı bildirilmişdir. Lakin Cavabdeh3 bu kimi əməllərinə son qoymayaraq, həmin obyektin dayısı Cavabdeh1 məxsus olduğunu və istədiyini edə biləcəyini bildirmişdir. İddiaçı tərəfindən cavabdeh intizama dəvət edilmiş və bildirilmişdir ki, şirkətin fəaliyyətinə mane olmaqla yanaşı şirkətə maddi ziyan vurur. Cavabdeh3 şirkətin giriş hissəsində yerləşən qeyri-yaşayış sahəsinin pəncərəsinə təpiklə zərbə vuraraq şüşələri sındırmışdır. Bununla da, şirkətin iş ahəngi pozulmaqla yanaşı şirkətə maddi ziyan dəymişdir. Bundan sonra, həmin gün, yəni 29.01.2021-ci il tarixdə təxminən saat 16:00 Cavabdeh3 İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış binasına gələrək oraya daxil olmağa çalışmış və binanın mühafizəçiləri tərəfindən bu cəhdin qarşısı alındıqda, Cavabdeh3 təhqiramiz hərəkətlər edərək, hədə-qorxular gəlir, onun tərəfindən binanın ümumi işıq sisteminə, su sisteminə qanunsuz müdaxilələr edilmiş, lift sistemi sıradan çıxarılmış, binanın ümumi istifadədə olan sahəsinə və qonşuların mənzillərinə bilərəkdən su axıdılmış, bu cür qanunsuz hərəkətlər nəticəsində cəmiyyətə ziyan dəymişdir. Eyni əməllər Cavabdeh2 tərəfindən də əvvəllər dəfələrlə törədilmişdir. Belə ki, psixi qüsuru olan Cavabdeh2 21 oktyabr 2016-cı il tarixdə İddiaçı MMC-nin mülkiyyətində olan və cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, Bakı-Sumqayıt şosse yolunun 16-cı km-də, Xırdalan şəhəri ərazisində yerləşən “Riyad” Ticarət Mərkəzinə gələrək bildirmişdir ki, bura ona məxsusdur, nə istəsə edə bilər, buradan heç yerə gedəsi deyil və heç kəsdə onu burdan çıxara bilməz. Cavabdeh özünü çox aqressiv aparmaqla və məntiqsiz hərəkətlər etməklə, Ticarət Mərkəzində səbəbsiz yerə dava-dalaş salmaqla, pis söyüşlər söyməklə İddiaçı MMC-nin əməkdaşlarının və ətrafda olan insanların üzərinə hücum etmişdir. Öz hərəkətlərinin mənasını dərk etməyən cavabdeh Ticarət Mərkəzinin iş ahəngini pozmuş və alış-verişə gəlmiş insanlar tələm-tələsik şəkildə oranı tərk etmişdir. Cavabdehin Ticarət Mərkəzindən kənarlaşdırılması üçün mühafizə xidmətinin əməkdaşları dəvət olunmuşdur. Mühafizə xidmətinin rəisi Zakir Manafov özünü təqdim edərək Cavabdeh2 işçilərə maneçilik törətməməsini izah edərək çıxıb getməsini xahiş edərkən Cavabdeh2 daha da aqressivləşərək Zakir Manafovun üzərinə hücum çəkmiş, baş geyim örtüyünü başından çıxararaq yerə atmış, yaxasından tutaraq dartıb çölə çıxarmış və nalayiq küçə söyüşləri ilə hətta ifadə olunmayan sözlərlə onu təhqir etmişdir. Bundan sonra o, İddiaçı MMC-nin inzibati binasında olan bütün pəncərə şüşələrini sındırmış, televizoru və kompyuter dəstini yerə ataraq yararsız hala salmışdır. Bundan əlavə, 27 oktyabr 2016cı il tarixdə saat 14:00 radələrində Cavabdeh1 arvadı Cavabdeh2 İddiaçı MMC-nin nəzdində olan “Çıl Çıraq” elektrik mağazasına girib, heç bir səbəb olmadan hay-küy salmış, onu intizama dəvət edən Ağaverdi Süleymanovun və mühafizəçilərin təklifinə məhəl qoymadan qışqırtı, emosional hərəkətlərlə mağazanın iş fəaliyyətini dayandırmış, mağazada olan müxtəlif əşyaları sındırmışdır. Bundan əlavə, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının qısa bir müddət ərzində komendantı olmuş Cavabdeh2 özünü çox aqressiv aparmaqla və məntiqsiz hərəkətlər etməklə, səbəbsiz yerə dava-dalaş salmaqla, pis söyüşlər söyməklə qonşulara və ətrafda olan insanlara qarşı çoxsaylı münaqişələr törətmişdir. Həmçinin, psixi qüsuru olan Cavabdeh2 bildirir ki, əri Cavabdeh1 xəbərsiz olaraq qarajda su matorunun içərisində 100 000 manat pul gizlədibmiş və həmin pulu Hüseynov Alim oğurlamışdır. Hansı ki, Alim Hüseynov cəmiyyətin təsisçisi İlqar Əliyevin köməkçisidir və cəmiyyətdə, respublikada nüfuzlu şəxslərdəndir. Cavabdehlər tərəfindən uzun illərdən bəri bu kimi psixi anormal hərəkətlər davam etdirilməkdədir. İddiaçı MMC Müstəqil Ekspertiza Mərkəzinə müraciət edərək xx.xx.1962-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh2 psixiatrik, psixoloji və ya psixososial vəziyyəti barədə ekspert rəyinin verilməsini xahiş etmişdir. Müstəqil Ekspertiza Mərkəzinin 19.03.2021-ci il tarixli 171 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, “Təqdim olunmuş foto, video və audio fayllarda Cavabdeh2 məxsus olan səs və görüntüləri psixoloji cəhətdən araşdırılmasına görə emosionalgərginlik vəziyyətində uzun müddət qalması onun psixi-sabitlik vəziyyətinə neqativ təsir etməsinə gətirib çıxara bilər. Cavabdeh2 özünü psixoloji cəhətdən qeyri-stabil şəxs kimi aparmış, affektogen reaksiyalar göstərmişdir. O, etik-davranış qaydalarını pozaraq, “qadın” obrazına xas olmayan kobud və ədəbsiz-sosial davranış (həm verbal, həm də qeyri-verbal) nümayiş etdirirdi. Cavabdeh2 nitqində həcm səviyyəsindəki dalğalanmalarla xarakterizə olunur (yəni, normal vəziyyətdə danışma ilə müqayisədə sayı artan kəskin yuxarı zirvələr var), bir düşüncədən digərinə tez- tez keçid, yersiz gülüşlər ilə kəsilən mənasız ifadələr və həmçinin səslənən bəzi sözlər qəhqəhə zamanı başqaları ilə söhbətlərinin yazılarındakı vəziyyəti psixi cəhətdən problem yaşamasına dəlalət edir. Cavabdeh2 başqalarına gerçəkliyə uyğun olmayan məlumatları təqdim etmək üçün bu kimi terminlərlə doymuş nitq ya bəzi gizli motivləri (hədə-qorxu, şantaj, təhdid, manipulyasiya və s.), ya da onun psixi pozuntularını göstərə bilər.Məhz buna görə, Cavabdeh2 şəxsiyyətini, psixoloji və psixi problemlərinin olub-olmamasını daha ətraflı öyrənilməsi üçün məhkəmə psixiatrik və psixoloji ekspertizanın aparılması məqsədəuyğun hesab edilir. Göründüyü kimi, psixiki pozuntusu olan və öz hərəkətlərinin mənasını dərk etməyən və onları şüurlu idarə etmək iqtidarında olmayan, həmçinin psixi cəhətdən problem yaşayan cavabdehlər Cavabdeh2 Şahbaz qızının və Cavabdeh3 törətdiyi mülki hüquq pozuntusu nəticəsində İddiaçı MMCyə 50 000 (əlli min) manat ziyan dəymişdir. Göstərilənlərə əsasən məhkəmə psixiatrik və psixoloji ekspertizası keçirilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 psixi pozuntusunun olması və onlar tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində dəymiş 50 000 (əlli min) manat məbləğində ziyanın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3300/2021 saylı iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada maddi zərərin əvəzi kimi 23.220 (iyirmi üç min iki yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçınə verilməsi, iddia tələbinin qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının kobud pozulması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Göstərilənlərə və aşağıda sadalananlara əsasən sözügedən qətnamə apelyasiya instansiyası tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Mülki Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinin məzmunundan irəli gələn törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması halı, o cümldən ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə Cavabdeh2 münasibətdə mövcud olmamışdır. Mülki işin materiallarında olan iddia ərizindən görünür ki, ərizə iddiaçı ˝lioretnizA˝ MMC-nin direktoru kimi qeyd edilmiş İbrahimov Heydər Mustafa oğlu tərəfindən imzalanmışdır ki,onun da səlahiyyətini təsdiq edən yeganə sənəd Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin verdiyi 23.11.2018-ci il tarixli çıxarışdır. Digər tərəfdən məhkəmə iclas protokollarından, o cümlədən 05.08.2021-ci il tarixli qətnamədən görünür ki, iddiaçını məhkəmədə nümayəndə qismində Mirzəliyev Alim Arif oğlu təmsil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş iş yerinə dair 08.04.2019-cu il tarixli arayışın surətindən görünür ki, A.Mirzəliyev ˝lioretnizA˝ MMCdə əmək müqaviləsi ilə hüquqşünas kimi çalışsa da, onun əsas yeri barədə məlumat arayışda qeyd edilməmişdir. Üstəlik sözügedən arayışda qeyd olunur ki, arayış 31.12.2020-ci il tarixinədək qüvvədədir. Mülki işin 08.04.2021-ci il tarixdə məhkəməyə daxil olduğunu nəzərə alsaq, məlum olur ki, işə baxan məhkəmə iddiaçının nümayəndəsi kimi A.Mirzəliyevin iddiaçı hüquqi şəxsi təmsil etmək üçün yetəri qədər səlahiyyətli olub-olmaması halını araşdırmadan, onu iddiaçının nümayəndəsi qismində tanıyaraq, prosesə buraxmışdır. Bu hal MPM-nin 69.1, 69.2 və 69.3-cü maddələrinin tələbinə ziddir. Qətnamədən görünür ki, məhkəmə iddia tələbini qismin təmin edərkən yalnız iş materiallarında olan "xxxx" MMCnin 05.02.2021-ci il tarixli Qiymətləndirilmə barədə rəyə istinad etmişdir. İş materiallarında olan sözügedən rəydən göründüyü kimi "xxxx" MMC-nin 05.02.2021-ci il tarixli əmliridnəltəmyiQ˝ barədə rəy˝i özündə göstərilən ünvanlarda aparılmış təmir-bərpa, quraşdırma, o cümlədən yenidən həyata keçirilmiş təmir-bərpa, quraşdırma işlərinin qiymətinin müəyyən edilməsi məqsədilə tərtib edilmişdir. Lakin həmin sənədin hazırki işlə əlaqəsini, konkret olaraq Cavabdeh2 münasibətdə iddia tələbinin əlaqəsini müəyyən etmək mümkün deyildir. Belə ki, sənəddən görünür ki, ˝dayiR˝ TM-də pəncərələrin şüşələnməsi, onun işçiliyi, qapıların dəyişdirilməsi, onların işçiliyi, pilləkən məhəccərlərinin dəyişdirilməsi, mühafizə kamera və monitorun dəyişdirilməsi, kabel, yaddaş kartı, 1 ədəd monitor, 4 ədəd kamera və onların işçiliyi, kompyuterlərin yenilənməsi və quraşdırılmasının dəyərləndirilməsi aparılmışdır. Lakin həmin sənəddən bunun hansı dövr üçün, hansı səbəblə, hansı işlərin daha əvvəl görüldüyünü, hansı işlərin yenidən görüldüyünü müəyyən etmək mümkün deyildir. Üstəlik mülki işin materiallarına əlavə edilmiş, ˝lioretnizA˝ MMC-nin balansında olan Həsən Əliyev küçəsi 1030 ünvanında yerləşən yaşayış binasının komendantı Elmira Məmmədova və binanın mühafizə xidmərinin rəisi Rauf Gəraylının tərtib etdiyi, güman edilən tarixdə, yəni 29.01.2021-ci il tarixdə iddia edilən hadisənin baş verməsi zamanı hadisəni görməmiş şəxs - ˝lioretnizA˝ MMC-nin diretoru qismində H.İbrahimovun təsdiq etdiyi 29.01.2021-ci il tarixli aktda göstərilir ki, digər cavabdeh Sərdar Şahbazovun qanunsuz hərəkətləri nəticəsində 29.01.2021-ci il tarixdə binaya 20000 manata yaxın maddi ziyan dəymiş və elə həmin tarixdə də 20000 manat məbləğində pul xərclənərək təmir işləri aparılmışdır. Aktından tərtibindən 4 gün keçmiş artıq mütəxəssislərin binaya baxış keçirmişlər. Sadalananlardan göründüyü kimi, sözügedən akt və zA˝-Ekspertiza˝ MMC-nin 05.02.2021-ci il tarixli əmliridnəltəmyiQ˝ barədə rəy˝i kifayət qədər qeyri-mötəbər, ziddiyyətli, şübhədoğurucudur. Burada həmçinin bir daha nəzərə alınmalıdır ki, əd˝yər˝ əks edilmiş əşyaların zərər nəticəsində yenilənməsi Cavabdeh2 münasbətdə öz təsdiqini tapmır, o mənada ki, ümumən sözügedən əşyaların zərər görməsinə dair mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Həmin qətnamədən həmçinin Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən görünür ki, İddiaçı MMC cavabdeh Seydiov Sərdarın ona zərər vurmasını ilə bağlı 2 hal qeyd etmişdir. Belə ki, 29 yanvar 2021-ci il tarixdə saat 11:00 radələrində İddiaçı MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, “ƏRRİYAD" ticarət mərkəzinə getməmişdir. O, ümumiyyətlə 2008-ci ildən sonra “ƏRRİYAD" ticarət mərkəzinə getir. MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, “ƏRRİYAD" ticarət mərkəzinə maddi ziyan vurmağı ilə bağlı göstərilənlər tamamilə absurddur və heç bir mötəbər sübutla təsdiqini tapmır. Bundan başqa 29.01.2021-ci il tarixdə təxminən saat 16:00 Cavabdeh3 İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 5 ünvanında çoxmərtəbəli yaşayış binasına getməyi həqiqətə uyğun deyil. Belə ki, dayısı Cavabdeh1 “Azinteroil" şirkətinin təsisçilərindən biridir və həmin şirkətdə 25 faiz paya sahibdir. Şirkətin digər iki təsisçisi İlqar Əliyev və İlham Məmmədovdir. Cavabdeh1 ünvan 6 ünvanında 11-ci mərtəbədə yaşadığı 3 mənzil yerləşir. Cavabdeh1 Rusiya Federasiyasının Moskva şəhərində ** AQ ***6496 saylı, 22.05.2019-cu il tarixli etibarnamə ilə Cavabdeh3 Azərbaycan Respublikası ərazisində yerləşən bütün əmlaklarını idarə etmək və istifadə etmək səlahiyyəti vermişdir. Bu səbəbdən o Cavabdeh1 nümayəndəsi kimi onun əmlaklarına nəzarət istifadə edir. 30.01.2021-ci il tarixdə saat 19:00 radələrində o Cavabdeh1 ünvan 7 ünvanında 11-ci mərtəbədə yerləşən mənzilində hər şeyin qaydasında olub olmadığını yoxlamaq üçün ora getmişdir. Həmin mənzilin kilidi dəyişdirildiyi üçün mənzilə daxil ola bilməmiş və başa düşmüşdür ki, hal-hazırda mənzilin kilidi Cavabdeh1la arasında münaqişə və mübahisə olan digər təsisçi İlham Məmmədovun göstərişi ilə dəyişdirilib. O, həmin mənzilin qapısının petləsinin sındırıldığını və qapı çıxarılaraq kilidinin dəyişdirildiyinin şahidi olmuşdur. Bundan başqa qapının üzərində açıq-aşkar zorakılıq izlərinin olması müəyyən etmişdir, mənzilin kilidi dəyişdirildiyi üçün mənzilə daxil ola bilməmişdir. O fikirləşmişdir ki, mənzildən oğurluq olmuşdur. Mənzildə Cavabdeh1 məxsus 15.000 manat miqdarada pul, onun həyat yoldaşına məxsus qızıl zinət əşyaları, 50.000 manat dəyərində bahalı brend saatlar, dayısına məxsus sənədlər, dayısına məxsus ov tüfəngi və 100.000 manat dəyərində bahalı mebellər, qablar, bahalı qadın və kişi paltarları olduğu üçün o, dərhal 102 xidmətinə zəng edib məlumat vermiş və qapının kilidinin dəyişdirildiyini və həmin əşyaların oğurlanmasından şübhəsi olduğunu bildirmişdir. Həmin müraciət əvvəli Nəsimi RPİ-nin 20ci PB-nin polis sahə inspektoru Sanil Abdullayev tərəfindən araşdırılmış, sonra isə material Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı Hacıyev Orxanın icraatına verilmişdir. Hacıyev Orxan material üzrə onun və binanın komendantı Elmira Məmmədovanın izahatını almaqla kifayətlənmiş və material üzrə heç bir araşdırma aparmadan 04.03.2021-ci il tarixli , HK-1- 276 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Onun ərizəsi əsasında toplanmış material üzrə üzrə Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı Hacıyev Orxanın cinayət işinin başlanmasının rədd edilməsi barədə 04.03.2021-ci il tarixli, HK-1- 276 saylı qərarı əsassız və qanunsuz olduğu üçün onun şikayətim əsasında ləğv edilmiş və araşdırma aparılması üçün Bakı şəhər Nəsimi rayon polis İdarəsinin İŞ-nə həvalə edilmişdir. Cavabdeh3 və Cavabdeh1 müraciətləri əsasında əsasında toplanmış material üzrə üzrə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Kənan Kərimli 12.07.2021-ci il tarixli, Hk-1-254/21 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Bundan başqa “Azinteroil" MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış binasının Cavabdeh3 tərəfindən binanın ümumi işıq sisteminə, su sisteminə qanunsuz müdaxilələr edilməsi, lift sistemi sıradan çıxarılması, binanın ümumi istifadədə olan sahəsinə və qonşuların mənzillərinə bilərəkdən su axıdılması yalandır. Belə ki, “Azinteroil" MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış binasının dayıaı Cavabdeh1 yaşadığ 11-ci mərtəbəsinin lifti və elektrik xətti Azinteroil MMC tərəfindən 2016-cı ildən kəsilmişdir. Bundan başqa ümumi istifadədə olan sahəsinə və qonşuların mənzillərə su axıdılması faktı heç vaxt olmamışdır. Beləliklə müəyyən olunur ki, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə Cavabdeh2 münasibətdə mövcud olmamışdır. Mülki işin materiallarından görünür ki, məhkəmə cavabdehin məhkəmə prosesində iştirak etməməsinə formal yanaşmış, onun ünvanına məhkəmə bildirişlərinin göndərilməsinə dair iş materiallarında məlumat əlavə etsə də, bildirişlərin ünvanlanmış şəxsə çatıb-çatmamasını yoxlamamış, birmənalı olaraq məhkəmə proseslərinin cavabdehin iştirakı olmadan keçirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərini müdafiə edəək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndələri Mirzəliyev Alim Arif oğlu və Quliyev Aytəkin Şahin oğlu apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qətnamənin yalnız cavabdehlər mübahisələndirməklə qeyd edilən hissədə apellyasiya şikayəti vermiş, iddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3300/2021 saylı iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 05.02.2021-ci il tarixli “qiymətləndirilmə barədə rəy”dən görünür ki, 02 fevral 2021ci il tarixli müraciətə cavab olaraq bildirilir ki, ünvan 8 ünvanında yerləşən yaşayış binasında icra edilmiş təmir-bərpa və quraşdırma işlərinə çəkilən xərcin ümumi məbləği 15800 manat və Abşeron rayonu, Xırdalan şəhərinin, Bakı–Quba şossesinin, 7-ci km-də ünvanında yerləşən “Riyad” Ticarət Mərkəzində icra edilmiş təmir-bərpa və quraşdırma işlərinə çəkilən xərcin ümumi məbləği 7420 manat olmaqla, ümumi məbləğ 23.220 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Məmmədova Elmira Camal qızı ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-yə 2018-ci ildə komendant təyin edilmişdir. O, Sərdarı tanıyır. Sərdar həmin ünvanda yaşamır, lakin dayısı Şahbazın evinə gəlirdi. Həmin ünvanda digər şəxsləri narahat edirdi. Cavabdeh2 psixoloji problemləri var idi. Bununla əlaqədar, hüquq-mühafizə orqanlarına müraciət edilsə də, heç bir tədbir görülməmişdir. Cavabdeh2 müşahidə kameralarını, giriş qapısını sındırıb. Mühafizə əməkdaşlarını təhqir etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından göründüyü kimi ekspert rəyində ünvan 8 ünvanında yerləşən yaşayış binasında icra edilmiş təmir-bərpa və quraşdırma işlərinə çəkilən xərcin ümumi məbləği 15800 manat və Abşeron rayonu, Xırdalan şəhərinin, Bakı–Quba şossesinin, 7-ci km-də ünvanında yerləşən “Riyad” Ticarət Mərkəzində icra edilmiş təmir-bərpa və quraşdırma işlərinə çəkilən xərcin ümumi məbləği 7420 manat olmaqla, ümumi məbləğ 23.220 manat müəyyən edilmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada maddi zərərin əvəzi kimi 23.220 (iyirmi üç min iki yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçınə verilməli, iddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehlərin apellyasiya şikayətində qeyd etdikləri formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3300/2021 saylı iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3300/2021 saylı iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar