Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10491/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndəsi vəkil X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3119/2021 saylı mülki işi üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 144500 manat miqdarında pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək məhkəmədən Cavabdeh 100000 (yüz min) manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 16 saylı notariat ofisində bağlanmış 01.07.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 144500 (yüz qırx dörd min beş yüz) manat məbləğində pul borc verir, borc alan isə krediti 10.07.2017-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür (iş.səh.7). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3119/2021 saylı mülki işi üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 100000 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1, 76, 107, 119.1, 217.3, 217.4; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1, 157.2, 385.1, 425.1, 442, 739.1, 139.2-ci maddələrinə itinadən qeyd edilmişdir ki, , iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə borcu tələb etməkdə haqlı olmuş, iddiaçı iddia tələbinin həcmini azaldaraq cavabdehdən cəmi 100000 manat məbləğində pul tələb etdiyindən məhkəmə iddia tələbindən kənara çıxa b Cavabdehin bütün pulu qardaşına verməsi və borcun ona aidiyyəti olmaması ilə bağlı qeyd etdiklərinə gəldikdə isə, mövcud müqavilə notariat qaydasında hər iki tərəfin fotoşəkilləri və imzaları çəkilməklə təsdiq edilmişdir. Müqavilədə göstərilmiş borc məbləğinin ödənilməsinə görə bütün məsuliyyətli hər hansı üçüncü şəxs yox, məhz hazırkı iş üzrə cavabdeh öz üzərinə götürmüşdür. Digər tərəfdən, müqavilədə cavabdehin iddia etdiyi kimi 30-35000 manat yox, 145000 manat borc göstərilmişdir. Cavabdeh bu müqaviləni könüllü şəkildə bağlamış, məhkəmə iclasında da müqavilə bağlanması ilə bağlı iradə ifadəsini mübahisələndirməmişdir. Belə olan halda məhkəmə cavabdehin qeyd etdiklərini inandırıcı hesab etmir. Bundan başqa, əgər cavabdeh faktiki borc verilən pul məbləğinin daha az olduğunu iddia edirsə, bunu sübut etmək istənilən halda cavabdehin üzərinə düşür. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-3119/2021 saylı mülki iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsini ləğv edib iddia tələblərinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, öz adına iddiaçı ilə kredit müqaviləsi bağlamış, lakin həmin vaxt idldiaçı özü də bilmişdir ki, bu pulu qardaşına verib və ona heç bir aidiyyəti yoxdur. Həmçinin borc məbləği iddiaçının dediyi kimi 100000 manat yox, təxminən 30-35000 manat məbləğində olmuşdur. Qardaşı 2020-ci ildə vəfat etdikdən sonra iddiaçı həmin pulu ondan tələb etməyə başlamışdır. Halbuki həmin vaxta qədər iddiaçı ondan heç bir pul tələb etməmişdir. Hazırda qardaşının borcunu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X4 oğlu apellyasiya şikayətini qəbul etməyərək, kredit müqaviləsi ilə əldə edilmiş pulun dollar məzənnəsi ilə olduğunu, 140000 manatdan 40000 manat güzəşt edərək, 100000 ödənilməsini tələb etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, qarşı tərəfin barışıq üçün heç bir cəhd etmədiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-390, 739-746; Mülki Prosesual Məcəllənin 14.2, 48-49,72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilən zaman araşdırma predmeti olmuş və məhkəmə notarial qaydada təsdiq edilmiş müqavilənin əsassızlığına və fərqli olmasına dair subut edici əsasların olmadığını təsbit etmişdir. Məhkəmə kollegiyası eyni mövqedən çıxış edərək, qüvvədə olan müqavilə öhdəliklərini tam və ya qismən istisna edən, iddia edilən tələb həddindən fərqli hallar müəyyən etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3119/2021 saylı mülki işi üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10491/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10491/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver