Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10538/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC cavabdeh Borclu qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Binəqədi RM-nin 16.07.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, hazırkı iş üzrə qəbul olunmuş “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” 02.04.2018-ci il tarixli qərardadın ləğv edilməsi haqqında iddiaçının vəsatəti (ərizəsi) təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsaslıdır. Belə ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə 02.04.2018-ci il tarixli qərardad onunla əsaslandırılıb ki, tərəflər iclasa gəlməyib və bunun səbəbi barədə məlumat verməyiblər. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçıya 02.04.2018-ci il tarixli iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyib. Odur ki, Binəqədi RM iddiaçının vəsatətini təmin etməli və iddia ərizəsinin baxılmamış saxlanılması barədə 02.04.2018-ci il tarixli qərardadı ləğv etməli idi. Beləliklə, məhkəmə Mülki-Prosessual Məcəllənin 260.5-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilərək 16.07.2021-ci il tarixli qərardad ləğv edilməli, habelə vəsatət (ərizə) təmin edilərək 02.04.2018-ci il tarixli qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin “iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsinə dair vəsatətin rədd edilməsi haqqında” 16.07.2021-ci il tarixli qərardadı ləğv edilsin. Həmin vəsatət təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” 02.04.2018-ci il tarixli qərardadı ləğv edilsin və iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-10538/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10538/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver