Məhkəmə qərarları › İş №2(103)-1054/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1054/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1054/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7464/2024 nömrəli 29 noyabr 2024-cü il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7464/2024 nömrəli 29 noyabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərazi aidiyyatı üzrə yanlışlığa yol vermişdir. Belə ki, mülkiyyətçi o olsa da nəqliyyat vasitəsini icarəyə verən X3, icarəyə götürən isə Cavabdehdur. Yəni müqavilənin tərəfləri X3 və Cavabdehdur. X3 isə Binəqədi rayonu ərazisində yaşayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinin 6.3-cü bəndində nəzərdə tutulmuşdur ki, gələcəkdə yarana biləcək hər hansı məhkəmə mübahisəsinə icarə vərənin qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılacaqdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının qeydiyyat ünvanı ünvan 1əhəri Xətai Rayon Məhkəməsinə verilməlidir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçı şikayətində ona əsaslanır ki, icarəyə verən X3, icarəyə götürən isə Cavabdehdur. Yəni müqavilənin tərəfləri X3 və Cavabdehdur. X3 isə Binəqədi rayonu ərazisində yaşayır. İddiaçının dəlilləri əsassızdır, belə ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi iddiaçıdır və sözügedən müqaviləni X3 mülkiyyətçinin adından bağlamışdır. Belə olduğuna görə nəqliyyat vasitəsini icarəyə verən də mülkiyyətçi İddiaçıdur. X2 iddiaçının adından müqaviləni bağlaması nəqliyyat vasitəsinin onun tərəfindən icarəyə verməsi kimi qiymətləndirilə bilməz. Məhkəmədə iddia qaldıran da mülkiyyətçidir, o isə Xətai rayonu ətazisində yaşayır və müqavilədə nəzərdə tutulmuş qaydada icarəyə verənin, yəni iddiaçının qeydiyyatda olduğu ünvan üzrə hazırki iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7464/2024 nömrəli 29 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar