Məhkəmə qərarları › İş №2(103)-10540/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10540/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10540/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh Zamin iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(011)-4963/2021 saylı, 30.07.2021-ci iltarixli qətnaməsindən cavabdeh Zamin tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada iddiaçının xeyrinə 13.11.2013-cü il tarixli UN-219 saylı kredit müqaviləsi üzrə 2531,68 manat əsas, 646,90 manat faiz, 1739,11 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 667,80 manat borc, ümumilikdə 5585,49 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 13.11.2013-cü il tarixli UN-219 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 24% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasıının təmini üsulu olaraq Zamin ilə "xxxx" ASC arasında bağlanmış 13.11.2013cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problekreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası ”nın 6.16 bəndinə əsasən “Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu il dekabrın 31-də başa çatır”. Cavabdeh qeyd olunan tarixə qədər yeni müqavilə bağlanması üçün banka müraciət etməmişdir. Hazırda cavabdehlərin banka 2531,68 manat əsas, 646,90 manat faiz, 1739,11 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 667,80 manat borc, ümumilikdə 5585,49 manat borcu qalmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 13.04.2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərardadı ilə "xxxx" ASC-nin ləğvedicisi Sığortalanması Fondu təyin edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(011)-4963/2021 saylı, 30.07.2021-ci iltarixli qətnaməsi ilə qət edilmişdir: ”İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 13.11.2013-cü il tarixli UN-219 saylı kredit müqaviləsi üzrə 2531,68 manat əsas, 646,90 manat faiz, 39,11 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 667,80 manat borc, ümumilikdə 3885,49 (üç min səkkiz yüz səksən beş manat 49 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 21 (iyirmi bir) manat hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin.” Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(011)-4963/2021 saylı, 30.07.2021-ci iltarixli qətnaməsindən cavabdeh Zamin apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “Texnikabank" ASC arasında bağlanmış 13.11.2013-cii il tarixli UN-219 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 24% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin ilə “Texnikabank'' ASC arasında 13.11.2013-cil il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.İş materiallarında olan"xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13.11.2013-cil il tarixli UN-219 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 24 ay müddətinə, illik 24%> olmaqla 5000 manat məbləğində kredit verilmişdir.13.11.2013-cil il tarixli UN-219 saylı kredit müqaviləsinin təminatı kimi “Texnikabank" ASC ilə borcalan Cavabdeh və Zamin arasında 13.11.2013-cil il tarixli UNZ-31 saylı Zaminlik müqaviləsi bağlanmışdır.Qeyd etmək istəyir ki, 13.11.2013-cü il tarixli UN-219 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanmışdır və müddəti 13.11.2015-ci il tarixində bitmişdir. İddiaçı ləğv prosesində olan “Texnikabank" ASC Xətai Rayon Məhkəməsinə 2021-ci ildə müraciət etmişdir.Hesab edir ki, 13.11.2013cü il tarixli UNZ-31 saylı Zaminlik müqaviləsi üzrə iddia tələbinin müddəti iddiaçı ləğvprosesində olan “Texnikabank" ASC tərəfindən ötürülmüşdür.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cil maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cii maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanılır. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək cavabdehin apellyasiya şikayətinin əsasassız olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(011)-4963/2021 saylı, 30.07.2021-ci iltarixli qətnaməsi qismən- yəni tələbin Zamin münasibətdə təmin olunmuş hissədə ləğv edilməli, bu hissədə iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiyanın hədləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh Zamin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(011)-4963/2021 saylı, 30.07.2021-ci iltarixli qətnaməsini qismən- yəni tələbin Zamin münasibətdə təmin olunmuş hissədə mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 13.11.2013-cü il tarixli UN-219 saylı kredit müqaviləsinnin surətindən görünür ki, bank tərəfindən borc alana 24 ay müddətinə, illik 24% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh və Zamin arasında bağlanmış 13.11.2014-cü il tarixli UNZ-31 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 16.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13.11.2013-cü il tarixli UN-219 saylı kredit müqaviləsi üzrə banka olan borcu 2531,68 manat əsas, 646,90 manat faiz, 1739,11 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 667,80 manat borc, ümumilikdə 5585,49 manat təşkil edir. Kollegiyası iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh bankdan tələbdə olan məbləğdə borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icran edilməsi) başa düşülür. Məhkəmə Kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin iş materiallarında olan 13.11.2014-cü il tarixli UNZ-31 saylı tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, kreditor "xxxx" ASC ilə borc alan Cavabdeh arasında borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi üçün zamin məsuliyyəti öz üzərinə götürmüşdür. Göründüyü kimi Zamin olaraq kreditor qarşısında məsuliyyəti 13.11.2015-il tarixinədək öz üzərinə götürmüşdür, zaminliklə təmin olunmuş öhdəliyin icra müddəti 13.11.2015-ci il tarixdə bitmişdir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 13.11.2013-cü il tarixli UN-219 saylı kredit müqaviləsinnin surətindən görünür ki, bank tərəfindən borc alana 24 ay müddətinə, illik 24% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Nəzərə alınmalıdır ki, zaminliklə təmin edilmiş öhdəliyin icra müddəti 13.11.2015-ci il tarixdə bitdikdən uzun müddət sonra, 31 may 2021-cu il tarixdə kreditor iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, zaminə qarşı da tələb irə sürmüşdür. Belə olan halda, iddia tələbi zaminə aid hissədə 1 illik müddət ötdüyündən rədd edilməli idi. Belə ki, Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(011)-4963/2021 saylı, 30.07.2021-ci iltarixli qətnaməsi qismən-iddia tələbinin Zamin münasibətdə təmin olunmuş (mübahisələndirilən) hissədə ləğv olunsun. İddia cavabdeh Zamin münasibətdə və ona aid (mübahisələndirilən) hissədə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar