Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1056/2025 06.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6875/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qərardadından İddiaçı ASC-nin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, İK № 1139/İK-19 saylı kredit müqaviləsi üzrə 1189.57 (min yüz səksən doqquz manat, əlli yeddi qəpik)manat əsas borc olmaqla ümumi 1189.57(min yüz səksən doqquz manat, əlli yeddi qəpik) manat məbləğində dəymiş zərərin və ödənilmiş 31.90(otuz bir manat doxsan qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6875/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim İlkin Əliyev) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə qalıq borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №1139/İK-19 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4246.19 manat əsas borc, 184.73 manat faiz borcu və 23.39 manat cərimə borcu olmaqla, cəmi 4454.31 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 56.17 manat hissəsinin müştərək qaydada tutularaq İddiaçı ASCyə ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6248/2023 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsas borc tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən isə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi hazırki iddianın əsası və predmeti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Həmin qərardaddan İddiaçı ASC şikayət verərək ləğv edilməsini xahiş edib şikayətində göstərib ki, tərəflərindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2337/2023 saylı qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmişdir. Həmin işə baxılarkən məhkəmənin sonuncu məhkəmə baxış iclasında hakim tərəfindən maliyyə arayışı istənilmiş, prosesin yekunlaşdığını nəzərə alaraq təcili olaraq Bankın müvafiq filialından izahlı maliyyə arayışı istənilmiş və həmin maliyyə arayışının mətninə diqqət yetirmədən təcili olaraq elektron məhkəmə portalına yerləşdirilmişdir. Məhkəmənin son baxış iclasında tərəflərindən təqdim edilmişxx.xx.2023- cü il tarixli, 271 №li maliyyə arayışında əsas borc məbləği texniki səhv olaraq 4246.19 manat, faiz borcu isə 2399.21 manat qeyd edilmişdir. Əslində isə 2399.21 manat gecikən əsas borc olmuşdur, ümumilikdə isə əsas borc 7459.03 manat təşkil etmişdir. Lakin məhkəmə əsas borcu iddia ərizəsinə, faiz borcunu isə maliyyə arayışına uyğun hesablayaraq, əsassız bir qətnamə qəbul etmişdir. Belə olan halda uyğunsuzluğu məhkəmə özü aşkara çıxarmalı və ən azı ekspertiza keçirməklə həqiqi borcu müəyyən etməli idi. Maliyyə arayışı elektron qaydada yerləşdirildikdə iclasda iştirak edən Bankın əməkdaşı həmin arayışı görmədiyindən ona dair də heç bir mövqe nümayiş etdirə bilməmişdir. Nə Bankda həmin arayışı portala daxil edən, nə də iclasda iştirak edən əməkdaşlar həmin arayışın mətni barədə məlumatlı olmamışlar. Qeyd olunan məsələ ilə bağlı tərəflərindən apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 6248/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə “qalıq borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş əsassız qətnamə nəticəsində borcalan Cavabdeh1 banka ümumilikdə 1189.57 manat qalıq borcu olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(001)-6875/2024 saylı qərardadına əsasən iş üzrə icraata xitam verilmişdir. Qərardadda qeyd olunmuşdur ki, mübahisəli iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan iş üzrə icraata xitam verilməlidir. Hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-6875/2024 saylı qərardadı əsassızdır. Belə ki, tərəflərindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli iddia ərizəsinin xahiş hissəsində də, qeyd olunduğu kimi cavabdehlərdən dəymiş zərərin ödənilməsi tələb olunmuşdur. Lakin Bakı Apellyasiya Məhkəməsinə verdikləri şikayət isə borcun ödənilməsi tələbi ilə bağlı olmuşdur. Buradan da göründüyü kimi tərəflər arasında olan mübahisənin predmetləri tamamilə fərqlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6875/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinn iş üzrə gədiyi nəticə mülki prosessual qanunvericiliyin tələbinə uyğun qanuni və əsaslı olmuşdur. Əvvəla, iddiaçı kredit müqaviləsi üzrə qalıq borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etsə də mahiyyət etibarı ilə cavabdehlərdən xx.xx.2019-cu il tarixli, İK № 1139/İK-19 saylı kredit müqaviləsi üzrə 1189.57 (min yüz səksən doqquz manat, əlli yeddi qəpik)manat qalıq əsas borc tələb edir. Bununla bağlı, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Hazırkı iddiasında və şikayətində göstərilən dəlillər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindəki dəlillərlə eyni məzmunda olmuş və həmin dəlillərə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6248/2023 saylı qətnaməsində hüquqi qiymət verilmişdir. İddiaçının eyni kredit müqaviləsi üzrə qalıq əsas borc hesab etdiyi bu məbləği yenidən zərər kimi göstərməsi iddianın predmetinin yaxud əsasının fərqli olması anlamına gəlmir. Çünki iddiaçı tərəf “zərər” sözündən hazırkı iddiasında yalnız kəlmə olaraq istifadə edib. Başqa sözlə, nə iddianın, nə də apellyasiya şikayətinin məzmununda cavabdehlərin ona zərər vurmasına dair heç bir arqument irəli sürmür. Əks halda iddiasının(tələbinin) adını kredit müqaviləsi üzrə qalıq borcun ödənilməsi də qoymazdı. Göründüyü kimi, şikayətdə göstərilən digər dəlillər mahiyyət və məzmun etibarı ilə başqa işə aid olduğundan və həmin iş üzrə də qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan onlara dair əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət və lüzum yoxdur. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6875/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6875/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1056/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1056/2025
06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver