Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1057/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxx” KB x1 Cavabdeh qarşı borc tələbi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6117/2019 saylı, 24.09.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxx” KB x2 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə 4812.90 USD əsas, 336.15 faiz, 25.07 USD cərimə, cəmi 5174.12 USD borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsəslandırılmışdır ki, «xxxxxxx» KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış 05 oktyabr 2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 5298 ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(008)- 6117/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin olunaraq, Cavabdeh “xxxxxxx” Kommersiya Bankı x1 xeyrinə 4812.90 ABŞ dolları əsas borc, 336.15 ABŞ dolları faiz borcu, 25.07 ABŞ dolları cərimə, cəmi 5174.12 ABŞ dolları borcun (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun) və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə ödənişlər vaxtı-vaxtında edilmişdir. Belə ki, kredit müqaviləsi bağlanıldıqdan sonra, yəni 05.10.2015-ci il tarixdən 05.02.2019-cu il tarixədək hər ay 170 manat ödəniş edilmişdir. 1 ay da olsun belə geçikmə olmamışdır. Lakin buna baxmayaraq bank tərəfindən əsas borc, faiz və cərimə borcunun hansı qaydalara uyğun hesablandığı məlum deyildir. Məhkəmə isə bankın təqdim etdiyi sənədləri araşdırmadan yekun qərar qəbul etmişdir. Həmçinin, keçrilmiş məhkəmə iclaslarında cavabdehin iştirakı təmin edilməmişdir. Cavabdehin banka olan borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşür. Həmin Fərmanın 8.10-cu bəndinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Kredit müqaviləsi bağlanıldıqdan hazırkı günədək cavabdeh «xxxxxxx» KB ASC-yə 6800 manat ödəniş etmişdir. Məhkəmə cavabdeh tərəfindən banka ödənilən ödənişlərlə bağlı çıxarış tələb etməmişdir. Cavabdehin ödədiyi pul bank tərəfindən nəzərə alınmamış və götürdüyü kredit borcunu olduğu kimi bank cavabdehdən tələb edir. Cavabdeh hesab edir ki, əsas borcun həddindən artıq şişirdilməsi hallarının aşkara çıxarılması üçün məhkəmə-mühasibatlıq ekspertizası keçrilməsi zəruridir. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 384, 385, 386, 387-ci maddələrinə istinad etmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin kollegiya iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 05 oktyabr 2015-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, “xxxxxxx” x2 tərəfindən Cavabdeh 5298 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. Apellyasiya icraatı zamanı məhkəmənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə müvafiq olaraq təyin etdiyi ekspertizanın rəyinə əsasən, ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 05 oktyabr 2015-ci il tarixli 7639nkBANK/15 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh sual üzrə 30 avqust 2019-cu il tarixə iddiaçı “xxxxxxx” KB ASC-yə olan borcu ümumilikdə 5.197.71 ABŞ dolları məbləğində müəyyən edilmişdir (əsas borc 4.812.90 ABŞ dolları, faiz borcu 384.81 ABŞ dolları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 741-ci madəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kollegiya cavabdehin 6800 manat borcu ödəməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin məbləğin ödənilməsi hesabdan çıxarışda (i.v. 38-44) və təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyində öz təsdiqini tapmadığından əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, ekspertizanın rəyini və qeyd olunan maddələrin tələblərini nəzərə alaraq, Cavabdeh “xxxxxxx” KB ASC-nin xeyrinə 4812.90 ABŞ dolları əsas borc, 336.15 ABŞ dolları faiz borcu, 25.07 ABŞ dolları cərimə, cəmi 5174.12 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun tutulmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin kredit müqaviləsində nəzərdə tutulan məbləğin ödənilməməsi səbəbindən iddia tələbinin təmin edilməsinə dair qətnaməsi qanuni və əsaslı olduğundan ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza xərci - 145.0 (bir yüz qırx beş) manat, Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(008)-6117/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə görə 145.0 (bir yüz qırx beş) manat məbləğində xərc dövlət büdcəsinin xeyrinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1057/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1057/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver