Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10631/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, İddiaçı”ATRABANK” ASC-nin Cavabdeh qarşı “girov predmetinin açıq hərracda satılaraq kredit borcunun ödəniılməsi barədə” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2735/2012 saylı, 13 noyabr 2012-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı”ATRABANK” ASC-nin Cavabdeh qarşı “girov predmetinin açıq hərracda satılaraq kredit borcunun ödəniılməsi barədə” iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək Cavabdeh 5000 manat məbləğində əsas borcun, kreditdən istifadəyə görə hesablanmış 1012, 63 manat məbləğində faiz borcunun, 6012, 63 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun ”ATRABANK” ASC-nin xeyrinə tutulmasını və tutmanın girovla yüklü edilmiş cavabdehə məxsus Renault 12 minik markalə ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsini, avtomobilin açıq hərracdan satılaraq borcun ödənilməsi, ipoteka predmetinin məbləği kredit borcunu ödəmədikdə isə borcalanın digər əmlakına yönəldilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2735/2012 saylı, 13 noyabr 2012-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 5000 (beş min) manat əsas borcun, kreditdən istifadəyə görə hesablanmış 1012 (bir min on iki ) manat 63 (altımış üç) qəpik faiz borcunun, cəmi 6012 (altı min on iki) manat, 63 (altımış üç) qəpik məbləğində borc pul və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ”ATRABANK” ASC-nin hesabına köçürülməsi, tutmanın Cavabdeh mülkiyyətində olan “Renault 12” markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomaşınına yönəldilməsi, “Renault 12” markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomaşının açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən6012 (altı min on iki) manat, 63 (altımış üç) qəpik məbləğində borc pul və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ”ATRABANK” ASC-nin hesabına köçürülməsi, ipoteka predmeti olan avtomaşının satışından artıq qalan məbləğin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2735/2012 saylı, 13 noyabr 2012-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər tərəfin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. 22 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında çıxış edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, o, ”ATRABANK” ASC-dən heç vaxt kredit götürməmiş, hər hansı müqaviləni imzalamamış və heç bir avtomaşını olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli №(101)- 98/2016 saylı hökmü ilə müəyyən edilmişdir ki, ”ATRABANK” ASC-nin əməkdaşları onun adına saxta kredit müqaviləsi və digər sənədləri hazırlayaraq bankın vəsaitini mənimsəmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli №(101)-98/2016 saylı hökmü ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan 04 oktyabr 2011-ci il tarixli 01 nömrəli kredit müqaviləsinin və eyni tarixli girov müqaviləsinin 2-ci vərəqində “bank” qrafasında “İbrahimov F.C” qeydlərinin qarşısındakı, 05 oktyabr 2011-ci il tarixli xəzinə məxaric orderində “rəhbər” qrafasındakı imza; “Ssuda verilməsi üçün sərəncamı”nın sol yuxarı kənarında olan dərkənar və imza; əmlakın qiymətləndirilməsi haqqındakı aktda “komissiyanın sədri İbrahimovF.C” qeydlərinin qarşısındakı imza – X2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş "xxxx"da Atrabank ASC-nin Xəzər filialının kredit şöbəsinin müdiri Adıgözəlov N.Ə.” qeydinin qarşısındakı imzalar – X3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, əmlakın qiymətləndirilməsi haqqındakı aktda “kommissiyanın üzvləri Əliyev V.A.” qrafasındakı imza X1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 05 oktyabr 2011-ci il tarixli xəzinə məxaric orderində “alanın imzası” qrafasındakı, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində “Cavabdeh” qeydinin qarşısındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. İstinad olunan hökmlə həmçinin müəyyən edilir ki, Cavabdeh onun adına sənədləşdirilmiş kredit məbləğini almamış, onun”ATRABANK” ASC qarşısında kredit borcunu ödəmək öhdəliyi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı ASC-dən kredit müqaviləsi üzrə pul vəsaiti alması sübuta yetmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2735/2012 saylı, 13 noyabr 2012-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə İddiaçı ASC-nin iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2735/2012 saylı, 13 noyabr 2012-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları onları ödəyən tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10631/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10631/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver