Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10653/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi Nazim Babayevin iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğvi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraata xitam verilməsi barədə 31 avqust 2021-ci il tarixli, 2(009)-2083/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış 18.02.2015-ci il tarixli, 023CASA150490006 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2(009)-2083/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğvi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən şikayət verilərək işin icraatına xitam verilməsi barədə qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 2(009)-2083/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iştirak edən cavabdehin nümayəndəsi şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli, 2(012)- 5317/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı, X1 və X2 qarşı “18.02.2015-ci il tarixli, 023CASA150490006 saylı kredit müqaviləsinin ləğvi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 23 maq 2016-cı il tarixli, 2(105)-1118/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli, 2(012)-5317/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Göründüyü kimi hazırda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə işə dair iddia tələbinin təmin olunması barədə Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli, 2(012)-5317/2015 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2(009)-2083/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10653/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10653/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver