Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10663/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədirlik edən və məruzəçi), X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6341/2018 nömrəli iş üzrə qəbul etdiyi 15 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6341/2018 nömrəli iş üzrə qəbul etdiyi 11 dekabr 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh məhkəməyə 07.09.2020-ci il tarixli ərizə ilə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6341/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilib, iddia icraatına keçilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6341/2018 nömrəli iş üzrə qəbul etdiyi 15 sentyabr 2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6341/2018 nömrəli iş üzrə qəbul etdiyi 11 dekabr 2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh ərizəsinin təmin olunmaması qərara alınmışdır. Cavabdeh 01 oktyabr 2021-ci il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6341/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilib, iddia icraatına keçilməsini xahiş etmişdir Şikayəti onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6341/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qiyabi qətnaməsindən 06.09.2021-ci il tarxdə Suraxanı rayon icra və probasiya şöbəsində xəbər tutmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün onu çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır (244). Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır (249). Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir (268.1). Prosessual qanunvericiliyin mənasından göründüyü kimi, tərəflər qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün məhkəməyə ərizə verə bilərlər. Belə ərizənin təmin olunmaması barədə qərardadın rəsmi qaydada verildiyi tərəf 10 gün müddətində şikayət vermədikdə həmin qərardad qanuni qüvvəyə minir. Bununla yanaşı MPM-in 253.3-cü maddəsinə əsasən tərəflər qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bu qətnamədən apellyasiya şikayəti verə bilərlər. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin istinad etdiyi Cavabdeh iclasın vaxtı və yeri haqqında xəbərdar olmuş və ərizəsinə məhkəmə iclasına gəlməməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək heç bir sübut əlavə etməməsinə istinad etsə də, cavabdeh tərəfin ərizəsində qeyd etdiyi Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6341/2018 saylı qətnaməsindən icra mərhələsində məlaumatlı olması barəsindəki dəliləri araşdırmamış və qeyd olunan qətnamə ilə bağlı icra işi Suraxanı rayon icra və probasiya şöbəsindən tələb olunaraq araşdırılmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sadalanan hallar üzrə zəruri araşdırma aparılmaqla ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(010)- 6341/2018 №-li qərardadı ləğv edilsin. İş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10663/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10663/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver