Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10688/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı ASC–nin nümayəndəsi X2 və Cavabdeh2 Həsən oğlunun iştirakları ilə, İddiaçı ASC–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Həsən oğluna qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4015/2021 saylı işi üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30.05.2019-cü il tarixli kredit müqaviləsi üzrə 7278.95 manat əsas borc, 1602.24 manat faiz borcu və 101.61 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8982.8 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4015/2021 saylı işi üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7278,95 manat əsas borc, 1602,24 manat faiz borcu və 3,81 manat cərimə borcu olmaqla, cəmi 8885 manat borc və ödənilmiş dövlət rüsumunun 29,67 manat hissəsi tutularaq iddiaçı "Yelo Bank” ASC-nin xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Müki Məcəlləsinin 442, 448.2, 467, 470.1, 472, 739-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh1 30.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında 30.05.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 15 may 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 15 avqust 2021-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtı-vaxtında icra etməmişdir. 21.04.2021-ci il tarixə Cavabdeh1 banka 30.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7278,95 manat əsas borc, 1602,24 manat faiz borcu və 101,61 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8982,80 manat borcu vardır; 30.05.2019-u il tarixli kassas məxaric orderinə əsasən, Cavabdeh1 tərəfindən 10000 manat pul əldə edilməsi müəyyən edilmişdir (iş səh.10, 14, 15, 16, 17, 19, 21). əsas borcu cavabdehlərdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 3,81 manat cərimə tutulmalıdır. Cavabdehlər apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Binəqədi rayonu Məhkəməsinin 2(001)-4015/2021 saylı, 07 iyul 2021 il tarixli qətnaməsinin ləğv edilərək ödənilən pulların iddida göstərilən əsas, faiz və cərmələr kimi hesablanmış pul məbləğindən çıxılaraq obyektiv və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 12, 24, 26, 60, 71; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.1, 13.4, 14.5,77.1, 81, 217.1, 217.3, 385.1.1, 385.1.2, 385.1.3, 368, 387.1, 388, 389, 390; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, qanunsuz və əsassız qətnamə olduğundan apellyasiya instansiya məhkəməsində ləğv olunmaslı iddia tələbi üzrə iddiaçının tələbi tam və obyektiv araşdırılmaqla baxılaraq ödənilən məbləğlərin düzgün hesablanmsı və faizlərin, cərimələrin silinməsi baradə mahiyyəti üzrə baxılaraq obyektiv qətnamə qəbul edilməsi üçün yeni qətnamə qəbul edilməlidir. Göstərilən kredit müqaviləsi əsasında nə qədər pullar ödəsə də guya cəmi 7278, 95 manat əsas borc, 1602,24 manat faiz borcu və 101, 61 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8982, 80 manat borcun tələbi irəli sürülmüşdür. Birinci instansıya məhkəməsinin bır mənalı şəkildə bu mövqeyi çox bəyəndi ki, ən azından onu vəziyyətdən çıxartmağa çalışmaqla cərimə borcunu 101 manatdan 3,81 qəpiyə yendırmişdir. Qalan məsələlərdə çox ciddi streslər keçirib. Məhkəmənin yüksək səviyyədə nəzərə alması cəmiyyətdə məhkəmə hakimiyyətinin obyektiv olmasını bir daha sübut edir. Belə ki, iddiaçı iddia ərizəsi ilə Binəqədi rayonu məhkəməsinə müraciət edərək qeyd etmişdir ki, onun tərəfindən son ödəniş 31.05.2021-ci ildə edilmişdir. Lakin bildirmişdir ki, üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Əfsuslar olsun ki, iddiaçı ödədiyi pulları faiz və cərimələrlə əvəzləşdirmiş, nəticədə ona xeyli miqdarda pul yükləmişdir. Məhkəmə bir neçə yerdə ifadələrini təhrif etmiş, götürülən kredit pulunun çay evinin abadlaşdırılmasına sərf etməyini və kovid-19 pandemiyası ərəfəsində ticarətin çay evlərinin işləməsinin qadağan edilməsini və s. nəzərə almaması onu küskünləşdirmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır, iş üçün əhəmiyyəti olan halların tam sübut edilməməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə səbəb olmuşdur ki, bütün bunlar da Azərbaycan Respublikası MPM-nin 385ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv olunması üçün ən mühüm hallardır. Məhkəmə cavabdehlə iddiaçının arasında olan qarşılıqlı münasibətlərinin qərəzli olub-olmamasına da hüquqi qiymət verməmişdir. Eyni zamanda məhkəmə mühasibatlıq ekspertizası keçirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Həsən oğlu apellyasiya şikayətini müdafiə edərək, 10000 manat kreditin onlara məxsus obyektin təmiri məqsədi ilə əldə edildiyini, kreditin təmir məqsədi ilə götürülməsini obyekt baxış keçirən müşahidə qrupunun da gördüyünü, əvvəl əldə etdikləri kredit borclarında heç bir gecikmə olmadığını, hal-hazırki kredit borcunun gecikməsinə səbəb pandemiya vaxtı obyektlərin bağlı olması ilə bağlı işləmədiyi olduğunu, məhkəmə baxışı zamanı 1000 manatdan çox ödəmə etdiklərini, lakin həmin məbləğin əsas borcdan deyil cərimə və faiz borcundan çıxarılmasını halını birinci instansiya məhkəməsinin icraatı zamanı iddiaçının nümayəndəsinin də təsdiq etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC–nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, cavabdehlərin 10000 manat krediti 28 %-lə əldə etdiklərini, cavabdehlərin əlavə müqavilə bağlayaraq müqavilə müddətini uzatdıqlarını, qarşı tərəfin məhkəmə baxışı zamanı ödəniş etdiyini təsdiq edən qəbzləri təqdim etməli olduğunu, müəyyən edilmiş məbləğin şişirdilmiş olmadığını, qanunvericiliyə əsasən kredit borcu üzrə ödənilmiş məbləğin əvvəl faiz və cərimə sonra əsas borcdan çıxılmalı olmasının qeyd olunduğunu qeyd etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 439-449, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun pul məbləğinin ödənilməsinin gecikdirməsi üzrə kreditorun vaxtında tədbirlərin görülməsi müstəvisində mübahisə edilən hissədə iş hallarına uyğun gəlməyən apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hər hansı ödənişlərin ödənilməsi barədə sübutlar təqdim edilmədiyindən cavabdehlərin müzakirəyə təqdim edilən dəlillərin əsassız olduğu müəyyən edilir və ekspertizanın təyin edilməsi üçün isə əsaslar da müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Həsən oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4015/2021 saylı işi üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10688/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10688/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver