Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10695/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbinə dair” iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(011)-1318/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun alınması barədə iddiası qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 119923,34 (yüz on doqquz min doqquz yöz iyirmi üç dollar otuz dörd sent) ABŞ dolları məbləğində əsas borc, 4502,10 (dörd min beş yüz iki dollar on sent) ABŞ dolları məbləğində faiz borcu, 40 (qırx) ABŞ dolları məbləğində cərimə, cəmi 124465,44 (yüz iyirmi dörd min dörd yüz altmış beş dollar qırx dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 30 (otuz) manat məbləğində dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan SumqayıT şəhəri, Saray Bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə yönədilməsi, Sumqayıt şəhəri, Saray Bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinin ilkin satış qiyməti 235000 (iki yuz otuz beş min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 124465,44 (yüz iyirmi dörd min dörd yüz altmış beş dollar qırx dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 30 (otuz) manat məbləğində dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) İddiaçı ASC-yə ödənilməsi, eyni zamanda Sumqayıt şəhəri, Saray Bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə tutma yönəldikdən və həmin əmlak satıldıqdan sonra 1 (bir) ay sonra Cavabdeh2 və Aslanov Bəxtiyar Qulu oğlunun torpaq sahəsi torpaq sahəsi və üzərində yerləşən bağ evindən çıxarılmaları qət edilmişdir. Mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Aslanov Bəxtiyar Qulu oğlu tərəfindən apellyasiya şikayəti verərək qətnamənin təmamilə ləğv olunması, iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2(103)-7199/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Aslanov Bəxtiyar Qulu oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli 2(103)-7199/2018 saylı qətnaməsinin ləğv edilməsini və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli, 2(102)- 7270/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2(103)-7199/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iş üzrə Cavabdeh2 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən - tələbin Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray Bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə yönədilməsi, Sumqayıt şəhəri, Saray Bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinin ilkin satış qiyməti 235000 (iki yuz otuz beş min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 124465,44 (yüz iyirmi dörd min dörd yüz altmış beş dollar qırx dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 30 (otuz) manat məbləğində dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) İddiaçı ASC-yə ödənilməsi, Sumqayıt şəhəri, Saray Bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə tutma yönəldikdən və həmin əmlak satıldıqdan sonra 1 (bir) ay sonra Cavabdeh2 və Aslanov Bəxtiyar Qulu oğlunun torpaq sahəsi torpaq sahəsi və üzərində yerləşən bağ evindən çıxarılmaları hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş 14.10.2020-ci il tarixli, № 04/2020 saylı qərardadda qeyd edilmiş mövqeyə əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Bu Qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən hissəyə bundan əvvəl onun və digər cavabdehlərin apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(103)-7199/2018 saylı qətnaməsi ilə qiymət verildiyindən Cavabdeh2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş 14.10.2020-ci il tarixli, № 04/2020 saylı qərardadda qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı). Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə müvafiq olaraq, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.3). Göründüyü kimi, Cavabdeh2 tərəfindən hazırkı apellyasiya şikayəti verilən zaman müddətlə bağlı prosessual qanunvericiliyin tələblərinə də əməl olunmamışdır. Göstərilənlərə əsasən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayət qeyri-mümkün hesab edilərək, mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1318/2018 saylı iş üzrə 06 aprel 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş hazırkı apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10695/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10695/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver