Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-107/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, X6katibliyi, Cavabdeh, onun vəkili X3, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması”na dair və Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi və Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23.000 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu qismində ödədiyi 30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 23.000 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh, həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh xx.xx.2017 -ci il tarixində Dehli- İstanbul TK 0717 reyslə uçan zaman üzərində içində 45.000 ABŞ dolları və 6610 funt sterlinq pul, şəxsi əşyaları (blaknot, odekolon, 2-ci telefonu, yükləyici və s.) olan qəhvəyi dəri çanta olmuşdur.Təyyarənin 45 c nömrəli yerində əyləşmiş, təyyarə isə 6-7 saat uçmuş və həmin müddətdə yatmışdır. Təyyarədən enəndə isə digər 2 çantasını götürmüş, içində yuxarıda göstərilən məbləğdə pul və digər dəyərli əşyalar olan, boynundan asılan çantanı orada unutmuşdur. Hava limanını tərk etməmiş çantanı unutduğunu xatırlayaraq bu barədə oranın əməkdaşına xəbər vermiş, hava limanının nümayəndələri boş təyyarəyə baxaraq orada heç nə tapmadıqlarını bildirmişlər. Daha sonra hadisə barədə hava limanının polisinə ərizə ilə müraciət etmiş, kamera qeydlərinə baxsalar da, təyyarədən enən heç bir sərnişinin üzərində həmin çantanı görə bilməmişlər. Bu pulu ona X10 adlı şəxs İstanbula çatdırmaq üçün vermişdir. Belə ki, hər zaman Dehlidən İstanbula mal gətirəndə X16 Əliyevə 50 mindən 150 min dollaradək pul verirdi. O, bunu hər dəfə iddiaçının və Aşvani Salujanun xahişi ilə etmiş, bir dəfə də olsun bunun üçün haqq almamışdır. İddiaçı isə belə bir yaxşılığı Aşvani Salujanın onlara mal axtarıb tapmaqda köməkliyi ilə izah edirdi. Beləliklə, İddiaçı, onun Dehlidən İstanbula apardığı hər mala və xeyirə şərik olan insandır. İstanbuldan Bakıya qayıdan zaman iddiaçı 10.000 dollar borc pul verərək köməklik göstərəcəyini bildirsə də, ancaq may ayında cavabdehdən 10.000 dolları nə vaxt qaytaracağını soruşduğu zaman o, bunun yalnız bütün pulu Aşvani Salujaya qaytaracağından sonra mümkün olacağını bildirdiyindən aralarında mübahisə yaranmışdır. Belə ki, iddiaçı xx xxx 2018-ci il tarixində onu hədələyərək, evinə gəlmiş, qapını yumruq və təpiklə döyüb söyüş söyməyə başlamışdır. Həmin hadisədən təxminən 30 dəqiqə sonra cavabdehə Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsindən zəng edilərək Günayın ondan şikayət etdiyi bildirilmişdir.Onun izahatına görə cavabdeh guya ona əl-ayaqla zərbələr vurmuşdur. Polis bölməsində olarkən, Günay orada bu davanın itmiş pulla əlaqədar olduğunu bildirmiş, polis əməkdaşı isə pulun qaytarılmasının vacib olduğunu vurğulamışdır. Cavabdeh də 30.000 ABŞ dollarını may ayının axırına kimi qaytaracağını bildirmiş, buna baxmayaraq, iddiaçı şikayət ərizəsini götürməyəcəyini və yalnız 23.000 ABŞ dolları qiymətində borc müqaviləsi bağlanıldıqdan sonra bunun mümkün olacağını bildirərək, cavabdehin düşdüyü çətin vəziyyətdən sui-istifadə etmişdir. İddiaçı ilə aralarında xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqavilə 24 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiqlənmişdir. Sözügedən müqavilədə 23.000 ABŞ dollarının xx.xx.2017-ci il tarixinə kimi qaytarılmalı olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallar sübut edir ki, həmin borc müqaviləsi formal şəkildə bağlanılmış və iddiaçının borc vermək məqsədi olmamış, kredit müqaviləsinin bağlanılmasında yeganə məqsəd cavabdehin düşdüyü vəziyyətdən sui-istifadə etmək olmuş, müqavilə bağlandıqdan sonra, iddiaçı ona 2.3000 ABŞ dollarını faktiki olaraq borc verməmişdir. Müqaviləni bağlamağında yeganə səbəb iddiaçının cavabdehə qarşı şərböhtan xarakterli məlumatlarla Suraxanı rayon 33-cü polis bölməsinə şikayət etməsi və onu hədələyərək şikayətini yalnız kredit müqaviləsi bağlanıldıqdan sonra götürəcəyi barədə vəd verməsidir. Beləliklə, 30.000 ABŞ dollarını iddiaçıya təhvil verməyi, qalıq pulu isə hissə-hissə 5 ay ərizdə ödəyəcəyi barədə xx.xx.2017-ci il tarixli aktı hər ikisi (iddiaçı və cavabdeh) imzalasa da, iddiaçı təkidlə ondan 23.000 ABŞ dolları dəyərində borc müqaviləsi bağlamağı tələb etmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya 31.000 ABŞ dolları verməsinə baxmayaraq iddiaçı, sonradan iddia tələbi ilə müraciət edərək, “kredit müqaviləsində öhdəliyin icra edilməsinin son tarixi olan xx.xx.2017-ci il tarixinin başa çatmasına baxmayaraq cavabdehin “borcdan” heç bir qəpik də qaytarmadığını” riyakarcasına bildirməklə, ədalət mühakiməsini yaranmış fürsətdən istifadə edərək vicdansızcasına yanıltmışdır. Bundan başqa, iddiaçı Cavabdeh, cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış və Bakı şəhəri 24 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Cavabdeh, həmin qətnamədən də apellyasiya şikayəti verərək, onun ləğv olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bu şikayətin dəlilləri ondan ibarətdir ki, həmin borc müqaviləsi formal şəkildə bağlanılmış və İddiaçı ona borc vermək məqsədi mövcud olmamış, kredit müqaviləsinin bağlanılmasında yeganə məqsəd onun düşdüyü vəziyyətdən sui-istifadə etmək olmuşdur. Müqaviləni bağlamağına səbəb İddiaçı Suraxanı rayon 33-cü polis bölməsinə şikayət etməsi və onu hədələyərək şikayətini yalnız kredit müqaviləsi bağlanıldıqdan sonra götürəcəyi barədə vəd verməsidir. Hətta onu hədələyərək bildirmişdir ki, şikayətinə baxılmasa, başqa yollara əl atacaqdır. Şikayət ərizəsinə baxılmadığı təqdirdə və şikayət ərizəsinə baxılmasının nəticəsindən asılı olamayaraq başqa şikayət məzmunlu ərizələrlə yenidən polis şöbələrinə müraciət edəcək. Eyni zamanda, şər-böhtan xarakterli məlumatlarla onu cəmiyyət içərisində nüfuzdan salacaq. Birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılma aparılmadan, qeyri-obyektiv şəkildə şəxsi mülahizələr əsasında qərar qəbul edilmişdir. İlk növbədə məhkəmə tərəfindən mübahisə edilən kredit müqaviləsinin bağlanması zamanı tərəflərin qarşılıqlı razılığının və müqavilənin bağlanmasının onların iradə ifadəsinə uyğun olub-olmaması müəyyən edilməli idi. Digər tərəfdən, sözügedən borc müqaviləsinin cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilməsindən sonra bağlanıb-bağlanmamasının işin hərtərəfli araşdırılıb həll edilməsi üçün heç bir əhəmiyyəti yoxdur. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmağa çalışmışdır ki, İddiaçı hədə-qorxusu altında Cavabdeh borc müqaviləsi bağlamış olsaydı, həmin müqaviləni cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməzdən öncə bağlayardı. Lakin məhkəmə nəzərdən qaçırıb ki, İddiaçı verdiyi şikayət ərizəsi yoxlanıldıqdan sonra onun ərizəsini geri götürməsi nəticəsində deyil, məhz Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Digər tərəfdən, məhkəmə kredit müqaviləsinin hansı səbəblərdən dolayı bağlanmasına diqqət yetirməmişdir. Məhkəmə, cinayət işi üzrə icraata xitam verilmiş olsa belə, İddiaçı şikayətinə baxılmadığı halda da öz əməllərindən əl çəkməyərək Cavabdeh nüfuzdan salacağını nəzərə almamışdır. Bundan başqa, məhkəmə tərəfindən kredit müqaviləsi üzrə bankın depozit hesabına pul ödənilməsi üçün bank rekvizitlərinin olub-olmaması da aydınlaşdırılmamışdır. Məhz bu hallar məhkəmənin gəldiyi nəticənin əsassız olduğunu bir daha sübut edir. Eyni zamanda, İddiaçı ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ondan 23.000ABŞ dolları borc pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-833/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, mülki iş üzrə İddiaçı tərəfindən “Aşvani Salusa” adlı şəxslə öhdəliklərin verilməsini təsdiq edən müqavilənin mövcud olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Belə olduğu halda, iddiaçı tərəfindən tələbini əsaslandıran sübut kimi təqdim olunmuş və tərəflərin imza etdikləri xx.xx.2017-ci il tarixli aktın “...mən həmin pulun 30.000 ABŞ dollarını Aşvani Salujanın zamini İddiaçı təhvil verirəm, qalanpulu isə hissə-hissə verməyə sözverirəm” müddəlaları özü-özlüyündə öhdəliyin qalan hissəsinin də məhz İddiaçı icra edilməli olmasına dəlalət etmir. Göründüyü kimi, Suraxanı Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilərkən pulun ödənilməsi üzrə tərəflərin razılaşmasını təsdiq edən sənəd kimi xx.xx.2017-ci il tarixli akt əsas götürülmüşdür. Bu hal da bir daha təsdiq edir ki, sonradan Cavabdehlə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi onun razılığı əsasında deyil, hədə-qorxu və məcburiyyət tədbirlərinin təsiri altında bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6767/2019 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-6767/2019 saylı mülki işlə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair 2(103)-863/2019 saylı mülki iş eyni icraatda birləşdirilmişdir. Apellyasiya baxışında məlum olmuşdur ki, İddiaçı, digər bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 23.000 ABŞ dolları borcun öz xeyrinə tutulmasını xahiş etmişdir. Bu tələb belə əsaslandırılmışdır ki, İddiaçı, 4-5 ildir ki, Cavabdeh tanıyır və onlar arasında ticarət əlaqəsi olmuş, təminən 3 il birlikdə işləmişlər. xx.xx.2017-ci il tarixdə Cavabdeh Dehli-İstanbul reysində təyyarədə ona etibar edilmiş və içərisində 45.000 ABŞ dolları və 6610 funt sterlinqi məbləğində pul olan çantanı itirmişdir. Cavabdeh həmin pulun 30.000 ABŞ dollarını ona qaytarmış və bu barədə xx.xx.2017-ci il tarixdə akt yazıb imzalamışlar. Həmin akta əsasən, 30.000 ABŞ dolları ödədiyini göstərmiş və qalan pulu da hissə-hissə 5 ay ərzində ona ödəməyi ödəsinə götürmüşdür. Lakin xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək, qalan 23.000 ABŞ dollarını qaytarmaqdan boyun qaçırmışdır. İddiaçı sonradan tələbini dəqiqləşdirərək Cavabdeh 15.000 dollar və 6.610 funt sterlinq tutulmsını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)- 833/2019 saylı qətnaməsi ilə bu iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məkəməsinin 2(103)-8534/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilərək, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv və iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə 2(103)- 8534/2019 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-6802/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8534/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi tam ləğv edilərək, iddia rədd edilmişdir. Qərarda qeyd olunmuşdur ki,“...iddiaçının istinad etdiyi xx.xx.2017-ci il tarixli aktın məzmunu, yəni Ashvani Salujanın itirilmiş puluna görə Cavabdeh həmin puldan 30.000 ABŞ dollarını Ashvani Salujanın tapşırığı ilə İddiaçı verməsi, qalan 15.000 ABŞ dolları ilə 6.610 ingilis sterlinqin İddiaçı tərəfindən məhkəmə qaydasında cavabdehdən tələb edilməsinə əsas vermir.” Bundan sonra hazırkı işin icraatı təzələnərək iddia tələblərinə baxılması davam etdirilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili, apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək şikayətlərin təmin olunmasını xahiş etdilər. İddiaçı nümayəndəsi və vəkili isə bildirmişdir ki, həqiqətən də təmsil etdiyi şəxs, Cavabdeh və Aşvani Saluja adlı əcnəbi birgə ticarətlə məşğul olmuşlar. Cavabdeh, Aşvani Salujaya məxsus 45.000 ABŞ dollarını və 6610 İngilis funt sterlinqini itirdiyini bildirdikdən sonra İddiaçı ilə aralarında mübahisələr yaranmışdır. Cavabdeh xx.xx.2017-ci ildə həmin vəsaitin 30.000 dollarını İddiaçı vermiş, təsdiqlədikləri aktla qalan məbbləği hissə-hissə olmaqla, beş aya ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, İddiaçı evini təmir etdirməsi üçün xx.xx.2017-ci il tarixdə Cavabdeh beş ay müddətinə 23.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Bu məbləğin Aşvani Salujaya qaytarılmalı olan qalıq məbləğə aidiyyəti yoxdur. Müqavilə, tərəflər arasındakı münaqişə ilə bağlı polisdəki araşdırma üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın çıxarıldığı xx.xx.2017-ci il tarixdən iki gün sonra bağlanmışdır. İddiaçı nümayəndəsi və vəkili, göstərilənlərin nəzərə alınmaqla apellyasiya şikayətlərinin rədd edilməsini xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmamalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh, İddiaçı və Aşvani Saluja birgə ticarət fəaliyyəti ilə məşğul olmuşlar. Cavabdeh, bildirir ki, xx.xx.2017-ci ildə Hindistanın Dehli şəhərindən təyyarə ilə Türkiyənin İstanbul şəhərinə uçarkən təyinat məntəqəsindəki bir şəxsə çatdırması üçün Aşvani Salujanın ona verdiyi 45.000 ABŞ dolları və 6.610 İngiltərə funt sterlinqini içərisinə qoyduğu çantanı itirmiş, bununla əlaqədar Türkiyənin aidiyyəti orqanlarına müraciət etmiş, müvafiq sənədləşdirmə aparılmış, lakin çantanı tapmaq mümkün olmamışdır. İşdə olan xx.xx.2017-ci il tarixli (türk dilində tərtib edilmiş) protokoldan görünür ki, Cavabdeh, Aşvani Salujadan aldığı 45.000 ABŞ dolları ilə 6610 İngilis funt sterlinqinin 30.000 ABŞ dolları məbləğində ilk qismini ən geci xx.xx.2017ci il tarixində, 15.000 ABŞ dolları və 6.610 İngiltərə sterlinqini isə hissə-hissə aylıq olaraq Aşvani Salujaya ödəyəcəyini bəyan etmişdir. Tərəflərin bildirdiklərinə görə Cavabdeh, 30.000 dolları Bakı şəhərində Aşvani Salujanın ixtiyarlı şəxsi kimi İddiaçı ödəmiş və qalıq məbləğ barədə akt tərtibləmişlər. İşdə olan, Cavabdeh və İddiaçı imzaları ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli aktda qeyd olunmuşdur ki, Cavabdeh, xx.xx.2017-ci il Dehli-İstanbul reysində gələndə ona X12 tərəfindən verilən 45.000 ABŞ dolları və 6610 ingilis sterlinqini təyyarədə çantanın içində unutduğu üçün itirmişdir. O, həmin pulun 30.000 ABŞ dollarını Aşvani Salujanın zamini İddiaçı təhvil verir, qalan pulu isə hissə-hissə verməyə söz verir, yəni 5 ay ərzində ödəməyi öz öhdəsinə götürür. Bundan əlavə, tərəflər arasında yaranmış münaqişə ilə əlaqədar İddiaçı şikayəti əsasında Suraxanı rayon Polis İdarəsində araşdırma aparılmışdır. Bu araşdırma çərçivəsində izahatı alınmış Cavabdeh, münaqişə və şikayətin başqa bir şəxsə məxsus küllü miqdarda pulu təyyarədə itirməsi ilə əlaqədar yarandığını və həmin məbləği İddiaçı qaytaracağını bildirmişdir. Suraxanı RPİ-nin İstintaq şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cinayət işinin balanılması rədd edilmişdir. Bakı şəhəri 24 saylı notariat kontorunda bağlanmış və reyestrdə 3M-96 nömrə ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 23.000 ABŞ dolları məbləğində borc vermiş və Cavabdeh krediti xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda İddiaçı, həmin kredit müqaviləsində göstərilən 23.000 ABŞ dollarının cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız sayılmasını və İddiaçı pul tələbinin rədd edilməsini xahiş edir. Kollegiya, aşağıdakılara əsasən Cavabdeh mövqeyi ilə razılaşmır və hesab edir ki, onun İddiaçı qarşısında müqavilədən irəli gələn və icra edilməmiş 23.000 ABŞ dolları pul öhdəliyi vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin (o cümlədən borc pul öhdəliyinin) yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlı müqavilə sayılır. Cavabdeh əqdin etibarsızlığı ilə bağlı istinad etdiyi hallar (İddiaçı borc pul almadığı halda barəsində polis orqanında aparılan araşdırma üzrə şikayətin geri götürülməsi üçün xx.xx.2017-ci il tarixli müqaviləni iradəsi xaricində bağlaması) nəzərə alınmaqla tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 339-cu və 340.1-ci maddələri nəzərdən keçirilmişdir. Mülki Məcəllənin 339.1-ci və 339.4-cü maddələrinə əsasən, hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Baxılan işdə isə Cavabdeh, xx.xx.2017-ci il tarixli notarial müqavilənin İddiaçı istismaredici, zorakı və ya hədələyici hərəkətləri nəticəsində bağlanıldığını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işin faktiki hallarından görünür ki, tərəflər arasındakı mübahisə Emin X7ytarmalı olduğu vəsaitlə bağlı yaranmışdır. Cavabdeh, xx.xx.2017-ci ildə həmin vəsaitdən 30.000 dolları İddiaçı ödədikdən sonra qalan 15.000 dolları və 6610 funt sterlinqi də ona ödəyəcəyinə dair aktı öz iradəsi ilə imzalamışdır. Cavabdeh, bu halı indi də inkar etmir. Belə olan halda, Cavabdeh eyni məsələ ilə bağlı xx.xx.2017-ci il tarixli müqaviləni məcburiyyət nəticəsində bağlaması inandırıcı görünmür. Beləkilə, Cavabdeh, əqdin etibarsızlığının əsası kimi istinad etdiyi faktiki halları – Mülki Məcəllənin 339-cu maddəsinin dispozisiya şərtlərini mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləni uydurma əqd də hesab etmir. Çünki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Hazırkı işdə isə bu əlamətlər mövcud deyil. Çünki tərəflər xx.xx.2017-ci il tarixli müqaviləni bağlayarkən üçüncü şəxsi aldatmaq niyyəti ilə hərəkət etməmiş, əksinə, bir hüquqi nəticə əmələ gətirmək istəmişlər. Onların arzu etdikləri hüquqi nəticə Emin X7ytarmalı olduğu qalıq (15.000 dollar və 6610 funt sterlinq) borcun ABŞ dolları ifadəsində (23.000 dollar) İddiaçı qarşısında etirafıdır. Ona görə də həmin əqd kredit müqaviləsi kimi deyil, borcun etirafı haqqında müqavilə kimi təfsir olunmalıdır. Belə ki, Mülki Məcəllənin 404-cü maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi, Emin X7ytarmalı olduğu qalıq borcun İddiaçı etirafı haqqında müqavilədir. Əvvəla, Cavabdeh pul öhdəliyinə dair yuxarıda qeyd olunan sənədlər eyni bir faktla əlaqədar, yəni Cavabdeh İddiaçı ilə birlikdə ticarət etdikləri Aşvani Salujaya məxsus 45.000 ABŞ dollarını və 6610 İngiltərə funt sterlinqini itirməsini bildiriyinə görə tərtib edilmişdir. Belə ki, Cavabdeh, həmin vəsaiti itirdiyini bildirdikdən sonra borcunu qaytaracağına dair ilk dəfə xx.xx.2017-ci il tarixdə protokol tərtib edərək 45.000 dollar ilə 6.610 funt sterlinqin 30.000 dollarını ən geci xx.xx.2017-ci il tarixdə, 15.000 dolları və 6.610 funt sterlinqi isə hissə-hissə aylıq olaraq Avşani Salujaya ödəyəcəyini bəyan etmişdir. Bu razılaşmada göstərilən 30.000 dollar Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı ödənilmiş və tərəflər, qalıq borca dair protokoldakı məbləğlərə və müddətlərə uyğun qaydada ikinci yazılı sənəd tərtibləmişlər. Cavabdehlə İddiaçı təsdiq etdikləri eyni tarixli aktda Cavabdeh, qalan 15.000 dolları və 6610 funt sterlinqi hissə-hissə 5 ay ərzində Aşvani Salujanın “zamini” kimi qeyd edilən İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Bundan bir gün sonra isə, yəni xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat kontorunda Cavabdehlə İddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədə İddiaçı Cavabdeh verdiyi 23.000 ABŞ dolları məbləğində borcun 5 ay müddətində (xx.xx.2017-ci il tarixədək) qaytarılacağı qeyd olunmuşdur. Göründüyü kimi, tərəflərin tərtiblədikləri hər iki sənəddə (akt və müqavilədə) borclu və kreditor kimi iştirak edən şəxslər, qaytarılmalı olan pul məbləğləri, borcun ödənilmə qaydası və müddətləri eynidir. Belə ki, Emin X7ytarmalı olduğu vəsaitin 30.000 dollarını İddiaçı verməsi və sonuncunun pulu qəbul etdikdən dərhal sonra qalıq məbləğlər kimi 15.000 dollar və 6.610 funt sterlinqi 5 ay ərzində ona ödəyəcəyi barədə tərəflərin razılaşmaları həm xx.xx.2017-ci il tarixli aktla, həm də izahatları ilə təsdiqlənir. Mübahisə predmeti olan xx.xx.2017-ci il tarixli müqavilədə tərəflərin eyni məbləği (həmin vəsaitin ABŞ dollarında cəmi olan 23.000) və eyni müddəti (5 ay olmaqla xx.xx.2017-ci ilədək) qeyd etmələri onu göstərir ki, onlar bu razılaşma ilə əslində Emin X7ytarmalı olduğu qalıq borcu öz aralarında notarial qaydada rəsmiləşdirmişlər. Bu müqavilənin həmin məsələ ilə bağlı olmasını həm də o fakt təsdiqləyir ki, İddiaçı, Suraxanı Rayon Məhkəməsində iddia qaldırmaqla (2(010)-833/2019 saylı mülki iş) Cavabdeh tutulmasını istədiyi 15.000 dollar və 6.610 funt sterlinq məbləğində pulu əvvəlcə 23.000 ABŞ dolları kimi tələb etmişdir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, tərəflər arasında xx.xx.2017-ci ildə akt tərtibləndikdən bir gün sonra İddiaçı eyni məbləğdə pulu eyni müddətə Cavabdeh borc verməsi inandırıcı deyil. Cavabdeh Aşvani Salujaya məxsus pul vəsaitini itirməsini bildirməsi ilə əlaqədar İddiaçı ilə münasibətlərinin pisləşməsi, bundan sonra aralarındakı münaqişə ilə əlaqədar hətta sonuncunun şikayəti əsasında polis orqanında araşdırma aparılması iş materialları ilə təsdiqlənir. Belə bir vəziyyətdə (istintaq orqanın qərarından iki gün sonra) İddiaçı Cavabdeh etimad göstərərək başqa bir münasibət çərçivəsində 23.000 dollar borc verməsi həyatın təbii axını şərtlərinə uyğun gəlmir. Digər tərəfdən şəxslərin borcun olmasını təsdiqlətdirmək üçün notariat orqanında “kredit müqaviləsi” rəsmiləşdirdikləri ölkəmizdə geniş yayılmış praktikadır. Yəni, tərəflər bir çox halda qarşılıqlı münasibətlərində yaranmış praktikaya uyğun olaraq borcun etirafına dair müqaviləni “kredit müqaviləsi” kimi sənədləşdirirlər. Beləliklə, Kollegiya, müqavilənin hərfi mənasını deyil, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, onların müqaviləyə qədərki danışıqlarını və yazışmalarını (izahatlarını və xx.xx.2017-ci il tarixli aktı), bu cür münasibətlərin tənzimlənməsi ilə bağlı ölkədə yaranmış praktikanı nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri 24 saylı notariat kontorunda bağlanmış, reyestrdə 3M-96 nömrə ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli müqavilə, Emin X7ytarmalı olduğu 15.000 dollar və 6.610 funt sterlinq məbləğində borcun 23.000 ABŞ dolları olaraq İddiaçı qarşısında etirafı haqqında müqavilədir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki hüquq münasibətlərində bir şəxsin (borclunun) başqa bir şəxs (kreditor) qarşısındakı öhdəliyinə görə üçüncü bir şəxs qarşısında borc etiraf etməsinə heç bir hüquqi maneə yoxdur. Bu səbəbdən baxılan işdə Emin X5 qalıq borcunu notarial müqavilə əsasında İddiaçı qarşısında etiraf etməsi hüquqi baxımdan etibarlıdır. Bu cür etiraf, həmin öhdəliyin həm də İddiaçı icra edilə bilməsini təmin etməklə sonuncunu Cavabdeh birgə kreditoru vəziyyətinə gətirmişdir. Başqa sözlə, İddiaçı, məhz xx.xx.2017-ci il tarixli notarial müqavilə əsasında etiraf olunmuş borcun qaytarılmasını tələb etmək hüququ qazanmışdır və bu hal qanunvericiliyə uyğundur. Mülki Məcəllənin 493-cü maddəsinə görə, əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh etiraf etdiyi 23.000 ABŞ dolları borcun icra vaxtı xx.xx.2017-ci ildə başa çatmışdır. Cavabdeh isə bu məbləğdə pulu İddiaçı qaytarmasını təsdiqləyən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, həmin tarixdən etibarən Cavabdeh öhdəliyin icrasını gecikdirən borclu, İddiaçı isə vaxtı çatmış öhdəliyin icrasını tələb etmək hüququna malik kreditordur. Belə olan halda, İddiaçı, tərəfi olduğu müqavilə üzrə ödənilməmiş 23.000 ABŞ dolları məbləğində borcun Cavabdeh tutulmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılışəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, Xətai Rayon Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız sayılması tələbini rədd, Suraxanı Rayon Məhkəməsi isə xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsi ilə 23.000 ABŞ dolları məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsini qət etməkdə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamələrin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-878/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin2(004)-876/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev
Məhkəmə qərarları › İş №2(103)-107/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-107/2020
29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver