Məhkəmə qərarları › İş №2(103)-107/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-107/2024

27.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-107/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində yaranmış pulun və təmirə çəkilmiş xərcin tutulması” tələbinə dair iddiası; Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdehlər İddiaçı, X5 və X19 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası barədə mülki iş üzrə (Açar sözlər: təmirə çəkilmiş xərc tələbi, evdən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X20 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı (birləşmiş iş üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh (birləşmiş iş üzrə iddiaçı) Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində yaranmış pulun və təmirə çəkilmiş xərcin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-2741/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və Birləşmiş iş üzrə iddiaçı Cavabdehlər İddiaçı, X5 və X19 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-1337/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə dair 1983-cü il tarixli pasporta əsasən ünvan 1 ünvanında yerləşən 3 saylı evin mülkiyyətçisi X12 olmuşdur.

2. X12 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli yazılı iltizamdan müəyyən olunur ki, o, ünvan 1ndə yerləşən 3 saylı evi 18.600 ABŞ dollarına Cavabdeh xx.xx.2012-ci il tarixdə öz razılığı və təşəbbüsü ilə satmış, o cümlədən xx.xx.2012-ci il tarixdə iddiaçının adına 50 il müddətinə ümumi etibarnamə vermişdir.

3. xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X14 ünvan 1ndə yerləşən 3 saylı evi 18.600 ABŞ dollarına Cavabdeh satmışdır. Müqavilə notarial qaydada təsdiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrində evə dair iddiaçının adına mülkiyyət hüququ qeydə alınmamışdır.

4. Cavabdeh qızı ilə X23 (İddiaçı və X2 oğlu) xx.xx.2013-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Bakı Şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 260/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur.

5. Nikah bağlandıqdan sonra Cavabdeh qızı əri X23, qaynatası İddiaçı və qaynanası X5 ilə birlikdə ünvan 2 ünvanında onan fərdi yaşayış evində yaşamağa başlamışlar.

6. 55 saylı MKİS tərəfindən verilmiş 022851 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, ünvan 2 ünvanında X23, onun atası İddiaçı, anası X5 qeydiyyatsız yaşayır. Cavabdeh isə ev sahibi olmaqla xx.xx.2012-ci il tarixdən həmin ünvanda qeydiyyatdadır.

7. ünvan 3ir kommunal xidmətlərə görə müqavilələr Cavabdeh ilə bağlanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 29.500 manatın, həmçinin ödədiyi dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, qətnamənin nəticə hissəsində cavabdeh tərəfindən həmin məbləğin ona ödənilməsi ilə onun həmin evdən çıxarılmasının eyni vaxtda icra edilməsinin göstərilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)-1337/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası tənm edilərək, onun, həyat yoldaşı X2 və oğlu X15 Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxarılması qərara alınmışdır. Cavabdeh onun keçmiş qudasıdır. Onun oğlu ilə cavabdehin qızı bir-birlərini bəyənmiş və evlənmək istəmişlər. Onlar da oğlunun xoşbəxtliyi üçün onların bu qərarını dəstəkləmişlər. 2012-ci ilə qədər onlar Salyan rayonunda yaşamışlar. Nişan ərəfəsində qudası onlara təklif etmişdir ki, bəlkə elə onlar da oğlanlarını evləndirib Bakıya köçsünlər və birlikdə yaşasınlar. Qudası həmçinin bildirmişdir ki, çox ucuz və sərfəli qiymətə elə onların yaşadığı Nərimanov rayonunda uşaqlara ev alsınlar və kirayədə yaşamasınlar. Həmin vaxt onların maddi imkanı ev almağa çatmadığından aralarındakı razılaşmaya görə cavabdeh mübahisəli evi 2012-ci ilin yay ayında 17.000 manata almış və onlar həmin evə köçərək orada yaşamağa başlamışlar. Aralarındakı razılıq bundan ibarət olmuşdur ki o, cavabdehin evə görə ödədiyi pulu ona tam qaytardıqdan sonra cavabdeh evin sənədlərini onun adına keçirəcək. Həmin ərəfədə onun əlində az pul olduğundan o, maklerə 150 manat, cavabdehə isə ilkin olaraq 2.100 manat vermiş, qalan pulu isə hissə-hissə qaytaracağını bildirmişdir. 2017-ci ilə qədər o, cavabdehə 13.100 manatı hissə-hissə qaytarmşdır. Borcunu ödəmək üçün Salyandakı evini də satmışdır. Pulların çox hissəsini də məhz cavabdehin qızı-keçmiş gəlininə vermiş, o da anasına vermişdir. 2018-ci ildə cavabdeh yaşadıqları evi təmir etdirmək istədiklərini, ustaların təmirə 2.000 manatdan çox pul istədiklərini bildirmiş, o isə təklif etmişdir ki, 1.500 manata o təmiri edə bilər və cavabdeh razılaşmışdır. Cavabdehin qardaşı oğlu və bacısının yeznəsi ilə birlikdə onun evini təmir etmişlər və cavabdeh ona olan borcundan təmirə görə 1.500 manat çıxdığını bildirmişdir. Mübahisəli ev alınanda cəmi 1 otaq və qarşısında balaca mətbəx olmaqla, sahəsi təxminən 48 kv.m olardı. O, 2014-cü ildə həmin evi sökərək yerində 2 yataq otağı, 1 qonaq otağı və 1 mətbəx tikmiş, təmir etmişdir. Hazırda evin sahəsi 96 kv.m-ə yaxındır. Bütün bunlara isə 12.650 manat xərci çıxmışdır. O, özü usta olduğundan tikintinin çox hissəsini özü həyata keçirmiş, bu işdə ona qonşu, oğlunun dostları kömək etmişdir, bəzi işlərin görülməsinə isə fəhlə bazarından bir neçə fəhlə çağırmışdır. O, cavabdehdən həmin evin sənədlərini onun adına keçirməsini tələb etdikdə, cavabdeh evin çıxarışı olmadığı üçün sənədləşməni edə bilməyəcəyini bildirmişdir. Onun həmin pulları verməsi ilə bağlı telefon danışıqları da var ki, onların köçürüldüyü disk də iddia ərizəsinə əlavə edilmişdir. Mübahisəli evdə həmişə o, həyat yoldaşı, oğlu və gəlini yaşamış, cavabdeh heç vaxt həmin evdə yaşamamış, həmişə özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 45 A, mənzil 37-də yaşamışdır. Son illər cavabdehin qızı ilə oğlunun münasibətləri pisləşdiyindən və nikahları pozulduğundan cavabdeh onlardan evi boşaltmağı tələb etmiş, o isə cavabdehə demişdir ki, gətirib pullarını ödəsin, o da evdən çıxsın. Lakin cavabdeh onun evə görə çəkdiyi xərcləri ödəmədən onu məhkəməyə vermiş və məhkəmə tərəfindən də yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Hesab edir ki, alınması, sökülüb yerində daha böyük ev tikilməsi və təmiri ilə birlikdə ona 29.500 manata başa gələn evdən onun çıxarılması qərara alındığından və həmin ev cavabdehə qaldığından, bununla da cavabdeh onun hesabına həmin məbləğdə əsassız yerə varlandığından həmin məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır. Onun cavabdehdən tələb etdiyi məbləğ mübahisəli evlə bağlı olduğundan, cavabdehdən fərqli olaraq, onun başqa evi olmadığından, qətnamənin nəticə hissəsində cavabdeh tərəfindən həmin məbləğin ona ödənilməsi ilə onun həmin evdən çıxarılmasının eyni vaxtda icra edilməsi göstərilməlidir.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, o, uşaqlıqdan ömürlük gözdən İ qrup əlildir. Uzun illər ərzində əllilik pensiyasını toplayıb xx.xx.2012-ci il tarixində hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsi ünvanında yerləşən 3 saylı evi almışdır. Evin texniki pasportunun əsli itdiyi üçün evin sahibi Sədəf Həmzəyeva ilə alqı-satqı müqaviləsi imzalamışlar, lakin notariat kontorunda təsdiq etdirə bilməmişlər. Evin texniki pasportunun əslinin itməsi ilə bağlı Respublika qəzetinin xx.xx.2012-ci il tarixli buraxılışında elan vermişdir. Evin sahibi Sədəf Həmzəyeva xx.xx.2012-ci il tarixində iltizam yazaraq evi ona satdığını bildirmiş və ona 50 il müddətinə baş etibarnamə vermişdir. 2012-ci ildə evə dair Bakı şəhəri Nərimanov İcra Hakimiyyətinin Nərimanov rayon MKTB 55 saylı MKİS tərəfindən “X36 küçəsi ev 3 X1 evinin sxemi” tərtib edilmiş və möhürlə təsdiq edilmişdir. Evin bütün kommunal xidmətlərinə dair müqavilələr onun adınadır. Evdə o, və oğlu qeydiyyatda olsalar da, qızı X21 qeydiyyatda yoxdur. Lakin evdə qızı öz ailəsi (iddiaçının oğlu, sonradan isə qudaları) ilə birgə yaşamışdır. İddiaçı onun keçmiş qudası, qızı Günayın qaynatasıdır. Qızı xx.xx.2013-cü il tarixində iddiaçının oğlu X23 ilə ailə qurmuşdur. Birgə nikahdan İlkin adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh X23 ailəsi ilə Salyan rayonu, Qarabağlı kəndindən yaşadığı üçün və Bakı şəhərində yaşamağa yeri olmadığı üçün ona öz evində yaşamağa icazə vermişdir. İlkin anadan olandan sonra qudaları, qızının qaynatası - İddiaçı və qaynanası - X5 nəvələrini görmək üçün tez-tez Bakı şəhərinə gəlməyə başladılar. Bakıda yaşamağa yerləri olmadıqları üçün Bakıya gələndə ona məxsus evdə qalırdılar. Lakin onlar orda qalanda qızının ailəsinə müdaxilə edirdilər və bu səbəbdən də, evdə tez-tez mübahisələr olurdu. Bu mübahisələrin dözülməz hala çatması səbəbindən qızı Günay 2019-cu ildə 1 dəfə sirkə turşusu, 2 dəfə isə dərmanlar qəbul edərək intihara cəhd etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 260/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu X23 ilə qızı arasında bağlanmış nikahın pozulması, uşağın anasının yanında saxlanması və uşağın saxlanılması hər ay 175 manat sabit məbləğdə aliment tutulması qət edilmişdir. Nikah pozulandan sonra iddiaçı və onun ailə üzvləri qızını evdən qovmuşlar. Onların evdən çıxarılması üçün o, Bakı şəhəri Nərimanov Rayonu 17 saylı Polis Şöbəsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov RPİnin 17 saylı PŞ tərəfindən cavabdehlər AR İXM-nin 563.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilsə də, bunun da heç bir nəticəsi olmamışdır. Bakı şəhəri Nərimanov rayon 55 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışına əsasən X23, İddiaçı və X5 ünvan 4 ünvanında qeydiyyatsız yaşayırlar. Evin sahibi xx.xx.2012-ci il tarixindən qeydiyyatda olan Cavabdehdır. İddiaçı və onun ailəsi qanunsuz olaraq onu yaşadığı evdən mərhum etdikləri, əllilik pensiyası ilə əziyyətlə aldığı evə sahiblik və istifadə hüquqlarını pozduqları üçün o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmiş və hazırkı etiraza əlavə etdiyi sənədlərin əsillərini məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1337/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun cavabdehlər İddiaçı, X5 və X19 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddiası təmin edilmiş, X23, İddiaçı və X2 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxarılması qət edilmişdir. Həmin qətnamədən sonra İddiaçı ona qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsassız olması ilə bağlı qeyd etmək istəyir ki, iddia ərizəsində yazılanlar həqiqəti əks etdirmir, iddiaçının uydurmasıdır və hər hansı hüquqi əsası yoxdur. Belə ki, iddiaçı qeyd edir ki, guya aralarında olan razılaşmaya görə iddiaçı ona məxsus mübahisəli Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsindəki 3 nömrəli evi 17.000 manata ondan almalı, ödənişləri tam ödədikdən sonra o, evi onun adına keçirməlidir. Bildirir ki, iddiaçı ilə hər hansı razılaşmaları olmamışdır, bu iddiaçının uydurmasıdır. Mübahisəli evin sənədləri olmadığı üçün o, evin alqı-satqı müqaviləsini notariat qaydada təsdiq etdirə bilməmişdir. Lakin evin sahibindən iltizam və evlə bağlı baş etibarnamə almışdır. İddiaçı o zaman qudası kimi bu proseslərdə iştirak etmiş və gözdən əlil olduğu üçün yanında olmuşdur. Əgər iddiaçı ilə belə bir razılaşmaları olsaydı, öz aralarında müvafiq ilkin müqavilə bağlaya bilərdilər və ya digər yazılı formada bu razılaşmanı qeyd edərdilər. İddiaçı ilə belə bir razılaşmaları olmadığı üçün aralarında hər hansı sənəd imzalamamışlar. İddiaçı istənilən dəlil uydura bilər, lakin bunu sübut etmək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür. Bundan başqa, iddiaçı öz ərizəsində qeyd edir ki, guya 150 manat maklerə, 2.100 manat ona, 2017-ci ilədək ona 13.100 manat pul vermişdir. Məhkəməyə bildirir ki, iddiaçının bu dəlili də digəri kimi əsassızdır. Çünki alqı-satqı müqaviləsi onunla bağlanmışdır və iddiaçı da oğlu ilə birlikdə şahid kimi həmin müqaviləni imzalamışlar. Əgər bu zaman iddiaçı 150 manat maklerə və 2.100 manat evin pulunu vermiş olsaydı, onda müqavilə iddiaçının adına bağlanardı və müqavilə üzrə hissə-hissə ödəniş olardı. Digər tərəfdən, iddiaçı əgər ona pul versəydi, bunun yazılı qəbzini tələb edərdi və o da, təbii ki, verməli idi, çünki gözdən əlil olsa da sənədləşmə işlərinə çox həssasdır. Lakin belə bir hal olmamış, bu iddiaçının növbəti əsassız uydurmasıdır. Evin təmiri ilə bağlı, həqiqətən ev təmir olunmuş, lakin bütün mal materialın pulunu o ödəmişdir. İddiaçı həmin pullarla malmaterial almış və evi təmir etmişdir. Evin təmiri ilə bağlı iddiaçı ilə aralarında hər hansı danışıq olmamışdır. İddiaçı qeyd edir ki, pullarla bağlı disk və şahidlərin ifadələri mövcuddur, lakin həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, onlara dair münasibət bildirə bilmir. Yeganə onu bildirmək istəyir ki, “evdən çıxarılmaya dair” işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən iddiaçı hazırkı iddia ərizəsində qeyd edilənləri bildirsə də, məhkəməyə hər hansı disk təqdim edə bilməmişdir. Həmin məhkəməyə şahid qismində qonşular dəvət olunmuşlar və onlar bildirmişlər ki, mübahisəli evdə onu görməmişlər, həmin evdə iddiaçını və onun ailə üzvlərini və onun qızını görmüşlər. Həmçinin evin təmir olunduğunu da təsdiq etmişlər. Məhkəməyə bildirir ki, bu faktları o da etiraf edir, həqiqətən həmin evdə o yaşamamışdır, evi qızı üçün almış və orada qızı öz ailəsi ilə yaşamışdır. Sonradan qudaları-iddiaçı və arvadı onun razılığı ilə həmin evə köçmüşlər. Evin iddiaçı tərəfindən təmir edildiyini də inkar etmir, çünki iddiaçı usta olduğu üçün evin təmirində köməklik göstərmiş, lakin bütün xərcləri o ödəmişdir. Beləliklə, məhkəməyə dəvət olunan şahidlər onun qeyd etdiyi faktları təsdiq etmişlər, işin mahiyyəti ilə bağlı heç nə deyə bilməmişlər. Məhkəmədə şahid qismində ifadə verən, evin əvvəlki sahibi Qocayeva Sevincin əri Qocayev Nəbi məhkəmədə bildirmişdir ki, evi ona satıblar, evin pulunu ondan alıblar, başqa şəxslərdən pul almayıblar. Bu qətnamədə öz təsdiqini tapmışdır. Əlavə olaraq onu məhkəməyə bildirir ki, iddiaçının özünə məxsus olmayan bir ev üçün 29.500 manat pul xərcləməsi real deyildir. O, gözdən əlil, köməksiz, yaşlı və xəstə qadın ev üçün ödədiyi 18.600 ABŞ dolları üçün alqı-satqı müqaviləsi, iltizam, etibarnamə və s. sənədlər tərtib etdirmiş, bütün bunlar iddiaçının yanında olub, lakin 29.500 manat pul xərcləyən iddiaçı bir dənə belə sənəd tərtib etməmişdir. Bütün bunlar onu göstərir ki, iddiaçının öz ərizəsində qeyd etdiyi dəlillər əsassızdır və təmin oluna bilməz. Göründüyü kimi, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək imkanı yoxdur. Əksinə, hazırkı etiraza əlavə olunan sənədlərlə etirazda istinad olunan hallar tam sübuta yetirilir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, o, X8 əridir. X3 ilə birlikdə evi Cavabdeh satmışlar, amma neçəyə satdıqlarını xatırlamır. Ev satılan zaman yaşayış üçün yararlı olmuşdur. Əvvəllər həmin evdə arvadının bibisi yaşamışdır. Ev giriş və iki otaqdan ibarət olmuşdur. Orada əlavə otaq olmayıb. Sadəcə üç divardan ibarət tikili kimi bir yer var idi, hansı ki üstü açıq idi, amma kənar divarları vardı. Həmin tikiliyə otaq demək olmazdı.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusudur. Özü X.R.Ulutürk küçəsi ev 9B ünvanında qeydiyyatdadır, 42-ci ildir ki, həmin ünvanda yaşayır. Mübahisəli ev alınanda evə bənzəmirdi, tövləyə oxşayırdı. İddiaçı evi aldıqdan sonra tikib təmir etmişdir. Belə ki, iddiaçı özü ustadır. Ev yararsız vəziyyətdə olmuş, iddiaçı ustalarla birlikdə evi yenidən tikmişdir. Sonra oğlunu evləndirmiş, lakin oğlunun ailəsi dağılmışdır. İddiaçı ilə münasibətləri yaxşıdır. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının keçmiş gəlininin anasını tanımır, heç vaxt mübahisəli evdə görməmişdir. Gəlinini həmin evə gəlib gedəndə görüb. Belə ki, gəlini maşını ilə işə gedirdi. Bir uşaqları dünyaya gəlmişdir. Cavad müəllimdən qabaq həmin evdə bir ləzgi qadın yaşayırdı, əri də həbsdə idi. Həmin qadını bir qızı var idi, Qəbələli bir oğlanla ailə qurmuşdu. Amma onlar da heç həmin ünvanda yaşamadılar. Cavad müəllim həmin evdə fəhlələrlə işləyirdi, ora pis gündə olub. İddiaçı oranı yenidən tikib qurub. Adi usta evin tikintisinə elə ürək yandırmazdı. Özü gecələr daşı daşıyırdı. Deyirdi ki, evi oğlumu evləndirəcəm, ona görə almışam. Onun evi ilə iddiaçının evi arasında bir ev var. Həmin yerdə ünvanlar sıra ilə müəyyənləşməyib. Onun evi yolun kənarındadır. Həmin evi əvvəllər qonşu qadının əri rəhmətə gedəndə görmüşdü. Yoldan keçəndə də evi kənardan görürdü ki, ev pis gündədir. Evin təmiri üçün xərclərin kimin tərəfindən aparılmasını bilmir. Evin əvvəllər neçə otaqlı olmasından məlumatı yoxdur. İddiaçı həyəti təmiz dağıdıb yenidən ev tikmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusudur. Özü 1992-ci ildən X.R.Ulutürk küçəsi ev 3B ünvanında yaşayır. Qonşuluqda qəzalı tikili olmuş, iddiaçı oranı sökərək ev tikmişdir. Həmin yerə ev demək olmazdı, uçuq yer idi. Həmin evlə aralarında bir divar vardı. Öz həyətlərindən baxanda həyətdə taxtadan ibarət bir tikili görünürdü.İddiaçıdan əvvəl həmin tikilidə kimin yaşadığını bilmir. İddiaçı özü usta kimi işləmişdir. Zülfiyyə xanımı tanımır. Əvvəllər məhkəmədə şahid olanda görmüşdür. Hazırda həmin yerdə tikilmiş yeni evi görür, lakin evə gediş-gəlişi yoxdur. Cavad müəllimin ailəsini həmin uçuq ev sökülüb yerində yenisi tikiləndən sonra ailəsi ilə yaşadığını görüb. Lakin evin tikilməsi üçün materiallara kim xərc çəkib bilmir.

14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 2741/2022 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia təmin edilməmişdir.

15. Məhkəmə, cavabdehin ünvan 1ndə yerləşən 3 saylı evi 2012-ci ilin yay ayında 17.000 manata alması, aralarındakı razılığa əsasən evin pulunu cavabdehə tam qaytardıqdan sonra sonuncunun evin sənədlərini iddiaçının adına keçirəcəyi ilə bağlı aralarında razılıq olması, maklerə 150 manat, cavabdehə isə ilkin olaraq 2.100 manat, 2017-ci ilə qədər hissə-hissə olmaqla 13.100 manat qaytarması, 2018-ci ildə mübahisəli evi təmir etməsi və ümumilikdə təmirə 12.650 manat məbləğində pul vəsaitinin xərcləməsini, cavabdehdən evin sənədlərini onun adına keçirməsini tələb etdikdə, sonuncunun evin çıxarışı olmadığı üçün sənədləşməni edə bilməyəcəyi, nəticədə Cavabdeh əsassız varlanması ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərdiyi halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

16. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1ndə yerləşən 3 saylı ev Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə 18.600 ABŞ dollarına X6 alınmış, cavabdeh xx.xx.2012-ci il tarixdən həmin ünvanda pasport qeydiyyatındadır. İddiaçının oğlu X23 ilə cavabdehin qızı Qaracayeva (Əzizova) Günay Adil qızı birgə nikahda olduqları müddətdə ünvan 1ndə yerləşən 3 saylı evdə yaşayaraq birgə təsərrüfat idarə etmiş, iddiaçı və arvadı X5 da cavabdehin razılığı ilə həmin mənzilə köçərək orada yaşamışlar. X4 ilə qızı Qaracayeva (Əzizova) Günay Adil qızının ailə münasibətləri pisləşmiş və aralarındakı nikah pozulmuşdur. Bundan sonra cavabdeh iddiaçının və ailə üzvlərinin özünə məxsus evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir.

17. Eyni zamanda, cavabdeh tərəf iddiaya etirazında həqiqətən evin təmir olunduğunu, lakin bütün mal-materialın pulunu özü ödədiyini, iddiaçının isə onun verdiyi pullarla mal-material alıb evi təmir etdiyini, evin təmiri ilə bağlı iddiaçı ilə aralarında hər hansı danışıq olmadığını, evi qızı üçün aldığını və orada qızının öz ailəsi ilə yaşadığını, qudaları-iddiaçı və onun arvadının onun razılığı ilə həmin evə köçdüyünü, sonradan iddiaçının oğlu ilə qızının nikahı pozulduğundan, iddiaçının, X15 və X2 mübahisəli mənzildən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini və məhkəmə qətnamələrinə əsasən iddiasının təmin edildiyini bildirmişdir.

18. Bundan başqa, iddiaçının izahatından görünür ki, o, evi təmir etməsini özü cavabdehə təklif etmiş, sonuncu da bu təkliflə razılaşmışdır. Məhkəmə baxışı zamanı iddiaçının evi təmir etməsi üçün 1.500 manat usta xərcinin evi almasına görə cavabdehə olan borcundan çıxılması barədə sonuncu ilə razılığa gəlməsi halı da öz təsdiqini tapmamışdır.

19. Məhkəmə, iddiaçının evin alınması üçün pulların çox hissəsini cavabdehin qızı-keçmiş gəlininə verməsi ilə bağlı iddiaçının dəlillərini əsassız hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən CD disk dinlənilmiş və iddiaçı ilə Qaracayeva (Əzizova) Günay Adil qızı arasındakı telefon danışıqları zamanı iddiaçının mübahisəli evin alınması üçün Qaracayeva (Əzizova) Günay Adil qızına hər hansı məbləğdə pul verməsi, sonuncunun həmin pulları iddiaçıdan almasını təsdiq etməsi müəyyən edilməmişdir. Əksinə həmin danışıqlar zamanı iddiaçı tərəfindən yönləndirici suallar verilməklə, həmin sullara təsdiqedici cavabların verilməsinə cəhd etmişdir. Bununla belə həmin CD diskdəki səs yazısı hazırki mübahisəli halın təsdiqlənməsi üçün hər hansı qənaətə gəlməyə imkan vermir.

20. Мəhkəmə şahid ifadələrinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin ifadələr işin məhkəmə iclasında araşdırılan digər halları ilə üst-üstə düşmür, həmçinin məhkəmə, şahidlərin iddiaçı ilə tanışlıq əlaqəsində olmasını nəzərə alaraq, həmin ifadələri iddiaçının tələbinin əsaslılığını göstərən sübut mənbəyi kimi qəbul etmir. Digər tərəfdən də iddiaçı tərəfindən təqdim edilən şahid ifadələri ilə evin alqı-satqısı zamanı tərəflərin arasındakı danışıqların nədən ibarət olması, eyni zamanda evin təmiri üçün çəkilən xərclərin məhz iddiaçı tərəfindən qarşılanması müəyyən edilmir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1091, 1092.1- maddələrinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Birləşdirilmiş mülki iş üzrə:

22. İddiaçı Cavabdehlər İddiaçı, X5 və X30rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu. X.R.Ulutürk küçəsindəki 3 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli evi xx.xx.2012-ci il tarixdə əvvəlki sahibi Sədəf Həmzəyevadan satın almışdır. Kürəkəni – cavabdeh X34 rayonunda yaşamış, Bakıda yaşamağa yeri olmadığı üçün iddiaçı ona özünə məxsus evdə yaşamağa icazə vermişdir. Nəvəsi olduqdan sonra qudaları – cavabdehlər İddiaçı və Dünyaxanım Əzizova nəvələrini görmək üçün tez-tez Bakıya gəlməyə başlamış, Bakıda yaşamağa yerləri olmadığınadan həmin vaxtlar iddiaçıya məxsus evdə qalmışlar. Nikahın pozulmasında sonra cavabdehlər iddiaçının gözdən əlil və köməksiz olmasından istifadə edərək onu və qızını evdən qovaraq, evi zəbt etmişlər.

24. Cavabdeh İddiaçı iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, oğlu iddiaçının qızı ilə ailə qurduqdan sonra ev onların, yəni yeni ailə quran şəxslərin yaşaması üçün 14.500 manata alınmış, həmin pulun 2100 manatını o, qalan hissəsini isə iddiaçı ödəmişdir. Razılığa görə ev iddiaçının adına alınmalı, cavabdeh tərəf evin əldə edilməsi üçün iddiaçının ödədiyi pulu qaytardıqdan sonra cavabdeh tərəfin adına keçirilməli idi. Yaşamaq üçün yararsız olduğuna görə cavabdeh tərəf evi sökmüş, Salyan rayonunda özlərinə məxsus evi satmış, pulun bir hissəsi ilə iddiaçıya olan borcu ödəmiş, pulun qalan hissəsi ilə isə yeni ev inşa etməyə başlamışlar. Təxminən 1 ilə yeni ev tikib həmin evə köçmüşlər. İddiaçı isə bir gün də olsun həmin evdə yaşamamış, özünün ayrıca mənzili olmuşdur. Oğlu iddiaçının qızı ilə boşandıqdan sonra hazırkı iddianı qaldırmış, bu vaxta kimi onların evdə yaşamasına heç bir pretenziyası olmamışdır.

25. Cavabdeh tərəfdən təqdim edilmiş xx.xx.2018-ci il tarixli notarial ərizələrdən görünür ki, X13 və Vəkilov Ramin Mustafa oğlu (qonşular) 2012-ci ilin iyul ayında mübahisəli evdə cavabdeh İddiaçı ailəsi ilə birlikdə məskunlaşdığını, həmin vaxt evin yaşayış üçün yarasız vəziyyətdə olduğunu, cavabdehin 2013-cü ilin yayından həmin evi yenidən tikərək yaşayış üçün tam hazır vəziyyətə saldığını və həmin vaxtdan ailəsi ilə birlikdə orada yaşamağa başladığını bildirmişlər.

26. Məhkəmə iclasında dindirilmiş şahid X22 ifadəsində bildirmişdir ki, X8 əridir. Arvadı ilə birlikdə evi iddiaçıya satmış və evin dəyəri olan pul məbləğini iddiaçının özündən almışlar. Hər hansı digər şəxsdən evini dəyəri kimi pul məbləği almamışlar. Digər şahid X7 isə ifadəsində bildirmişdir ki, mübahisəli ev yaşayış üçün yararlı vəziyyətdə olmamış, evin əvvəlki sahibi dəyişdikdən sonra həmin evdə cavabdehlər yaşamışdır. Orda iddiaçının yaşadığını görməmiş, sonradan ev cavabdehlər tərəfindən yenidən inşa edilmişdir.

27. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1337/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia təmin edilmiş, X23, İddiaçı və X2 Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxarılması qət edilmişdir.

28. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı xx.xx.2012-ci il tarixdə hazırda qeydiyyatda olduğu mübahisəli evi almış, evin texniki pasportunun əsli itdiyi üçün həmin evdə qeydiyyatda olan X14 ilə evin alğı-satqı müqaviləsini imzalamış, lakin notariat kontorunda təsdiq etməmişlər. Evin sahibi Sədəf Həmzəyeva xx.xx.2012-ci il tarixdə iltizam yazaraq evi iddiaçıya satdığını təsdiq etmiş və ona 50 il müddətinə baş etibarnamə vermişdir. Cavabdehlər həmin evin sökülərək yerində yeni ev inşa edildiyini bildirsələr də, məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim edilməmişlər. İş materiallarında olan sənədlərdən və şahid ifadəsindən evi alan şəxsin iddiaçı olduğu öz təsdiqini tapmışdır.

29. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 152.5, 157.2, 178.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

30. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 2741/2022 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin, mübahisəli-yararsız köhnə evin otaqlarının sökülüb yerində təxminən 96 kv.m.-ə yaxın 2 yataq otağı, 1 qonaq otağı və 1 mətbəxin tikilib və təmir edilməsinə çəkilən xərcin müəyyən edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsinə dair birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyən xx.xx.2022-ci il tarixli vəsatətin təmin edilməsi xahiş edilmişdir.

31. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçnin göstərilmişdir ki, evin həqiqətən də 1 otaq və qarşısında balaca mətbəx olmasını məhz cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahid X22 da təsdiq etmişdir. Bundan başqa, mübabisəli evin satılması zamanı-xx.xx.2012-ci il tarixdə evi satan S.Həmzəyevanın iltizamı var ki, orada da evin 2 otaqlı olması göstərilmişdir. Digər sübutlar onun vəsatəti əsasında xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında dindirilmiş şahidlər: X13 və X9 ifadələridir ki, onlar da ifadələrində mübahisəli evin yerində əvvəl olmuş evin yararsız vəziyyətdə olduğunu, evin iddiaçı tərəfindən sökülüb yerində təzə-mübahisəli evin tikildiyini bildirmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, şahid ifadələri işin iddia etdiyi bütün halları ilə tam üst-üstə düşür ki, məhkəmə bu halı sadəcə görmək istəməmişdir. Digər bir sübut məhkəməyə təqdim etdiyi iddiaçı və onun keçmiş gəlinicavabdehin qızı arasında olan telefon danışıqlarının köçürüldüyü diskdir ki, məhkəmə həmin diski də sübut kimi qəbul etməmişdir. Halbuki, həmin diskdən də müəyyən olunur ki, cavabdehin qızı iddiaçıya 12.650 manat vermələri şərtilə, iddiaçının evdən çıxmağarazı olub-olmamasını dəqiqləşdirir. Diskdəki səs yazısı məhkəmə iclasında tədqiq olunan zaman da iddiaçıya verilmiş suallara cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdehə verdiyi pulların bəzilərini məhz cavabdehin özünün istəyi ilə qızı vasitəsilə göndərmiş, sonradan həmin pulların həqiqətən də cavabdehə verilməsini soruşduqda cavabdeh qızının həmin pulları ona verdiyini təsdiqləmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında ümumiyyətlə, evin yenidən tikilməsi, yeni otaqlar əlavə edilməsi və təmiri barədə heç nə bildirməmiş, bununla bağlı suallara yayındırıcı cavablar verməyə çalışmışdır. Yalnız özlərinin gətirdikləri şahidin ifadəsində köhnə evin 1 otaq və 1 balaca mətbəx olması bildirildikdən sonra evin tikilməsinə vətəmirinə çəkilən xərclərin onun tərəfindən qarşılandığını bildirmiş, xərcin miqdarı barədə verilmiş suala isə təxminən 5.000 - 6.000 manat cavabını bildirmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında isə cavabdeh Məhkəmənin özü tərəfindən çəkilən xərcin məbləği ilə bağlı suala 3.000-4.000-5.000 manat deyərək cavab vermişdir. Cavabdehin ziddiyyətlərlə dolu mövqeyindən biri də özünü bunda göstərir ki, mübahisəli evlə bağlı bundan əvvəl qaldırdığı xx.xx.2022-ci iltarixli iddia ərizəsində guya özünün də mübahisəli evdə cavabdehlərlə birlikdə yaşadığını iddia etmişdir. Hazırkı işdə isə digər sübutlar onun bumövqeyini aşkar şəkildə təkzib etdikdə cavabdeh mübahisəli evdə yaşamadığınıtəsdiq etməyə məcbur olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, evi 2012ci alqı-satqı yolu ilə aldıqdan sonra 2013-cü ildə həmin evdə qızı yaşayıb, həmin evdə nəvəsi dünyaya gəlib. Lakin apellyatora görə ev yaşayış üçün yararsız olmuş və ona görə də guya sökmüş və yenidən tikmişdir. Bundan başqa, məhkəmədə apellyator tərəfindən dəvət olunan şahidlər də, evin təmir xərclərini və alınan mal-materiallar xərclərinin apellyator tərəfindən çəkilməsini təsdiq edə bilməmişlər. Bu səbəbdən də, apellyatorun guya 29.600 manat pul xərcləməsi uydurmadır və həqiqəti əks etdirmir. Apellyatorun bu məbləğdə pulların haradan əldə edilməsi də müəmmalıdır, çünki apellyator Salyanda evinin satılmasını bildirsə də, evin alqı-satqı müqaviləsini məhkəməyə təqdim edə bilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən hər hansı maddi və prosessual hüquq normalarını pozmamış, ədalətli, əsaslı və qanuni qətnamə qəbul etmişdir. Bu səbəbdən də, apellyatorun öz apellyasiya şikayətini əsaslandırmağa hər hansı dəlili və sübutu olmamışdır.

Birləşdirilmiş mülki iş üzrə:

c) Apellyasiya şikayətinin dəlilləri

33. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 1337/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, nəticə hissəsində cavabdehin iddiaçıya qarşı irəli sürdüyü mübahisəli evlə bağlı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması barədə iddiaya baxılıb qurtaranadək təxirə salınmasını xahiş etmişdir.

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı keçmiş qudası olmuş, həmin evin alınmasında çox hissə iddiaçı tərəfindən ödənilsə də, aralarındakı razılaşmaya əsasən borc kimi hesablanmış və onun tərəfindən hissə-hissə qaytarılmışdır. İddiaçının qızı ilə oğlunun nikahı pozulduğundan iddiaçı onlardan evi boşaltmağı tələb etmiş, o isə pullarını ödəyəcəyi halda evdən çıxacağını bildirmişdir. Lakin iddiaçı evə görə çəkdiyi xərcləri ödəmədən onu məhkəməyə vermişdir. Hazırda iddiaçıya qarşı əsassız varlanma nəticəsində yaranmış pul tələbinə dair iddia qaldıraraq, məhkəmədən xahiş etmişdir ki, qətnamənin nəticə hissəsində iddiaçı tərəfindən həmin məbləğin ona ödənilməsi ilə onun evdən çıxarılmasının eyni vaxtda icra edilməsinə dair qətnamə qəbul edilsin. Hazırda yaşamağa başqa yeri yoxdur, iddiaçıya inanaraq Salyandakı evini satıb bu evin xərclərini ödəmişdir, iddiaçının isə özünün ayrıca yaşadığı evi vardır. Maddi imkanı aşağıdır və kirayə tutmağa belə imkanı yoxdur. Odur ki, iddiaçıya qarşı iddia tələbinə baxılıb qurtaranadək hazırkı qətnamənin icrasının təxirə salınmasını xahiş edir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

Birləşdirilmiş mülki iş üzrə Apellyasiya instansiyası məhkəməsində birinci icraat

36. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5549/2022 nömrəli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

37. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev iddiaçının sahibliyində olmuş, sahiblik iddiaçının iradəsi olmadan cavabdehlər tərəfindən pozulmuşdur. Belə ki, evə aid olan Bakı Şəhər İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosunun 1983-cü ildə verdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un surətindən görünür ki, ev əvvəlcə Sədəf Həmzəyevaya aid olmuş, sonuncu xx.xx.2012-ci il tarixdə iltizam verərək evi 18.600 ABŞ dollarına iddiaçıya satdığını bildirmiş, o cümlədən xx.xx.2012-ci il tarixdə iddiaçının adına 50 il müddətinə ümumi etibarnamə vermişdir. Bundan başqa, iddiaçı evdə yaşayış yeri üzrə qeydiyyatdadır və kommunal xidmətlərlə bağlı müqavilələr onun adınadır. Cavabdehlər evdə qeydiyyatda deyil, evə dair onların adına heç bir sənəd yoxdur. Cavabdehlərin hazırda evdə yaşaması iddiaçının iradəsinə ziddir. Odur ki, onların evdə yaşaması qanunsuz sahiblik sayılır. Mülki Məcəllənin 164.2-ci maddəsinə görə, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir və mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən irəli sürülmüş əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması barədə iddia həll edilənədək hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas yoxdur.

Kassasiya instansiyası məhkəməsində icraat

39. Cavabdeh İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-727/2023 nömrəli qərarı ilə (hakim Z.Ə.Əliyevin məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədov və A.Q.Hüseynovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5549/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.

41. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddiaçı, özünə məxsus olduğunu bildirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb edir. Cavabdeh İddiaçı isə iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli ev onun oğlu ilə iddiaçının qızı ilə ailə qurduqdan sonra yaşamaları üçün alınmış, pulun bir qismini də onlar ödəmiş, qarşılıqlı razılığa görə qalan məbləği də onlar ödədikdən sonra yaşayış sahəsi cavabdeh tərəfin adına keçirilməli idi. Bunun üçün Salyan rayonunda özlərinə məxsus evi satmış, əldə olunan vəsaitlə iddiaçıya olan borcu ödəmiş, habelə ev yaşamaq üçün yararsız olduğuna görə onu sökərək yeni ev inşa edərək oraya evə köçmüşlər. İddiaçının qızı ilə onun oğlu boşananadək onların evdə yaşamasına iddiaçının pretenziyası olmamışdır.

42. Apellyasiya instansiyası məhkəməsi iddianı sahibliyin müdafiəsi qaydasında Mülki Məcəllənin 164.2-ci maddəsi ilə əsaslı saymışdır.

43. Kollegiya aşağıdakılara əsasən apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.

44. Sahibliyin mahiyyəti və müdafiəsinə dair mülki hüquq qaydaları ilə bağlı ilk növbədə qeyd olunmalıdır ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.

45. Sahiblik bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq ələ keçirməsi, yaxud başqası tərəfindən sahibliyin ona verilməsi və ya miras yolu ilə qazanıla bilər.

46. Sahiblik bir vəziyyət olaraq qanunla qorunur. Mülki Məcəllənin 164.1-ci maddəsi sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir.

47. MM-in 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

48. O da nəzərə alınmalıdır ki, sahiblik əşya üzərindəki faktiki hakimiyyəti təmin edən və üçüncü şəxslərə açıqlayan vəziyyət olduğu üçün onun pozuntusunun aradan qaldırılması üçün iddianın sürətli şəkildə (dərhal və ya bir il ərzində) qaldırılması tələb olunur. Bu müddət keçdikdən sonra sahiblik vəziyyəti ilə bağlı status-kvo (mövcud vəziyyət) tanınmış olur və pozulmuş hüququn sahibliyə dair qaydalar çərçivəsində müdafiəsi mümkün sayılmır (hətta mülki hüquq ədəbiyyatında bu müddətin mahiyyəti etibarilə kəsici müddət olduğu qeyd olunur).

49. Bu səbəbdən MM-in 165.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

50. Sözügedən müddətin keçməsinə görə tələbin sahibliyin müdafiəsi qaydasında əsassız sayılması, iddianın digər qanuni əsaslarla (məsələn, əvəzsiz istifadə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri, yaxud əşya hüquqlarının müdafiəsinə dair normalarla) yoxlanılmasını və həllini istisna etmir.

51. Beləliklə, məhkəmə tərəfindən iddianın bu norma əsasında təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: 1) iddiaçı əvvəlki sahib olmalı; 2) iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməli; 3) cavabdehin hazırkı sahibliyi qanunsuz olmalı; 4) sahiblik iddiasını istisna edən hallar olmamalı (MM-in 164.2-ci maddəsinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydalar).

52. Bu şərtlərdən hər hansı birinin müəyyən edilməməsi MM-in 164.2-ci maddəsi ilə sahibliyin müdafiəsi çərçivəsində iddianın təmin olunmasını istisna edir və sonrakı şərtin yoxlanılmasına gərək qalmır.

53. Baxılan işdə iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinin əvvəlki sahibi olması mübahisə olunmur.

54. Bununla belə, apellyasiya instansiyası məhkəməsi iddiaçının yaşayış sahəsinə sahiblikdən qadağan edilmiş özbaşınalıqla (iradəsi xaricində) məhrum edilməsi, yoxsa bu halın onun iradəsinə uyğun şəkildə baş verməsini işdəki sübutlar əsasında müzakirə etməmiş, bu xüsusata hüquqi qiymət verməmişdir.

55. Halbuki, iddianın sahibliyin müdafiəsi qaydasında təmin edilməsi üçün bu halın düzgün müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır.

56. Məhkəmə iddianın əsaslı olması qənaətinə gələrkən həm də cavabdehin sahibliyinin qanunsuz olmasını (sahibliyin hər hansı müqavilə və ya qanuni əsasa söykənməməsini), eləcə də tələbin qanunla nəzərdə tutulmuş müddətdə irəli sürülməsini əsaslandırmalıdır.

57. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən hallar üzrə araşdırma aparılmadan iddianın sahibliyin müdafiəsi qaydasında əsaslı sayılması, maddi hüquq normalarının səhv tətbiq olunduğuna, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılması barədə prosessual hüquq normalarının tələblərinə əməl olunmadığına dəlalət edir.

58. Bundan əlavə, kassator bildirmişdir ki, o və ailəsi iddiaçı ilə razılaşmaya uyğun olaraq mübahisəli yaşayış sahəsinə köçdükdən sonra orada inşaat işləri aparmış, yəni vəsait qoyaraq yaxşılaşdırmalar etmişdir. İddiaçı bildirdiyinə görə həmin yaxşılaşdırmaların əvəzinin əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarılmasına dair ayrıca icraatda iddia qaldırmışdır.

59. Nəzərə alınmalıdır ki, hətta mülkiyyətin müdafiəsi (vindikasiya - MM, m.157.2) qaydasında əşya mülkiyyətçinin tələbi ilə qanunsuz sahibdən geri alındıqda, vicdanlı qanunsuz sahibin əşyaya qoyduğu, ayrıla bilməyən yaxşılaşdırmaların əvəzini tələb etmək hüququ qanunla tanınır və bu tələblərin birlikdə həll edilməklə tərəflərin öhdəliklərinin eyni anda icrası təcrübəsinə üstünlük verilir.

60. Belə ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

61. Eyni zamanda, Mülki Məcəllənin 1091 və 1092-ci maddələrində nəzərdə tutulmuşdur ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

62. Belə olan halda, iddiaçının cavabdehi evdən çıxarmaq tələbi əsaslı sayılsa belə, sonuncunun evə qoyduğu yaxşılaşdırmaları geri almaq tələbinin bu iş üzrə iddianın həllinə təsiri, o cümlədən yaxşılaşdırmaların əvəzini almadığı halda cavabdehin yaşayış sahəsini öz sahibliyində saxlamaq hüququnun olub-olmaması müzakirə edilməli, gəlinən nəticə əsaslandırılmalı, İddiaçı əsassız varlanma iddiası üzrə işə apellyasiya instansiyası məhkəməsində baxıldığı halda isə işlər eyni icraatda birləşdirilməklə məsələyə bütövlükdə hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

63. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3701/2023 nömrəli qərardadı ilə mülki işlər baxılması üçün bir icraatda birləşdirilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

64. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (birləşmiş iş üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Suallara cavab olaraq bildirdi ki, mübahisəli mənzili 2014-cü ildə təmir etmişdir. Onlar ora köçəndə mənzil yararsız vəziyyətdə olmuşdur. Bir otaq və bir balaca otaq var idi. Həyəti də var. oranı söküb, yerində 3 otaq 1 mətbəx tikmişdir. Usta işləyir, başqa evlərdə işləyib qazandığı pulu bu evə xərcləmişdir. Cavabdehlə razılaşmışlar və pulu onun qızına vermişdir. Cavabdehə zəng edib soruşanda pulun çatdığını bildirirdi.

65. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (birləşmiş iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər quda olublar. Quda olan dövrdə heçkim qəbz almır. İddiaçı ustadır, maddi imkanı olmayıb, keçmiş qudası ona köməklik edib və bu səbəbə görə sənədlərin cavabdehin adına olmasına razılaşıb. Quda olduqları dövrdə hissə-hissə pulun bir hissəsini özünə, bir hissəsini isə gəlini vasitəsi ilə vermiş və bunu cavabdehlə müəyyənləşdirmiş, cavabdeh isə razılaşmışdır. Hesab edir ki, birinci instansiya məhkəmə icraatı zamanı iş əvvəl normal araşdırılma getsə də, sonradan qərar araşdırmaya uyğun olmamışdır. Məhkəmə sübutların olmadığını bildirir. Qarşı tərəfin vəsatəti əsasında evi satan adam dindirilmiş, izahatında bildirmişdir ki, satan zaman ev 1 otaqdan ibarət olmuş, qarşısında kiçik mətbəx və natamam hasar olmuşdur. Evin alqısatqısı zamanı cavabdehdən iltizam alınmışdır. Həmin iltizamda cavabdeh evin iki otaqlı olmasını bildirmişdir. Qeyd edirlər ki, ev alınan zaman 48 kv.m olmuşdur. İddiaçı evin yalnız təmirinə 12.650 manat xərc çəkmişdir. Bundan başqa birinci instansiya məhkəməsi icraatı zamanı şahidlər təqdim etmişlər. Onlar ifadələrində evin yararsız vəziyyətdə olduğunu və evin iddiaçı tərəfindən sökülərək yerində tikildiyini bildirmişlər. Məhkəmə isə şahid ifadələrinə tənqidi yanaşaraq, şahid ifadələrinin işin halları ilə uyğun olmadığını, şahidlərin iddiaçı ilə tanışlıq əlaqəsində olmağını bildirmişdir. Evin sökülüb yenidən tikilməsini qonşulardan yaxşı kim müəyyən edə bilər? Hazırkı işdən əvvəl iddiaçının evdən çıxarılmasına dair məhkəmə işi olmuşdur. Həmin iş üzrə heç bir yerdə cavabdeh tərəfindən evin sökülüb tikilməsi ilə bağlı bir cümlə belə qeyd edilməmişdir. Hazırkı iş üzrə isə cavabdeh yalnız şahidlərin ifadələrindən sonra bildirmişdir ki, evi iddiaçı təmir edib, pulu cavabdeh vermişdir. Cavabdeh bildirir ki, iddiaçı ondan pulu qaytardıqca qəbz verməli idi, əgər qəbz almayıbsa deməli pulu iddiaçı verməyib. İddiaçı savadsız olduğunu və sənəd işlərini bilmədiyini etiraf edir. Belə olan halda pulu əgər cavabdeh vermişdisə təmir üçün hər dəfə pul verdikdə nə üçün iddiaçıdan qəbz almamışdır? Eyni zamanda, aradan illər keçdiyi üçün tələb etdikləri məbləği indeksləşdirilməklə 4.850 manatın da cavabdehdən tutulmalıdır.

66. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (birləşmiş iş üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Suallara cavab olaraq bildirdi ki, o, evi alanda yararlı vəziyyətdə olmaqla 3 otaq 1 mətbəx idi. Lakin təmirə ehtiyacı var idi. O, iddiaçıya pul vermiş, iddiaçı isə materialları alıb gətirmişdir. İltizamda evin 2 otaqlı olması qeyd olunub. Orada yeni otaq tikilməyib. Onlar həyətdə ayrıca idi. Dam örtüyü ataraq onları birləşdirmişlər. Orada əlavə tikinti işləri görülməyib. Evin təmirinə təxmini 4.000-5.000 manat xərcləmişdir. Daş hasarla bağlı bildirir ki, daşlar həyətdə var idi, daşa pul verilmədi. Həyəti hamarlamışlar. Həyəti qaldıra bilməzdilər, çünki oraya MKİS nəzarət edir. Aralarında razılıq belə olmuşdur ki, iddiaçı onun evində qalacaq və kirayə haqqı ödəməyəcək, əvəzində isə materialın pulunu alıb evi təmir edəcək. Diskdəki səs yazılarla bağlı bildirir ki, qızı intihara cəhd etmişdir, 17-ci polis bölməsindən ona zəng edib qızının vəziyyətinin yaxşı olmadığını bildirdilər. Həmin ərəfədə qızını evə gətirmiş, psixoloq müalicəsi almışdır. Bu səs yazısı həmin vaxt yazılıb, qızı özündə olmayıb. Qızı 6 il o evdə yaşamışdır. Səs yazısında onun adı çəkilməmişdir. Qurbandan söhbət gedir. Əgər anana müəyyən miqdarda pul verildiyi deyilsəydi, onda qızı pulun necə verildiyini soruşardı. İddiaçı pulu götürməyə gəlirdi, ucuz materiallar alacağını bildirirdi, çünki bildirirdi ki, onsuz həmin ərazilər söküləcək, doğurdan da yolun qarşı tərəfi sökülürdü.

67. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (birləşmiş iş üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, evin təmir olunmasını etiraf edirlər. Ev cavabdehin təşəbbüsü ilə təmir olunmuşdur. Qarşı tərəf evin yararsız olduğunu bildirsə də, ev alınmazdan qabaq kirayəçi yaşamışdır. Alındıqdan sonra isə evdə 1,5 il müddətində tərəflərin övladları yaşayıb və orada uşaq dünyaya gəlib. Əgər ev yararsız idisə, orada əvvəl necə ailə yaşamışdır? İddiaçı və ailəsi də oraya köçdükdən sonra cavabdehin təşəbbüsü ilə ev təmir edilmişdir. İddiaçı da evin onun tərəfindən təmir edilməsini təklif edib. Evin yararsız olması və sökülüb yenidən tikilməsi əsassızdır. Evdən çıxarılma ilə bağlı cavabdeh tərəfindən polisə müraciət olunmuşdur. Dəfələrlə evdən çıxarılma ilə bağlı mübahisələri olmuşdur. Lakin indiyənədək onlardan heç bir pul tələbi olmamışdır. Bundan başqa, qəbzi onlar təqdim etməli deyil. İddiaçı iddiasını sübuta yetirməlidir. Birinci instansiya məhkəməsi icraatı zamanı şahidlərə evin təmiri zamanı evin içərisində olubolmamalırını sual vermişdir. Onlar isə cavablarında evin içərisində olmadıqlarını bildirmişlər. Ev təmir olunub və Zülfiyyə xanımın vəsaiti hesabına həyata keçirilib. Oradakı vəziyyət texniki pasportdan fərqli olmuşdur. Həyətdə əlavə olaraq iki yarımtikili olmuşdur. Onlar texniki pasportda yoxdur. Hazırkı iş üzrə cavabdeh Zülfiyyə xanımdır. Qızı etiraf etsə belə cavabdeh deyil.

68. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə birləşdirilmiş iş üzrə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

69. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Maddə 734.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Maddə 736.4. Əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

70. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri

71. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

72. Kollegiya qeyd edir ki, işə hazırki halda birləşdirilmiş iş üzrə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

73. Hazırkı işdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-2741/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmədiyindən, eyni zamanda birləşdirilmiş mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-1337/2022 nömrəli qətnaməsi ilə iddia təmin olunduğundan və İddiaçı hər iki qətnaməni mübahisələndirdiyindən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin əsaslığı yalnız İddiaçı aid hissədə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamənin əsaslığı isə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin və ona qarşı verilmiş etirazların dəlillərini və iş materiallarını araşdıraraq, habelə hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 2741/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul etməklə iddia qismən təmin edilməli, Cavabdeh 7.027 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia təmin edilməməli, birləşdirilmiş iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-1337/2022 nömrəli qətnaməsi İddiaçı aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul etməklə iddia tələbi ona aid hissədə təmin edilməli, İddiaçı Cavabdeh tərəfindən 7.027 manat məbləğində pulun ödənilməsi ilə onun evdən çıxarılması eyni vaxtda icra edilməlidir.

75. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəmələri gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının tədbiqində səhvə yol vermişlər.

76. İşdən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evi xx.xx.2012-ci il tarixdə 18.600 ABŞ dolları ödəməklə X6 almış və xx.xx.2012-ci il tarixdən həmin ünvanda qeydiyyatındadır. İddiaçı oğlu ilə Cavabdeh qızı ilə nikaha daxil olduqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdə yaşayaraq birgə təsərrüfat idarə etmiş, İddiaçı və arvadı X5 da Cavabdeh razılığı ilə həmin mənzilə köçərək orada yaşamışlar.

77. İş üzrə tərəflərin izahatları və şahid ifadələri ilə məyyən edilir ki, qeyd olunan evin təmirə ehtiyacı olmuş, ev alındıqdan sonra orada İddiaçı tərəfindən yenidənqurma və təmir işləri aparılmışdır.

78. Birinci işə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, evin 17.000 manata alınmasını, evə görə ödənilmiş vəsaitin Cavabdeh tam qaytarıldıqdan sonra evin sənədlərinin İddiaçı adına keçirəcəyi ilə bağlı aralarında razılıq olmasını, Cavabdeh evin pulunun hissə-hissə ödənildiyini təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

79. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən həmin evə təmir xərclərinin çəkilməsi işdə olan sübutlarla təsdiq olunur.

80. Belə ki, işdə olan şahid ifadələrinə əsasən ailəsi ilə birgə mübahisəli evdə yaşayan İddiaçı həmin evdə təmir işləri aparmışdır. Həmçinin müəyyən olunur ki, Cavabdeh sözügedən ünvanda ümumiyyətlə yaşamamışdır. Cavabdeh təmir işlərinin onun vəsaiti hesabına İddiaçı tərəfindən həyata keçirildiyini bildirsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

81. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh yaşamadığı evin təmirinə görə vəsait xərcləməsi ağlabatan deyil.

82. Bundan başqa, məhkəməyə təqdim olunmuş CD diskdə olan səs yazısından aydın olur ki, Cavabdeh qızının keçmiş qaynatası İddiaçı ilə telefon danışığında İddiaçı evin təmirinə 12.000-13.000 manat məbləğində xərc qoyduğunu, Cavabdeh qızı isə onun gözünün qabağında evin təmirinə nağd 7.000 manat pul xərcləndiyini bildirir.

83. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8138 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evə dair iş materiallarının 28-33-cü vərəqlərində olan texniki inventarizasiya və qiymətləndirməyə aid pasportda əks olunmuş evin sxemi ilə hazırki vəziyyəti müqayisə edilərək tikililərin planda yerləşməsi, ölçüləri, təyinatı və digər texniki parametrləri uyğun gəlmədiyindən aparılmış əlavə tikinti və təmir işlərinin dəyərini müəyyən etmək mümkün olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evə dair iş materiallarının 43-cü vərəqində olan evin sxemi ilə hazırki vəziyyəti müqayisə edilərək yaşayış evində aparılmış yenidənqurma və tikinti-təmir işlərinin 2014-cü ilin bazar qiymətləri nəzərə alınmaqla təqribən 7.027 manat məbləğində dəyəri müəyyən olunur.

84. Göstərilənlərə əsasən və mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarını rəhbər tutaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təmir xərcinin ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh 7.027 manat məbləğində vəsait tutulmalıdır.

85. Məhkəmə kollegiyası iddiaçının tələb edilən məbləği indeksləşdirilməklə 4.850 manatın da cavabdehdən tutulmalı olduğu tələbi ilə bağlı qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmir.

86. Birləşdirilmiş işə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

87. İşdən göründüyü kimi, Cavabdeh ona məxsus evi keçmiş qudası İddiaçı əvəzsiz istifadəsinə vermişdir. Tərəflər arasında bununla bağlı hər hansı müddət müəyyən edilməmişdir, çünki qohumluq münasibətlərinin gələcəkdə pozulacağı tərəflərə bəlli deyildi.

88. Mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən əgər əvəzsiz istifadə müqaviləsi üzrə kirayə müddəti müəyyənləşdirilməyibsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.

89. Hazırda tərəflər arasında münasibətlər pozulduqdan sonra sonra Cavabdeh İddiaçı evdən çıxarılmasını tələb etməkdə haqlıdır.

90. Bununla belə, nəzərə alınmalıdır ki, İddiaçı həmin evin vicdanlı sahibi olmuş, yəni Cavabdeh vaxtilə iradəsinə uyğun orada yaşadığından və təmirə cəkilmiş xərclərin ödənilməsini Cavabdeh tələb etməkdə haqlı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, təmir xərclərinin əvəzi olaraq İddiaçı 7.027 manat vəsaitin ödənilməsi ilə onun Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxarılması eyni vaxtda icra edilməlidir.

91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 2741/2022 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Cavabdeh 7.027 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Birləşdirilmiş iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-1337/2022 nömrəli qətnaməsi İddiaçı aid hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi ona qarşı təmin edilsin. İddiaçı Cavabdeh məxsus Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxarılsın. İddiaçı 7.027 manat məbləğində vəsaitin ödənilməsi ilə onun evdən çıxarılması eyni vaxtda icra edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manatı İddiaçı, 50 manatı Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar